10. Transmilli korporasiyalar beynəlxalq iqtisadi münasibətlərdə


Detallar üzrə ixtisaslaşma zamanı müxtəlif ölkələrin firmaları ayrı-ayrı detalları



Yüklə 16,73 Kb.
səhifə3/5
tarix02.01.2022
ölçüsü16,73 Kb.
#40872
1   2   3   4   5
tmk.tmk

Detallar üzrə ixtisaslaşma zamanı müxtəlif ölkələrin firmaları ayrı-ayrı detalları, aqreqatları istehsal edir,sonra isə onları hazır məhsulun yığımını həyata keçirən müəssisələrə göndərirlər. Bu cür ixtisaslaşma həmişə istehsalın beynəlxalq kooperativləşməsi ilə uyğunlaşır. Detallar üzrə ixtisaslaşma müasir mərhələdə ETİ-ilə bağlıdır.

İBİ-nin dərinləşməsi istehsalın beynəlxalq kooperativləşməsinin (İBK) meydana çıxması və inkişafı ilə qaçılmaz əlaqədardır. İBK müxtəlif ölkələrin ayrı-ayrı firmaları arasında təsadüfi xarakterli sabit və uzun müddətli əlaqələrin formalaşdırılmasını bildirir. İBK zamanı tərəfdaşların münasibətləri biləvasitə istehsal prosesinin üzərinə keçir.İBK xüsusiliyi ondan ibarətdir ki,burada müxtəlif ölkələrin müəssisələri arasındakı istehsal əlaqələri uzun müddətli olur. Buna uyğun olaraq göndərmələr haqqında müqavilə davamlı müddətdə bağlanır, göndərmələrin özü isə sabit və müntəzəm xarakter daşıyır. İBK bir neçə ölkənin müəssisələrinin şəylərini birləşdirmədən həlli mümkün olmayan iri iqtisadi vəzifələrinin reallaşmasına kömək edir. Bu vəzifələrə iri sənaye obyektlərinin inşasını misal göstərmək olar. Məsələn; La-Manş altında dəmiryolu tunelinin tikintisi Böyük Britanya və Fransa firmalarının birgə fəaliyyəti ilə həyata keçirilmişdir. Beynəlxalq kooperativləşmənin iki əsas növü mövcuddur:

1. İkitərəfli-əlaqələrdə iki müəssisə iştirak edir

2. Çoxtərəfli-müxtəlif ölkələrin bir neçə müəssisəsi kooperasiyada iştirak edir.

İBK üç əsas formada həyata keçirilir:

1. Podrat kooperativləşmə-tərəflərdən biri digər tərəfə müəyyən işi,qabaqcadan şərtləşmiş tələblərlə icra etməyi tapşırır.

2. Müqaviləli ixtisaslaşma.İştirakçılar öz aralarında istehsal proqramını bölürlər. Nəticədə istehsalın təkrarlanması azalır, bazarda birbaşa rəqabət də həmçinin azalır.

3. Müştərək müəssisələr-Birgə istehsal fəaliyyətini həyata keçirmək üçün dünyanın müxtəlif ölkələrinin təsərrüfat subyektləri vahid təşkilati formada kapitalı birləşdirirlər. Maddi istehsal sahəsində beynəlxalq ixtisaslaşmanın və beynəlxalq kooperativləşmənin dərinləşməsi və inkişafı təsərrüfat həyatının beynəlmiləlləşməsinə və dünya təsarüfatının bütövlükdə qloballaşdırılmasını gücləndirir.




Yüklə 16,73 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin