Məsələ:42
12 yaşlı oğlan burun qanaxmaları ilə şöbəyə daxil olub.
Anamnesis morbi: son 6 ayda uşaq tez-tez xəstələnməyə başlayıb, subfebril temperatur müşahidə
edilir. İştahası azalıb, tez yorulur. Daxil olarkən uşağın vəziyyəti ağır olub. Temperatur subfebril,
dəri və görünən selikli qişalar solğundur. Üzdə, döş qəfəsinin ön səthində, ağızın selikli qişasında
çox saylı petexial elementlər, diş ətində cüzi qanama qeyd edilir. Burun keçəcəklərində qanlı
qartmaqlar var. Periferik limfa düyünləri kiçik ölçülü, ağrısızdır. Ağ ciyərlərdə tənəffüs
vezikulyar, xırıltılar yoxdur. Ürək tonları tezləşmiş, zirvədə zəif sistolik küy eşidilir.
Qarın yumşaq, ağrısız, qaraciyər və dalaq əlllənmir.
Sidik ifrazı normaldır.
Qanın analizi: Hb-72 q/l, erit.-2,8x1012/l, retik.-0,2%, tromb.-tək-tək, leyk. – 1,3x109/l, ç/n-1%,
s/n-4%, limf. -95%, EÇS-35 mm/saat.
Meloqramma: qırmızı sümük iliyinin hüceyrə elementləri azdır, blast hüceyrələri yoxdur,
qranulositar başlanğıc hüceyrələr 11%, eritrosid başlanğıc hüceyrələr -8%, meqakariositlər
tapılmayıb.
Sidiyin ümumi analizi: rəngi sarı, nisbi sıxlığı 1018, zülal izi var, epitel -2-4 g/s, leyk. -0-1 g/s,
erit. – 25-30 g/s, silindr, selik, bakteriya yoxdur.
Dostları ilə paylaş: |