11 yaşlı oğlan uşağı kəskin xəstələnib: bədən temperaturunun 38°C qədər qalxması, sağ tərəfdə



Yüklə 461,04 Kb.
Pdf görüntüsü
səhifə9/69
tarix30.12.2021
ölçüsü461,04 Kb.
#49366
1   ...   5   6   7   8   9   10   11   12   ...   69
Klinik mesele

Məsələ:8 

Ağaclara kimyəvi maddə çilədikdən sonra 17 yaşlı oğlan ağacdan meyvə dərib yeyib. 

Bir neçə müddət sonra onda ürəkbulanma, qusma, sinədə və qarında ağrı, tərləmə, zəiflik, baş 

ağrısı, baş gicəllənməsi baş vermişdir. 

Zərərçəkənə qusdurucu maddə -ipekakuana siropu 20 ml şirə 1 litr maye ilə verilib. 

 

Suallar: 

1. Bu halda hansı zəhərlənmə baş vermişdir? 

2. İlk yardım necə davam etdirilməlidir? 

3. Ümumiyyətlə belə zəhərlənmələrdə qusdurucu maddə verilməsi və mədənin yuyulmasına 

nələr əks-göstərişdir? 

Cavablar: 

1. Kimyəvi zəhərlənmə. 

2. Çoxlu miqdarda su içirtmək, mədəni yumaq (böyük diametrli mədə zondu ilə, olmadıqda isə 

ənənəvi (rutin “restoran”) üsulu ilə bağırsaqları tam yumaq. Aktivləşdirilmiş kömür (1-2 q\kq) 

qusmadan, mədənin yuyulmasından və mədə möhtəviyyatının mədədən sorulmasından 

(aspirasiyasından) öncə təyin edilir. 

3. Huşun itməsi, qıcolma  və tutmaların  olması. Narkotik maddə və ya yuxu dərmanlarının 

qəbulu nəticəsində yuxulu hal, qələvi, turşu və ya karbohidrogen (neft məhsulu - ağ neft, qazolin) 

qəbulu. Hamiləliyin olması. Tənəffüs və ürək-damar sistemində problemin olması. 

 

Məsələ:9 

8 yaşlı uşaq həmyaşıdlarıyla bağda oynayarkən burnuna küt zərbə almışdır. 

Burnu bərk ağrıyır və oradan güclü qan gəlir. Uşaq əli ilə silir lakin qan axmağa davam edir. 

Burun sümüyünün sınığı yoxdur. Uşağın vəziyyəti qənaətbəxşdir.  

 

Suallar: 

1. Bu halda hadisə yerində yardım göstərərkən ilk növbədə zərərçəkənə hansı vəziyyət 

verilməlidir, ona nə məsləhət görülməlidir və nə üçün? 

2. Bu halda hadisə yerində burundan qanaxmanı necə dayandırmaq olar? 

3. Qanaxma dayandırıldıqdan sonra zərərçəkənə nə məsləhət verilməlidir?  



Cavablar: 


1. Qanın xaricə axmasına imkan yaratmaq. Bunun üçün zərərçəkəni oturdaraq boynunu əymək və 

başını azacıq qabağa aşağı salmaq lazımdır. Boğaza axan qanı zərərçəkən udmayıb tüpürməlidir. 

Qan udulduqda və ya baş arxaya əyildikdikdə burundan axan qan boğazın arxasından mədəyə 

yığılıb qusma və mədə möhtəviyyatı ilə tənəffüs yollarının tutulmasına səbəb ola bilər. 

2. Burun pərlərini, burunun bütün aşağı nahiyəsinin iki tərəfindən 10 dəqiqə ərzində sıxıb 

saxlamaq və burunun yuxarı hissəsinə soyuq kompres qoymaq. Bu zaman zərərçəkən ağızla 

nəfəs almalıdır. Üç dəfə bunu təkrar edəndən sonra (30 dəqiqə ərzində) qanaxma dayanmadıqda 

zərərçəkəni xəstəxanaya çatdırmaq lazımdır. 

3. Qanaxma dayandırıldıqdan sonra bir müddət burnu silmək və ya qurdalamaq olmaz. Qanaxma 

dayandırıldıqdan sonra ən azı 1 saat ərzində zərərçəkən ağızla nəfəs almalıdır.  

 

Məsələ:10 

3 yaşlı oğlan uşağı uşaq bağçasına gedir. Kəskin xəstələnib: bədən temperaturu 37,5

0

C-yə qədər 



yüksəlib, başın tüklü hissəsi, bədən və ətraflarda ləkəli papulyoz səpgilər əmələ gəlib. Ertəsi gün 

ləkəli-papulyoz  səpgilərin bəzi elementləri şəffaf tərkibli vezikulalara çevrilib. Sonrakı iki 

gündə  bədən temperaturu 38

0

C- dir, həmin nahiyələrdə yeni səpgilər əmələ gəlmiş, həmən tipli 



səpgilər ağız boşluğunun selikli qişasında aşkarlanıb. Xəstəliyin 4-cü günü uşağın vəziyyəti 

ağırdır, bədən temperaturu 40

0

C- dir, narahatdır, yeməkdən imtina edir, dəridə səpgilərin sayı 



artıb. Kürək nahiyəsində əhəmiyyətli hiperemik zona, toxumaların infiltrasiyası, kəskin ağrı 

əmələ gəlib. Nəbz, dəqiqədə 140 vurur. Ürək tonları karlaşıb. Meningial simptomlar yoxdur. 

Orqanlar patologiyasıdır. Xəstənin heç bir dərmana allergiyası yoxdur. 

Əlavə müayinələrin nəticələri: Qanın ümumi analizi: Hq-140 q/l, Er – 4,4x1012/l, Rəng göst.-

0,95, leyk.-17,5x109/l, çubuqnüv.- 3%, seqmentnüv.-82%, eozin-1%, limf.-12%, mon.-2%, EÇS 

– 25 mm/saat. 

 

Suallar: 

1. Diaqnostika taktikası: Ən optimal diaqnostik və ya əlavə müayinə metodu hansıdır? 

2. Klinik diaqnoz nədir? 

3. Müalicə taktikası: Ən optimal müalicə taktikasını qeyd edin. 



Cavablar: 

1. Tipik simptomlar “yalançı polimorfizm”, əmələ gəlmiş qovuqcuq (ətrafında hiperemiya, divarı 

gərgin, daxilində şəffaf möhtəviyyatı olan yumru və ya oval vezikula, qovuqcuğun ortasında 

batma zonası ola bilər. 

2. Diaqnoz: Su çiçəyi, orta-ağır forma. Ağırlaşma –kürəyin fleqmonası. 

3. Müalicə: ümumi gigiyenik vannalar, 1%-li brilyant abıısı sürtmək, kortikosteroidlər ensefalit 

zamanı, antibiotiklər –irinli ağırlaşmada +fleqmonanın açılması. Ağır vəziyyətdə 

immunoqlobulin 0,5 ml/kq, asiklovir, qansiklovir 5 mq/kq 100 ml fizioloji məhlulda v/d 

ağırlaşmalar zamanı. İnfuziyon terapiya. 

 

Məsələ:11 

2 yaşlı qız uşağı kəskin xəstələnib: bədən temperaturu 39

0

C-ə qədər yüksəlib, öskürək, zökəm, 



konyuktivit əmələ gəlib. Sonrakı günlərdə kataral əlamətlər artıb, konyuktivit daha da nəzərə 

çarpan olub, işıqdan qorxma əmələ gəlib. Xəstəliyin 4-cü günü bədən temperaturu 39,5

0

C-dir, 


tənəffüs yolları tərəfindən kataral əlamətlər güclənib. Xəstə stasionara göndərilib. Xəstənin heç 

bir dərmana allergiyası yoxdur. 



Qəbul zamanı: vəziyyəti orta ağır, bədən temperaturu 38,2

0

C-dir. Süstdür. Üzdə, gövdədə, 



ətraflarda çoxlu miqdarda açıq çəhrayı rəngdə ləkəli papulyoz səpgilər var, bəzi yerlərdə səpgilər 

birləşir. Bütün qrup limfa düyünləri, əsasən də boyun nahiyəsində böyüyüb, ağrısızdır. Burun 

tənəffüsü çətinləşib, çoxlu selikli-irinli ifrazat var. Öskürək nəmdir. Konyuktivit, gözlərin 



sulanması qeyd olunur. Ağciyərlərdə tənəffüs sərtdir, az miqdarda quru və tək-tək yaş xırıltılar 

eşidilir. Ürək tonları gur, ritmikdir. Əsnək nəm və ərplidir. Qaraciyər sağ qabırğa qövsünün 

kənarından 1 sm çıxır. Dalaq palpasiya olunmur. Qarın yumşaq və ağrısızdır. Bağırsaq boyu 

gurultu qeyd edilir. 




Yüklə 461,04 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin