11 yaşlı oğlan uşağı kəskin xəstələnib: bədən temperaturunun 38°C qədər qalxması, sağ tərəfdə



Yüklə 461,04 Kb.
Pdf görüntüsü
səhifə14/69
tarix30.12.2021
ölçüsü461,04 Kb.
#49366
1   ...   10   11   12   13   14   15   16   17   ...   69
Klinik mesele

Suallar: 

1. Diaqnostika taktikası: Ən optimal diaqnostik və ya əlavə müayinə metodu hansıdır? 

2. Klinik diaqnoz nədir? 

3. Müalicə taktikası: Ən optimal müalicə taktikasını qeyd edin. 



Cavablar: 

1. Burun və boğazın selikli qişasından virusların aşkarlanması. 

2. KRX. Qripp, ağır forma. 

3. Müalicə: yataq rejimi, izolyasiya, süd, bitkili vitaminlərlə zəngin pəhriz, çoxlu mayenin 

qəbulu, simptomatik müalicə (qızdırma 38,5 0 C-dən yuxarı olsa – ibuprofen, parasetamol 

tərkibli sirop vəya şamlar), burnuna damardaraldıcı damcılar. Spesifik müalicə: Tamiflu, 

xəstəliyin ilk 2 günündə verilsə effektli olar. 0,6% korgikon+20% qlukoza, trental, hidrokartizon 

5 mq/kq. Bakterial ağırlaşma zamanı antibiotikoterapiya.  

 

Məsələ:15 

Qız 1 yaş 3 aylıqdır. Kəskin xəstələnib, bədən temperaturu 38

0

 C-dir. Tez-tez yaş öskürək, 



zökəm müşahidə olunur. Axşama yaxın anası göz qapaqlarının şişkinliyini müşahidə etmişdir. 

Ertəsi gün vəziyyəti kəskin pisləşib – zökəm güclənib, bədən temperaturu 39

0

 C-ə qədər 



yüksəlib, burun-dodaq üçbucağının sianozu, təngnəfəslik əmələ gəlib. Sahə həkimi uşağı 

müayinə edib və vəziyyətin ağırlığına görə hospitalizasiya etmişdir. Vəziyyəti ağırdır, yuxarı 

tənəffüs yolları tərəfindən kataral əlamətlər təzahür edir. Hər ik göz qapağı hiperemiyalı, 

ödemlidir, konyuktivalarda nəzərə çarpan follikullar, sağ gözün buynuz qişasının tutqunluğu 

qeyd olunur. Poliadeniya. Ağciyərlərdə hər iki tərəfdən quru və iriqabarcıqlı yaş xırıltılar eşidilir. 

Tənəffüsün sayı dəqiqədə 36 vurğu. Döş qəfəsinin köməkçi əzələlərinin iştirakı ilə qarışıq 

xarakterli təngnəfəslik. Bağırsağın palpasiyası zamanı ağrı, gurultu, patoloji qatışıqlar olmayan 

gün ərzində 4 dəfəyə qədər olan sıyığabənzər nəcis ifrazı. Qaraciyər qabırğa qövsündən 2,5 sm 

aşağı, dalaq 1,5 sm çıxır. Meningeal simptomlar yoxdur. Xəstənin heç bir dərmana allergiyası 

yoxdur. Əlavə müayinələrin nəticələri: Qanın ümumi analizi: Hq-120 q/l, Er.- 3,9x10

12

/l, leyk.-



6,9x 10

9

/l, çubuqnüv.-6%, seqmentnüv.-47%, eoz.-2%, limf.-35%, mon.-10%, EÇS-15 mm/saat. 



Döş qəfəsinin orqanlarının rentgenoqrammasında: damar şəklinin güclənməsi. Nəcisin bağırsaq 

qruppasına yoxlanması: mənfi.  

 

Suallar: 

1. Diaqnostika taktikası: Ən optimal diaqnostik və ya əlavə müayinə metodu hansıdır? 

2. Klinik diaqnoz nədir? 

3. Müalicə taktikası: Ən optimal müalicə taktikasını qeyd edin. 




Yüklə 461,04 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin