Təbii yapışqanlar heyvani, bitgi və mineral mənşəli olur. Heyvani mənşəli yapışdırıcılar üçün ilkin material: toxumalar, sümük, qan və süddur. Bu xammal-lardan kazein, albunun və s. yapışqanlar əldə edilir. Bitgi mənşəli yapışqanlar üçün isə xammal: paxlalı bitgi toxumlarının sülalı, kraxmal, təbii qətran, kauçuk, dekstrin hesab olunur.
Mineral yapışqanlara – silikat, asfalt və bitum aid edilir. Sintetik yapışqanların alınması üçün ilkin xammal- sintetik qətrandır.
Reaktivlik qabiliyyətinə görə yapışqanlar: termoreaktiv, termoplastik və dispers olur.
Öz növbəsində termoreaktiv yapışqanlar: melamin, epoksid, rezol, polikretan, poluefir, karbanid- formaldehid və fenol- formaldehid yapışqanlarına bölünür.
Termoplastik yapışqanlara: sümük, ərintiyapışqan, kitro- selliloz, polivinilasetat, polivinilxlorid və s. yapışqanları aiddir.
Kauçuk yapışqanları müstəqil yapışqan materialı sinfinə ayrılır. Bunlara: lateks və rezin yapışqanları aiddir.
Yapışqanla mebel istehsalatında, ayaqqabı hazırlanmasında və tikintidə (inşa-atda) geniş tətbiq edilir. İnşaatda tətbiq edilən yapışqanlar müxtəlif bəzək material-larını tikinti konstruksiyaıarına bərkitmək üçün istifadə edilir. Müxtəlif yapışqanlar avia, avtomobil qayırmada, sərnişin dəmiryolu vaqonlarında, metro vaqonlarında bəzək materiallarının yapışdırılmasında istifadə edilir.
Yapışqanlar –hazır vəziyyətdə istifadə edilən birkomponentli, istifadə yerində hazırlanançoxkomponentli olurlar. Yapışdırıcı materiallar yapışdırılan materiallardan asılı olaraq: ayaqqabı üçün olan –dəri, rezin, dəriəvəzedicilərin yapışdırılmasında isti-fadə olunan; metal və qeyri- metalların yapışdırılması üçün; istilik-izolyasiya parça-larını digər materiallara yapışdırmaq üçün; fanerlər hazırlanması üçün odun-cağın yapışdırılması üçün polimerlər və s.
Bütün yapışqanlara aşağıdakı tələblər qoyulur: yapışqanla birləşdirilən birləşmə-lərin yüksək möhkəmliyinin təminatı; saxlanmada yüksək sabitlik və həyatilik qabiliyyəti; yüksək nəmlik, su dayanıqlığı; zəhərsizlik; vaxta görə mexaniki möh-kəmliyinin saxlanması.
Yapışqanların suya dayanıqlığı – praktiki olaraq bütün yapışqanlar üçün ən başlıca tələbdir. Odur ki, bu göstəriciyə görə yapışqanlar bölünür: suya dayanıqlı, yüksək suya dayanıqlı; məhdud suya dayanıqlı və suya dayanıqsız. Suya dayanıqlı yapışqanlar əsasən sintetik, məhdud suya dayanıqlı – kazein, suya dayanıqsız – qlyutin yapışqanlarıdır.
• Sintetik termoreaktiv yapışqanlar nisbətən yüksək temperaturda (...+100oC) polikandensasiya və polimerləşmə reaksiyası nəticəsində bərkiyir.
Ağac emalı sənayesində və mebel istehsalatında karbomidformaldehid yapışqanları KФ – Ж və КФ – Б, alman istehsalı “Kleiberit”i göstərmək olar. Metal və şüşə paketlərin yapışdırılmasında D -15, D -23, BK – 32 – ЭМ, D -43 göstərmək olar.
İnşaatda istifadə edilən sintetik termoreaktiv yapışqanlardan: CФЖ, ФР – 12, ФР – 100, DФК – 1AM və s. göstərmək olar (+20oC -də bərkinə müddəti 5...25 saat).
Oduncaq, polistrol, metal, şüşə və keramik materialları yapışdırmaq üçün fenol polivinilasetal tipli: БФ – 2, БФ –4, БФ –6 yapışqanları aiddir. Bundan başqa ФЭ -10 və ФР -10, epoksid yapışqanlarından dian qətranları əsaslı: ЭD -20, ЭD -22, ЭD -16 və Э – 40, K – 160, K -176 aiddir.
Oduncağı plastik kütlələrlə, metalla və dəmir –betonla yapışdırmaq üçün: ПЭD, ПЭD –6 epoksid qətranları əsasında hazırlanmış yapışqanlardan istifadə olunur. Alman firması “Kleiberit” istehsalı olan PU – 501 yapışqanı böyük tələbata malikdir. Bu yapışqanla mineral inşaat plitələrini, keramik materialları, qat –qat oduncağın yapışdırılmasında istifadə edilir.
• Sintetik termoplastik yapışqanlar da eyni zamanda inşaatda və mebel isteh-salatında geniş istifadə edilir. Termoplastik yapışqanların əsas fərqi kimyəvi reaksiya getmədən yapışqan quruluşun saxlanmasını təmin edir. Bu yapışqanların çatışmazlığı – aşağı istilik dayanıqlığına +40oC malik olmasıdır. Bu yapışqanlardan nolivinilasetat əsaslı –dispers halda: ПBA, D50H, D50C, D50B və s. göstərmək olar. Son illərdə tətbiq olunan termoplastik yapışqanlardan “Kleiberit 303” –mebel istehsalatında; “Kleiberit Euroleim – 300” montaj işlərində, Temp –305, Tempo – 332, Tempo – 338, Tempo – 347 və s. Bundan başqa CK – 774.4; CK -774.8; CK -777; CK – 779.6; CK – 779.7; CK – 782.1 (qranul şəklində). t=+105...115oC temperaturda yumşalır, t=+200...240oC temperaturda verilir.
• İnşaatda, ayaqqabı və mebel istehsalatında uzun illər ərzində (XX əsrin sonu XXI əsrin əvvəli) natural və sintetik laters və rezin hissəcikləri məhlulu əsasında hazırlanan kauçuk yapışqanları tətbiq edilir. Əsas markaları: KЛ –1, KЛ –2, KЛ –3; inşaatda tətbiq edilən “Bustilat” – CKC -65 ГП – linolium, tekstil materialları və s. materialların yapışdırılmasında tətbiq edilir.
İnşaatda uzun zamandır ki (30 il), yapışdırıcı kauçuk mastika KH –2 və KH –3 aiddir.
• XX əsrin ikinci yarışından inşaat sektorunda zülal yapışdırıcıları –sümük və kazein –mebel istehsalatında tətbiq edilir. Hazırda zülal yapışdırıcılar məhdud həcmdə tətbiq edilir. Belə ki, onları sintetik yapışdırıcılar tamamilə əvəz etməkdədir.
• Yapışdırıcı plyonka və lentlər ağac emalı sənayesində və mebel istehsalatında geniş yayılmışdır. Bu material bu və ya digər səthin üzərinə çəkilib sıxıldıqdan sonra yapışır.
Ağac emalında və mebel hazırlanmasında (oduncaqdan) aşağıdakı plyonka və lentlər tətbiq edilir:
1) bakelite plyonka (yapışdırma temperaturu t = +150...155oC, P = 2...2,5MPa);
2) yapışdırıcı lenta;
3) kağız yapışdırıcı lenta (TU13 – 7309005 – 669 - 88);
4) yapışdırıcı lenta (TU ОП 13 – 64 – 37 – 83);
5) yapışdırıcı lenta (ЛТ – 38, ЛТ - 50);