«Ramada»
Beynəlxalq mehmanxana şəbəkəsinə daxil olan «Ramada», Gəncə şəhərində fəaliyyət göstərən «Ramada Plaza», «Days İnn» kimi hotellər də ölkəmizdə fəaliyyət göstərir: ““Redisson” adı ilə fəaliyyət göstərən «Rezidor» hotel qrupu dünyada sürətlə inkişaf edən mehmanxana şirkətlərindən biridir. Bu qrupun idarə etdiyi və dünyanın 60-dan çox ölkəsində yerləşən mehmanxanaların sayı 440-a yaxındır. 2015-ci il üçün şirkət mehmanxanaların sayını 700-ə çatdırmağı planlaşdırır. «Redisson» adlı hotel ilk dəfə 1909-cu ildə ABŞ-da inşa olunub. Mehmanxana fransız tədqiqatçısı Pyer Espirta Redissonun şərəfinə belə adlandırılıb. 1938-ci ildə iş adamı Kurt Karlson Minneapolis şəhərində şirkətin əsasını qoyub. 1960-cı ildə həmin şəhərdə yerləşən «Redisson» mehmanxanasının payının 50 faizini alıb. İki ildən sonra isə hotelin tam sahibi olub. Hazırda «Redisson» adı ilə ABŞ-da və dünyanın bir çox ölkələrində hotellər fəaliyyət göstərir. «Ramada»nın isə ilk hoteli 60 nömrədən ibarət olmaqla, ABŞ-ın Arizona ştatında 1954-cü ildə fəaliyyətə başlayıb. “Ramada” ispanca «ağacın budağı» deməkdir».
“Hilton”
“Hilton Baku” otel kompleksi müasir dizaynı ilə seçilir. Otelin inşasında beynəlxalq və milli memarlıq üslubu peşəkarlıqla uzlaşdırılmışdır. Yenicə inşa edilmiş “Hilton Bakı” mehmanxanası özünün bir sıra fərqli xüsusiyyətləri - 24 və 25-ci mərtəbələrdə fırlanan bar və restoranı, SPA mərkəzi, geniş görüş zalları və biznes sahələri ilə seçilir. Mehmanxanada 35 lüks nömrə daxil olmaqla 309 nömrə var və həmin nömrələrdən Bakı şəhərinin horizont xəttinin əsrarəngiz mənzərəsi göz önündə canlanır.Otelin ikinci və üçüncü mərtəbələrdə müxtəlif səviyyəli tədbir və görüşlərin keçirilməsi üçün ən son informasiya-kommunikasiya texnologiyaları ilə təchiz edilmiş 18 zal fəaliyyət göstərir. İkinci mərtəbədəki 750 nəfərlik böyük konfrans zalında beynəlxalq və respublika əhəmiyyətli tədbirlərin keçirilməsi üçün lazımi şərait yaradılıb.
“Sheraton Baku Airport Hotel”
“Starwood Hotels and Resorts Worldwide” şirkətinin “Silk Way Airlines” MMC ilə əməkdaşlığı nəticəsində isə 2011-ci ilin oktyabrında paytaxtımızda beşulduzlu “Sheraton Baku Airport Hotel” oteli istifadəyə verilib. Bu fakt “Starwood” şirkətinin yaxın 3 il ərzində bütün dünyada 60-dan çox otelin açılması ilə bağlı strateji planının bir hissəsi olmaqla yanaşı, həm də da Azərbaycanda qeyri-neft sektorunun inkişafı, turizm sahəsində həyata keçirilən uğurlu layihələrin tərkib hissəsidir. “Sheraton”un möhkəm reputasiyası olduğundan, belə bir otelin paytaxtda istifadəyə verilməsi Bakını beynəlxalq turistlər üçün təyinat məntəqəsinə çevirməyə də xidmət edir. Heydər Əliyev Beynəlxalq Aeroportunun yaxınlığında yerləşən “Sheraton Baku Airport Hotel” 14-ü lüks olmaqla, 207 nömrədən ibarətdir. Oteldə restoran, istirahət yerləri və konfrans zalları var.
17.Dünya miqyasında turist qəbulu üzrə regionların reytinqi
1990-cı illərdə və 2000-2009-cu illər dövründə inkişaf etmiş ölkələrdə beynəlxalq turistlərin ¾ hissəsi, oradan gələnlərin payı cəmi 35% təşkil edən Yaponiya istisna olunmaqla, həmin qrupa daxil olan ölkələrin payına düşür, başqa sözlə, dünyanın ən çox inkişaf etmiş dövlətlərinin özlərinin arasında səyyahların mübadiləsi baş verirdi. Bu meyil XXI əsrin birinci onilliyində də qalmışdır. 1990- cı illərdə və 2001-2007-ci illərdə Qərbi Avropada turizmin ¾ hissəsi regiondaxili olmuş, özü də bu cür turizmin ölkələr üzrə payı Böyük Britaniyadakı 65%-dən Portuqaliyadakı 95%-dək fərqlənmişdir. Aralıq dənizi sahilində yerləşən ölkələrə turist axınının nisbətən çox olması Şimali Avropadan olan səyyahların daha əlverişli iqlimi olan yerləri gəzmək istəyi ilə yanaşı, bəşər mədəniyyətinin mənbələri ilə ünsiyyətə girmək arzusunu ifadə edirdi. Sonuncu onillikdə Avropaya ABŞ-dan gələnlərin sayı xeyli azalmış, Çindən, Yaponiyadan və ASEAN ölkələrindən isə artmışdır. Yaxın illərdə Qərbi Avropaya start səviyyəsi son dərəcə aşağı olsa da, bəzi Şərqi Avropa ölkələrindən gələnlərin sayı sürətli templərlə artırdı. Turizm sahəsində böyük imkanlar, inkişaf etmiş mehmanxanalar şəbəkəsi və infrastruktur, Avropa İttifaqının sərhədlərinin açılması, La-Manş altındakı tunel, yüksəksürətli dəmir yolu şəbəkəsinin inşası və səyyahlar arasında qısamüddətli məzuniyyət götürmək meylinin güclənməsi sonuncu onillikdə Qərbi Avropaya turist axınının dayanıqlılığına öz təsirini göstərmişdir
Turistlərin ən böyük sayı Fransanın payına düşür (75,2 milyon nəfər), onun ardınca İspaniya (49,5 milyon nəfər), ABŞ (45 milyon nəfər), İtaliya (39,5 milyon nəfər), Böyük Britaniya (23 milyon nəfər), Niderland (19,5 milyon nəfər), Avstriya (18 milyon nəfər), Kipr (18 milyon nəfər), Portuqaliya (12 milyon nəfər) gəlir. İnkişaf etməkdə olan ölkələrə, xüsusilə də Asiya və Latın Amerikasına gələn turistlərin artımı müşahidə edilir. İsrail istisna edilməklə (-4,6%), Aralıq dənizinin Şərq sahillərinə gələn turistlərin sayı Türkiyədə 13,5%, Kiprdə 5,6% artmışdır. Şimali Avropaya turist səfərlərinin sayı da artmış, ən yüksək artım Şimali İrlandiya (+4,9%), Finlandiya, Danimarka, Sloveniya, Polşa və Slovakiyada olmuşdur.
24.Azərbaycanda beynəlxalq turizmin öyrənilməsi istiqamətləri
Azərbaycanın beynəlxalq turizm bazarında iştirakının mövcud vəziyyətini və inkişaf xüsusiyyətlərini araşdırmaq üçün ilk növbədə ölkəmizə gələn və ölkəmizdən gedən turistlərin sayını, onların coğrafi istiqamətlərinə, yaş qruplarına, nəqliyyatdan istifadəyə, qalma müddətlərinə, səfər məqsədlərinə və xərclərinə görə strukturunu təhlil etmək lazımdır.
Ölkəmizə edilən turist səfərlərinin nəqliyyat növlərinə görə bölgüsünə baxdıqda, müşahidə etmək olar ki, daha çox hava nəqliyyatından istifadə edilmişdir. Belə ki, gələn turistlərin 51,8 faizi hava, 47,5 faizi quru, 0,7 faizi isə su nəqliyyatından istifadə etmişdir.
Dövlət siyasəti - turizm sahəsinin inkişafı, maliyyələşməsi və təbliğ edilməsinin ölkə hökuməti üçün prioritetliyi, siyasi sabitlik və səyahətlərin təhlükəsizliyi, ekologiya və ətraf mühitin vəziyyəti, miqrasiya siyasəti və s. ilə xarakterizə olunur. Azərbaycanın beynəlxalq turizm bazarında rəqabətqabiliyyətliliyinin yüksəlməsi, ilk öncə, son illərdə islahatların nəticəsidir. Belə ki, aparılmış islahatların nəticəsi olaraq, 2016-cı ildə turistlərin Azərbaycana gəlişi 11 % artmışdır. 2017-ci ilin ilk rübündə isə 25 % artım müşahidə edilmişdir. Bu artıma əsas səbəb kimi aşağıdakıları göstərmək olar: - Azərbaycanda mövcud turizm infrastrukturlarının modernləşdirilməsi və yenilərinin yaradılması. Ölkəmizdə beynəlxalq statusa malik 6 hava limanı fəaliyyət göstərir, çoxlu sayda müasir tələblərə uyğun otellər tikilmiş və otel infrastrukturu təkmilləşdirilmiş, müalicəvi turizm genişləndirilmişdir. Naftalan və Qalaaltı müalicəvi turizm zonaları bərpa edilmiş, Qusarda, Qubada, Qəbələdə yeni istirahət turizm obyektləri yaradılmışdır. -Ölkədə ictimai-siyasi sabitliyin möhkəmlənməsi. Təbiidir ki, turistlər üçün risksiz və təhlükəsiz yerlər daha cəlbedici olur. Azərbaycan müstəqil dövlət olaraq ictimai siyasi sabitliyin, tolerantlığın, multikulturalizmin hökm sürdüyü turzm məkanlarından hesab olunur. - “ASAN viza” sisteminin tətbiq edilməsi. Bu sistemin tətbiqi ilə təkcə 2017- ci ilin ilk rübü ərzində 40 min viza verilmişdir. “ASAN viza” sisteminin köməyilə 80-dən çox ölkə vətəndaşları elektron viza əldə edə bilir. - Ölkəmizin əlverişli iqtisadi-coğrafimövqeyə, zəngin tarixə, tarixi abidələrə, mədəniyyətə, əlverişli iqlimə, qonaqpərvərliyə, zəngin mətbəxə malik olması. 74 - Paytaxt Bakı şəhəri ilə yanaşı, ölkənin regionlarının abadlaşdırılması. Yeni yolların, parkların tikilib istifadəyə verilməsi, lazımi infrastrukturlarla təmin edilməsi və s. - Dünyada nüfuzlu və böyük auditoriyaya malik olan beynəlxalq tədbirlərin, yarışların ölkəmizdə təşkil olunması. İlk Avropa Oyunları, “Eurovision”, İslam Həmrəyliyi Oyunları, “Formula-1” kimi nəhəng yarışlar ölkəmizin turizm potensialının dünyada tanıdılmasına mühüm töhfə verir. Müqayisəli və kompleks təhlillərin aparılması Azərbaycanın turizm bazarında rəqabət qabiliyyətliliyinin yüksəldilməsinin aşağıdakı bir sıra aktual istiqamətlərini irəli sürməyə imkan vermişdir: - Turizm sahəsi üzrə peşəkar kadr hazırlığının keyfiyyətinin yüksəldilməsi və bu istiqamətdə ixtisaslaşmış elmi-araşdırma mərkəzlərinin fəaliyyətinin təmin edilməsi, yerləşdirmə obyektlərinin sayının artırılması, əyləncə-istirahət və müalicəvi turizm zonalarının daha da genişləndirilməsi; - Turist səfərləri üçün ölkənin açıqlığının daha da yüksəldilməsi, viza prosedurlarının daha da sadələşdirilməsi, turistlərə bələdçilik və informasiya dəstəyinin gücləndirilməsi; - Nəqliyyatın bütün növləri üzrə daxili və beynəlxalq sərnişindaşıma xidmətlərinin keyfiyyətinin daha da yüksəldilməsi; - Ölkənin turizm məkanı kimi təbliğinin effektivliyinin yüksəldilməsi, aviabiletlərin və otel xidmətlərinin qiymətləri ilə bağlı optimal qiymət siyasətinin işlənib hazırlanması, ümumiyyətlə xarici turistlərin cəlb edilməsi üçün marketinq texnologiyalarından geniş istifadə edilməsi, Azərbaycana turist göndərən əsas ölkələrin bazarlarının araşdırılması və həmin ölkələrdə turizm nümayəndəliklərinin yaradılması və fəaliyyətinin genişləndirilməsi. Beləliklə, ölkəmizin beynəlxalq turizm bazarında rəqabətqabiliyyətliliyinin yüksəldilməsi istiqamətləri yalnız turistlərin mədəni və təbii obyektlərə ziyarət etməsini deyil, eləcə də onların təhlükəsizliyini, rahat yaşayış və hərəkət şəraitini, optimal qiymət siyasətini, yüksək qonaq qəbulu standartlarını təmin edə bilən əlverişli imicin formalaşdırılmasına xidmət etməlidir.
28. Amerika regionunda Milli parklar və qoruqların turizm xüsusiyyətləri
Dostları ilə paylaş: |