13.İctimai rəyin mahiyyəti



Yüklə 70,4 Kb.
səhifə1/36
tarix07.06.2022
ölçüsü70,4 Kb.
#60899
  1   2   3   4   5   6   7   8   9   ...   36
imtahan sualları


13.İctimai rəyin mahiyyəti
İctimai rəy ictimai şüurun elə təzahürüdür ki, burada böyük sosial qrupların, bütövlükdə xalqın aktual hadisələrə münasibəti (yaxud onları qiymətləndirilməsi) əks olunur. Adətən belə hadisələr ciddi ictimai maraq doğuran, ictimai mənafelərə toxunan hadisələr olur. Ətraf gerçəkliyin qiymətləndirilməsi müxtəlif qrup və təbəqələrin mövqeyini əks etdirir. Həmin qrup və təbəqələr ictimai rəyin ifadəçiləridir.
Bu bir həqiqətdir ki, istənilən sosial və ya sosial-ərazi birliyinin normal fəaliyyəti ictimai işlər haqqında kollektiv təsəvvürlər, mühakimələr işlənib hazırlanmadan mümkün deyildir. Hər hansı hadisənin ictimai cəhətdən işlənib hazırlanmış qiymətləri olmasa, davranış normaları müəyyənləşdirilməsə, ümdə problemlərin praktik yolları axtarılıb tapılmasa, cəmiyyət bütöv sosial orqanizm kimi, bütöv sosial sistem kimi fəaliyyət göstərə bilməz.
Hər bir cəmiyyətdə ictimai rəyin təşəkkül tapması və inkişafı mürəkkəb xarakterə malikdir. Ona görə də «təşəkkül tapmış ictimai rəy ayrı-ayrı rəylərin mexaniki cəmi deyil, qarşılıqlı mübadilə olunması və zənginləşməsinin, bir-birinə nüfuz etməsinin nəticəsidir, bir növ kollektiv zəkanın təmərküzləşmiş ifadəsidir. İctimai rəy rasional, emosional və iradi ünsürlərin üzvi vəhdətindən ibarət olduğundan üç səviyyədə təzahür edə bilər: mənəvi münasibət kimi (qiymətverici mühakimələr vasitəsilə), mənəvi-praktik münasibət (emosional-iradi meyllər, səylər, niyyətlər və s. vasitəsilə) və praktik münasibət kimi (kütləvi hərəkatlar və əməllər vasitəsilə)».
İctimai rəyin nüfuz gücü əksəriyyətin şüuruna əsaslanması ilə şərtlənmişdir. Burada çox əhəmiyyətli məsələ həmin əksəriyyətin düzgün nöqteyi-nəzərdə, düzgün mövqedə olub-olmamasıdır. Əgər əksəriyyət düzgün nöqteyi-nəzərdədirsə, düzgün mövqedə dayanırsa, o zaman ictimai rəy əksəriyyətin yetkin rəyi kimi çıxış edir ki, bu da onun sosial əhəmiyyətini və praktik təsirini artırır. Kütlələrin şüurunun azdırılması ictimai rəyin funksional imkanlarını azaldır.
İctimai rəyin mahiyyətini, formalaşmasını, təkamülünü müxtəlif cür izah edirlər, yəni bu məsələdə vahid rəy yoxdur. Araşdırmalar göstərir ki, müxtəlif bilik sahələrini təmsil edən tədqiqatçıların bu sahədə maraqlı konsepsiyaları, nəzəriyyələri, baxışları mövcuddur.
Filosoflar, sosioloqlar, politoloqlar, sosial psixoloqlar və başqaları ictimai rəy problemləri ilə daha ciddi məşğul olmuşlar. Ona görə də ictimai rəy nəzəriyyələrini məhz həmin bilik sahələrini təmsil edən tədqiqatçıların işləyib hazırladıqları konsepsiyaların, irəli sürdükləri baxışların spesifık kompleksi hesab etmək olar. Bu kompleksdə gerçəkliyin hadisələrinə, faktlarına, problemlərinə münasibətdə insan qruplarının qiymətləndirmə mühakimələrinin təbiətini, cəmiyyətdə rolunu və əhəmiyyətini nəzərdən keçirməyə cəhd edilir.



Yüklə 70,4 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin