13.İctimai rəyin mahiyyəti


Sosial nəzarətin strukturu



Yüklə 70,4 Kb.
səhifə20/36
tarix07.06.2022
ölçüsü70,4 Kb.
#60899
1   ...   16   17   18   19   20   21   22   23   ...   36
imtahan sualları

43.Sosial nəzarətin strukturu
Sosial nəzarət insanların davranışını sosial cəhətdən tənzimləməyin və ictimai qayda yaratmağın xüsusi mexanizmidir. Elmi ədəbiyyatı araşdırdıqda məlum olur ki, bu mexanizmin strukturu birmənalı izah edilmir. Bəziləri sosial nəzarəti dinamik model kimi nəzərdən keçirir və onun aşağıdakı ünsürlərini qeyd edirlər:
- fərd;
- sosial birlik (qrup, sinif, cəmiyyət);
- fərdi (nəzarət olunan) fəaliyyət;
- sosial (nəzarətedici) fəaliyyət.
Zənnimizcə, bu struktura müəyyən dərəcədə haqq qazandırmaq olar. Çünki sosial nəzarət əslində fərdin, sosial qrupun və onların rəngarəng fəaliyyətinin zəminində bütöv, dinamik sistem kimi çıxış edə bilir. Lakin sosial nəzarətin belə başa düşülməsində müəyyən natamamlıq hiss olunur. Belə ki, əvvala, həm fərd, həm də sosial qrup sosial nəzarətin subyekti ola bilər. İkincisi, həm fərdi fəaliyyət, həm də sosial fəaliyyət nəzarət olunan və nəzarətedici xarakter kəsb edə bilər. Başqa sözlə, fərdi fəaliyyət heç də həmişə nəzarət olunan fəaliyyət, sosial fəaliyyət isə heç də həmişə nəzarətedici fəaliyyət deyildir. Konkret situasiyalarda vəziyyət dəyişə, başqalaşa bilər.
Görünür müəlliflər təklif olunan strukturun natamamlığını hiss edərək, iki məqamın nəzərə alınmasını vacib sayırlar:
Birincisi, fərdi fəaliyyətlə sosial fəaliyyətin qarşılıqlı münasibəti məsələsidir. Müəlliflərin fıkrincə, fərdi fəaliyyətlə sosial fəaliyyətin qarşılıqlı münasibəti nəzarətolunan və nəzarətedici fəaliyyət kimi başa düşülsə də, qarşılıqlı təsir prosesinin xüsusiyyəti nəzərə alınmalıdır. Başqa sözlə, həmin münasibət müqabil əlaqəsi olmayan biristiqamətli nəzarət kimi başa düşülməməlidir. Sosial nəzarətedici fəaliyyət aktı fərdi nəzarətolunan davranışa reaksiya kimi sosial nəzarət sisteminə qoşularaq, öz növbəsində sosial stimul funksiyasını yerinə yetirir (bu pozitiv və ya neqativ ola bilər), fərdi fəaliyyətin sonrakı aktlarının xarakterini irəlicədən müəyyən edə bilər. Nəticədə fərdi fəaliyyət aktları sosial fəaliyyətə reaksiya kimi çıxış edir.
İkincisi, sosial nəzarət sistemi ünsürlərinin qarşılıqlı təsirinin sosial-psixoloji xarakterli bir sıra mühüm xarakteristikalardan asılı olmasıdır. Həmin xarakteristikalar sırasına ilk növbədə sosial persepsiya, qavrayış ustanovkası aid edilir. Eyni bir sosial reallığı fərd (fərdi persepsiya) və sosial qrup (qrup persepsiyası) məhz həmin prizmadan qavrayır. Situasiyanın qiymətləndirilməsi və qavramanın xarakteri əsasında fərdin və müvafiq sosial qrupun özünüqiymətləndirməsi formalaşır.



Yüklə 70,4 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin