16. Təcavüzkarı sakitləşdirmək siyasəti və nəticələri



Yüklə 13,99 Kb.
tarix02.01.2022
ölçüsü13,99 Kb.
#44222
16. Təcavüzkarı sakitləşdirmək siyasəti və nəticələri


16. Təcavüzkarı sakitləşdirmək siyasəti və nəticələri

hitler xarici siyasəti də geopolitik nəzəriyyəyə əsaslanır- di. Burada qarşıya qoyulan məqsəd bioloji dövlət, təbii sər- hədlər və optimal coğrafi-iqtisadi rayonlar yaradaraq"yeni dünya qaydası" qurmaq idi. 1933-cü ilin fevralın 1-də verilən dekretdə yaşamaq hüququnun təsdiqi, azadlığın bərpası xarici siyasətin əsas vəzifələri kimi müəyyənləşdirilmişdi. Nasional- sosialist partiyasında yaradılan xarici siyasət şöbəsinə Ro- zenberq rəhbərlik edirdi. İlk dövrdə Almaniya hökuməti əsas diqqəti Avropa ölkələri ilə ikitərəfli münasibətlərin qurulması və inkişafına yönəltmişdi. 1933-cü ilin fevral-iyul aylarında Ce- nevrədə keçirilən tərksilahа dair konfransda Almaniya nüma- yəndə heyəti də iştirak etdi və silahların saxlanması sahəsində digər dövlətlərlə Almaniyanın bərabərliyi prinsipini təklif etdi. Almaniyada faşist diktaturasının yaradılması ilə Versal- Vaşinqton sistemi iflas etməyə başladı. Almaniyada faşistlər hakimiyyət başına gələn kimi Versal sülhünün şərtlərinin ləğv edilməsini Millətlər cəmiyyətinin qarşısında qoydular. Cəmiy- yətin Baş şurası buna qəti etirazını bildirdiyinə görə Almaniya həmin ilin oktyabrın 14-də Millətlər Cəmiyyətindən çıxdığını bildirdi. hitler 1933-cü il dekabrın 18-də Versal müqaviləsinin bütün hərbi maddələrini ləğv etməyi, alman ordusunun sayını artırmağı, bütün silah növlərinin istehsalının bərpa olunmasını, hərbsizləşdirilmiş Reyn zonasının Almaniyaya verilməsini tələb etdi. hitlerçilərin səyi nəticəsində Almaniya Avropada müharibə ocağına çevrildi. 1935-cir ildə məcburi hərbi mükəlləfiyyəti bərpa etmək haqqında qanun qəbul olundu. Vermaxt, yəni alman silahlı qüvvələri yaradılmağa başladı. Almaniya Baş qərargahı bərpa olundu. həmin ildə Almaniya İngiltərə ilə bağladığı sazişə əsasən suüstü və sualtı donanmanın yaradılması işini sürət- ləndirdi. hərbi hava qüvvələri təşkil edilməyə başlandı. 1935-ci ilin yanvarında hitler hökuməti referendum keçirərək Saar vilayətini geri aldı. 1936-cı ildə hərbisizləşdirilmiş Reyn zonasına qoşun yeridərək oranı tutdu. 1936-cı ildə İspaniyada vətəndaş müharibəsi başlanarkən faşistləri müdafiə edərək Frankoya yardım üçün İspaniyaya hərbi müdaxilə etdi. 1936- 1937-ci illərdə Almaniya Yaponiya və İtaliya ilə birlikdə anti- kommintern paktını imzalandı. 1937-ci ilin sonu və 1938-ci ilin əvvəllərində alman rəhbər dairələrində Almaniyanın silahlandırılmasının sürəti, metodları və Qərb dövlətlərinə münasibət məsələsində fikir ayrılığı meydana gəldi. hitler 1938-ci ilin martında Avstriyanı dinc yolla sadəcə bir kağıza imza atdırmaqla III imperiyanın tərkibinə qatdı. Avstriyanı ələ keçirdikdən sonra hitlerçilər üzünü Çe- ХОslovakiyanın Sudet vilayətinə tutdu. Belə bir bəhanə irəli sürüldü ki, Sudet vilayətinin əhalisinin əksəriyyəti almanlardır və onlar Çexoslavakiyada milli zülmə məruz qalırlar. Almaniyanın«sakitləşdirilməsi» siyasətinin tərəfdarı olan İngiltərə və Fransa 1938-ci ilin sentyabrın 29-30-da Münhendə Sudet vilayətinin Almaniyaya birləşməsinə tərəfdar oldular. İngiltərə və Fransanın biganəliyini görən hitler 1939-cu ilin martında tərtib etdiyi"Yaşıl" plana əsasən ÇeХОslavakiyanı işğal etdi. Slovakiya"müstəqil dövlət" elan edildi və Almaniyanın satilletinə, yəni əlaltısı olan dövlətə çevrildi. 1939-cu ildə artıq Almaniya ayrı-ayrı ölkələri işğal etmək üçün hərbi planlar işləyib hazırladı. O, Polşa üçün"Vays", Skandinaviya ölkələri üçün"Vezerdə təlim", Fransa üçün"Sarı", İngiltərə üçün"Dəniz şiri", İspaniya üçün"İzabella" planını tərtib etdi. 1939-cu ilin aprelində Almaniya Litvadan Klaypedi, Polşadan Odanski tələb etdi. Birinci istəyinə nail oldu, Klaypedi götürdü, lakin Polşa hökuməti Qdanski verməkdən imtina etdi. Polşa ona arxalanırdı ki, Fransa və İngiltərə onun təhlükəsizliyi üçün təminat veriblər. 1939-cu ilin mayında Mussolini ilə hitler arasındakı danışıqlar nəticəsində Almaniya ilə İtaliya arasında «polad» və ya «möhkəm pakt» bağlandı. 1939-cu ilin avqustun 23-də Almaniya SSRİ ilə bir-biri- nə hücum etməmək haqqında on illik müqavilə bağladı. Bu mü- qavilənin gizli protokolunda Polşa və Pribaltikanın Almaniya və SSRİ arasında təsir dairələrinə bölünməsi öz əksini tapdı.
Yüklə 13,99 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin