Xoy xanlığının ilk hakimi Şahbaz xan olmuşdur.Mülayim siyasət yeridən Şahbaz xan Əfşarla dostluq münasibətləri saxlayırdı.Lakin 60-cı illərin əvvəllərində o,Fətəli xan Əfşara xəyanət etdi və Urmiyanın mühasirəsi dövründə Kərim xan Zəndə kömək etdi.1763-cü ildə Şahbaz xan Şiraz qonaqlığında iştirak etmiş və girov götürülmüşdür.Ondan sonra Xoy xanlığının hakimi Əhməd xan Dünbüli olmuşdur.O Təbriz xanlığını özünə tabe etdi.Təbriz xanı Nəcəfqulu xan ona hərbi köməklik göstərdi.Əhməd xan İrəvan,Naxçıvan və Qarabağ xanlıqlarını da özünə tabe etmişdir.O,Qaradağ xanlığı ilə ittifaqa girdi.Urmiya xanlığını isə zəbt etmək fikrində idi.1783-cü ildə Əhməd xan Təbriz yaxınlığındakı döyüşdə Təbrizli İmamqulu xan Əfşarı və onun müttəfiqi olan Sərablı Əli xan Şəqaqinin qoşunlarını məğlubiyyətə uğratdı.Bu,Xoy xanlığının nüfuzunu xeyli artırdı. 1779-cu ildə Kərim xan öldükdən sonra Şiraz qonaqları geri qayıtmağa başladılar.Şahbaz xanın oğulları da Xoya qayıdıb əmilərinə qarşı çıxdılar.1786-cı ildə Əhməd xan öldürüldü.Lakin bilavasitə qəsdçilər hakimiyyəti ələ keçirə bilmədilər.Xoyda hakimiyyətə gələn Hüseynqulu xan gəldi.Xoy xanlığı getdikcə öz mövqeyini itirdi.İrəvan,Naxçıvan xanlıqları müstəqillik qazandılar.Qaradağ və Təbriz də tezliklə əldən çıxdı.