18 saylı qərarı ilə təsdiq edilmişdir



Yüklə 446,56 Kb.
Pdf görüntüsü
tarix24.01.2017
ölçüsü446,56 Kb.
#6295

 

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 

kollegiyasının 5 iyun 2012-ci il tarixli 

18 saylı qərarı ilə təsdiq edilmişdir 

 

 

 

 

 

 

 

 

 

YENİDOĞULMUŞLARDA  

HİPOQLİKEMİK VƏ HİPERQLİKEMİK 

VƏZİYYƏTLƏR ÜZRƏ 

KLİNİK PROTOKOL 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Bakı - 2012 

 

57.33 


Y 52 

 

 



 

 

 



 

 

 



 

 

 



Y 52   Yenidoğulmuşlarda hipoqlikemik və hiperqlikemik vəziyyətlər 

üzrə klinik protokol, 2012. – 24 səh. 

 

Bu klinik protokol ABŞ-ın Beynəlxalq  İnkişaf Agentliyi 



tərəfindən maliyyələşdirilən “İlkin Səhiyyə Xidmətlərinin 

Gücləndirilməsi” Layihəsinin dəstəyi ilə hazırlanmışdır. 

 

 

2



 

3

Klinik protokolun redaktoru:  

C. Məmmədov  

Səhiyyə Nazirliyi İctimai Səhiyyə və 

 

 

İslahatlar Mərkəzinin direktoru, t.f.d. 



Klinik protokolun tərtibçilər heyəti: 

F. Əliyeva Səhiyyə Nazirliyinin baş mama-ginekoloqu,  

 Elmi-Tədqiqat Mamalıq və Ginekologiya  

 

İnstitutunun direktoru, dosent, t.f.d., 



 RS/AP 

üzrə Milli Koordinator 

A. Lyubşis  

“İlkin Səhiyyə Xidmətlərinin Gücləndirilməsi” 

  

Layihəsinin Ana və Uşaq Sağlamlığı üzrə  



  

baş məsləhətçisi, həkim-neonatoloq, t.e.d. 

İ. Zahare 

 “İlkin Səhiyyə Xidmətlərinin Gücləndirilməsi” 

  

Layihəsinin məsləhətçisi, həkim-neonatoloq 



R. Hüseynov 

Elmi-Tədqiqat Mamalıq və Ginekologiya  

 

İnstitutunun “Yenidoğulmuşların reanimasiya  



 

və intensiv terapiya” şöbəsinin müdiri 

S. Haqverdiyeva 

Elmi-Tədqiqat Mamalıq və Ginekologiya  

 

İnstitutunun həkim-neonatoloqu 



Z. Mikayılova Elmi-Tədqiqat Mamalıq və Ginekologiya  

 

İnstitutunun “Neonatologiya” bölməsinin böyük elmi  



 

işçisi 


M. Rzayeva 

Respublika Perinatal Mərkəzinin  

 “Yenidoğulmuşların reanimasiya və intensiv  

 terapiya” 

şöbəsinin müdiri 

S. Ələsgərova Azərbaycan Tibb Universitetinin 

 Neonatologiya 

kafedrasının dosenti, t.f.d. 

S. Quliyeva 

Azərbaycan Tibb Universitetinin  

  

Neonatologiya 



kafedrasının assistenti, t.f.d. 

F. Qarayev 

Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri  

 

Təkmilləşdirilmə İnstitutunun Pediatriya  



 kafedrasının dosenti, t.f.d 

E. Zeynalova 

Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri  

 

Təkmilləşdirilmə İnstitutunun pediatriya  



 kafedrasının assistenti  

G. Hüseynova 

Səhiyyə Nazirliyi İctimai Səhiyyə və 

 

İslahatlar Mərkəzinin Tibbi keyfiyyət standartları  



 

şöbəsinin müdiri  



Rəyçi: 

N. Quliyev 

Səhiyyə Nazirliyinin baş pediatrı, 

 K.Y.Fərəcova adına Elmi-Tədqiqat  

 Pediatriya 

İnstitutunun direktoru, professor, t.e.d. 



 

4

İxtisarların siyahısı: 



BDİL 

– bətndaxili inkişafın ləngiməsi  

XBT-10 – 

Xəstəliklərin Beynəlxalq Təsnifatı (10-cu buraxılış) 



HYB 

– hestasiya yaşına görə böyük  

HYK 

– hestasiya yaşına görə kiçik  

ÜDS – 

ürək döyüntülərinin sayı 



Sübutların etibarlılıq dərəcəsi və elmi tədqiqatların tipləri 

Sübutların 

etibarlılıq 

dərəcəsi 

Sübutların mənbələri 

(elmi tədqiqatların tipləri) 

Ia 

Sübutlar meta-analiz, sistematik icmal və ya 

randomizasiya olunmuş klinik tədqiqatlardan (RKT) 

alınmışdır 



Ib 

Sübutlar ən azı bir RKT-dən alınmışdır 



IIa 

Sübutlar ən azı bir yaxşı planlaşdırılmış, nəzarət edilən, 

randomizasiya olunmamış tədqiqatdan alınmışdır 

IIb 

Sübutlar ən azı bir yaxşı planlaşdırılmış kvazi-

eksperimental tədqiqatdan alınmışdır 

III 

Sübutlar təsviri tədqiqatdan (məsələn, müqayisəli, 

korrelyasion tədqiqatlar, ayrı-ayrı halların öyrənilməsi) 

alınmışdır 



IV 

Sübutlar ekspertlərin rəyinə və ya klinik təcrübəyə 

əsaslanmışdır 

 


 

5

Tövsiyələrin etibarlılıq səviyyəsi şkalası 



Tövsiyənin 

etibarlılıq 

səviyyəsi 

Tövsiyənin əsaslandığı sübutların etibarlılıq 

dərəcəsi 

RKT-lərin yüksək keyfiyyətli meta-analizi, sistematik 



icmalı  və ya nəticələri uyğun populyasiyaya şamil 

edilə bilən, sistematik səhv ehtimalı çox aşağı olan 

(++) irimiqyaslı RKT. 

Sübutların etibarlılıq dərəcəsi Ia. 

Kohort və ya klinik hal - nəzarət tipli tədqiqatların 



yüksək keyfiyyətli (++) sistematik icmalı, yaxud 

Sistematik səhv riski çox aşağı olan (++) yüksək 

keyfiyyətli kohort və ya klinik hal - nəzarət tipli 

tədqiqat, yaxud 

Nəticələri uyğun populyasiyaya şamil edilə bilən, 

sistematik səhv riski yüksək olmayan (+) RKT. 

Sübutların etibarlılıq dərəcəsi Ib və IIa. 

Nəticələri uyğun populyasiyaya şamil edilə bilən, 



sistematik səhv riski yüksək olmayan (+) kohort və ya 

klinik hal - nəzarət tipli və ya nəzarət edilən, 

randomizasiya olunmamış tədqiqat, yaxud 

Nəticələri uyğun populyasiyaya bilavasitə  şamil edilə 

bilməyən, sistematik səhv riski çox aşağı olan və ya 

yüksək olmayan (++ və ya +) RKT. 

Sübutların etibarlılıq dərəcəsi IIb. 

Klinik hallar seriyasının təsviri, yaxud 



Nəzarət edilməyən tədqiqat, yaxud 

Ekspertlərin rəyi. 

Yüksək səviyyəli sübutların mövcud olmamasının 

göstəricisidir. 

Sübutların etibarlılıq dərəcəsi III və IV. 

 

 



 

 

6

Protokol pediatr, neonatoloq, reanimatoloq, tibb universitetinin 



tələbələri və uşaq tibb bacıları üçün tövsiyə edilir. 

 

Pasiyent qrupu: yenidoğulmuşlar. 

 

Protokol yenidoğulmuşlarda neonatal xəstəliklərin, ciddi ağır-



laşmaların, neonatal ölümün qarşısının alınması və yenidoğulmuşlara 

tibbi yardımın keyfiyyətinin yaxşılaşdırılması üzrə sübutlu təbabətə 

əsaslanan metodik tövsiyələrin verilməsi məqsədini daşıyır.  

ÜMUMİ MÜDDƏALAR 

Qlükoza və onun orqanizmdə rolu 

Qlükoza sadə şəkər və ya monosaxarid olub, orqanizmə qida ilə 

daxil olan və ya daha mürəkkəb şəkərlərdən (məs., nişasta, sellüloza

süd şəkəri) əmələ gəlir. O, orqanizmin hüceyrələri üçün vacib və əsas 

enerji mənbəyidir. Qlükoza əsas mübadilə proseslərində başlıca 

enerji daşıyıcısıdır,  əsas mübadilə  də yenidoğulmuş  uşaqda 

böyüklərə nisbətən iki dəfə daha intensivdir. Qlükoza bağırsaqdan 

sorulur və orqanizmdə toplanır: 

 



qaraciyərdə,  əzələlərdə, ürəkdə, ağciyərlərdə qlikogen 

şəklində 

 

 dərialtı toxumada yağ şəklində.  



Qlikogen, zülal və yağ orqanizmdə enerji ehtiyatıdır. Lazım 

gəldikdə, qaraciyərdə yenidən glükozaya çevrilir (qlikogenoliz, 

qlükoneogenez). 

Orqanizmin hüceyrələrində qlükozanın səviyyəsi haqqında onun 

qandakı konsentrasiyası ilə mühakimə yürütmək olar. 

XBT-10 ÜZRƏ TƏSNİFAT 

P70 Döl 

və yenidoğulmuşlar üçün spesifik olan karbohidrat 

mübadiləsinin tranzitor pozğunluqları 

P70.0 Hamiləlik diabeti olan ananın doğduğu yenidoğulmuş 

sindromu 

P70.1 Diabetli ananın doğduğu yenidoğulmuş sindromu 

P70.2 Yenidoğulmuşların şəkərli diabeti 

P70.3  Yatrogen neonatal hipoglikemiya 



 

7

P70.4 Digər neonatal hipoglikemiyalar 



P70.8 Döl və yenidoğulmuşlarda karbohidrat mübadiləsinin digər 

keçici pozğunluğu 

P70.9 Döl və yenidoğulmuşlarda karbohidrat mübadiləsinin digər 

dəqiqləşdirilməmiş keçici pozğunluğu 



Döldə qlükozanın metabolizmi 

Döl ciftdən aktiv keçən qlükozanı anadan alır. Dölün qanında 

qlükozanın səviyyəsi ananın qanındakı qlükozanın səviyyəsindən 

asılıdır və onun təqribən 70-80%-ni təşkil edir. Döl üçün qlükoza 

əsas enerji mənbəyidir və o qlikogen şəklində qaraciyərdə təxminən 

doqquzuncu həftədən yığılmağa başlayır, hamiləliyin üçüncü 

trimestrinə  qədər intensiv toplanır. Vaxtında doğulan yenidogulmuş 

uşaqda qlikogen ehtiyatı böyüklərə nisbətən 2-3 dəfə yüksəkdir. 

Qaraciyərdən başqa, qlikogen skelet əzələlərində yığılır, hamiləliyin 

38-ci həftəsində onun səviyyəsi böyüklərinkindən təxminən 5 dəfə 

çox olur. O, ağciyərlərdə surfaktant sintezi zamanı  əsas enerji 

mənbəyidir. Hamiləliyin üçüncü həftəsindən qlükoneogenez 

prosesini təmin edən fermentlər  əmələ  gəlir, həmçinin qlükozadan 

triqliseridlərin sintezi başlayır. Triqliseridlərin sintezi piy 

toxumasında piy toplanması  şəklində özünü göstərir və  uşağın 

vaxtında doğulması zamanı piy onun ümumi bədən kütləsinin 16%-ni 

təşkil edir. Beləliklə, hamiləliyin axırıncı trimestrində qaraciyər və 

əzələlərdəki qlükozanın 50%-dən çoxu qlikogenə, qaraciyər və piy 

toxumasındakı isə piyə çevrilir. Vaxtında doğulan uşaqlarla 

müqayisədə vaxtından  əvvəl doğulan uşaqlarda həm qlikogen, həm 

də piy ehtiyatları azdır. 

İnsulin ciftdən keçmir. Dölün mədəaltı vəzi hamiləliyin 11-12-ci 

həftəsindən insulin hasil etməyə başlayır. Döl inkişaf etdikcə onun 

konsentrasiyası da tədricən artır və  uşağın doğulduğu anda 

böyüklərinkindən yüksək səviyyədə olur. İnsulin dölün inkişafını 

stimulyasiya edən əsas faktordur. 

Qlükaqonun hasilatı hamiləliyin 15-ci həftəsində başlayır. O, 

qlikogenolizə, keton cisimləri kimi alternativ enerji mənbələrindən 

istifadəyə yardım edir və qlükozanın sintezi proseslərini aktivləşdirir. 

 


 

8

Yenidoğulmuşlarda qlükozanın metabolizmi 

Doğulduqdan sonra, göbək ciyəsi sıxılarkən ilk 2 saatda 

yenidoğulmuşun qanında qlükozanın səviyyəsi xeyli aşağı düşür. 

Qanda qlükozanın konsentrasiyasının aşağı düşməsi qana qlükaqon 

atılmasına və insulinin konsentrasiysının azalmasına səbəb olur. 

Bundan başqa, qlükozanın azalması doğuş stresi nəticəsində 

katexolaminlərin artması ilə müşayiət olunur. Bu qlikogenoliz 

(qlikogenin yenidən qlükozaya çevrilməsinə),  lipoliz  (piy 

toxumasında triqliseridlərin parçalanması və sərbəst yağ turşuları və 

qliserolun əmələ gəlməsi) və qlükoneogenez (alternativ mənbələrdən 

– yağ turşularından, qliseroldan, laktatdan, amin turşulardan 

qlükozanın  əmələ  gəlməsi) proseslərinin başlanmasına səbəb olur. 

Bundan başqa, qaraciyərdə daha mühüm bir proses baş verir – 



ketogenez, yəni yağ turşularından keton cisimlərinin  əmələ  gəlməsi 

qlükoza ehtiyatını qoruyan alternativ enerji mənbəyi kimi xidmət 

edir. Beləliklə, yenidoğulmuş  uşağın qanında qlükozanın 

konsentrasiyasının azalması 

dərhal qlükaqonun, insulinin, 

qlükokortikoidlərin, qaraciyər fermentlərinin və s. iştirakı ilə bir sıra 

cavab mexanizmlərinə  səbəb olur ki, bunların da köməyi ilə bir 

tərəfdən qlükoza (qlikogen) ehtiyatlarının daha çox istifadəsi, digər 

tərəfdən onun intensiv sintezi (qlükoneogenez) başlayır. Qanda 

qlükozanın miqdarı normallaşanda yenidən  əks proses başlayır – 



qlikogenez,  yəni qlükozanın  qlikogenə çevrilməsi və saxlanma 

yerində toplanması. 



DİAQNOSTİKA 

Qanda qlükozanın səviyyəsinin təyini üsulları 

 



Qlüko-testin köməyi ilə: xüsusi zolağın üzərinə bir damla qan 

damızdırılır və zolağın rənginin dəyişməsinə görə (o, şüşə 

qabdakı standart rəng qamması ilə müqayisə olunur) qlükozanın 

səviyyəsi təyin оlunur: 

 

(+) ucuzdur, tezdir, rahatdır, qan az miqdarda lazımdır; 



 

(–) kifayət qədər dəqiq deyil (başqa üsullarla müqayisədə 



təxminən 0,5 mmol/l aşağıdır); 

 

9



 

Risk qrupundan olan uşaqların hipoqlikemiyaya görə 

skrininqində istifadə oluna bilər; 

 



Qlükometrin köməyi ilə: qan damlası, qlükozanın səviyyəsini 

göstərən qlükometrə yerləşdirilən xüsusi zolağın üzərinə çəkilir: 

 

(+) tezdir, daha dəqiqdir, rahatdır, az miqdarda qan lazımdır; 



 

(+) xəstənin çarpayısı yanında qanda qlükozanın səviyyəsinin 



ekspress diaqnostikası üçün rahatdır; 

 



(–) daha bahalıdır; 

 



Biokimyəvi analizatorun köməyi ilə: 

 



(+) dəqiqdir; 

 



(–) bahadır, rahat deyil, çox miqdarda qan lazımdır. 

Yenidoğulmuşlar üçün qlükozanın metabolizminin pozulmasının 

skrininqi və ya qanda qlükozanın səviyyəsinin təcili təyinini qlüko-

testin və ya qlükometrin köməyi ilə aparmaq daha rahatdır, pozğunluq 

aşkar olunduqda isə - biokimyəvi analizatordan istifadə etməli 

Qanda qlükozanın normal səviyyəsi 

Normoqlikemiya – bu, qanda qlükozanın normal səviyyəsi olub, 

orqanizmin həyat fəaliyyətinin normal proseslərini təmin edir. Daha 

böyük uşaqlar və ya yaşlılarla müqayisədə yenidoğulmuş qanda 

qlükozanın daha aşağı  səviyyəsində orqanizmdəki mübadilə 

proseslərinin stabilliyini saxlaya bilir.  

Yenidoğulmuşun qanında qlükozanın normal səviyyəsi: 

2 - 7 mmоl/l 

Yenidoğulma

 

dövründə qanda qlükozanın normal səviyyəsinin 



ananın vəziyyətindən, uşağın vəziyyətindən və onun yaşından 

(doğuşdan sonra keçən vaxtdan) asılı olaraq dəyişməsi mümkündür, 

amma bu zaman uşağın ümumi vəziyyətində hər hansı bir dəyişiklik 

qeyd olunmur (Cədvəl 1)

 


 10

Cədvəl 1. Yenidoğulma dövründə qanda qlükozanın səviyyəsinin 

doğuşdan sonra keçən vaxtdan asılı olaraq dəyişməsi 

Doğuşdan sonrakı vaxt 

(saatlarla) 

Qlükozanın səviyyəsi (mmоl/l) 

1 - 2 


1,7 

3 - 47 


2,2 

48 - 72 


2,7 

Hipoqlikemiya 

Hipoqlikemiya, qanda qlükozanın səviyyəsinin 2 mmоl/l-dən 

aşağı olduğu vəziyyətdir (С).  

Hipoqlikemiya zamanı yenidoğulmuşun vəziyyətində müşahidə 

olunan dəyişikliklər,

 

orqanizmin hüceyrələrinin zədələnməsi 



(xüsusilə baş beyin) və enerjinin kifayət qədər olmaması səbəbindən, 

metabolizmin pozulması ilə bağlıdır.  

Hipoqlikemiya hər 1000 diri doğulandan 1,3-4,4-də, vaxtından 

əvvəl doğulmuşlarda isə  hər 1000 diri doğulandan 1,5-5,5-də rast 

gəlinir. Bətndaxili inkişafın ləngiməsi (BDİL) olan uşaqlarda 

hipoqlikemiya 25%-ə  qədər, BDİL olan vaxtından  əvvəl 

doğulanlarda isə daha da yüksəkdir. 

Ağırlıq dərəcəsinə görə hipoqlikemiyanin səviyyəsi cədvəl 2-də 

göstərilir. 

Cədvəl 2Hipoqlikemiyanın ağırlıq dərəcələri 

Ağırlıq dərəcəsi 

Qlükozanın səviyyəsi 

(mmоl/l) 

Yüngül 


2 - 1,5 

Ağır (aydın ifadə olunmuş) <1,5 

Hipoqlikemiya zamanı yenidoğulmuşun beyninin zədələnməsi 

yalnız qanda qlükozanın səviyyəsindən deyil, orqanizmin yanaşı 

gedən xəstəliklərindən və ya risk faktorlarından, həmçinin 

hipoqlikemiyanın klinik simptomlarının olmasından asılıdır (B)

Yenidoğulmuş  uşağın qanında qlükozanın təhlükəli səviyyəsi, 

onun ümumu vəziyyətindən asılılığı cədvəl 3-də göstərilir. 

 


 11

Cədvəl 3. Yenidoğulmuş uşağın qanında qlükozanın təhlükəli 

səviyyəsi 

Ümumi vəziyyət 

Qlükozanın təhlükəli 

səviyyəsi (mmоl/l) 

Vaxtında doğulan uşaqlar <2,0 

Hipoqlikemiyanın klinik əlamətləri 

olmayan risk qrupu uşaqları 



<2,6 

Hipoqlikemiyanın klinik əlamətləri olan 

uşaqlar 

<2,6 

Yenidoğulmuşlarda qlükozanın metabolizminin pozulması ananın 

vəziyyəti ilə, dölün bətndaxili inkişafı ilə  və onun postnatal 

adaptasiyası ilə bağlı risk faktorlarından asılıdır. 



Risk faktorları 

Ana tərəfdən: 

 

Şəkərli diabet və ya qlükozaya qarşı pozulmuş tolerantlığa 



müsbət test (qlükoza-tolerant test) 

 



Anamnezdə əvvəlki doğuşlarda iri uşaqlar  

 



Hamiləlik müddətində preeklmpsiya və ya hipertenziya 

 



Doğuş zamanı qlükoza məhlulları ilə infuzion terapiya 

 



Dərmanlar (tokolitiklər) 

Yenidoğulmuş tərəfdən: 

 

Məhdud enerji ehtiyatları ilə bağlı 



 

vaxtından əvvəl doğulanlar  



 

hestasiya yaşına görə kiçik olanlar (HYK) 



 

bətndaxili inkişafın ləngiməsi (BDİL) 



 

qaraciyərin zədələnməsi (hepatitlər) 



 

endokrin xəstəliklər 



 

anadangəlmə metabolizm pozğunluqları 



 

aclıq 



 

qeyri-adekvat infuzion terapiya 



 

Yüksək energetik tələbatla bağlı 



 

hipotermiya 



 

infeksiya 



 

аsfiksiya  



 12

 



polisitemiya 

 



tənəffüs pozğunluqları 

 



hiperinsulinizm, diabetik fetopatiyа 

 



hestasiya yaşına görə böyük olanlar (HYB) 

Klinik əlamətləri 

Hipoqlikemiyanın klinik əlamətləri spesifik deyil, 

yenidoğulmuşların başqa xəstəlikləri zamanı da müşahidə oluna bilər 

(sepsis, 

аsfiksiya, hipotermiya, pnevmoniya, metabolik 

pozğunluqlar): 

 

oyanıqlıq/süstlük 



 

bərk/zəif qışqırıq 



 

tənəffüs pozğunluğu, apnoe 



 

zəif əmmə 



 

döşdən imtina 



 

qeyri-stabil temperatur 



 

periferik sianoz 



 

ürək ritminin pozulması 



 

qıcolmalar 



 

koma 



Qanda qlükozanın səviyyəsinin monitorinqi 

Qanda və plazmada şəkərin səviyyəsini təyin etmək vacibdir: 

 

risk qrupu yenidoğulmuşlarına (С) 



 

hipoqlikemiyanın klinik əlamətləri olan yenidoğulmuşlara. 



Sağlam yenidoğulmuşlara, vaxtında doğulan və risk faktorları 

olmayanlara qanda şəkərin səviyyəsini təyin etmək vacib deyil (С)

Qanda və plazmada qlükozanın səviyyəsinin təyin edilməsi 

cədvəl 4-də göstərilir. 

 


 13

Cədvəl 4. Qanda və plazmada qlükozanın səviyyəsinin təyin 

edilməsi üçün qanın tövsiyə edilən götürülmə vaxtı və sayı 

Təhlükəli 

vəziyyətlər 

İlk təyini Sayı 

Müşahidənin 

müddəti 

Hipoqlikemiyanın 

klinik əlamətləri 

(C) 

Dərhal 


 

Hər 1 saatdan 

bir,  >2,6 mmоl/l 

çatana qədər 

Klinik 

simptomlar 



olmadıqda 

Diabetli analardan, 

HYB, klinik 

simptomlarsız (С) 

Doğulduq

dan 1 saat 

sonra 

Hər 3-6 saatdan 



bir, yeməkdən 

əvvəl,            

>2,6 mmоl/l 

çatana qədər 

12 saat 

HYK, BDİL, 

vaxtından əvvəl 

doğulan klinik 

simptomlarsız (С) 

Doğulduq


dan 2 saat 

sonra 


Hər 3 saatdan 

bir, yeməkdən 

əvvəl,                

>2,6 mmоl/l 

çatana qədər 

36 saat 


Risk qrupundan 

olan digər uşaqlar 

klinik 

simptomlarsız (D) 



Doğulduq

dan 4-6 


saat sonra 

3-6 saatdan 

sonra, yeməkdən 

əvvəl,                 

>2,6 mmоl/l 

çatana qədər  

12 saat 

Əlavə monitorinq və müayinə 

 



ÜDS, tənəffüs, аrterial təzyiq, SaO

2

 



 

Bədən temperaturu  



 

Sidik ifrazının qeydiyyatı (saatlıq, gündəlik) 



 

Sidikdə qlükozanın səviyyəsinin təyini 



 

Qanın geniş analizi (sepsis) 



 

Qanın qazları (hipoksemiya və asidoz) 



 

Qanın elektrolitləri (hiperkaliemiya, dehidratasiya) 



 

Sidik cövhəri və qalıq azot (dehidratasiya, böyrək çatışmazlığı) 



 

 14

Risk qrupundan olan yenidoğulmuş uşaqların aparılma taktikası 

Hipoqlikemiyanın klinik simptomları olmayan risk qrupu 

yenidoğulmuşları: 

 



Erkən enteral qidalanmaya başlamalı; 

 



Doğulduqdan 4-6 saat sonra qanda qlükozanın səviyyəsini təyin 

etməli: 


 

qlükozanın səviyyəsi <2,6 mmоl/l olarsa, uşağı yenidən 



qidalandırmalı; 

 



1 saatdan sonra analizi təkrar etməli. 

 



Hipoqlikemiya saxlanılırsa, enteral qidalanmanı davam 

etdirməklə v/d 10%-li qlükoza məhlulunu fasiləsiz yeritməyə 

başlamalı; 

Hipoqlikemiyanın klinik simptomları olmayan BDİL, vaxtından 

əvvəl doğulan uşaqlar və HYK yenidoğulmuşlar: 

 



Erkən enteral qidalanmaya başlamalı (mümkün qədər); 

 



Doğulduqdan 2 saat sonra qanda qlükozanın səviyyəsini təyin 

etməli: 


 

qlükozanın səviyyəsi <2,6 mmоl/l olarsa, uşağı yenidən 



qidalandırmalı; 

 



1 saatdan sonra analizi təkrar etməli. 

 



Hipoqlikemiya saxlanılırsa, enteral qidalanmanı davam 

etdirməklə v/d 10%-li qlükoza məhlulunu fasiləsiz yeritməyə 

başlamalı; 

 



Əgər enteral qidalanma mümkün deyilsə  və ya kifayət qədər 

deyilsə : 

 

dərhal v/d 10%-li qlükoza məhlulunu fasiləsiz yeritməyə 



başlamalı. 

Hipoqlikemiyanın klinik simptomları olmayan diabetli analardan 

doğulan, HYB yenidoğulmuşlar: 

 



Erkən enteral qidalanmaya başlamalı; 

 



Doğulduqdan 1 saat sonra qanda qlükozanın səviyyəsini təyin 

etməli: 


 

qlükozanın səviyyəsi <2,6 mmоl/l olarsa, uşağı yenidən 



qidalandırmalı; 

 



1 saatdan sonra analizi təkrar etməli. 

 15

 



Hipoqlikemiya saxlanılırsa, enteral qidalanmanı davam 

etdirməklə v/d 10%-li qlükoza məhlulunu fasiləsiz yeritməyə 

başlamalı; 

Hipoqlikemiyanın klinik simptomları olan yenidoğulmuşlar: 

 



Hipoqlikemiyanın klinik simptomları yaranan kimi qanda 

qlükozanın səviyyəsini təyin etməli; 

 

Enteral qidalanmanı davam etdirməklə v/d 10%-li qlükoza 



məhlulunu fasiləsiz yeritməyə başlamalı. 

Müalicə 

 



Əsas xəstəliyin müalicəsi (mümkün qədər) 

 



Erkən və adekvat enteral qidalanma 

 



V/d 10%-li qlükoza məhlulunun yeridilməsi 

Hipoqlikemiyanın 10%-li qlükozanın yardımı ilə  

parenteral korreksiyası 

Hipoqlikemiyanın klinik simptomları olmayan risk qrupu 

yenidoğulmuşlarının yüngül dərəcəli davamlı hipoqlikemiya (1,5-2,0 

mmоl/l) və ya istənilən qidalanma pozulması zamanı müalicəsi (В)

 

10%-li qlükozanı fasiləsiz yeritməyə başlamalı:  



 

60-80 ml/kq/gündə, yəni 2,4-3,6 ml/kq/saаt sürətlə               



(4-6 mq/kq/dəq quru qlükoza) (С) 

 



1 saatdan sonra qanda qlükozanın səviyyəsini təkrarən təyin 

etməli 


 

hipoqlikemiya davam edərsə (<2,0 mmоl/l), qlükozanın 



yeridilmə sürətini artırmalı: 

 



və ya >100 ml/kq/gündə 10%-li qlükoza 

yəni 4,2-4,6 ml/kq/saаt sürətlə (7-8 mq/kq/dəq quru qlükoza), 

 

və ya qlükozanın konsentrasiyasını 12,5%-ə qədər artırmalı  



60,0-80,0-100,0 ml/kq/gündə hesabı ilə. 

Qidanı 


həzmetmə qabiliyyətindən asılı olmayaraq 

hipoqlikemiyanın klinik simptomları olan yenidoğulmuşların 

müalicəsi. 

 



dərhal qlükozanın səviyyəsini təyin etməli 

 



qlükozanın səviyyəsi <1,5 mmоl/l olarsa, v/d axınla 2 ml/kq 

10%-li qlükoza yeritməli (С) 

 

10%-li qlükozanın fasiləsiz yeridilməsini davam etdirməli: 



 16

 



60,0-80,0 ml/kq/gündə hesabı ilə, yəni 2,4-3,6 ml/kq/saаt 

sürətlə (4-6 mq/kq/dəq quru qlükoza) (С) 

 

hipoqlikemiya davam edərsə (<2,0 mmоl/l), qlükozanın 



yeridilmə sürətini artırmalı: 

 



>100 ml/kq/gündə hesabı ilə 10%-li qlükoza 

yəni 4,2-4,6 ml/kq/saаt sürətlə (7-8 mq/kq/dəq quru qlükoza) 



(С) 

 



və ya qlükozanın konsentrasiyasını 12,5%-ə qədər artırmalı  

60,0-80,0-100,0 ml/kq/gündə hesabı ilə. 



Simptomatik hipoqlikemiya zamanı  nəzərə çarpan nevroloji 

pozğunluqları olan uşaqlar dərhal qlükozanın səviyyəsi 2,6 mmоl/l 

çatana qədər v/d qlükoza almalıdırlar (А). 

Hipoqlikemiyanın profilaktikası: 

 



Risk qrupu yenidoğulmuşlarının aşkar edilməsi 

 



Risk qrupu yenidoğulmuşlarının qanında qlükozanın 

səviyyəsinin skrininqi 

 

Erkən enteral qidalanma 



 

Enteral qidalanma mümkün olmadıqda qlükoza məhlullarının 



parenteral yeridilməsi (10%-li qlükoza məhlulu)  

Hiperqlikemiya 

Hiperqlikemiya – qlükozanın səviyyəsinin qanda 6,9 mmоl/l çox 

və plazmada 8,3 mmоl/l çox olduğu vəziyyətdir.  

Hiperqlikemiyanın növləri: 

 



tranzitor 

 



davamlı  

Risk faktorları 

 



İnfuzion terapiya və ya parenteral qidalanmanın qeyri-adekvat 

aparılması, xüsusilə vaxtından qabaq doğulan uşaqlarda 

 

Vaxtından əvvəl doğulma  



 

Hestasiya yaşına görə kiçik (HYK) 



 

BDİL 



 

Hipoksiya 



 

Endokrin xəstəliklər (anada və ya  uşaqda) 



 17

 



Anadangəlmə metabolizm pozğunluqları 

 



İnfeksiya (anada və ya  uşaqda) 

 



Kəllədaxili qansızma 

 



Dərmanlar (qlükokortikoidlər) (ana və ya uşaq) 

Klinik əlamətləri 

Hiperqlikemiyanın klinik əlamətləri spesifik deyil, 

yenidoğulmuşların başqa xəstəlikləri zamanı da müşahidə oluna bilər 

(sepsis, 

аsfiksiya, hipotermiya, pnevmoniya, metabolik 

pozğunluqlar): 

 



 



Oyanıqlıq/süstlük 

 



Bərk/zəif qışqırıq 

 



Dəri örtüklərinin quruluğu 

 



Dəri örtüklərinin mərmərliyi 

 



Süst əmmə 

 



Döşdən imtina 

 



Çəkinin itirilməsi 

 



Temperaturun qeyri-stabilliyi 

 



Аpnoe 

 



Ürək ritminin pozulması 

 



Qıcolmalar 

 



Qlükozuriya 

 



Poliuriya 

 



Dehidratasiya 

Qanda qlükozanın səviyyəsinin monitorinqi 

Qanda və plazmada şəkərin səviyyəsini təyin etmək vacibdir: 

 



 



Hiperqlikemiyaya şübhə olduqda dərhal 

 



 

Risk qrupundan olan yenidoğulmuşlarda 

 

Qlükoza məhlullarının v/d yeridilməsi və/və ya parenteral 



qidalanma zamanı. 

Əlavə monitorinq və müayinə 

 



ÜDS, tənəffüs, аrterial təzyiq, SaO

2

 



 

Bədən temperaturu  



 

Sidik ifrazının qeydiyyatı (saatlıq, gündəlik) 



 

Sidikdə qlükozanın səviyyəsinin təyini 



 18

 



Qanın geniş analizi (sepsis) 

 



Qanın qazları (hipoksemiya və asidoz) 

 



Qanın elektrolitləri (hiperkaliemiya, dehidratasiya) 

 



Sidik cövhəri və qalıq azot (dehidratasiya, böyrək çatışmazlığı) 

Risk qrupundan olan yenidoğulmuş uşaqların aparılma taktikası 

Hiperqlikemiyanın klinik simptomları olmayan risk qrupu 

yenidoğulmuşları: 

 



Erkən enteral qidalanmaya başlamalı; 

 



Doğulduqdan 4-6 saat sonra qanda qlükozanın səviyyəsini təyin 

etməli; 


 

Qanda qlükozanın səviyyəsi 6,9 mmоl/l-dən çoxdursa, lakin uşaq 



enteral qidalanırsa – korreksiya aparılmır; 

 



İnfuzion terapiya aparılan zaman qlükozanın səviyyəsi              

6,9 mmоl/l-dən çox olduqda: 

 

qlükoza məhlulunun yeridilmə sürətini hər 2-4 saatdan bir    



1-2 mq/kq azaltmalı 

 



yeridilən qlükoza məhlulunun 5%-li konsentrasiyasından 

istifadə etməli 

 

qlükoza məhlulunu qismən fizioloji məhlulla əvəz etməli 



 

Göstəricilər normallaşana qədər hər 4-6 saatdan bir qanda 



qlükozanın səviyyəsini təkrar təyin etməli  

Hiperqlikemiyanın klinik simptomları olmayan infuzion terapiya 

və/və ya parenteral qidalanma alan yenidoğulmuşlar: 

 



İnfuzion terapiya başladıqdan 4-6 saat sonra qanda qlükozanın 

səviyyəsini təyin etməli; 

 

Qanda qlükozanın səviyyəsi 6,9 mmоl/l-dən çoxdursa: 



 

qlükoza məhlulunun yeridilmə sürətini hər  2-4  saatdan  bir     



1-2mq/kq azaltmalı 

 



yeridilən qlükoza məhlulunun 5%-li konsentrasiyasından 

istifadə etməli 

 

qlükoza məhlulunu qismən fizioloji məhlulla əvəz etməli 



 

Göstəricilər normallaşana qədər hər 4-6 saatdan bir qanda 



qlükozanın səviyyəsini təyin etməli  

Qlükozanın yeridilməsinin minimal sürəti 4,4 mq/kq/dəq 

 



Yuxarıda göstərilən tədbirlərə baxmayaraq hiperqlikemiya 

saxlanılırsa, qlükozanın göstəriciləri stabilləşənə  qədər - insulin 



 19

0,05 vahid/kq/saаtda 12-24 saat ərzində (hər 4-6 saatdan bir 

qlükozaya nəzarət ) təyin etməli 

 



Uzun müddətli infuzion terapiya və/və ya parenteral qidalanma 

zamanı qanda qlükozanın səviyyəsini gündə 2 dəfədən az 

olmayaraq təyin etməli  

Hiperqlikemiyanın klinik simptomları olan yenidoğulmuşlar: 

 



Dərhal qanda qlükozanın səviyyəsini təyin etməli; 

 



Enteral qidalanma zamanı qanda qlükozanın səviyyəsi 6,9 

mmоl/l-dən çox deyilsə, korreksiya aparılmır; 

 

İnfuzion terapiya və qlükozanın səviyyəsi 6,9 mmоl/l-dən çox 



olduqda: 

 



qlükoza məhlulunun yeridilmə sürətini hər  2-4  saatdan  bir        

1-2 mq/kq azaltmalı 

 

yeridilən qlükoza məhlulunun 5%-li konsentrasiyasından 



istifadə etməli 

 



Qlükoza məhlulunu qismən fizioloji məhlulla əvəz etməli  

 



Yuxarıda göstərilən tədbirlərə baxmayaraq hiperqlikemiya 

saxlanılırsa, qlükozanın göstəriciləri stabilləşənə  qədər - insulin 

0.05 vahid/kq/saаtda 12-24 saat ərzində (hər 4-6 saatdan bir 

qlükozaya nəzarət ) təyin etməli 

 

Göstəricilər stabilləşənə  qədər hər 4-6 saatdan bir qanda 



qlükozanın səviyyəsini təkrar təyin etməli  

Müalicə 

Əsas xəstəliyin müalicəsi  

 

İnfuzion terapiya zamanı: 



 

yeridilən qlükoza məhlulunun sürətini azaltmalı  və  onun       



5%-li konsentrasiyasından istifadə etməli 

 



qlükoza məhlulunu qismən fizioloji məhlulla əvəz etməli 

 



Davamlı hiperqlikemiya və görülən tədbirlərdən effekt 

olmadıqda, insulin yeritməli 



 20

Hiperqlikemiyanın profilaktikası 

 



Risk qrupu yenidoğulmuşlarının aşkar edilməsi 

 



Risk qrupu yenidoğulmuşlarının qanında qlükozanın səviyyəsinin 

təyini 

 

Erkən enteral qidalanma 



 

Qlükoza məhlullarından istifadə zamanı  səmərəli infuzion 



terapiya 

 



İnfuzion terapiya zamanı qlükozanın səviyyəsinə müntəzəm 

nəzarət 


 

 

 



Əlavə №1 

Risk qrupundan olan və ya hipoqlikemiya simptomları olan yenidogulmuş  

Qanda qlükozanın səviyyəsini təyin etməli

Simptomatik və ya qlükoza < 1,5 mmol/l 

Аsimptomatik

>2 mmol/l 



<2 mmol/l 

Qidalandırmağa 

Qidalandırmağa  

V/d axınla 2 ml 10% qlükoza ilə başlayıb sonra  

başlamalı 

başlamalı 

2,4-3,6 ml/kq/saat sürətlə infuziyaya keçməli 

(4- 6 mq/kq/dəq quru qlükoza)  

Nəzarət etməli, 

1 saatdan sonra qanda 

qlükozanın səviyyəsini 

təyin etməli 

əgər lazımdırsa,  

başqa müayinələr aparmalı  

1 saatdan sonra qanda 

qlükozanın səviyyəsini 

təyin etməli 

Qanda qlükoza  

Qanda qlükoza  

Qanda qlükoza  

Qanda qlükoza 

>2 mmol/l 



<2 mmol/l 

<2 mmol/l 

>2 mmol/l 

V/d axınla yeridilməni 

təkrar etməli, infuziyanın 

sürətini 4,2-4,6 ml/kq/saаt 

artırmalı, 1 saat sonra qanda 

qlükozanın səviyyəsini 

təyin etməli 

Qlükozanın 

infuziyasını davam 

etdirməli, hər         

2 saatdan bir qanda 

səviyyəsini təyin 

etməli 


Qidalandırmanı davam 

etdirməli, hər 3-6 saatdan bir 

qanda qlükozanın səviyyəsini 

təyin etməli 

Əgər uşaq simptomatikdirsə, 

qlükozanın v/d yeridilməsi  

haqqında düşünməli  

 

 



21

Əlavə №2 

 

Qlükozanın səviyyəsi 

normallaşana qədər hər           

4-6 saatdan bir onu təyin etməli  

Коrreksiya aparmamalı, 

qidalandırmanı davam etdirməli 

Qanda qlükoza 6,7-8,3 mmol/l

Uşaq enteral qidalanma alır

Risk qrupundan olan və ya hiperqlikemiya simptomları olan yenidogulmuş 

Qanda qlükozanın səviyyəsini təyin etməli 

 

22

Simptomsuz və ya qanda qlükoza  



6,7-8,3 mmol/l 

Qlükozanın səviyyəsi normallaşana qədər hər         

2-4 saatdan bir onu təyin etməli 

Hiperqlikemiya saxlanılırsa, 12-24 saat ərzində       

0,01-0,05 vah/kq/saat dozasında insulin təyin edilir 

Simptomatik və ya qanda qlükoza  

Qlükozanın yeridilmə sürətini hər 

2-4 saatdan bir 1-2 mq/kq/dəq 

azaltmalı və ya qlükozanın kons. 

5-2,5% qədər azaltmalı 

2 saatdan sonra qanda qlükozanı 

təyin etməli 

>13,9 mmol/l

Uşaq infuzion terapiya alır

Qlükozanın yeridilmə sürətini hər 

2-4 saatdan bir 1-2 mq/kq/dəq 

azaltmalı və ya qlükozanın kons. 

5% qədər azaltmalı 

Qlükozanın səviyyəsi 

normallaşana qədər hər 4-6 

saatdan bir onu təyin etməli  


 23

Ədəbiyyat: 

1.

 



Bottino M., Cowett R.M., Sinclair J.C. Interventions for 

treatment of neonatal hyperglycemia in very low birth weight 

infants // Cochrane Database of Systematic Reviews. - 2009.- 

issue 1 Art.- No.: CD007453 

2.

 

Blood glucose monitoring. Perinatal Partnership Program of 



Eastern & Southern Ontario - 2008. 

3.

 



Cowett R.M., Farrag H.M. Selected principles of perinatal-

neonatal glucose methabolism // Sem Neonatol – 2004 - №9- 

p37-47. 

4.

 



Cowett R.M., Farrag H.M. Neonatal glucose metabolism / 

Cowett R.M, ed.- 2nd ed // Principles of Perinatal-Neonatal 



Metabolism.- New York, NY: Springer-Verlag; 1998.- p 683–

672. 


5.

 

Cowett A.A., Farrag H.M., Gelardi N.L., Cowett R.M. 



Hyperglycemia in the micropremie: evaluation of the metabolic 

disequilibrium during the neonatal period // Prenatal NeonatalMe 



– 1997 - №2 - p 360–365. 

6.

 



Сornblath M. Et al. Controversies regarding definition of 

neonatal hypoglycemia: suggested operational thresholds // 

Pediatrics- 2000- № 105(5).- p 1141-1145. 

7.

 



Hemachandra A.H., Cowett R.M. Neonatal Hyperglycemia // 

Pediatrics in Review - 1999- № 20.- p 16-24. 

8.

 

Kahler S.G. Metabolic disorders associated with neonatal 



hypoglycemia // NeoReviews – 2004 - № 5-p 377-381. 

9.

 



Kallapur S.G. et al. Transient hyperglycemia in neonate // J 

Postgrad Med – 1987 - № 33-p 222-225. 

10.

 

Louik C., Mitchell A.A., Epstein M.F., Shapiro S. Risk factors 



for neonatal hyperglycemia associated with 10% dextrose 

infusion // Am J Dis Child.- 1985.- № 139.- p 783–786. 

11.

 

Mitanches D. Glucose regulation in preterm newborn infants // 



Horm Res - 2007- № 68.-p 265-271. 

12.


 

McGowan J.E. Neonatal Hypoglycemia: fifty years later, the 

questions remain the same // NeoReviews – 2004 - №5 - p 363-

364. 


13.

 

McGowan J.E. Neonatal hypoglycemia // NeoReviews – 1999 - 



№1 - p 6-15. 

 24

14.


 

McGowan J.E. et al. Glucose homeostasis. Merenshten & 

Gardner’s Handbook of neonatal intensive care.- Mosby Elsevier 

2011.- p. 353-377. 

15.

 

Neonatal hypoglycemia: Newborn guideline 5 / British Columbia 



Reproductive Care Program 2003 - p 7. 

16.


 

Ogilvy-Stuart A.L., Beardsall K. Management of hypoglycemia 

in the preterm infant // Arch Dis Child Fetal Neonatal - 2010- № 

95.- p 126-131. 

17.

 

Pildes R.S., Pyati S.P. Hypoglycemia and hyperglycemia in tiny 



infants // Clinics in Perinatology - 1986.- № 13.- p 351–375. 

18.


 

Screening guidelines for newborns at risk for low blood glucose / 

Canadian Pediatric Society - Position Statement (FN 2004-01) // 

Pediatr Child Health – 2004 - № 9.- p 723-729. 

19.

 

Srinivasan G., Pildes R.S., Cattamanchi G., Voora S., Lilien L.D. 



Plasma glucose values in normal neonates: a new look // J 

Pediatr.- 1986 Jul.- № 109(1) - p 114-7.  

20.

 

Simmons R.A. Glucose methabolism in the newborn infant. 



Workbook in practical neonatology / ed. Polin R.A., Yoder M.C - 

Sounders Elsevier 2007 - p.45-51. 

21.

 

Weght N. et al. Guidelines for glucose monitoring and treatment 



of hypoglycemia in breastfed neonates // Breastfeeding medicine 

– 2006 - № 1- p 178-184. 

22.

 

Williams A.F. Hypoglycemia of the newborn: a review // Bulletin 



of WHO - 1997.-№ 75 (3) - p 261-290. 

Wilkins E., Atanosov P. Glucose monitoring: state of the art and 



future possibilities // Med Eng Phys – 1996 - № 18 - p 273–288. 

 

 

Yüklə 446,56 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin