1906-cı ildə Zəngəzurun türk-müsəlman əhalisinə qarşı erməni təcavüzü Tofiq Həsənov



Yüklə 70.32 Kb.
PDF просмотр
tarix10.06.2017
ölçüsü70.32 Kb.

“EURO Xəbər”.-2011.-11-29 mart, 31 mart-12 aprel.-N.5, 6.-S.8.

1906-cı ildə Zəngəzurun türk-müsəlman əhalisinə qarşı erməni təcavüzü 

Tofiq Həsənov

Tarix elmləri üzrə fəlsəfə doktoru

Erməni  daşnak  silahlı  dəstələri  Şuşa  şəhəri  və  Ağdam  bölgəsinin  türk-müsəlmanları  tərəfindən  ağır

məğlubiyyətə  uğrayaraq  sarsıldılar.  Onlar  özlərinin  siyasi  vəziyyətlərini  düzəltmək  üçün  Gəncə  quberniyasının

Zəngəzur  qəzasını özlərinə  yeni  siyasi  və  hərbi  fəaliyyət  meydanı seçərək  Abaran,  Aleksandropol  bölgələrindən

Zəngəzura  silahlı  dəstələr  və  hərbi  sursat  toplamağa  başladılar.  Ermənilər  Zəngəzura  silah  daşımaq  üçün  Şuşa

şəhərini  münasib  saymırdılar.  Ermənilərin  Qarabağ  torpaqlarında  aldıqları  hərbi  məğlubiyyətdən  sonra  ora  odlu

silah göndərmək və onu Zəngəzura daşımaq asan məsələ deyildi. Ona görə ki, erməni silahlılarının qarşısına çıxaraq

onların  fitnə-fəsadlarının  qarşısını  alan,  şücaət  və  igidliyi  qanında  olan  Şuşanın  və  Qarabağın  qəhrəman

türk-müsəlman əhalisi erməni daşnaklarını cəzalandırmaqdan əsla çəkinmirdilər.

1905-1906-cı  illərdə  Şuşa  şəhərinin  türk-müsəlman  əhalisinə  qarşı  ermənilərin  təcavüzü  iki  dəfə  ağır

məğlubiyyətə  uğradı.  Şuşa  şəhərindəki  ağır  məğlubiyyətin  əvəzini  çıxmaq  məqsədilə  erməni  silahlıları  Zəngəzur

qəzasının  türk-müsəlman  əhalisinə  qarşı  təcavüzə  başladılar.  Ermənilər  Cavanşir və  Cəbrayıl qəzalarına  dağılmış

silahlı dəstələrini bərpa edib Qafan mis mədənlərilə məşhur olan Qatar kəndi yaxınlığında yerləşən Barabatum və

Çəkədək  adlı  erməni  kəndlərində  topladılar.  Erməni  daşnaklarının  məqsədi  Qafan  və  Gorusdan  Naxçıvana  kimi

olan  yol  boyunca  Zəngəzur  qəzasında  yerləşən  türk-müsəlman  kəndlərini  dağıtmaqla,  erməni  silahlı  dəstələrinin

döyüş vaxtı arxayın və təhlükəsiz hərəkətini təmin etmək olmuşdur.

Zəngəzura  erməni  daşnaklarının  silah  və  sursat  daşımaları üçün  ən  əlverişli  yol  İrəvandan  idi.  İrəvandan

Zəngəzura kimi olan yol  boyunca  erməni  nüfuzunun  XIX  əsrin  əvvəllərindən  XX  əsrin  başlanğıcına  kimi  qismən

artırılmasına  çar  Rusiyasının  hakim  dairələri  müvəffəq  olmuşdursa  da,  bu,  kifayət  etmirdi.  Buna  görə  də  hərbi

əhəmiyyəti  olan  dağ  keçidlərində  «yol  üstündə  yerləşmiş  müsəlman  kəndlərinə  təzyiq  etmək  üçün  erməni  silahlı

dəstələrinə  qəti  olaraq  əmr  və  göstəriş  verməkdə  idilər.  Bundan  sonra  İrəvandan  Zəngəzura  erməni  hərbi

dəstələrinin hərəkət etməsi üçün təşəbbüsə keçən erməni daşnak silahlıları türk-müsəlman əhalisi yaşayan kəndlərə

hücumlar  edərək  bir  çox  kəndləri  dağıtdılar.  Xanlıqlar,  İtqıranlar  darmadağın  olundu.  Naxçıvan  mahalının  Cəhri

faciəsi  qəflətən  baş  verdi.  Dağ keçidlərindən  Zəngəzura  aşmaq  üçün  Dirlis,  Unus,  Pəzməri  adlı türk  -  müsəlman

kəndlərini  dağıda  bilməyib  onları  yalnız  mənəvi  sarsıntıya  məruz  qoydular.  Coğrafi  baxımdan  hərbi  əhəmiyyət

daşıyan Oxçu, Səbədək, Purdavud, Atqız kəndlərinin türk-müsəlman əhalisi cəsur və şücaətli, igid insanlar olmaları

və bir-birlərini tutmaları nankor erməniləri dəhşətə salırdı.  Bu kəndlər Zəngəzur bölgəsinin açarı sayılırdı.  Erməni

daşnaklarının  Aleksandropol,  İrəvan,  Abaran  və  Suragüldən  gətirilmiş  silahlı  dəstələri  Ağulis,  Kəlağı,  Dəmqurd

kəndlərində  yerləşdirildi.  Ermənilər  Oxçu-Şəbədək  döyüşlərinə  hazırlaşırdılar.  Şuşada  məğlub  olmuş  və  Ağdam

bölgəsinə yaxın olan Dağlıq Qarabağın erməni kəndlərində mənəvi  qüvvəsi  sarsıdılmış erməni  silahlılarının  hərbi

ehtiyatları təmin  olunaraq  mis  mədənləri  yerləşən  Qatar  kəndi  tərəfə  göndərilirdi.  Onlar  da  Oxçu  kəndinə  erməni

hücumu olduqda kömək etməkdən çəkinmirdilər. Qarabağdan gətirilmiş erməni hərbi dəstələri 1906-cı il iyul ayının

20-də mis mədənləri ətrafına yığılaraq Aram Nehrəmov adlı erməniyə tapşırılmışdı.  Beləliklə, erməni əsgərləri iki

mühüm  nöqtəyə,  birisi  mis  mədəni  ətrafında,  digəri  Ordubadın  dörd-beş  verstliyində  yerləşən  Ağulis  və  ətraf

erməni kəndlərində yerləşdirilirdi.

1906-cı il  iyul  ayının  29-da  erməni  Mirzə  Aram  Nehrəmovun  fitnəsi  ilə  Ulxu  elinin  Qaraçəmən  kəndinin

nücaba  bəyzadələrindən  olan  Camal  bəyin  xidmətçisi  Səfiyar  bəyin  daşnaksütun  partiyasının  silahlı  qatilləri

tərəfindən  Mədən  bazarında  öldürülməsi  yerli  türk-müsəlman  əhalisinin  qəzəbinə  səbəb  oldu.  Mədən  bazarına

hücum çəkən camaat bir erməni öldürüb və bir boş mis mədənini yandırırlar. Dərhal erməni silahlı dəstələri bazara

hücum edərək türklərin dükan-bazarını talayıb odlayırlar. Malları qarət olunmuş və dükanları yandırılmış Ordubad

tacirləri  Qatar  kəndinə  qaçırlar.  Ermənilər  Mədən  bazarını  qarət  edib  dağıtdıqdan  sonra  Oxçu-Şəbədək  enişlərinə

gəlib çatan altı nəfərlik atlı dəstəni qətlə yetirirlər.

1906-cı  il  iyul  ayının  29-da  günorta  saat  on  ikidə  beş  min  nəfərlik  erməni  silahlıları  Karxana  adlı  türk

kəndinə hücuma keçirlər. Karxana kəndinin əhalisi beş  min nəfər tərəfindən açılan atəşə tab gətirməyib dağ-daşa,

kolluqlara  dağılmağa  məcbur  olurlar.  Kəndin  ətrafında  olan  qayalıq  bir  yerdə,  qaya  arxasında  otuza  qədər

qadın-uşaq  və  qoca  kişi gizlənmişdilər.  Ermənilər  tərəfindən  öldürülmüş  Tahir  adlı Ordubad  tacirinin  Pakizə  adlı


həyat  yoldaşı  və  Füruzə  adlı südəmər  körpə  qızı  da  bu  otuz  nəfərlə  birlikdə  idi.  Körpə  Füruzə  güllə  səslərindən

qorxaraq ağlayır. Cocuğun ağlamaq səsini eşidib gələn ermənilər qaya arxasında gizlənənlərin hamısını öldürürlər.

1906-cı il iyulun 29-da Karxana əhalisini tamamilə qırdıqdan sonra saat üçdən başlayaraq erməni silahlıları türklər

yaşayan  Lov,  Xələc,  Saldaşlı,  İncəvar,  Daşnov  kəndlərini  dağıdırlar.  Bu  kəndlərin  salamat  qalan  əhalisi  Qatar

kəndinə pənah aparırlar. 1906-cı il avqust ayının 1-də saat on ikidə Qatar kəndini mühasirəyə alan erməni silahlıları

atəşə  başlayırlar.  Şiddətli  atəş  vaxtı  pristav  Saxarovun  yanında  olan  bir  ləzgi  keşikçi  «Cənab  pristav  sizdə  heç

rəhm-mürvət  yoxdurmu? Siz baxırsınız islamları gülləbaran edirlər. Olmazmı ki,  kəndin  kənarında  olan  kazaklara

buyurasan,  islamları  mühafizə  etsinlər»  -  dedikdə  pristav  Saxarov  «mən  müsəlmanları  mühafizə  edə  bilmərəm.

Görmürsən ermənilər necə canalıcı güllə atırlar?» - cavabını vermişdir. Qatar kəndinin əhalisinin mətin müqaviməti

erməniləri  hücum  edib  kəndi  viran  qoymaqdan  çəkindirirdi.  Ermənilər  yerli  türk  əhalisinin  hərbi  qüvvələrindən

xəbərdar  olmadıqlarından  hücum  etməyə  cürət  etmirdilər.  Pristav  Saxarov  ermənilərlə  əlbir  hərəkət  edərək  Qatar

kəndində  olan  yerli  qüvvələri  öyrənmək üçün  ora  əlli  kazak  və  bir  onbaşı göndərdi.  Kazaklar  kəndin  hər  tərəfinə

yayılıb  əhalinin  əksəriyyətinin  silahlı  olduğunu  öyrəndikdən  sonra  Saxarovun  yanına  qayıtdılar.  Qatar  kəndinə

dolmuş  bəzi  köçəri  qəbilələrin  (tərəkəmələrin)  ağsaqqalları hökumət  mühafizəsi  ilə  camaatını götürüb  getməsini

Saxarova sifariş etsə də, onlara kənddən çıxmağa heç bir kömək olmadı. Milliyyətcə rus olan pristav Saxarov köçəri

tayfaların camaatını da Qatar kəndində qalıb erməni silahlıları tərəfindən qətl olunmalarını məqsədə uyğun sayırdı.

Kazaklar  Qatar  kəndində  olan  hazırlığı  ermənilərə  xəbər  verdikdən  sonra  türk  silahlılarının  mövqelərinə

şiddətli  hücum  başlanır.  Pristav  Saxarov  sülh  vasitəçisini  götürüb  kazak  dəstələri  ilə  Barabatum  adlanan  erməni

kəndinə çəkilir. Pristavın əmri ilə Qatar əhalisinin şikayətlərini hökumətə çatdıran Mədən bazarındakı poçt idarəsini

də  özünün  kazak  dəstəsi  ilə  yerləşdiyi  Barabatum  kəndinə  köçürdür.  Beləliklə,  rus  dövləti  idarələrinin  hərtərəfli

köməkliyi  sayəsində  Qatar  kəndində  olan  türk  camaatı  hər  tərəfdən  ümidləri  kəsilərək  erməni  silahlılarının

mühasirəsində  qalır.  Mühasirədə  iştirak  edən  erməni  silahlılarının  sayı  səkkiz  min  nəfərə  çatdırılmışdı.  Qatarın

mühasirədə  olan  əhalisi  Zəngilan  bölgəsinin  ağsaqqallarına  məktub  göndərib  kömək  istəsələr  də  onlara  kömək

etmək mümkün olmadı. Erməni silahlıları Qatar kəndini doqquz gün atəşə tutdular. Mühasirədə olan yerli və köçəri

türklərin  igidliyi  və  şücaəti  sayəsində  ermənilər  kəndi  tuta  bilmədilər.  Kənd  camaatına  ən  güclü  və  ağır  zərbəni

Məlik Arazyanın mis mədənlərində işləyən iranlı müsəlman fəhlələr vurdular. Bu alçaqlar arxalarında neft, dinamit

daşıyıb «ya Əli» çığıraraq Qatar kəndinə girdikdə «müsəlmanlar bizə sursat daşıyır» deyə düşünən türk-müsəlman

müdafiəçiləri  onları kəndə buraxırlar. Satqınlar isə arxalarında gətirdikləri  nefti kənddəki  damlara  vurub  yandırır,

dinamitləri daş binalara qoyub partladırdılar. Bu davada ermənilərə iranlı fəhlələr ürəkdən yardım edirdilər.

İranlı  fəhlələrin  rəisi,  əslən  Cənubi  Azərbaycanın  Qaradağ  vilayətindən  olan  Süleyman  adlı  bir  nəfər

ermənilərə çox köməklik etmişdir. 1906-cı il avqust ayının 8-də günorta saat on ikidə ermənilər hər tərəfdən kəndə

yaxınlaşıb hücuma keçmək istədikdə türk silahlıları səngərlərdən çıxıb ermənilərin üzərinə hücuma keçirlər. Döyüş

axşama  kimi  davam  edir.  Ermənilər  böyük  itki  verərək  geri  çəkilirlər.  Avqust  ayının  9-u  gecəsi  Qatar  kəndini

müdafiə  edən  qüvvələr  səhlənkarlıq  edərək  arxayınlaşıb  evlərinə  çəkilib  dincəlirdilər.  Ermənilər  bundan  istifadə

edərək  Qatar  kəndi  ətrafındakı mühüm  mövqeləri  ələ  keçirirlər.  Bu  mövqelərin  ermənilərin  əlinə  keçməsi  Qatar

əhalisinin  məğlubiyyəti  ilə  nəticələnir.  Səhərə  az  qalmış  ermənilər  rus  kazakları  və  iranlı  fəhlələrlə  birgə  ələ

keçirdikləri mövqelərdən kəndi şiddətli atəşə tuturlar. Az sonra Erməni silahlı dəstələri Qatar kəndinə dörd tərəfdən

hücuma keçirlər. Hər  dəstənin  qabağında  bir  qədər  iranlı fəhlə  aşkarcasına neft  və  dinamit  daşıyaraq  Qatar  kəndi

əhalisinin  evlərinə  od  vurur  və  partladırlar.  Səhərdən  axşama  kimi  gedən  qanlı döyüşdə  kənd  büsbütün  yansa  da

əhali kəndi tərk etmir.

Ermənilərə qarşı müqavimətdə böyük qüvvə olan Qarabağın tərəkəmə camaatı Qatar kəndini tərk etdikdən

sonra  yerli  əhali  öz  yurdlarında  qalmağın  qeyri  mümkün  olduğunu  qət  edərək,  alaqaranlıqda  ailələrini  götürüb

Kəlləbağ kəndinə çəkilirlər. 1906-cı il iyul ayının 29-dan başlayan erməni silahlılarının təcavüzü avqust ayının 9-da

Zəngəzurun Qatar kəndinin türk əhalisinin öz doğma ata-baba yurdlarını tərk etmələri ilə nəticələnir.

Ermənilər  bu  vəhşiliklərin  arxasınca  döyüş  sursatı  tədarükü  görərək  öz  hərbi  dəstələrini  gücləndirərək

Oxsu,  Şəbədək,  Purdavud,  Atqız  kəndlərinə  qarşı  hücuma  hazırlaşırlar.  Ermənilər  əsasən  Rusiya  və  Fransada

istehsal  edilən  müasir  silahlarla  təchiz  olunurdular.  Ermənilər  Rusiya  imperialistləri,  onların  hərbi  birləşmələri

tərəfindən  himayə  olunur  və  hər  hansı  bir  çətin  vəziyyətə  düşərkən  müdafiə  edilirdilər.  Rus  dövlətinin  Cənubi

Qafqazın türk əhalisinə qarşı olan bu qeyri-insani münasibəti  erməniləri  daha  da  həyasız və  alçaq  işlər  törətməyə

ruhlandırırdı. Ermənilər törətdikləri vəhşi hərəkətlərə görə heç kimdən qorxub çəkinmirdilər.

1906-cı il avqust ayının 4-də Ağulisdə toplanmış erməni silahlı dəstəsinin başçısı Aşot öz quldur dəstəsini

Panuslu-Girdikan  kəndlərinə  toplamaq  əmri  alır.  Avqust  ayının  7-də  Ağulisdən  hərəkət  edən,  8-də  isə  Qatarda

mədən  ətrafında  toplanmış  erməni  silahlı  dəstələri  Panuslu  kəndinə  çata  bildilər.  Hər  iki  erməni  daşnak  hərbi


hissələri  Ramuk erməni kəndində bir yerə toplanaraq ehtiyaclarını yoxladılar.  Onlar 1906-cı il avqust  ayının  9-da

türk-müsəlman  əhalisi  yaşayan  Oxçu,  Şəbədək,  Purdavud,  Atqız  kəndlərinin  əhalisinin  xəbərsiz  olduqlarından

onların ətrafında olan yüksəkliklərdə yerləşərək istehkamlar qurdular. Erməni silahlı dəstələrinin Rusiya dövlətinin

hərbi bayraqlarından istifadə etmələrinə görə yerli türk-müsəlman əhalisi onları «hökumət qoşunu» olduğunu zənn

edirlər.  Kəndlilər  səngər  quranlara  tərəf  gedib  onların  kim  olduğunu  öyrənərkən  ermənilər  tərəfindən  atəşə

tutulurlar. Əhali silahlanaraq ermənilərə qarşı döyüşməyə başladılar. Oxçu kəndinin türk-müsəlman silahlıları dörd

gün  ermənilərlə  vuruşub  onları  məğlub  edib  Gicəvan  adlı  erməni  kəndinə  çəkinməyə  məcbur  edirlər.  Erməniləri

təqib edən Oxçu kəndinin silahlıları bir gün axşama kimi şiddətli döyüş edib ermənilərin sığındığı Gicəvan kəndini

ələ keçirib dağıtdılar.

Ermənilər  gecə  vaxtı  qüvvələr  gətirərək  Panuslu,  Girdəkan  və  Gicəlan  kəndləri  ətrafında  mövqe  tutaraq

Oxçu-Şəbədək  dağlarını  işğal  edirlər.  Dörd  gün  olan  döyüşdə  hərbi  sursatı  azalmış  və  yorğun  düşmüş

türk-müsəlman  könüllüləri  Molla  Həsən  Əfəndinin  evində  yığılıb  vəziyyəti  müzakirə  edib  Saqqarsuya  çəkinməyi

məsləhət  bildilər.  Onlar  Saqqarsu  ətrafında  daşların  arasında  özlərinə  sığınacaq  edirlər.  Səhər  tezdən  Oxçu,

Şəbədək,  Purdavud,  Atqız  kəndlərini  ələ  keçirən  erməni  silahlıları  qaça  bilməyən  əhalini  vəhşicəsinə  qırmışlar.

Saqqasuda  sığınacaqlarda  olan  türk-müsəlman  camaatı  sübh  tezdən  «Ya  Əli»  deyərək  onlara  sarı  gələn  silahlı

dəstənin  müsəlman  qoşunu  olduğuna  aldanıb onların qarşısına  çıxırlar.  Gələn  erməni  silahlı dəstəsi  müsəlmanları

qırmağa  başlayır.  Ermənilər  Molla  Həsən  Əfəndinin  ətrafında  bir  neçə  qadın,  uşaq  əllərində  müqəddəs

Qurani-Kərim tutub aman istəsələr də ermənilər onların hamısını qırıb Qurani-Kərimi və digər müqəddəs kitabları

yandırmışlar.  Saqqarsu  ətrafında  bir  qaya  parçasının  arxasında  62  nəfər  qadın  və  uşaq  ermənilər  tərəfindən

öldürülüb  bir-birinin  üstünə  qalaqlanaraq  atılmışlar.  Cəsədlər  arasında  iki  qıçlarından  yaralanaraq  huşunu  itirmiş

həyat və ölüm arasında çarpışan bir qadın Molla Həsən Əfəndinin ermənilər tərəfindən doğrandığını görüb qaçaraq

bu daşın arxasına pənah gətirdiklərini söylədi. O, Həsən Əfəndini öldürən bir dəstə erməni silahlısı gəlib bu həlak

olanları qırmağa  başladılar.  Daşın  arxasında  camaat  çox  olduğundan  qadının  sığınmağa  yeri  olmamışdı.  Bu  vaxt

ermənilər onun açıqda qalan qıçlarını doğramışlar.

Molla  Həsən  Əfəndinin  qətl  olunmuş  yerindən  şimala tərəf  bir  palaz  parçası altından  15  nəfər  çiçək  üzlü

körpə  çocuqların  kəsilmiş  başları və  bir  para  bir-birlərinə  qarışmış  cəsədlər  var  idi.  Cənub  tərəfə  olduqca  çoxlu

qadın  və  uşaq  cəsədləri  səpələnmişdi.  Meşədə  25  yaşlı  bir  gənc  qadın  əri  ilə  birlikdə  doğranılmışlar.  Purdavud

kəndində  İmam  Rza  həzrətlərinin  qardaşı  Sultan  Davud  həzrətlərinin  rövzəsini  ermənilər  dağıdaraq  yandırmışlar.

1901-ci ildə İstanbuldan Molla Həsən Əfəndiyə hədiyyə göndərilmiş dünya məşhurlarının, o cümlədən Məhəmməd

peyğəmbərin  və  Xəlifə  Ömərin  təsvirləri  olan  kitab  da  yandırılmışdır.  Oxçu  kəndində  bir  imarətin  həyətində

öldürülmüş  bir  cavan  oğlan  və  onun  baş  tərəfində  parçalanaraq,  qətl  olunmuş  ana  qadın  cəsədi  var  idi.  Anası

yaralanmış  oğlunu  qoyub  getməmiş  nəticədə  hər  ikisi  ermənilər  tərəfindən  vəhşicəsinə  öldürülmüşdür.  1906-a  il

avqust ayının  9-dan 15-nə kimi olan Oxçu, Şəbədək, Purdavud, Atqız kəndlərinin erməni daşnak silahlı qoşunları

ilə müdafiə döyüşləri türk-müsəlman əhalisinə bir milyon manat qədərində zərər dəymiş və günahsız insanlar qətlə

yetirilmişlər. Zəngəzurda türk-müsəlman əhalisi yaşayan Xələc, Karxana, Qatar, İncəvar, Çöllü, Yeməzli, Saldaşlı,

Mollalar, Batuman, Oxçu, Səbadək, Atqız, Purdavud, Züzul, Güman, İyilli, Sənalı, Minəvvər, Fərcan, Qalaboyun,

Əcəbli, Buğaaq kəndləri erməni silahlıları tərəfindən talan və qarət olunmuşdur. Minlərlə türk-müsəlman əhalisini

vəhşiliklə  qətlə  yetirmişlər.  Oxçu-Səbədəyin  fəlakət  qurbanları Ordubad  mahalının,  Qaryagin  qəzasının  və  Laçın

bölgəsinin  kəndlərinə  dağılaraq  həyəcan  içərisində  Gəncə  və  İrəvan  qubernatorlarına  bir  gündə  100-ə,qəder

teleqram vuraraq acınacaqlı vəziyyətlərini bildirmişlər. Qarabağ ilə əlaqə kəsildiyindən Ordubad şəhərinin ticarəti

tənəzzülə  uğramışdı.  Ərzaq  çatışmazlığının  yaranması  əhalinin  vəziyyətinin  ağırlaşmasına  səbəb  olmuşdu.  Rus

dövləti isə ermənilərə təzyiq etmək istəmirdi. Dövlətin Ordubada göndərildiyi bir rota draqun süvarisi də qaçqınları

müdafiə  edə  bilmirdi.  Zəngəzur  qəzasının  torpaq  sahibkarları  əsasən  Qarabağın  Cavanşir  və  Kəbirli  bəyləri  idi.

Zəngəzur  qəzasında  olan  68443  desyatin  əkin  sahəsinin  64000  desyatini  onların  mülkiyyəti  idi.  Cəmi  4018

desyatini  dövlət  xəzinə  torpağı  olaraq  saxlanılırdı.  Zəngəzurun  bu  torpaq  sahələri  əsasən  Sultanov,  Cavanşirov,

Behbutov, Rüstəmbəyov, Behbudbəyov və Usmiyevlərin mülki idi.

Zəngəzurda  iri  torpaq  sahələri  olan  Sultanovlar  üç  nəslə  mənsub  idilər.  Onlardan  birincisi  Sultan  bəy  və

Xosrov  bəy  Sultanovlar  əslən  Qarabağın  Kəbirli  elinin  zadəgan  nəslindən  olub  erməni  daşnaklarına  qarşı

qəhrəmanlıqla  uğurlu  mübarizə  aparmışlar.  Onların  Zəngəzur  və  Qarabağda  iri  heyvandarlıq  təsərrüfatları

olmuşdur.  Laçının  Qurd  Hacı  kəndinə  sahib  olan  Sultan  bəy  Sultanov  iri  heyvandarlıq  fermasında  minlərlə

məhsuldar  cins  hacısamlı inəkləri  yetişdirilirdi.  Onun  Cənubi  Qafqazda  tonlarla  heyvandarlıq  məhsulları istehsal

edən yağ-pendir zavodları olmuşdur.

İkincisi, Zəngəzurun Danzanar  və  Piravan  kəndlərində  yaşayan Sultanovlar  olmuşlar.  Onlar  da  Qarabağın


Kəbirli elinin zadəgan nəslinə mənsub (onlara türkmən mənşəli də deyirlər) Sultanovlar olmuşlar.

Zəngəzurun  İskəndərbəyli  Ovqanlı,  Qöyarabas,  Seytas,  Bəxtiyarlı,  Qarıqışlaq,  Gürcülü,  Ain,  Mstan,

Qiyasu,  Göərcik,  Hallava,  aşağı  Cibikli,  yuxan  Cibikli,  Malatkeşin,  Genlik,  Qanqışlaq,  Kovard,  aşağı  Xotanan,

yuxarı  Xotanan  kəndləri  onların  mülkləri  olmuşdur.  Pircivan  kəndindən  olan  Kərim  bəy  Sultanovun  Kovard

kəndində mis mədənləri olmuşdur.

Üçüncü  Bərgüşad  Sultanovları  Zəngəzurun  Ordubadi  və  Hacılı  kəndlərində  yaşamışlar  və  Zəngəzurun

Mamar, Qal, Davutlu, Mahmudlu, Ağhulaq, Madj və Qurdkalağı kəndləri onların mülkləri olmuşdur. Zəngəzurda iri

mülkədar olan Cavanşir bəylərinin Qrax, Muşlan, İçəri, Zəngilan, Məmmədbəyli, Sobu, Tatar və Keçirkli kəndləri

torpaq  mülkləri  olmuşdur.  Gorusda  yaşayan  Hüseyn  bəy  və  Lohraz  bəy  Behbudbəyov  qardaşlarına  Karaunc,

Hacıbəyovlara  Fərcan,  Dilali-Muskyanlı,  Saray,  Kertizan,  Göygöl  kəndləri,  Sərməstbəyovlara  Vartanadzor  I,

Vartanadzor II kəndləri məxsus olmuşdur.

Zəngəzurun  800  evlik  Dağ  kəndi  Rüstəmbəyovlara,  256  evlik  Aqudi,  245  evlik  Vaqudi  Əlibəy  və

Mirzəlibəy Behbudov qardaşlarına, Xanlıq, Dərəkənd, Mafruzlu, Xəndək kəndləri Keyqubad ağa Cavanşirə, Akara,

Muradxanh, Novruzlar kəndləri Həbib xan Şəkinskiyə, Qara göl kəndi Ağalar bəy Cavanşirə məxsus olmuşdur.

Qarabağlı İbrahim Xəlil xanın nəvəsi Mehdiqulu xanın qızı knyaginya Göhər ağa Usmiyevaya Qala-Dərəsi,

Cıdcik,  Məlikpəyəsi,  Comərdli  kəndlərinə  və  onların  ərazilərində  olan  17  min  desyatin  meşə  sahəsindən  istifadə

etmək hüququna malik idi. Bu siyahı tamam olmasa da Zəngəzurun varlı bəy ailələrini əhatə edir.

Rus  dövlətinin  ermənilərə  qarşı  heç  bir  təzyiq  göstərmədiyini  görən  Zəngəzurda  xeyli  kənd  mülkləri  və

torpaq  sahələri  olan  Qarabağ  bəyləri  Əhməd  bəy  Ağayev  ilə  məsləhətləşdikdən  sonra  Cənubi  Qafqazın

türk-müsəlman əhalisini erməni daşnak təcavüzündən qorumaq məqsədi ilə yaradılmış «Difai» müdafiə təşkilatının

köməyi ilə erməni silahlılarını cəzalandırmağa çalışdılar. Cavanşir və Kəbirli bəylərinin bəzilərinin «Difai» müdafiə

təşkilatı  ilə  əlaqələri  olması  Zəngəzurun  türk-müsəlman  əhalisinin  erməni  təcavüzündən  qorunması  işinə  böyük

köməyi  olmuşdur.  Qarabağ bəylərinin  köməyi  ilə  Şuşa,  Cavanşir  qəzalarından,  Laçın  bölgəsindən  toplanmış  800

nəfərlik könüllü dəstə xeyli döyüş sursatı ilə gecə ikən hərəkət  edərək Ordubad mahalından  toplanmış min nəfərə

yaxın  könüllü  dəstə  ilə  Saqqarsuda  -toplandı.  1906-cı  il  sentyabr  ayının  15-də  gecə  saat  19.00-da  Saqqarsuda

toplanmış  hərbi  şura  məşvərət  edib  əslən  Osmanlı imperiyasının  hərbiçisi  olan  bir  nəfəri  komandan  seçdi.  O,  üç

bölük komandanı təyin etdi və hər birinin tabeliyinə yüz əsgər tapşırır.

Birinci bölük kəşfiyyat apararaq gecə saat 21.00-da hərəkətə başlayıb. Onlara Səbədək və Atqızdan keçərək

erməni Girdəkan kəndinin aşağı tərəfində yerləşmək və  səhər  sentyabr  ayının  16-da  sübhə  bir  saat  qalmış davaya

girmək  əmri  verildi.  Birinci  dəstənin  arxasından  onlara  ehtiyat  olaraq  əlli  nəfərlik  ehtiyat  atlı dəstəsi  göndərildi.

İkinci  bölüyə  isə  saat  10.00-da  hərəkət  edib  Purdavud  kəndinin  içindən  keçib  Oxçu  yolu  ilə  irəliləyərək  erməni

Panuslu  kəndinin  qarşısında  və  üst  tərəfində  istehkamlar  qurmaq  və  sübhə  bir  saat  qalmış  davaya  başlamaq  əmri

Verildi. Onlara da digər döyüşkən türk-müsəlman hərbi hissələri ilə əlaqə saxlamaq üçün atlı dəstəsində verilmişdir.

Üçüncü  bölük  saat  2400  da  hərəkət  edib  Lec  və  Təstin  dağlar  silsiləsini  nişana  alıb  Meğri  və  sair  erməni

kəndlərindən köməyə gələn erməni silahlılarının yollarını kəsmək və lazım gəlsə davaya qoşulmaq əmri verildi. Bu

üçüncü  bölüyə  ehtiyat  olaraq  camaatdan  beş  yüz  nəfər  ehtiyat  ayrıldı.  Bu  bölüklərin  hərəkətindən  sonra  baş

komandan  Saqqarsudan  hərəkətə  başlamaqla  əhalidən  və  könüllülərdən  bir  nəfər  (Qarabağın  Kəbirli  bəylərindən

olub)  komandasına  yüz  əlli  süvari,  iki  yüz  piyada  könüllü  əsgər  verilib  saat  13.00  Şəbədək  kəndinə  göndərilir.

Oxçu-Şəbədək əhalisindən iki yüz nəfər əsgəri mövqelərə hərbi sursat və azuqə daşımaq üçün göndərilir. İyirmi beş

nəfər süvari bölüklər arasında poçta olaraq hərbi xəbərləri qərargah komandanına yetirmək üçün ayrılmışdır

Hərbi əməliyyata başlayan bölüklər saat üç radələrində tapşırılan bir sıra  əhəmiyyətli olan yol və zirvələri

tutub, istehkamları qurduqdan sonra, hər bölük kəşfiyyat dəstələri ilə ermənilərin Panuslu və Girdəkan kəndlərindən

məlumat almaqla sübhə bir saat qalmış davaya başladılar. Dörd saat möhkəm döyüş ermənilərin hərbi qüvvələrini

zəiflətdi. Saat 10-da ermənilər ehtiyatda olan qüvvələrini döyüşə atdılar, Panuslu və Girdəkan kəndlərinə hücumlar

edən  türk-müsəlman  hərbi  dəstələrinin  əlaqələrini  kəsmək  istədilər.  Atqız  kəndində  ehtiyatda  saxlanılan  bir

türk-müsəlman dəstəsinin hücumu ilə dəf olundular. Beş saatlıq şiddətli döyüşdə səksən erməni silahlısı öldürülür.

Türk-müsəlman  silahlı  dəstələri  ayağa  qalxıb  erməni  səngərlərinə  hücum  edirlər.  Ermənilər  isə  xeyli  itki  verərək

geri  çəkilir,  evlərə  və  kilsələrə  girərək  güclü  müqavimət  göstərirlər.  Saat  12-yə  kimi  davam  edən  müharibədə

ermənilər məğlub olur, türk-müsəlman kəndləri azad edilir. 1906-cı sentyabr ayının 16-da Qarabağın Şuşa, Cavanşir

qəzalarından, Laçın bölgəsindən, Ordubad mahalından və Zəngəzurun Qafan, Hal, Oxçu, Səbədək, Qatar, Saqqarsu,

Purdavud,  Atqız  və  sair  kəndlərindən  toplanmış  türk-müsəlman  silahlıları Panuslu-Girdəkan  ermənilərini  məğlub

etdikdən sonra ermənilər əvvəlki fikirlərindən on iki il müddətində əl çəkdilər.

Ümumi  qərargahdan  türk-müsəlman  silahlı dəstələrin  Saqqarsuya  qayıtmaları barədə  əmr  verilmişdir.  Bir


saat keçmiş hər iki tərəfdən irəliləyən Rusiya hökumətinin qoşunu erməni kəndlərinə yerləşərək onları qırılmaqdan

xilas  edir.  1906-a  il  sentyabr  ayının  17-də  sübh  zamanı türk-müsəlman  əhalisi  ermənilər  tərəfindən  qarət  olunub

yandırılaraq  dağıdılmış,  öz  ata-baba  kəndlərinə  qayıdıb  yurdlarına  sahib  çıxırlar.  Zəngəzurun  türk-müsəlman

əhalisinin  hərbi  əməliyyat  nəticəsində  xilas  olunması  və  erməni  silahlılarını  cəzalandırması  «Difai»  müdafiə

təşkilatının Şuşa hadisələrindən sonra ikinci uğurlu əməliyyatı idi.

 

When  you  start  investigating  the  historical  roots  of  Armenia's  aggressive  and  predatory  war  against



Azerbaijan, certain aspects of Armenian history must be taken into account. This aggressive policy arose from the

kernel of Armenian history. Therefore, when the favorable historical preconditions occurred for international and

internal political change, Armenians made every effort for the implementation of their treacherous intentions. The

occurrence of the so-called Armenian problem was not fortuitous. With regard to the Armenia- Azerbaijan conflict

it is necessary to consider this problem in a new way. As the "Karabakh problem" must be considered a part of the

Armenian problem. And the "Armenian problem" is a part of the Eastern problem. At the end of the 19th century

and at the beginning of the 20th century a lot of research was devoted to this problem. The article written by the

historian V. Gurko-Kryajinin for the Soviet Encyclopedia that was published in 1926 is one of such works. At the

end  of  the  article  the  author  was  hopeful  by  writing  "...  the  most  conscientious  among  the  Armenian  migrants

change their views and say no to the past. They realize their mistakes and return home. After the Soviet coup d'etat



the Dashnaktucun completely ceased to exist". But the historian was deceived.


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə