197 yeqzar cəFƏRLİ



Yüklə 425.99 Kb.

səhifə1/13
tarix10.06.2017
ölçüsü425.99 Kb.
  1   2   3   4   5   6   7   8   9   ...   13

ƏLİ FƏHMİ DÜNYASI 
 
 
197
 
YEQZAR CƏFƏRLİ 
 
 
 
 
 
 
ƏLİ FƏHMİ  
DÜNYASI 
“АДИЛОЬЛУ”
Бакы - 2011 

Yeqzar Cəfərli  
 
 
198 
 
 
 
YEQZAR CƏFƏRLİ (Cəfərov Yeksər İsfəndiyar oğlu ) 
“ƏLİ FƏHMİ  DÜNYASI” 
Bakı: Adiloğlu,  2010.- 196 сящ. 
 
 
Китаб Яли Фящминин 90 иллийиня итщаф олунур 
 
 
Rəyçilər: Xalq şairi Zəlimxan Yaqub, “Kredo” qəzetinin baş 
redaktoru Əli Rza Xələfli 
 
Redaktor: Filologiya elmləri namizədi,  əməkdar mədəniyyət 
işçisi Elxan Məmmədli. 
 
 
 
Китаб  халгымызын  танынмыш  зийалыларындан  олан 
ядябиййатшцнас,  шяргшцнас  алим  Яли  Фящминин  щяйат 
вя йарадыъылыьындан бящs едир. Китаб эениш охуъу кцт-
ляси цчцн нязярдя тутулмушдур. 
 
 
 
 
 
 
       4722110018 
                                грифли няшр 
          121 - 2011 
           
  
 
                 
 
  © Y. Cəfərov  2011
 

ƏLİ FƏHMİ DÜNYASI 
 
 
3
Ön söz 
 
ünyanı, zamanı nələrə bənzətməyib mütəfəkkir-
lər. Pəncərəyə,  ələyə, tərəziyə, nehrəyə  və daha 
nələrə. Bəli, zaman həqiqətən də bir nehrədir. Böyük Sabir 
demişkən o, çalxalanır-çalxalanır, yağı ayrandan, yaxşını 
pisdən ayırır.  Əqidəsini qazanc mənbəyinə çevirənlər 
unudulur, insani keyfiyyətlərə malik olan insanlar isə əbə-
di yaşayır. Belə insanları  bəzi bədxahlar unutdurmağa 
çalışsalar da sonda özləri unudulur. Həyatda  əsil yaşa-
mağa layiq olanlar yaşayır, yaddaşlara köçür. Xalqı din-
ləyən və xalqın da onları eşitdiyi, dinlədiyi, daha doğrusu 
hər işdə hesablaşdığı belə insanlara şəxsiyyət deyilir. Bax, 
Əli Fəhmi də belə bir insan idi, bütün insani keyfiyyətləri 
özündə birləşdirən bir insan idi, həsəd aparılası, fəxr edi-
ləsi bir insan idi. Sözün həqiqi mənasında  şəxsiyyət idi. 
Onda heç bir çərçivəyə sığmayan bir mənəviyyat, bir ziya-
lılıq vardı, böyük ürək sahibi idi. Klassik poeziyanın  ən 
gözəl bilicisi olan Əli müəllimin ləngərli yerişi, Füzuli, Nə-
simi və Seyid Əzimin qəzəlləri ilə bağlı təfsirləri indiyədək 
gözlərimin qarşısındadır. Əfsus ki, nə müəllim yoldaşları, 
nə  də  tələbələri onun haqqında bir kitab yazmaq tə-
şəbbüsü göstərmədilər.  Əli Fəhmidə böyük Peyğəmbəri-
mizə xas olan bir xüsusiyyət, bir məğrurluq vardı. Heç 
vaxt heç kimdən heç nə istəməzdi, heç kimin qarşısında 
əyilməzdi. Mənə  dərs dediyi illərdə  və ondan sonrakı 
vaxtlarda da onu dəyişməz gördüm. Ensiklopedik biliyə
səlis danışıq qabiliyyətinə malik olan belə bir insan unu-
dulmamalıdır, tez-tez anılmalıdır. Bu mənada tələbə dos-


Yeqzar Cəfərli  
 
 

tumuz Yeqzarın gördüyü iş  həqiqətən də böyük işdir, fə-
dakarlıqdır, təqdirəlayiqdir. Bu böyüklükdə bir iş görmək, 
çətinlikləri səbrlə  dəf etmək nə  qədər inanılmaz görünsə 
də, Yeqzar Cəfərli bu işin öhdəsindən gəldi. Bu isə həqiqə-
tən alqışa layiqdir. Əli Fəhminin bir alim kimi, bir şəx-
siyyət kimi qiymətini  vermək olduqca vacibdir. Gələcək 
nəsillər belə insanları hökmən tanımalıdırlar. O, xalqımı-
zın milli sərvətidir. Çünki, bir insan ya alim, ya da xeyir-
xah insan ola bilər. Amma, həm alim, həm də xeyirxah in-
san olmaq olduqca çətindir və çox az insana qismət olur. 
Yeqzar Cəfərli ilə ilk tanışlığım xalq şairi Z.Yaqubun 
evindən başlandı.  Şair dostum bu gənci mənə  təqdim 
edəndə  ”İstedadlı  gəncdir,  Əli Fəhmi haqqında kitab ya-
zır”-dedi. Doğrusu təəccübləndim.  Əlbəttə, bu mənim  
gənclərə inamsızlığımdan irəli gəlmirdi.  Onsuz da mən 
işlədiyim Azərbaycan MEA Folklor İnstitutunda hər gün 
onlarla istedadlı gənclə görüşürəm. Sadəcə mənə bir tələ-
bənin  Əli Fəhmi haqqında nəisə yazıb yarada bilməsi 
inandırıcı görünmürdü. Tələbəlik çağlarını xatırladım. Əli 
müəllimin gənclərə inanması, onları irəli çəkməsi, dəstək 
verməsi yadıma düşdü.  Əli Fəhmi özü haqqında bir ali-
min deyil, bir tələbənin kitab yazmasından daha çox 
məmnun olardı. Biləndə ki, bu gəncin atası  İsfəndiyar 
Cəfərova vaxtı ilə (35-40 il bundan qabaq) 8 saylı musiqi 
təmayüllü internat orta məktəbində dərs demişəm bu mə-
ni daha da sevindirdi.  O vaxtdan mən bu istedadlı gənclə 
daha bir neçə dəfə görüşdüm. 
Az sonra Yeqzarın özü də başladığı işin   məsuliyyə-
tini dərk etdi. Hiss etdim ki, necə deyərlər “Xışı kötüyə di-

ƏLİ FƏHMİ DÜNYASI 
 
 
5
rənib”. Söhbətlərimizin birində “Elxan müəllim,  Əli Fəh-
mini tədqiq etmək üçün ərəb və fars dillərini, xüsusilə də 
əruzu bilmək vacibdir. Mən isə bu çətinliyə mütləq qatlaş-
malıyam”-dedi. Lakin  bir qədər keçdikdən sonra növbəti 
görüşlərimizdən birində öyrəndim ki, bu iradəli gənc ərəb 
dilində olan biliyini təkmilləşdirmiş, bu dili sərbəst tərc-
ümə edə biləcək bir səviyyəyə çatdırmışdır. Bəli, budur bi-
zim gəncliyimiz. Artıq tam məsuliyyəti ilə demək olar ki, 
elmimiz etibarlı gənclikdədir. Belə bir kitabın bir gənc tə-
rəfindən ərsəyə gəlməsi göstərir ki, gənclər elmin estafeti-
ni yaşlı alimlərdən alıb onları şərəflə davam etdirmək iqti-
darındadır. 
Gənc tədqiqatçı ilə görüşlərimiz mütəmadi hal almış-
dı. O, tez-tez çalışdığım AMEA-nın Folklor İnstitutuna gə-
lər, mövzu ilə bağlı  əldə etdiyi materiallarla məni tanış 
edərdi. Bu xeyirxah işdə atası  İsfəndiyar müəllimin öz 
oğluna arxa durması, onu həvəsləndirməsi, bir ata kimi 
onunla qürur duyması mənə xüsusilə xoş gəlirdi. Bu görü-
şlərimiz əsnasında Əli Fəhmi ilə bağlı yadımda qalan ma-
raqlı epizodları,  şirin xatirələri danışdıqca, bu mehriban 
ata-balanın gözlərindəki sevinc parıltılarını gördükcə, on-
lara daha yaxından kömək etmək, unudulmaz müəllimim 
haqqında daha kimlərə üz tutmalarını məsləhət bilirdim. 
Çox yazıqlar olsun ki, bəzi insanlar, xüsusilə  də bu 
günkü gündə  Əli Fəhmiyə  mənən borclu olan  tanınmış 
adamlar gənc Yeqzarı çox incitdilər. Hətta bu müqəddəs 
işə xeyir-dua vermək əvəzinə ona ağız büzdülər. Bu gənc-
in böyük usdadımız haqqında kitab yazmasını  həzm edə 
bilməyənlər də tapıldı. Ancaq Yeqzar Cəfərli öz yolundan 

Yeqzar Cəfərli  
 
 

dönmədi. Ardıcıl axtarışlar apardı. Bir tələbənin görə bi-
ləcəyi işdən qat-qat çox iş görə bildi. Bu işdə ona ürək-di-
rək verdik. Xüsusən də son dövrlərdə  səhhətində pro-
blemlər yaşayan  Şöhrət ordenli Xalq şairi Zəlimxan Ya-
qub, “Kredo” qəzetinin baş redaktoru, məhsuldar publi-
sist, gözəl şair və qayğıkeş insan kimi tanıdığımız Əli Rza 
Xələfli kimi xalq adamları Yeqzarı sarsılmağa qoymadıq. 
O, öz işinə davam etdi. Nəticədə Əli Fəhmi dünyasının bir 
sıra məqamlarını əks etdirən bu kitab dünyaya gəldi.  
Əlimdəki kitabı müəllif iki hissəyə bölür. ”Xatirələr-
də yaşayan Əli Fəhmi” adlanan birinci bölməsində ustadı-
mızın  həyatını  ətraflı tədqiq etməklə yanaşı,  onun Aka-
demik Teatr, Azərbaycanfilm kinostudiyası, Azərbaycan 
televiziyası  və radiosundakı fəaliyyətini və BDU (keçmiş 
ADU)-dakı  fəaliyyətini, burada bir müəllim kimi  necə 
böyük  şöhrət qazanmasını  ətraflı  işıqlandırmışdır. Bu 
məqsədlə o, alimin onlarla tələbəsi ilə görüşmüş  və onla-
rın bir neçəsinin xatirələrini qələmə almışdır. Poeziyanın 
vurğunu olan gənc müəllif kitabın demək olar ki, hər bir 
fəslində ya bir şer parçası, ya da bir hikmətli kəlamdan is-
tifadə etmişdir. Bu isə müəllifin kitabın məsuliyyətini də-
rindən dərk etməsi və öz üzərində gərgin işləməsinin nə-
ticəsidir.  
Kitabın “Böyük Şərqşünas alim” adlanan ikinci böl-
məsində isə müəllif Əli Fəhminin əldə olan əsərlərini, yə-
ni, onun Füzuli, Nəsimi və S.Ə.Şirvani yaradıcılığına aid 
yazdığı  məqalə  və monoqrafiyaları  (əlyazmalar nəzərdə 
tutulur) öz bildiyi, başa düşdüyü tərzdə incələmişdir. Bu 
işin çətinliyini müəllifin özü də kitabın bir neçə yerində 

ƏLİ FƏHMİ DÜNYASI 
 
 
7
etiraf etmişdir. Burada qeyd etmək istəyirəm ki, müəllifin 
zəhməti həqiqətən də alqışlanmağa layiqdir. Çünki bu 
əsərlərin tədqiqi araşdırıcıdan xüsusi bacarıq tələb edir. 
Müəllifin ərəb dilinə bələd olması bu ağır işin öhdəsindən 
qismən də olsa gəlməsinə  şərait yaratmışdır. Müəllifin 
qarşıdakı  məqsədi isə  Əli Fəhminin  əlyazmalarını ayrıca 
kitab halında çap etdirmək, gələcəkdə onların üzərində el-
mi araşdırmalar aparmaqdır. Bu işdə  gənc dostumuza 
uğurlar arzulayırıq. 
Redaktordan 
 
 
 
 
 
 
 
 
 
 

Yeqzar Cəfərli  
 
 

 
 
Kitabın  ərsəyə  gəlməsində  mənə verdikləri böyük 
mənəvi dəstəyə görə    sevincimə sevinc qatan, kədərimə 
şərik olan, uğurlarıma mənim özümdən daha çox sevinən, 
fəxr ediləsi, qürur duyulası, həyatda arxam, dayağım olan 
atam  İsfəndiyar müəllimə, “Azərbaycan Universiteti“-nin 
rektoru, AMEA-nın müxbir üzvü, iqtisad elmləri doktoru, 
professor Akif Musayevə, Xalq şairi, Şöhrət ordenli Zəlim-
xan Yaquba, Filologiya elmləri namizədi, əməkdar mədə-
niyyət işçisi Elxan Məmmədliyə, Pedaqoji elmlər doktoru, 
professor Fərahim Sadıqova, Pedaqoji elmlər namizədi Al-
lahverdi Eminova, Salman Mümtaz adına Azərbaycan 
Respublikası dövlət  Ədəbiyyat və incəsənət arxivinin di-
rektoru Maarif Teymura, “Kredo” qəzetinin baş redaktoru 
Əli Rza Xələfliyə, “Azərbaycan” universitetinin Azər-
baycan filologiyası  və Jurnalistika kafedrasının müdiri 
Ülviyyə Rəhimovaya dərin minnətdarlığımı bildirirəm. 
 

ƏLİ FƏHMİ DÜNYASI 
 
 
9
Çölləri, düzləri gözəlləşdirər, 
Çiçək halallığı, gül halallığı. 
Tanrım, dolaşdırma mən gedən yolu, 
Yaz mənim bəxtimə yol halallığı. 
Z.Yaqub. 
 
Ömür yaşam tərzinə görə mənalandırılır, növlərə ay-
rılır. Məsələn, həyatını yaxşı başa vuranların ömürləri mə-
nalı ömür, şərəfli ömür, ləyaqətli ömür və s. adlandırılır. 
Ömrünü  şərəfsizcəsinə başa vuran, var-dövlət düşgünü 
olan, sağlığında heç kəsin işinə yaramayan, yalnız özü 
üçün yaşayan canlı ölülər də vardır. Bu kimi insanlar haq-
qında “Onlar öz ömürlərini şərəfsizcəsinə başa vurdular”-
deyirik. Belələri sağlığında heç bir hörmət və ehtirama 
layiq olmadıqları kimi, ölümlərindən sonra da dərhal unu-
dulur, xatirələrdən silinir. Amma, yaxşı  əməlləri ilə  hələ 
sağlığında özünə ölməzlik abidəsi ucaldan insanlar da 
vardır. Bu qəbildən olan insanlar adətən iti düşüncəyə ma-
lik olur, yaşadığımız dünyanın fani, müvəqqəti, axirət 
dünyasının isə  əbədi olduğunu başqalarından daha yaxşı 
görür, başa düşürlər.  
Biz peyğəmbərlərin və görkəmli insanların həyat ta-
rixçəsinə nəzər salsaq görərik ki, onların heç biri var-döv-
lət hərisliyində olmayıb, özlərindən sonra yalnız gözəl 
əməllər qoymaq qayğısına qalmışlar. Süleyman peyğəm-
bər dünyanın  ən böyük var-dövlətinə sahib idi. Bütün 
bunlardan imtina edib, öz zəhməti ilə yaşamırdımı? Ya-
xud, dünyanın birinci müəllimi Aristotel (Ərəstun) ixtiya-
rında böyük hökmdar sarayları olmasına baxmayaraq, tə-

Yeqzar Cəfərli  
 
 
10 
ləbələrinə dərsi Afinanın Lidney bağında açıq havada ke-
çərdi. Belə insanlar təkcə sərvətlərini deyil, ömürlərini be-
lə insanlarla paylaşardılar. 
Ömürdən pay olmur deyirlər. Bu sözlərlə razılaşa bil-
mirəm. Hər kəs öz ömrünü özü yaşayacaqsa, bu ömrü və-
təninə, xalqına həsr etməyəcəksə belə ömürü mənalı ömür 
saymaq olarmı? Yox. Zənnimcə insan öz ömrünü özü ya-
şamaqla yanaşı onu başqaları ilə də paylaşmalıdır. Yalnız 
bu zaman insan əbədiləşir, xatirələrdə iz qoyur. Böyük Ni-
zami:  
Yüz il sonra sorsan bəs o hardadır, 
Hər beyti səslənər burda, burdadır.  
-deməklə adının dünya durduqca yaşayacağına işarə 
etmirdimi? Deməli, insan üçün daha gərəklisi ölümdən so-
nrakı ömürdür ki, hər bir yaradıcı fərd özünün ömrünün 
məhz ölümdən sonrakı hissəsində əbədi yaşamasını təmin 
etmək haqqında hələ sağlığında düşünməlidir. Təsadüfi 
deyildir ki, ölməz Hind abidəsi “Kəlilə  və Dimnə”-ni 
böyük çətinliklə  İran sarayına gətirmiş  Təbib Bərzuy bu 
xidməti müqabilində ona bağışlanmış  hər cür var-dövləti 
rədd etmiş  və Sasani şahı I Xosrov Ənuşirəvan Adildən 
özü haqqında kitaba bir fəsil  əlavə olunmasını xahiş et-
mişdi. Beləliklə  də adının tarixdə  əbədi qalmasını  təmin 
etmişdi. Digər bir misal: Böyük Fars şairi  Ə.Firdovsi 
özünün yaratdığı ölməz ”Şahnamə“  əsəri haqqında yaz-
mışdı. 
Möhtəşəm binalar xarab olacaq, 
Küləkdən yağışdan hər şey solacaq. 
 

ƏLİ FƏHMİ DÜNYASI 
 
 
11
Mən qurdum şerdən yüksək bir bina, 
Küləklər yağışlar toxunmaz ona. 
 
Belə misalların sayı yüzlərlədir. 
Dünyanı  pəncərəyə  bənzədirlər, hər gələn baxar ke-
çər deyirlər. Zənnimcə, dünya daha çox tərəziyə bənzəyir. 
Əməl tərəzisinə. Pislik yaxşılığı bir balaca üstələyən kimi 
dünyanın nizamı pozulur, təbii fəlakətlər baş alıb gedir. 
Bu bir həqiqətdir, yoxsa yox. Bilmirəm. Bizə hər şeyi dərk 
edəcək qədər düşüncə verilməyib. Bildiyimiz “Boz dağın 
yalnız görünən hissəsidir”. Təkcə onu bilirəm ki, hər bir 
insan ona Yaradan tərəfindən bəxş olunan ömürü mənalı 
yaşamağa çalışmalıdır. Bu ömrün uzun və ya qısa olma-
sından asılı olmayaraq. Məsələn, Əli Fəhmi kimi. 
Əslində ömrün uzun və ya qısa olmağının elə bir 
əhəmiyyəti yoxdur. Əsas o ömrü mənalı yaşamaqdır. Asəf 
Zeynallı cəmi 23 il yaşamadımı?, S.Vurğun 50 illik qısa za-
man çərçivəsində dünya poeziyasının gözəl incilərini ya-
ratmadımı? Xalq şairi Zəlimxan Yaqub bir insan üçün heç 
də uzun sayılmayacaq 60 yaşında hələ heç bir şairə qismət 
olmayan ümumdünya türklərinin məhəbbətini qazanma-
dımı? 
Cəmi 56 il ömür yaşayan, lakin özündən sonra unu-
dulmaz xatirələr qoyan Əli Fəhmi olduqca ləyaqətli və şə-
rəfli bir ömür yaşamışdır. Qurani-Kərimin, İslam dini eh-
kamlarının, Şərq poeziyasının, əruzun və muğamın gözəl 
bilicisi. Bu gün Əli Fəhmi onu tanıyanların xatirəsində be-
lə yaşayır. 

Yeqzar Cəfərli  
 
 
12 
Lakin, qeyd edək ki, bugünki nəsillərin nisbətən az 
tanıdığı  Əli Fəhmi haqqında məlumat olduqca azdır. 
Böyük alimin nəinki dostlarının, iş yoldaşlarının, hətta tə-
ləbələrinin belə çoxu bu gün həyatda yoxdur. Bu da bizim 
işimizi çox çətinləşdirdi. Görkəmli alim haqqında indiyə 
qədər  iki qəzet məqaləsini istisna etsək heç bir məlumat 
yoxdur. Ona görə də biz bu sətirləri yalnız alimi tanıyan-
ların hafizəsindən topladıq. Məhz bu çətinliklər səbəbin-
dən  kitab bir alimin sanballı bir monoqrafiyasından da çə-
tin başa gəldi. Bu görkəmli  şəxsiyyət haqqında nəyi  əldə 
etmək mümkün idisə əldə etdik,  onun haqqında xatirələri 
insanların yaddaşından  dağ çiçəklərinin şirəsi kimi dam-
la-damla topladıq. 
Etiraf edirəm ki, mən  Əli Fəhminin yalnız adını ta-
nıyırdım. Onun əlyazmaları ilə, haqqındakı xatirələrlə ta-
nış ola-ola bu işin çətinliyini anladım. Aşıq  Ələsgərin 
aşağıdakı misralarını xatırladım.  
 Gəl yapışma gücün çatmayan daşa. 
 Bu  işin məsuliyyətini dərk edərək dəfələrlə  qələmi 
yerə qoydum. Lakin, bu əvəzsiz şəxsiyyətin yaradıcılığı ilə 
daha yaxından tanış olunca, onun gəncləri daim ruhlan-
dırması, hətta, ”Sən məndən də cox bilirsən”- deyərək 
gənclərdə öz qüvvələrinə inam yaratması məni  ruhlandır-
dı və mənə bu məsuliyyətli işə girişməyə cəsarət verdi. Biz 
sadəcə    əlimizdəki məlumatlarla kifayətlənməyə  məcbur 
olduq. Onsuz da lap əvvəldən  biz kəmiyyət haqqında 
deyil, kitabın keyfiyyəti haqqında düşünürdük. Biz 
mümkün olan hər  şeyi etdik. Xalq şairi Zəlimxan Yaqub 
demişkən: 

ƏLİ FƏHMİ DÜNYASI 
 
 
13
Tanrım nə yazdımsa ”bərəkət” dedi, 
Çoxuna, azına ”Əlhəmdulillah“. 
 İndi alim və yazıçıların çoxuna ədib deyilir. Ərəb di-
lində ədəb sözündən götürülən bu söz elmli, elmli olduğu 
qədər də  ədəbli olan, elmi ilə  əməlləri uyğun  gələn pak, 
xeyirxah insanlara deyilməlidir. Məhz belə insanlar 
sağlığında hər cür hörmət və ehtirama layiq görüldükləri 
kimi, ölümlərindən dərhal sonra ruhu uca göylərə çəkilir, 
müqəddəsləşirlər. Təsadüfi deyildir ki, belə insanlar fani 
həyatı tərk edərkən onların haqqında  öldü, rəhmətə getdi 
yox, sadəcə dünyasını dəyişdi deyirlər. 
Böyük  Şərqşünas alim olan Əli Fəhmi də  məhz bu 
cür insanlardan idi. Onun yaradıcılığı ilə məşğul olduğum 
bu iki il müddətində alimin çoxlu dostları, yaxınları və tə-
ləbələri ilə görüşdüm, onun saysız-hesabsız xeyirxah 
əməlləri ilə tanış oldum və bütün bunlarla tanış olduqca 
daha çox anladım ki, bu əvəzsiz insanı tez-tez xatırlamaq 
olduqca xeyirxah bir işdir. Bu nadir şəxsiyyətə  məxsus 
xeyirxahlıq, sadəlik, mərdlik, gözü toxluq və təmənnasız-
lıq adamı heyran edir. 
Hörmətli oxucular! 2009-cu ilin fevralında Əli Fəhmi-
nin 90 yaşı tamam oldu. Alimin özü qədər də məğrur olan 
ailəsi bu barədə  hər hansı bir məmurun qarşısında  əyil-
məyi ağıllarına belə  sığışdıra bilmədilər. Yalnız mən bir 
neçə təşəbbüs etdim, bir neçə məmurun qapısını döydüm. 
Amma nə fayda! Dünyamız kimi çox insanların da üzü 
dönüb. Sərvətə,  şöhrətə doğru.  Əli Fəhminin  şəxsən 
görüşdüyüm tanışları, tələbələri içərisində böyük alimin 
hörməti xatirinə  mənə böyük ehtiram göstərənlər çox ol-

Yeqzar Cəfərli  
 
 
14 
du. Lakin dərsdən çıxmış bir yorğun tələbəni saatlarla qa-
pı arxasında gözlədən məmurlar da oldu. Vaxtı ilə  Əli 
Fəhminin  ətrafında dolaşan, onun mənəvi dünyasından 
bəhrələnən “alimlər” özləri bu işi görməli ikən  məni “bu 
gün vaxtım yoxdur, get sabah gələrsən”- deyə-deyə ta-
mam iki il yubatdılar. Görünür, onlar bir gün axirət 
dünyasında  Əli Fəhmi ilə üz-üzə duracaqlarından xəbər-
sizdirlər. Lakin mən bütün bunlara görə heç də ruhdan 
düşmədim, sarsılmadım, yaxşı adamlar harayıma çatdı. 
Bir də ki, hisslərimi varaqlara köçürüb oxucularla bölüş-
məklə təsəlli tapdım. Bu barədə çox danışmaq istəmirəm. 
Ə.Vahid demişkən: 
Yazılsa dərdi qəmim məcaralıdır könlüm. 
 Kiminlə görüşdümsə onların hamısı  Əli Fəhminin 
böyüklüyündən xeyirxahlığından ürək dolusu danışdılar, 
amma onlardan yalnız bir neçəsi alimin yubileyini keçir-
mək və yaxud onun xatirəsini  əbədiləşdirmək təşəbbü-
sündə bulundular.  Bilmirəm nə qədər yerinə düşər, Hafiz 
Şirazinin bir beytini xatırlamaq istəyirəm. 
Xud koştəyi Hafizra, Xud təziyə midari. 
(Yəni, Hafizi öldürıb sonra onunçün təziyə saxlayırsan).  
Azərbaycan  ədəbiyyatında klassik poeziyanı,  əruzu 
gözəl bilən alimlərimiz çoxdur. Ancaq, onların heç biri 
Qurani-Kərimi,  İslam hüquq və  şəriət məktəblərini  Əli 
Fəhmi qədər dərindən bilmirdi. Alimin əlyazmalarından 
öyrəndim ki, O, İslamın Maliki, Şafehi, Hənəfi, Hənbəli, 
nəhayət,  şiələrin mənsub olduğu Cəfəri məktəbini dərin-
dən öyrənmişdi. Bu isə onun çox böyük üstünlüyü idi. Bu 
qədər dərin biliyin bir insan beynində  cəmlənməsi yalnız 
Allahın böyük istedad bəxş etdiyi insanlara nəsib olur. 

ƏLİ FƏHMİ DÜNYASI 
 
 
15
Əli Fəhmi çox yaşamadı. 56 illik qısa bir zaman çərçi-
vəsində özündən sonra olduqca zəngin irs, unudulmaz 
xatirələr qoyub getdi. Bilmirəm nə sirdirsə Allah hədsiz 
məhəbbətlə sevdiklərini insanların arasında uzun müddət 
qalmağa qoymur, uca dərgahına aparıb müqəddəsləşdirir. 
Əfsus ki, biz bu hikmətin böyüklüyünü dərk edəcək sə-
viyyədə deyilik. Bizə hər şeyi dərk edəcək qədər düşüncə 
verilməyib. İnsan olaraq biz yaranmışların içində çox qəri-
bə və təzadlıyıq. İtirdiyimiz bir əşyanı uzun müddət axta-
rırıq, onunçün təəssüflənirik. Amma, etiraf edək ki, arxaya 
boylanıb itirdiyimiz qiymətli insanlar üçün heç də həmişə 
təəssüflənmirik. Biz onları az qala hər dəqiqə xatırlamalı 
olduğumuz halda unudur, ancaq doğum və anım günlə-
rində xatırlayırıq. 
Əli Fəhminin 90 illik yubileyi dövlət səviyyəsində 
qeyd olunmadı. Lakin, istər sağlığında, istərsə  də 
ölümündən sonra bu dahi şəxsiyyət haqqında kifayət qə-
dər xoş sözlər deyilmişdir. Bir həqiqəti dərk etmək lazım-
dır. Allahın ucaltmaq istədiyi insanları biz istəsək belə en-
dirə bilmərik. Necə də gözəl deyilmişdir: 
Təqdiri qəza qüvvəti-bazu ilə dönməz, 
Bir şam ki haqqdan yana, heç bad ilə sönməz. 
“Dalınca xeyir danışılan adamın adı ölməz” -deyib 
atalar. Bir insana xalqın qiymətindən qiymətli, xalq sevgi-
sindən  şirin bir sevgi ola bilməz. Xalq sevdiyi insanları 
hansı sənətin sahibi olmasından asılı olmayaraq əbədi xa-
tırladır, yaşadır, unudulmağa qoymur. 
Əziz oxucu! Bu kitabın ərsəyə gəlməsində hədsiz çə-
tinliklərlə qarşlaşdım. Lakin həmişə öz yanımda Allahın 
köməyini, Əli Fəhminin ruhunu və bir də xeyirxah insan-
ların dəstəyini hiss etdim. Kitabın hər sözü, hər cümləsi 

Yeqzar Cəfərli  
 
 
16 
haqqında dəqiqələrlə, bəzən saatlarla fikirləşməli oldum. 
Sizin xoşunuza gəlsin deyə,  Əli Fəhminin adına layiq ol-
sun deyə. Təkrardan, şablon ifadələrdən uzaq sözlər yaz-
mağa çalışdım. Xalq şairi S.Vurğun demişkən: “Alnımın 
inci tərini axıdıb, ömrümün iki ilinə yanmayıb”, Azər-
baycan  ədəbiyyatşünaslığının  şah zirvəsində dayanan bu 
görkəmli  şəxsiyyəti sizə bacara bildiyim kimi təqdim  et-
dim. Buna nə qədər nail ola bildiyimi siz oxucuların öhdə-
sinə buraxıram. Təbii ki, qarşınızdakı kitab nöqsanlardan 
heç də xali deyildir. Bir ərəb məsəlində deyildiyi kimi 
“Nöqsansız yalnız uca Allahın kəlamıdır”. Ümidvaram ki, 
mənim tələbə olduğumu və hələlik “Azərbaycan universi-
teti”nin yalnız III kursunda oxumağımı  nəzərə alıb yol 
verdiyim nöqsanlara görə üzrümü qəbul edəcəksiniz. 
Biz gələcəkdə də Əli Fəhmi haqqında axtarışlarımızı 
davam etdirəcəyik. Onun elmimiz üçün olduqca dəyərli 
olan neçə-neçə əsərini tədqiq edəcək, geniş oxucu kütləsi-
nə çatdıracağıq. 
Hörmətli oxucular! Qarşınızdakı kitabda sizi Əli Fəh-
minin həyatı, fəaliyyəti və yaradıcılığı ilə bağlı olduqca 
maraqlı məlumatlar gözləyir. Xalq şairi Nəriman Həsənza-
də demişkən: 
 
Bir az vaxt ayırıb qulaq assanız, 
Kəlamım şirindir darıxmazsınız. 
Müəllifdən 
 
 

ƏLİ FƏHMİ DÜNYASI 
 
 


  1   2   3   4   5   6   7   8   9   ...   13


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə