Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti
Fevralın 25-də Azərbaycanın Türkiyənin Qars şəhərindəki
Baş Konsulluğunda Xocalı soyqırımının 21-ci ildönümü ilə
əlaqədar tədbir keçirilmişdir.
Əvvəlcə Xocalı soyqırımı qurbanlarının və şəhidlərimizin
xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, onların ruhuna “Qura-
ni-Kərim”dən ayələr oxunmuş, Azərbaycan və Türkiyə respubli-
kalarının Dövlət himnləri səsləndirilmişdir.
Azərbaycanın Qarsdakı Baş konsulu Ayxan Süleymanov
çıxış edərək demişdir ki, 1992-ci il fevralın 25-dən 26-na
keçən gecə Ermənistan silahlı qüvvələri keçmiş sovet ordusunun
Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının şəxsi
heyətinin və döyüş texnikasının iştirakı ilə şəhərə hücum
edərək azərbaycanlılara qarşı soyqırımı törətmişlər. Bu hərbi
təcavüz zamanı Xocalı şəhəri darmadağın edilmiş, dinc
sakinlərə divan tutulmuşdur. Xocalı soyqırımı təkcə Azərbaycan
xalqına qarşı deyil, bütün insanlığa qarşı törədilmiş ən ağır
cinayətdir.
Soyqırımı ilə bağlı tarixi faktları tədbir iştirakçılarının diqqətinə
çatdıran Ayxan Süleymanov bildirmişdir ki, Xocalı faciəsinə ilk
hüquqi-siyasi qiymət ümummilli liderimiz Heydər Əliyev tərəfindən
verilmişdir. Ulu öndərin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də
Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən “Xocalı
Soyqırımı Günü haqqında” Qərar qəbul olunmuş, ulu öndərin
1997-ci il 25 fevral tarixli Sərəncamı ilə hər il fevralın 26-sı saat
17
00
Azərbaycan Respublikasının bütün ərazisində sükut dəqiqəsi
elan edilmişdir.
Mərasimdə Xocalı soyqırımı ilə bağlı hazırlanmış sənədli
film nümayiş etdirilmiş, tədbir iştirakçıları Dağlıq Qarabağ mü-
naqişəsini və Xocalı soyqırımını əks etdirən fotostendlərə, kitab
və jurnallardan ibarət sərgiyə baxmışlar.
Tədbirdə Qars valisi Əyyup Təpə, Qars Şəhər Bələdiyyəsinin
sədri Nevzat Bozkuş, qeyri-hökumət təşkilatlarının rəhbərləri və
nümayəndələri, Qars Qafqaz Universitetinin müəllim və tələbələri,
Qars ictimaiyyətinin nümayəndələri iştirak etmiş, ehsan süfrəsi
açılmışdır.
Dağlıq Qarabağ münaqişəsinə, Xocalı soyqırımına və erməni
terrorçularının törətdikləri cinayətlərə həsr olunmuş “İrs Miras”
jurnalı tədbir iştirakçılarına paylanmışdır. Keçirilmiş tədbir yerli
kütləvi informasiya vasitələrində işıqlandırılmışdır.
Dostları ilə paylaş: |