«Qızılqaya xəyanəti-1752». Şəki xanlığı ilə təkbaşına mübarizə apara bilməyəcəyini başa düşən II İrakli hiyləgər bir tədbirə əl atdı. «Parçala, hökm sür» düşüncəsi ilə digər Azərbaycan xanlıqlarının Şəki xanına qarşı ittifaqını yaratmağa çalışdı. Bu məqsədlə o, ilk olaraq, Qarabağ xanı Pənahəli xanla ittifaq bağladı. Pənahəli xandan sonra bu ittifaqa Gəncə, Qaradağ, İrəvan və Naxçıvan xanlıqları da qoşuldu.
1752-ci ildə müttəfiqlər Gəncə yaxınlığında Qızılqaya deyilən yerdə müşavirə üçün toplaşdılar. Lakin gürcü çarı müttəfiqlərinə xəyanət edərək danışıqlara gəlmiş Azərbaycan xanlarını mühasirəyə alaraq əsir götürdü.