1.İnformasiya, informasiyanın xassələri İnformasiya (latınca informatio) ifadə olunma formasından asılı olmayaraq insanlar, canlılar, cansızlar, faktlar, hadisələr, proseslər və s. haqqında olan məlumat və biliklərdir. Biliklər isə faktlar və onlar arasındakı asılılıqlardır. İnformatikada informasiya ilkin və təyin olunmamış anlayış kimi qəbul olunur. İnformasiyanın xassələri: İnformasiya bizi əhatə edən aləmin bir hissəsi olduğu üçün həmin aləmin obyektidir. Buna görə də informasiya da onu digər obyektlərdən fərqləndirən xassələrə malikdir. Bu xassələr aşağıdakılardır: 1.Obyektivlik(doğruluq): İnformasiya obyektiv gerçəkliyə uyğun olmaılıdır. Obyektivlik çox az hallarda mütləq olur. Verilənlər həmişə obyektiv olur. Lakin tətbiq olunma metodun seçimində istifadəçi tərəfindən subyektiv ola bilir. 2.Tamlıq(dolğunluq): İnformasiyanın tamlığı obyekt və ya proses haqqında topanmış informasiyanın miqdarı ilə müəyyən edilir. Informasiyanın tamlığı obyekt və ya prosesin xüsusiyyətlərini dolğun şəkildə əks etdirməlidir. 3.Dəqiqlik(etibarlılıq): İnformasiyanın dəqiqliyi onun təhrif olunmaması və etibarlı mənbələrdən alınmasıdır. Yəni informasiya dəqiq olmasada yol verilən xətaları keçməməsidir. 4.