1.İqtisadiyyat Anlayışı. cəmiyyətin həyatinda rolu



Yüklə 106,97 Kb.
səhifə11/30
tarix04.11.2022
ölçüsü106,97 Kb.
#67435
1   ...   7   8   9   10   11   12   13   14   ...   30
iqtisadiyyat son

Bazarın meydana gəlməsi


Bazar insan cəmiyyətinin inkişafının ən mühüm nailiyyətlərindəndir. O min illər boyu inkişaf edərək müasir yüksək səviyyəyə qədər yükləsəlmişdir. Tarixi mənbələrə əsasən bazar 6-7 min il əvvəl meydana gəlmişdir. Bazarın yaranması bir sıra şərtlərdən keçmişdir: ictimai əmək bölgüsünün baş verməsi,bundan sonra əkinçiliyin heyvandarlıqdan ayrılması, sənətkarlığın müstəqil sahə kimi fəaliyyəti, ticarətin meydana gəlməsi. Bu sahələr özləri parçalanaraq yeni sahələr yarandı. Bazar əmtəə - pul münasibətlərinin tarixi inkişafı nəticəsində müasir tərəqqi dərəcəsinə çatmışdır. Bazar insan cəmiyyəti tarixində böyük ictimai əmək bölgülərinin,əmək təsərrüfatının mübadiləsinin meydana gəlməsi ilə üzvi şəkildə bağlıdır. Onun zəruriliyi milli iqtisadiyyatın xaricə çıxması tələbatı ilə də əlaqədardı. Bazar münasibətlərinin maddi əsasını əmtəə və pulların hərəkəti təşkil edir. Əmtəə təsərrüfatı fəaliyyət göstərməyən yerdə bazar ola bilməz və əksinə, bazar olmayan yerdə əmtəə təsərrüfatının fəaliyyətindən söhbət gedə bilməz. Bunlar bir-biri ilə qırılmaz surətdə,tam qarşılıqlı əlaqədə fəaliyyətdə olurlar.

18.Sizin fikrinizcə, ən iri iqtisadi problem hansılar sayılır?


Mənim fikrimcə ən iri iqtisadi problem inflyasiyadır inflyasiya ölkədəki mal və xidmətin satın aldığımız qiymətinin davamlı olaraq artmasıdır ki bu da cəmiyyətin insanların narazıçılığına səbəb ola bilər.basqa iqtisadi problemlərdədə danissaz iqtisadi problemin boyuk bir problem olmasi ucun onun dovlət səviyyəsində bir problem olmasi lazimdir ən baslica problem inflyasiya olsada ondan sonra gələn isə issizlik problemidir bundan əlavə iqtisadi bohranlar korrupsiya qitliq bunlarida aid etmek olar iqtisadi problemlərə
19.Həyat səviyyəsinin yaxşılaşdırılmasi
Həyyat insanların yaşamaq fəaliyyətidir. Həyat səviyyəsini yaxşılaşdırmaq üçün pul lazımdır. Pul qazanmaq üçün isə işləmək lazımdır. Hər işləyən və pul qazananın həyyat səviyyəsi yaxşı olurmu? Deyə sual versəniz
Xeyir, işləmək üçün daha savadlı olmaq lazımdır. Məqsədin olmalı və o məqsədəçatmaq, məqsədi reallaşdırmaq daha çox pul qazanmaq həyat keyfiyyətini daha yaxşı formaya salmaq olur və daha çox pul daha yaxşı həyat səviyyəsi deməəkdir.

20.Azad rəqabət nədir? Pozularsa nə baş verir?


Rəqabin meydana gəlməsi tarixən mülkiyyət ayrıseçkiliyinin və əmək bölgüsünün şərtləndirdiyi əmtəə istehsalının meydana gəlməsi dövrünə təsadüf edir, əmtəə istehsalının inkişafı ilə iqtisadi inkişafın ən fəal ünsürünə çevrilir. İstehsal vasitələri üzərində xüsusi mülkiyyət rəqabətin mövcudluğunu şərtləndirir. Rəqabət bəhsləşmədir.Rəqabət nəticəsində istehsalçı və istehlakçılar bərabər imkarlara malik olmalarına baxmayaraq,bu imkanlardan daha səmərəli istifadə etməklə qalib gəlm k istəyi həmişə onları istehsalın nəticəsini yaxşılaşdırmağa stimullaşdırır.
Rəqabət bazarın təbiətinə daxilən xas olan bir ünsür olub bazar iqtisadiyyatını inkişaf etdirən başlıca amillərdən biri kimi çıxış edir.
Rəqabət bazar əlaqələrinə cəlb olunmuş bazarın iştirakşıları arasında xüsusi formada təzahür edən münasibətləri ifadə edir. O, bir tərəfdən istehsalçıların öz aralarında, ikinci tərəfdən, istehsalçılarla istehlakçılar arasında, üçüncü tərəfdən isə istehlakçıların öz aralarında mənafelərinin reallaşması uğrunda mübarizəni əks etdirir. Onlar öz aralarında rəqabət mübarizəsi yolu ilə istehsalda, satışda alışda əlverişli şəraitə nail olmağa çalışırlar. Bu mübarizə isə həmişə onları istehsalı təkmilləşdirməkdə, inkişaf etdirməkdə maraqlı edir, çünki rəqabət mübarizəsinə dözməməkdə həmişə iflasa uğramaü təhlükəsi var. Rəqabət bazar iqtisadiyyatı şəraitində müəssisələrin, xüsusi sahibkarlıq fəaliyyətinin səmərəliliyinin yüksəldilməsinin başlıca amilidir. Rəqabət nəticəsində subyektlər həmişə bir birini ötməyə, bir- birini öz iqtisadi göstəricilərini yaxşılaşdırmağa sövq etdirir, bir- birindən geri qalmamağa çalışır.
Rəqabət bir tərəfdən istehsalın kifayət dərəcədə çevik olmasında istehsalçıları stimullaşdırır, digər tərəfdən bu iqtisadi mübarizəyə tab gətirməyənlərin iflasa uğramasına səbəb olur.

Yüklə 106,97 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin