Şəxsi satışlar – marketinq kompleksinin bir elementinin, irəlilədilmənin əsas tərkib hissəsidir. Amma, onlar heç də bütün ticarət işçiləri tərəfindən həyata keçirilmir. Yaradıcı təşəbbüsün artması dərəcəsinə görə satış xidmətinin altı tip əməkdaşı fərqləndirilir:
Paylayan. Əsas vəzifəsi yalnız məhsulun çatdırılmasından ibarət olan ticarət işçisidir (məsələn, süd, çörək və başqa əmtəələr).
Sifarişləri qəbul edən ya daxili (piştaxta arxasında dayanmış satıcı), ya da xarici (supermarketin menecerindən məhsul göndərilməsi üzrə sifarişləri qəbul edən ticarət nümayəndəsi) sifarişlərin rəsmiləşdirilməsi ilə məşğul olur.
Missioner. Satıcı-missionerin əsas vəzifəsi sifariş-lərin qəbulundan çox, real və potensial istehlak-çılarla və ya onların öyrədilməsində yaxşı qarşılıqlı münasibətlərin formalaşdırılmasıdır (məsələn, əczaçılıq firmasını təmsil edən tibb məsləhətçisi).
Texniki məsləhətçi. Yüksək texniki biliklərə malik satış xidməti nümayəndəsidir (məsələn, müştəri-kompaniyaya məsləhətlər verilməsini həyata keçirən mühəndis).
Tələbin təşkilatçısı. Maddi əmtəələrin (tozsoran) və ya xidmətlərin satışının təşkilində kreativ metod-lardan istifadə edən əməkdaşdır (sığorta və ya təhsil).
H azır qərarların satıcısı. İstehlakçılarda yaranan problemlərin aradan qaldırılması üzrə ixtisaslaşmış, bir qayda olaraq, işlədiyi kompaniyanın əmtəə və xidmətləri ilə əlaqəsi olan ticarət nümayəndəsidir (məsələn, kompyuter və ya kommunikasiya sistem-ləri).
Ticarət işçiləri bir və ya bir neçə vəzifəni həyata keçirirlər:
Potensial müştərilərin axtarılması. Perspektiv istehlakçıların (və ya məhsulun satış istiqamət-lərinin) axtarılması;