2. Coğrafiya kabineti və meydançasında aparılan işlərin tarixi
15 noyabr 1950 rəhbərlik tərəfində coğrafiya fakultəsində yoxlama keçirildi və yoxlamanın nəticələri Əmr № 342-də bəndlərlə göstərildi və əmrin sonunda fakültə rəhbərliyindən tələb olunurdu:
1. Bütün müəllimlər mühazirələrinin mətnlərinin elmi-nəzəri səviyyəsini yüksəltsinlər. Fakültənin bütün kafedralarında və Elmi Şurasının iclaslarında praktik işlərə xüsusi diqqət ayırmağı ön plana çəksinlər. Seminar və laborator məşğələ dərslərinin keyfiyyətinin səviyyəsini yüksəltsinlər. Müntəzəm olaraq tələbələrin elmi ədəbiyyat üzərindəki müstəqil işlərinə ciddi nəzarət edərək işin keyfiyyətini yüksəltsinlər.
2. Coğrafiya və geologiya dərnəkləri yaratmaq və bu dərnəklərdə tələbələrin elmi hesabatlarının dinlənilməsini təşkil etmək, kursdan-kursa keçdikcə elmi səviyyəni genişləndirməklə yanaşı dərinləşdirmək. Müntəzəm olaraq eks-kursiyalar təşkil etmək. Müstəqil iş kabinetlərini təcili olaraq avadanlıqlarla təmin etmək.