Universitetin tədris-meto-
dik innovasiya şöbəsinin
mü diri, mikrobiologiya ka-
fed rasının professoru Akif
Qurbanov
rezidenturada yük-
sək bal toplamış məzunların
məhz Azərbaycan Tibb Univer-
sitetini seçdiklərini, bu sistemin
universitetimizdə uğur qazan-
dığını söyləyib. Ancaq uğurlar-
la yanaşı bəzi problemlərin də
qaldığını bildirib: “İlk növbədə
rezidentlərin
rəhbərlərindən
şi ka yətlər ola bilər. Bu da on-
lara kifayət qədər diqqət ay-
rılmaması ilə bağlıdır. Təklif
edirəm ki, rezidentlərin rəy sor-
ğusu keçirilsin və gələcəkdə
öz işinə məsuliyyətlə yanaş-
mayan rezident rəhbərləri
kənarlaşdırılsın. İkincisi, rezi-
dent rotasiyaya göndərilərkən
nəyi öyrənməyi, nələrə fikir
verməyi dəqiqləşdirməlidir”.
Rezidentura
proqramı
üzərində xüsusi işlədiklərini
deyən A.Qurbanov bildirib
ki, biz bu proqramı sonradan
Hacəttəpə Universitetinə rəyə
göndərdik. Ancaq proqram
ortaya çıxanda məlum oldu
ki, onu bizim hazırladığımız
barədə heç bir məlumat yox-
dur. Rezidentura dissertasiya-
sı Türkiyədə önəm verilən bir
məsələdir, buna uzmanlıq testi
deyirlər. Bizdə isə bu məsələ
hələ epizodik xarakter daşıyır.
Rezidentləri elmi fəaliyyətə ha-
zırlamaq da olduqca zəruridir.
Mikrobiologiya ixtisası üzrə re-
zidentura müddəti Türkiyədə
və Avropa ölkələrində 4 ildir.
Bu müddət Azərbaycanda 2 il
nəzərdə tutulub və çox azdır.
Dostları ilə paylaş: |