2015 Number 2, Volume 1, 2015


metrologiya və sertifikatlaşdırma üzrə Dövlətlərarası Şura



Yüklə 234,77 Kb.
Pdf görüntüsü
səhifə4/20
tarix25.12.2016
ölçüsü234,77 Kb.
#3176
1   2   3   4   5   6   7   8   9   ...   20
metrologiya və sertifikatlaşdırma üzrə Dövlətlərarası Şura kimi  fəaliyyət göstərən qurum 

tərəfindən  hazırlana  QOST  standartları  qüvvədədir.  Həmin  QOST  standartları  konkret 

məhsullara  dair  həm  təhlükəsizlik,  həm  də  keyfiyyət  tələbləri  müəyyənləşdirir.  Yeyinti 

məhsullarına  isə  bunlarla  yanaşı  sanitar  norma  və  qaydalar  da  müəyyənləşdirilir.  Ancaq, 

bununla yanaşı beynəlxalq və regional standartlar əsasında milli standartlar da işlənib hazırlanır. 

Milli  standartlar  isə  məhsullara  və  xidmətlərə  dair  məcburi  və  tövsiyyə  xarakterli  tələblər 

müəyyənləşdirir.  Milli  standartlar  Standartlaşdırma,  Metrologiya  və  Patent  üzrə  Dövlət 

Komitəsi (SMPDK) tərəfindən hazırlanır. Sanitariya norma  və qaydaları isə Səhiyyə  və  Kənd 

təsərrüfatı nazirlikləri tərəfindən tərtib edilir. Ancaq SMPDK həmin norma və qaydaları dövlət 

qeydiyyatına almalıdır. Deməli, hazırda milli standartlaşdırma sistemi yeyinti məhsulları üçün 

normativ sənədlərin hazırlanmasında birbaşa iştirak edir.  

Yeyinti məhsulları bir çox qurum tərəfindən sertifikatlaşdırılır. Belə ki, heyvan mənşəli 

yeyinti  məhsullarına  baytarlıq,  bitki  mənşəli  məhsullara  fitosanitar  sertifikat,  bütün  yeyinti 

məhsullarına  isə  gigiyenik  və  uyğunluq  sertifikatları  verilir.  Uyğunluq  sertifikatı  isə 

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən verilir və məhsulların 

həm  baytarlıq  (heyvan  mənşəli  olduqda),  həm  fitosanitariya  (bitki  mənşəli  olduqda),  həm 

gigiyenik,  həm  də  standartların  tələblərinə  uyğun  olduğun  təsdiq  edir.  Deməli,  hazırda  milli 

standartlaşdırma sistemi yeyinti məhsullarının sertifikatlaşdırılmasında da iştirak edir.  

Sertifikatlaşdırılmış  məhsulların  istehsalının  standartların  tələblərinə  uyğunluğuna 

nəzarəti  hazırda  Standartlaşdırma,  Metrologiya  və  Patent  üzrə  Dövlət  Komitəsi,  bazarda 

məhsulların standartların tələblərinə uyğunluğuna nəzarəti isə İqtisadiyyat  və Sənaye Nazirliyi 

həyata keçirir [6, 7]. Ümumiyyətlə qeyd edək ki, milli standartlaşdırma sisteminin ən mühüm 

tərkib elementlərindən biri istehsalata və bazara dövlət nəzarətinin aparılmasıdır. Çünki, məhz 

bu mərhələ vasitəsilə məhsulların təhlükəsizliyi və istehlakçıların hüquqlarının müdafiəsi təmin 

edilir.   Adı  çəkilən  iki  qurum  standartların  tələblərinə  riayət  olunmasına  nəzarət  edən  aparıcı 



AzJESS 

Azərbaycanın İqtisadi və Sosial Araşdırmalar Jurnalı                                                           Number 2, Volume 1, 2015 

 

 



 

 


Yüklə 234,77 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin