25 İl davam edən güCLÜ TƏRƏfdaşliq



Yüklə 94.91 Kb.
PDF просмотр
tarix16.07.2017
ölçüsü94.91 Kb.

1

Aİ-Azərbaycan



25 İL DAVAM EDƏN 

GÜCLÜ TƏRƏFDAŞLIQ

2

3

28 ÜZV DÖVLƏT

AVROPA GÜNÜ  

9 MAY (ŞUMAN BƏYANNAMƏSİ)

ƏHALİ 

> 500 MİLYON

ÜDM/ADAM BAŞINA 

EUR 25 100

RƏSMİ DİL  

24

NAMİZƏD ÖLKƏLƏR: 

İslandiya, Keçmiş Yuqoslaviya Makedoniya Respublikası, Monteneqro, Serbiya, Türkiyə.



AVROPA İTTİFAQI (Aİ) VƏ AZƏRBAYCAN ARASINDAKI 

MÜNASİBƏTLƏRİN BAŞLANĞICI 1990-CI İLLƏRİN 

ƏVVƏLLƏRİNƏ TƏSADÜF EDİR.

ÜZV DÖVLƏTLƏR:

Almaniya, Avstriya, Belçika, Birləşmiş Krallıq,  Bolqarıstan, Çex Respublikası, Danimarka, 

Estoniya, Finlandiya, Fransa, Hollandiya, Xorvatiya, İrlandiya, İspaniya, İsveç, İtaliya, Kipr, 

Latviya, Litva, Lüksemburq, Macarıstan, Malta, Polşa, Portuqaliya, Rumıniya, Slovakiya, 

Sloveniya, Yunanıstan.

Avropa İttifaqı ilk baxışda



Avropa İttifaqı və Azərbaycan – Siyasi̇ Münasibətlər

Tərəfdaşlıq və Əməkdaşlıq 

Sazişi (TƏS) – ikitərəfli 

münasibətlər üçün hüquqi 

baza

Bakıda Aİ-nın 



Azərbaycandakı 

Nümayəndəliyinin  

açılması 

Avropa Qonşuluq 

Siyasəti (AQS) – ikitərəfli 

münasibətlərin və Aİ-

nin göstərdiyi yardımın 

artırılması mexanizmi

Şərq Tərəfdaşlığı – Siyasi 

əməkdaşlığın və iqtisadi 

inteqrasiyanın daha da 

gücləndirilməsinə  

yönələn alət

AQS Fəaliyyət Planı: 

kompleks islahatlar 

gündəliyi

Viza Rejiminin 

Sadələşdirilməsi  

və Readmissiya  

Sazişləri 



1996

2008

2003

2009

2006

2014

2

4

5

Ai və Azərbaycan – iqtisadi münasibətlər

Aİ yardımı ilk baxışda

Aİ Azərbaycan üçün ən 

böyük ixrac və idxal bazarı 

olaraq qalır. 2014-cü ildə 

Azərbaycana məhsul 

ixrac edən ən böyük 

ölkələr Almaniya (775 

milyon avro; Aİ ixracının 

22,3%-i), Birləşmiş Krallıq 

(701 milyon avro; 20,1%), 

İtaliya (595 milyon; 17,1%), 

Hollandiya (292 milyon; 

8,4%), Fransa (208 milyon; 

6 % ) və Avstriya (120 

milyon; 3,4%) olmuşlar.

Aİ və Azərbaycan 

arasındakı iqtisadi 

münasibətləri daha da 

gücləndirmək məqsədilə 

hazırda Azərbaycanda 

Aİ-nın Biznes Forumunun 

qurulması imkanı 

araşdırılır. Bu da 

hakimiyyət orqanları ilə 

biznes mühitində olan 

sistemli maneələrin 

müzakirə edilməsi, biznes 

mühitinin araşdırılması, 

Aİ-nın təcrübəsinə 

əsaslanaraq biznes 

sahəsində mövcud 

çətinliklərin öhdəsindən 

gəlmək üçün konkret 

tövsiyələrin verilməsi 

baxımından əsas 

mexanizm rolunu oynaya 

bilər.

Almaniya


Fransa

Birləşmiş Krallıq

Avstriya

İtaliya


Digər

Hollandiya

Azərbaycan müstəqillik 

qazandığı vaxtdan  - 1990-

cı illərin əvvəllərindən- Aİ 

qrant şəklində ölkəyə 

500 milyon AZN-dən 

artıq maliyyə yardım 

etmişdir. Azərbaycanın 

çətin günlərində Aİ 

ölkəyə humanitar yardım 

göstərmiş, məktəb və 

xəstəxanaları bərpa 

etmişdir.

Yardıma  - büdcə yardımı, 

texniki yardım, Tvinninq 

layihələri və qrantlar daxil 

idi. 2014-2017-ci illərdə isə 

Aİ-nın yardım edəcəyi əsas 

sahələr regionların və kənd 

yerlərinin inkişafı, təhsil və 

ədliyyə sektorlarıdır.



Aİ AZƏRBAYCANIN ƏSAS İQTİSADİ 

TƏRƏFDAŞI OLMAQLA YANAŞI, 

ÖLKƏ TİCARƏTİNDƏ 44% PAY 

SAHİBİDİR. 

2007-2015-Cİ 

İLLƏR ƏRZİNDƏ Aİ 

179 MİLYON AVRO 

BİRDƏFƏLİK 

QRANT AYIRARAQ 

AZƏRBAYCANDA 

HƏM HÖKUMƏTƏ, 

HƏM DƏ 

VƏTƏNDAŞ 

CƏMİYYƏTİNƏ 

QRANT VERƏN 

ƏN BÖYÜK 

XARİCİ DONOR 

OLMUŞDUR. 

775


700

595


791

292


208

120


Regionların və kənd yerlərinin inkişafı

SON İKİ ONİLLİKDƏ 

Aİ AZƏRBAYCANDA 

KƏND YERLƏRİNİN 

İNKİŞAFI SAHƏSİNİ 

ƏHƏMİYYƏTLİ 

ŞƏKİLDƏ

DƏSTƏKLƏMİŞDİR.

REGİONLARIN 

VƏ KƏND 

YERLƏRİNİN 

İNKİŞAFI 

AZƏRBAYCAN 

ÜÇÜN XÜSUSİ 

ƏHƏMİYYƏT 

KƏSB EDİR, 

ÇÜNKİ ƏHALİNİN 

DEMƏK OLAR 

Kİ, YARISI KƏND 

YERLƏRİNDƏ 

YAŞAYIR VƏ KƏND 

TƏSƏRRÜFATINA 

GƏLİR MƏNBƏYİ 

KİMİ BAXIR. 

Bu müddət ərzində  

Aİ Azərbaycan Hökuməti 

və kənd icmaları ilə 

aşağıdakı istiqamətlər üzrə 

əhatəli çalışmışdır:

•  Kənd təsərrüfatı 

sektorunda rəqabətin 

artması;

•  Ölkə və kənd yerlərinin 

iqtisadiyyatının 

çoxşaxəli inkişafının 

təşviqi;

• Torpaqlardan davamlı 

istifadə və ətraf mühitin 

dəstəklənməsi;

• Kənd yerlərində həyat 

səviyyəsinin yüksəlməsi.

Kənd yerlərinin inkişafı 

və kənd təsərrüfatı 

sektorunun gücləndirilməsi 

bir çox ölkələrdə vacib 

məsələlərdəndir. Onlara 

qida təhlükəsizliyi, 

ərzaq təhlükəsizliyi, 

kənd yerlərində yaşayış 

səviyyəsi, məşğulluq 

və gəlir kimi mühüm 

məsələlər, eləcə də 

əhalinin zəif qrupları üçün 

sosial və fiziki infrastruktur

ekoloji dayanaqlığın 

təkmilləşdirilməsi 

məsələləri daxildir. Eyni 

zamanda bu sahədə 

məhsuldarlıq aşağıdır, 

ÜDM-nin yalnız 5.4% 

kənd təsərrüfatının payına 

düşür. Prioritet sahələrdən 

biri kimi Aİ bu mühüm 

sektora siyasi məsələlərdə 

məsləhət xidmətlərinin 

və texniki yardımın 

göstərilməsindən tutmuş 

seçilmiş kənd yerlərində 

icma və pilot təşəbbüslərin 

dəstəklənməsinədək geniş 

çeşidli yardım göstərir. 



6

Uğur Hekayəsi – İsmayıllı Peşə Təhsili Mərkəzi

BU GÜN 

AZƏRBAYCANIN 

QARŞISINDA 

DURAN ƏSAS 

ÇAĞIRIŞLARDAN 

BİRİ ÖLKƏ 

İQTİSADİYYATINI 

DƏYİŞMƏKLƏ 

VƏ ONUN 

ÇOXŞAXƏLİ 

İNKİŞAFINA NAİL 

OLMAQLA İNSAN 

KAPİTALINI 

İNKİŞAF 

ETDİRMƏKDİR.

Bu keçid dövründə 

Azərbaycanı 

dəstəkləmək məqsədilə 

Aİ iqtisadiyyatın 

çoxşaxəli inkişafına 

təhsil sisteminin 

təkmilləşdirilməsi yolu 

ilə töhfə vermək üçün 

19 milyon avro vəsait 

ayırmışdır. Aİ-nın “Təhsil 

Sektoruna Yardım 

Proqramı” iqtisadi və 

sosial inkişafa müvafiq 

olan tədris imkanlarının 

artırılması və ixtisasların 

təkmilləşdirilməsi 

sahəsində ölkənin öz 

qarşısına qoyduğu 

məqsədlərini 

əhəmiyyətli dərəcədə 

dəstəkləyəcəkdir.

Turizm sektorunda müasir 

peşə təhsili və təlimi (PTT) 

sisteminin reallaşdırılması 

üçün Ismayıllı pilot region 

kimi seçilmişdir. Təhsil 

Nazirliyində işçi heyətin 

potensial quruculuğuna, 

bütün iştirakçı tərəflərlə, 

o cümlədən yerli 

sənaye sektoru ilə 

məsləhətləşmələrin 

aparılması ilə müasir PTT 

strategiyasının, kurrikulum 

və təlimin hazırlanmasına 

yardım etmək üçün 

Avropa İttifaqı 2.5 milyon 

avro məbləğində texniki 

yardım göstərmişdir. 

Turizm sahəsində Avropa 

səviyyəsində peşə təhsili 

vermək üçün Aİ layihə 

çərçivəsində məktəbi 

müvafiq mətbəx və 

mehmanxana avadanlığı ilə 

təchiz etmişdir. Regionda 

əmək bazarının hərtərəfli 

tədqiqatı aparılmış, 

aşbaz, ofisiant, barmen, 

turizm agentləri, yerli 

bələdçi və mehmanxana 

qeydçiləri peşələri 

üzrə müasir kurrikulum 

işlənmiş, marağı olan 

gənc müəllimlərə təlim 

keçirilmişdir. PTT məktəbi 

insan resurslarında 

boşluqların təhlilini 

aparmaq üçün daim 

yerli sahibkarlarla 

məsləhətləşir, tələbələrin 

əmək bazarında özlərinə 

asanlıqla yer tapmaları ilə 

nəticələnən müvafiq qəbul 

planı hazırlayır.



İSMAYILLI PEŞƏ TƏDRİS MƏRKƏZİ AZƏRBAYCANDA 

PEŞƏ TƏHSİLİ VƏ TƏLİMİNİN İNKİŞAF ETDİRİLMƏSİ 

İSTİQAMƏTİNDƏ AVROPA İTTIFAQI  

İLƏ AZƏRBAYCANIN SON 7 İLDƏ BAŞLADIĞI  

ƏMƏKDAŞLIĞIN ƏYANİ TƏCƏSSÜMÜDÜR. 

8

Tvinninq̇

Uğur Hekayəsi̇ – Tvinninq Layihəsi̇ Turizm Sahəsində

Azərbaycan 2008-ci ildən 34 Tvinninq layihəsindən  

yararlanmışdır; bu, regionda ən yüksək göstəricilərdən biridir. 

Tvinninq:

•  Biliklərin birbaşa Aİ-yə Üzv Dövlətlərin dövlət 

qurumlarından Azərbaycanın dövlət qurumlarına 

çatdırılması yolu ilə potensial quruculuğu;

• Aİ-yə Üzv Dövlətlərdən dövlət qulluqçularının Hökumətin 

müvafiq idarəetmə orqanlarına 27 aya qədər ezam 

edilməsi deməkdir;

2013-cü ilin əvvəllərində 

Avstriya və Litvadan olan 

15 ekspert qrupu turizmin 

inkişafı sahəsindəki 

biliklərini bölüşmək 

məqsədilə Azərbaycana 

gəlmişdir. Komandaya 

layihə rəhbəri Florian 

Sengstçmid və Rezident 

Tvinninq Müşaviri 

Dayva Kirkilaite-Çetcuti 

rəhbərlik etmişdir. 

Bir neçə ay ərzində 

ekspertlər Mədəniyyət 

və Turizm Nazirliyinin 

Turizm Şöbəsindən 

olan Azərbaycanlı 

həmkarları ilə birgə 

işləmiş; ən yaxşı təcrübəni 

onlarla bölüşmüş, 

turizm sektorunda 

dövlət idarəçiliyinin 

təkmilləşdirilməsinə 

yardım etmişlər.

Turizm Azərbaycanda 

yeni sahə olsa da sürətlə 

inkişaf edir və ölkənin 

qeyri-neft iqtisadiyyatının 

inkişafında mühüm sektor 

hesab olunur.

“Tvinninq layihəsi 16 

ay əvvəl başlamışdır 

və biz inanırıq ki, bu 

gün nailiyyətlərimiz göz 

qabağındadır: strateji 

sənədlər təsdiq edilmiş, 

təşkilati dəyişikliklər, 

o cümlədən, Almaniya 

və Rusiyada turizm 

nümayəndəliklərinin 

açılması prosesi 

başlamışdır” – deyə Dayva 

bildirmişdir. Layihənin 

göstərdiyi dəstək hesabına 

Mədəniyyət və Turizm 

Nazirliyi Turizm Marketinq 

Strategiyasını (2014-

2016) qəbul etmişdir: bu, 

turizm sektorunun inkişafı 

üçün əsas və münasib 

məqsədlərin müəyyən 

edildiyi orta müddətli 

siyasi sənəddir.

Aİ-nın hüquqşünasları 

turizm sahəsində cari 

qanunvericiliyi nəzərdən 

keçirərək, onun Aİ standart 

və normalarına münasib 

şəkildə uyğunlaşdırılması 

ilə bağlı tövsiyələr 

vermişlər. Mehmanxana və 

yerləşmə üçün minimum 

standartların müəyyən 

edilməsində də ekspertlər 

yardım göstərmişlər. “Bu, 

turistik assosiasiyaların 

işini dəstəkləyəcəkdir,” 

deyə Dayva izah edir. 

“Məsələn, biz turistik  

assosiasiyalar üçün 

Nizamnamə, müştərilərlə 

tur agentliklər, eləcə 

də tur operatorlarla 

mehmanxanalar arasındakı 

müqavilələri hazırlamışıq”.

Dayva və Florian turizm 

guşələrinin idarə edilməsi 

mövzusunda dövlət və 

regional (İsmayıllı və 

Lənkəranda) orqanlar üçün 

təlimlər keçmişlər.

Litvalı ekspertlər 

Azərbaycanın Naftalan 

istirahət zonasının 

modelini hazırlamışlar. 

Avstriya ekspertləri 

“Şirvan” milli parkı və 

onun yaxınlığında yerləşən 

palçıq vulkanları kimi 

ekoloji baxımdan həssas 

regionlarda turizm və 

istirahət zonalarının 

modelini təklif etmişlər.

10

11

AZƏRBAYCANDA 

ƏDLİYYƏ 

SEKTORU 

İSLAHATLARI  

Aİ-NIN HƏR 

ZAMAN ÖNƏM 

VERDİYİ 

PRİORİTET 

MƏSƏLƏ 

OLMUŞ VƏ 

OLMAQDADIR. 

Aİ hüquqi yardımın 

göstərilməsi, 

münaqişələrin həlli üçün 

alternativ mexanizmlərin 

inkişaf etdirilməsi 

ilə ədliyyəyə çıxışı 

dəstəkləyir. 



TVİNNİNQ PROQRAMI BENEFİSİAR 

ÖLKƏLƏRDƏ Aİ-NIN ƏN YAXŞI 

TƏCRÜBƏ VƏ STANDARTLARININ 

UYĞUNLAŞDIRILMASI VƏ QƏBUL 

EDİLMƏSİNƏ YARDIM EDİR. 

•  Layihə: Azərbaycan 

Respublikasının 

Mədəniyyət və Turizm 

Nazirliyində Turizm 

Şöbəsinin İmkanlarının 

Gücləndirilməsi

•  Əsas elementlər: 

turizm sahəsində 

qanunvericiliyə, 

bazara nəzarət, strateji 

planlaşdırma, potensial 

quruculuğu tədbirlərinə 

dair məsləhət xidmətləri 

göstərmək, turizm 

idarəçiliyi sahəsində 

ən yaxşı təcrübəni 

bölüşmək 



www.facebook.com/tourism.twinning

FAKT QUTUSU

•  Aİ tərəfdaşları: Avstriya 

(Avstriyanın Federal 

Satınalmalar Agentliyi 

və Avstriyanın Ekologiya 

Agentliyi) və Litva 

(İqtisadiyyat Nazirliyi 

Turizm Şöbəsi).

•  Büdcə: €900,000  

(Aİ maliyyələşməsi)

•  Müddəti: Fevral 2013 – 

İyun 2014



Uğur Hekayəsi̇

12

KƏRPİC KƏSƏN 

XANIMIN 

DASTANI

Düşünürük ki, bu xanım 

dahi Nizaminin qəhrəmanı 

“Kərpic kəsən qoca” kimi 

halal əməyi ilə yaşayan 

namuslu insandır. 

Riyanə Qafarova Qusar 

rayonunun Piral kəndində 

doqquz uşaqlı ailədə 

dünyaya gəlib. Çox 

çətin şəraitdə böyüyən 

Riyanənin ən böyük 

istəyi ali təhsil alıb, öz 

biznesini qurmaq idi. 

Lakin maddi imkansızlığa 

görə o, həyata tutunmaq 

və ailəsinə kömək etmək 

məcburiyyətində qalaraq 

təhsilini yarıda buraxmalı 

olur.


Bir gün yaxın qonşusu 

ona kənddə usta yanında 

şagird hazırlığı kursları 

barədə xəbər verir. Riyanə 

buna çox sevinir və həmin 

elanla Aİ-nın maliyyə 

dəstəyi ilə təşkil edilən 

qadın bərbəri kursuna 

yazılır. İki körpə uşaq anası 

Riyanə Qafarova böyük 

ümidlərlə 4 ay müddətində 

həftədə 3 dəfə avtobusla 

20 km məsafəni qət 

edərək Qusar rayon 

mərkəzində keçirilən dərs 

və təlimlərdə iştirak edir. 

Riyanə deyir: “Mən 

hər zaman televiziya 

kanallarında moda 

verilişlərinə baxanda 

xanımlara yeni saç 

düzümü verib, onları yeni 

üslubla bəzəməyi xəyal 

edirdim, bu gün artıq 

sənət sahibiyəm. İndi isə 

ən böyük hədəfim qadın 

salonu açmaqdır”. 

Kursa başlayanda Riyanə 

və digər iştirakçılar bilirdi 

ki, kursu müvəffəqiyyətlə 

bitirən gənclər kiçik 

biznes qurmaq üçün 

dəstək alacaq. Riyanə 

kursu müvəffəqiyyətlə 

bitirənlərdən oldu və onun 

“Biznes Planı” layihə 

çərçivəsində dəstəkləndi. 

Hədəfinə doğru irəliləyən 

Riyanə maddi imkanı 

olmadığından salonu çiy 

kərpicdən tikmək qərarına 

gəlir. Salona lazım olan 

avadanlıqlar isə layihə 

hesabına alınırdı.



O, GÜNƏ 

250 KƏRPİC 

HAZIRLAYIRDI.

 

Kərpic kəsmək üçün 



torpaq ələnir, yoğrulur, 

içinə saman qatılır və 

taxta qəliblərə tökülərək, 

günəşdə qurudulur. 

Rusiyadan qayıdan həyat 

yoldaşı ilə birlikdə kəsdiyi 

kərpiclərdən xudmani tikili 

qurur və sonra Riyanə öz 

əlləri  ilə  ona  suvaq  çəkir.       

Bu gün 28 yaşlı Riyanə 

maddi cəhətdən heç 

kəsdən asılı olmayan, öz 

halal zəhməti ilə yaşayan  

Azərbaycan xanımıdır.

“Bu layihədən faydalana 

bildinizmi?” sualına 

Riyanənin cavabı belə 

oldu: “Əlbəttə! Kursa 

getməklə bu sənətin 

incəliklərini öyrəndim. 

Təşkil olunan təlimlər məni 

öz biznesimi qurmağa 

həvəsləndirdi. İstəyim 

o qədər güclü oldu ki, 

salonu öz əllərimlə tikdim, 

bu layihə hesabına isə 

lazımi avadanlıqlar alındı. 

Nəhayət, mən də öz 

istəyimə çatdım”.

Bu uğur tarixçəsi 

hafizəmizdən hələ uzun 

müddət silinməyəcək. 

Xanım üçün belə bir həyat 

mücadiləsi alqışa layiqdir. 



FAKT QUTUSU

Aİ TƏRƏFİNDƏN 

MALİYYƏLƏŞƏN 

LAYİHƏ HAQQINDA 

 

“Ümid” Sosial İnkişafa 

Dəstək İctimai 

Birliyi tərəfindən 

həyata keçirilən 

“Kəndlərin Davamlı 

İnkişaf Təşəbbüsü” 

layihəsi çərçivəsində 

müxtəlif peşələrə 

yiyələnmək və öz kiçik 

bizneslərini qurmaq 

istəyən gənclər üçün 

Usta Yanında Şagird 

Hazırlığı kursları;

Sahibkarlıq fəaliyyətinə 

təsir edən amillər

faydalı məsləhətlər, 

biznes planın 

hazırlanması, strukturu 

və məzmunu, bazar 

araşdırması, GZİT 

(SWOT) təhlili, reklam 

üzrə təlimlər; 

Təlimlərdə Quba, 

Xaçmaz, Şabran və 

Qusar rayonlarından 

seçilmiş (müraciətlər 

əsasında) 61 nəfər 

iştirak etmiş və 34 

nəfər sertifikat almışdır. 

Usta Yanında Şagird 

Hazırlığına 113 ərizə 

qəbul edilib. Onlardan 

48 gənc artıq seçilib. 

Bu günə qədər 

kursu bitirənlərdən 4 

nəfərin  Biznes Planı 

dəstəklənib.

Riyanə Qafarova öz əlləri ilə tikdiyi salonda

QRANT 

LAYİHƏLƏRİ

Aİ vətəndaş cəmiyyətinə 

qrant verən ən böyük 

xarici donordur. 2007-

2013-cü illər ərzində 

Aİ-nın ayırdığı 15.8 

milyon avrodan artıq 

vəsaitlə 59 layihə 

maliyyələşdirilmişdir. 

Əsas diqqət əhalinin zəif 

qruplarının, insan hüquq 

müdafiəçilərinin, media 

azadlığı, azad və ədalətli 

seçkilərin dəstəklənməsi, 

gender bərabərliyi, 

qadınlara səlahiyyətlərin 

verilməsi, uşaqlar üçün 

ədliyyəyə çıxış, region 

kənd yerlərinin 

inkişafı kimi məsələlərə 

verilmişdir.


Avropa Film Festivalı

15

Festival adətən oktyabr 

ayında keçirilərək Avropa 

ölkələrindən olan müasir 

filmləri tamaşaçılara 

təqdim edir. Filmlərə baxış 

pulsuzdur. Komediya, 

dram, animasiya, sənədli 

film kimi müxtəlif janrlarda 

olan filmlər bütün kino 

həvəskarlarını Festivala 

cəlb edir. Festival 

Avropa İttifaqı ölkələri ilə 

Azərbaycan arasındakı 

mədəniyyət əlaqələrinin 

qurulmasına və daha 

da möhkəmlənməsinə 

xidmət edərək, qarşılıqlı 

anlaşmanın güclənməsinə 

töhfə verir. 2015-ci ildə 

Festivalda iştirak edən 

ölkələrin sayı 18-ə çataraq 

rekord təşkil etdi və 

Azərbaycan da bu ölkələrə 

qoşuldu.

AVROPA FİLM FESTİVALLARI  

2010-CU İLDƏN AVROPA 

İTTİFAQININ AZƏRBAYCANDAKI 

NÜMAYƏNDƏLİYİ VƏ Aİ-YƏ ÜZV 

DÖVLƏTLƏRİN SƏFİRLİKLƏRİ 

TƏRƏFİNDƏN TƏŞKİL EDİLİR. 


17

Çoxsaylı tədbirlər, ifalar 

və uşaqlar üçün oyunlarla 

bol olan Avropa Şəhərciyi 

Avropa İttifaqı, eləcə də 

onun Azərbaycandakı 

fəaliyyəti ilə yaxından 

tanış olmağa imkan verən 

gözəl və əyləncəli fürsətdir. 

2015-ci ildə bu tədbirdə 

təxminən 20000 nəfər 

iştirak etmişdir. Böyük 

səhnədə sehrbazlıq, pitsa 

fırlatma şouları, tanınmış 

yerli idmançılar tərəfindən 

aparılan viktorinalar, 

Aİ və musiqi ilə bağlı 

yarışmalar, milli rəqslər

Avropalı ifaçıların axşam 

konsertləri, müxtəlif növ ifa 

və müsabiqələr keçirilmiş, 

eyni zamanda Aİ-yə Üzv 

Dövlətlərin stendlərində 

ölkələrə xas əyləncə 

növləri təqdim edilmişdir.

AI stendində Aİ-nın 

Azərbaycandakı fəaliyyəti 

barədə məlumat, eləcə 

də uğur hekayələri və 

Aİ layihələri təqdim 

olunmuşdur.

“Avropa Şəhərciyi Avropaya açılan pəncərədir. 

O, Avropa İttifaqını formalaşdıran zəngin 

mədəniyyət və fərqliliyi görməyə, öyrənməyə 

və bundan zövq almağa imkan verən gözəl 

fürsətdir.”

Aİ-nın Azərbaycandakı Səfiri Malena Mard



Avropa Şəhərciyi

16

AVROPA  

ŞƏHƏRCİYİ 

MƏDƏNİYYƏT 

FESTİVALI 

AVROPANIN  

ZƏNGİN 

MƏDƏNİYYƏTİNİ 

MƏTBƏX, MUSİQİ, 

RƏQS, İNCƏSƏNƏT 

VASİTƏSİLƏ, Aİ 

ONA ÜZV 

DÖVLƏTLƏR 

BARƏDƏ ÜMUMİ 

MƏLUMATIN 

VERİLMƏSİ İLƏ  

AÇIQ HAVADA 

KEÇİRİLƏN BİR 

GÜNLÜK  

TƏDBİRDİR. 

18

Azərbaycanda olan Aİ layihələri

Focus on Ganja

Shabran


Baku

Nakhichivan

Mingachevir

Ganja


Shusha

Khankendi

Naftalan

Shirvan


Sumqayit

Yardım göstərilən sektorlar

Ölkə miqyaslı layihələr

Ədliyyə


Təhsil

Region və Kənd Yerlərinin İnkişafı

İdarəetmə / Potensial Quruculuğu

Ətraf Mühit



Diqqət: Bu sənəd ancaq məlumat məqsədilə hazırlanmışdır. Aİ tərəfindən ərazi və ya sərhədlərin rəsmən tanınması 

demək deyildir!



Mənbə: Aİ tərəfindən maliyyələşdirilən layihələr, aprel 2015

Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi

Landmark III, 11-ci mərtəbə, Nizami küçəsi, 90A,

AZ1010 Bakı, Azərbaycan Respublikası

Tel: (+994 12) 497 20 63 | Faks: (+994 12) 497 20 69

http://eeac.europa.eu/delegations/azerbaijan

     EU Delegation to Azerbaijan



     EU Delegation to Azerbaijan


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə