26 FEVRAL XOCALI SOYQIRIMI GÜNÜDÜR
1992-ci ilin fevralında tarixdə görülməmiş qətliam baş
verdi.Türkləri özlərinin əbədi düşməni hesab edən ermənilər,
məskunlaşdıqları türk torpaqlarında insanlığa xas olmayan vəhşiliklər
törətməklə, Xocalı adlı bir yurd yerini yer üzündən tamamilə sildilər.
İnsanları amansızlıqla qətlə yetirdilər, əsir götürdülər, şəhər isə oda
qalandı.Bu, Qarabağ müharibəsinin ən qəddar səhifəsi idi.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə isə erməni silahlı qüvvələri
və keçmiş sovet 366-ci motoatıcı alayı Xocalıya divan tutdu. Ən dəhşətli
soyqırım törədildi. Buna qədər isə Xocalı erməni-daşnaqlar tərəfindən
tam mühasirəyə alınmışdır.Yollar tamamilə kəsilmiş, Xocalı taleyin
ümidinə buraxılmışdır.Halbuki Xocalılar ermənilərə mərdliklə
müqavimət
göstərir,
şəhəri
çətinliklə
də
olsa
qoruyub
saxlayırdılar.Düşmən elə buna görə də Xocalı sakinlərini
vəhşiliklə,qəddarlıqla və kütləvi surətdə qətlə yetirdi.
Faciənin miqyası son dərəcə böyük və dəhşətli idi.Ermənilər
qadınlara və uşaqlara, qocalara və xəstələrə rəhim etmədən hamını
güllələyərək süngüdən keçirdilər.
Xocalı soyqırımının 20 ili tamam olur.Bu faciə zamanı böyük bir
yaşayış məntəqəsi yer üzündən silinib, azərbaycanlılara qarşı amansız
soyqırımı törədilib. 613 nəfər qətlə yetirilib, 1275 nəfər əsir
götürülmüşdür. Qanunsuz erməni silahlı qüvvələri mühasirədən çıxıb
qaçmağa müvəffəq olmuş azərbaycanlıları milli mənsubiyyətinə görə
yollarda, keçidlərdə, meşələrdə təqib edərək vəhşicəsinə öldürüblər.
Xocalıların harayına isə kənardan kömək gəlmədi. O vaxt Xocalı
Aeroportunun komendantı Əlif Hacıyev və onun dəstəsi səhər saat 5 -ə
qədər azğınlaşmış rus hərbiçiləri və erməni yaraqlıları ilə vuruşdular.O
bu qanlı döyüşdə misilsiz qəhrəmanlıqlar göstərərək, bir dəstə dinc
Xocalı sakinini Ağdamın Şelli kəndinə tərəf təhlükəsiz yerə çıxarmışdı.
Əlif Hacıyev bir daha geri dönərək, yenidən döyüşə atılmış və bu zaman
ağır yaralanmışdır. Vətənini, torpağını canından əziz bilən Əlif Hacıyev
Xocalı faciəsi zamanı qəhrəmancasına şəhid olmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 6 iyun 1992- ci il tarixli
831 saylı Fərmanı ilə mayor Hacıyev Əlif Lətif oğluna ölmündən sonra
“Azərbaycanın Milli Qəhrəmanı”fəxri adı verilmiş, və Bakı şəhər
Şəhidlər Xiyabanında dəfn edilmişdir.2013-cü il iyun ayının 24-də Milli
Qəhrəman Əlif Hacıyevin anadan olmasının 60 illik yubileyi tamam
olur.Əlif Hacıyev və onun timsalında Xocalı soyqırımında şəhid olmuş
oğullarımız xalqın qəlbində əbədi yaşayacaq və gənc nəsilə örnək
olacaqdır.
Xocalıya hücüm edən erməni dəstələri ölkə iqtisadiyyatına 170
milyon dollardan artıq ziyan vurub.Şəhərin toxuculuq fabriki, onlarla
ictimai iaşə obyekti dağıdılıb. 200 nəfərdən çox insan müxtəlif dərəcəli
əlilə çevrilib. Ermənilər buna görə cavab verməlidirlər. Əgər bunu edə
bilməsək, gələcək nəsillər bizi hec vaxt bağışlamayacaqdır!
Azərbaycan Milli Məclisi hər il fevralın 26-nı “Xocalı soyqırımı
günü” elan etmişdir. Hər il fevralın 26-da saat 17.00-da azərbaycan xalqı
Xocalı soyqırımının qurbanlarının xatirəsini 1 dəqiqəlik sükutla yad
edir.
Doğma yurdlarından didərgin düşmüş və Azərbaycanın 48
rayonuna səpələnmiş Xocalı sakinləri Dağlıq Qarabağ münaqişəsinin
ədalətli həlli, Ermənistanın Azərbaycana qarşı təcavüzünün dəff
edilməsi, ölkənin ərazi bütövlüyünün bərpa edilməsi ümidi ilə
yaşayırlar.
Xocalı soyqırımı ilə bağlı xarici kütləvi informasiya vasitələrinin
əməkdaşlarının qələmə aldıqları məqalələrin sərgisi keçirilib. Bununla
yanaşı, “ Xocalı uşaqların gözü ilə ” rəsm sərgisi və.s böyük tədbirlər
təşkil olunub.Xocalının başına gətirələn müsübətlərin dünya
ictimaiyyətinə daha ətraflı çatdırmaq üçün “,İnqilab Vəlizadənin- Xocalı
faciəsi”, Əliağa Cəfərlinin” Xocalı XX əsrin soyqırımı”, Əsli
Xəlilqızının “Güllələnmiş uşaqlar”, Akif Aşırlının “Türkün Xocalı
soyqırımı “ və s. adlı kitabların oxunması vacibdir.Bütün bunların
gənclərdə vətənpərvərlik hisslərinin formalaşmasında böyük rolu vardır.
“Xocalıya ədalət! ”-artıq dünyada bu kampaniyaya qoşulan insanların
sayı günü-gündən çoxalmaqdadır.
Bu gün Dövlətimiz və şəxsən Cənab Prezidentimiz zati-aliləri, İlham
Əliyev cənabları Xocalıda baş verən qətliamın bir Soyqırımı kimi
dünyada tanınması üçün böyük səylər göstərir. Nəticəsi odur ki, artıq
dünyanın bir neçə dövləti o cümlədən, ABŞ-ın bir neçə statı Xocalı
hadisələrini bir Soyqırımı kimi tanıyıb və bu hadisələrə siyasi qiymət
vermişlər.
Harada
yaşamağından
asılı
olmayaraq-Azərbaycanda,
Azərbaycandan kənarda da hərənin gücü nəyə çatırsa, Azərbaycan
həqiqətlərinin- Xocalı həqiqətlərinin təbliğ edilməsi, bütövlükdə
Qarabağ savaşında şəhid, əlil olmuş, yaralanmış qəhrəmanlarımızın,
ümumən Azərbaycan xalqının başına gətirilən bütün müsübətlərin təbliğ
edilməsi, erməni yalanlarının qarşısının alınması istiqamətində öz
fəaliyyətini ortaya qoymalıdır.
Tarix hec nəyi unutmur!
Allah bütün şəhidlərimizə rəhmət eləsin!