Azərbaycan  Respublikası  Səhiyyə  Nazirliyi  tərəfindən  lisenziyalaşdırılmamış  dərman  preparatları;  


tarix01.01.1970
ölçüsü
#2915

 

Azərbaycan  Respublikası  Səhiyyə  Nazirliyi  tərəfindən  lisenziyalaşdırılmamış  dərman 

preparatları; 



 

psixotrop  preparatlar,  bioaktiv  qida  əlavələri,  homeopatik  və  antihomotoksikoloji 

preparatlar; 



 

bütün növ sabun və şampunlar, kosmetik vasitələr, losyonlar;  



 

kontraseptiv (hamiləliyin qarşısını alan) preparatlar; 



 



 

arıqlamaq məqsədi ilə istifadə olunan preparatlar; 



 

potensiyanı (cinsi fəaliyyəti) stimulyasiya edən preparatlar; 



 

müalicəvi mineral sular; 



 

diş pastaları; 



 

saç tökülməsinin və kəpəklənmənin qarşısını alan preparatlar; 



 

tütün məhsullarından asılılığı aradan götürmək üçün istifadə olunan preparatlar; 



 

allergik xəstəliklərin dəri testləri



 

kontakt linza məhlulları; 



 

gigiyenik vasitələr, dərman maddəsi xüsusiyyətindən məhrum olan məhsullar; 



 

sığorta  təminatına  daxil  olmayan  xəstəliklərin  müalicəsi  üçün  yazılan  dərman 

preparatları. 

5.1.2

 

Sığorta  müqaviləsinin  hüquqi  qüvvə  qazandığı  tarixdən  əvvəl  mövcud  olan  və 

Sığortaçıya  bildirilməyən  xəstəliklər  ilə  əlaqədar  (diaqnozun  qoyulması,  müayinə  və 

müalicə aparılmasından asılı olmayaraq) bütün tibbi xərclər; 



5.1.3

 

sığorta  təminatının  başlanması  tarixindən  sonra  müəyyən  edilmiş  olsa  da  anadangəlmə 

xəstəlik və şikəstliklər, genetik xəstəliklər, bədən quruluşu pozğunluqları(Hallux valgus, 

pectus excavatum, peyroni xəstəliyi, trigger finger və s.), onurğa əyrilikləri(lordoz, kifoz, 

skolioz); 

5.1.4

 

bütün növ xroniki xəstəlik və vəziyyətlər, xroniki yorğunluq sindromu; 



5.1.5

 

alkoqolizm, narkomaniya, toksikomaniya; Spirtli içkilərin, narkotik və toksik(zəhərləyici) 

maddələrin  qəbulu  nəticəsində  ortaya  çıxan  xəstəliklər,  həmçinin  onların  qəbulu 

nəticəsində  sərxoş  vəziyyətdə  nəqliyyat  vasitəsinin  idarə  edilməsi  və  ya  onun  belə 

vəziyyətdə olan bir şəxsin idarəsinə verilməsi; 

5.1.6

 

epilepsiya,  Parkinson  xəstəliyi,  psixiatrik  və  geriatrik  xəstəliklər,  ağır  əsəb  pozuntuları, 

demensiya  sindromları  (Alsqeymer,  Pik  xəstəliyi  və  s.  qazanılmış  ağıl  zəifliyi),  onların 

ağırlaşmaları,  onların  zəminində  yaranmış  müxtəlif  zədələr  və  somatik  xəstəliklərin 

müayinə və müalicəsi;  

5.1.7

 

çəpgözlük,  gözdə  refraksiya  qüsurlarının(miopiya,  hipermetropiya,  astiqmatizm, 

presbiopsiya) cərrahi və lazer üsulu ilə müalicəsi; 

5.1.8

 

eynək, şüşə çərçivə, kontakt linza, eşitmə cihazları;  



5.1.9

 

psixoloqun,  psixiatrın  və  psixoterapevtin,  loqopedin,  androloqun,  həkim-ekstrasensin, 

narkoloqun, və seksopatoloqun xidmətləri

5.1.10

 

qeyri-ənənəvi(alternativ)  müalicə  və  müayinə  üsulları(hipnoz,  aromatoterapiya, 

fitoterapiya,  akupunktura,  termopunktura,  elektropunktura  və  s.),  reabilitasiya, 

sanatoriya-kurort müalicəsi;  



5.1.11

 

Müalicəvi massaj  və hər növü 10 prosedurdan artıq fizioterapiya 



5.1.12

 

kəskin və xroniki şüa xəstəliyi, birləşdirici toxumanın sistem və diffuz xəstəlikləri(qırmızı 

qurdeşənəyi,  dermatomiozit,  sklerodermiya  və  s.)  və  diferensiasiya  olunmamış 

kollagenozlar; 



5.1.13

 

vərəm, sarkoidoz, mukovistsidoz, peşə xəstəlikləri; 



5.1.14

 

hər  cür  rekonstruktiv  və  köməkçi  protezlər,  cihazlar(ortopedik  ayaqqabı,  daban,  tərlik, 

hər  cür  korsetlər),  Protezləşdirmə  (həmçinin  endoprotezləşdirmə  və  stomatoloji 

protezləşdirmə, protezləşdirmə ilə əlaqədar xidmətlər);  



5.1.15

 

orqan  və  toxumaların  transplantasiyası,  burun  çəpərinin  əyriliyi,  septoplastika, 

implantasiya;  

 


 

10 


5.1.16

 

dişlərin  protezləşdirilməsi  və  ona  hazırlıq,  dental  implantasiya,  tibbi  göstəriş  olmadıqda 

köhnə  diş  plomblarının  dəyişdirilməsi,  kosmetik  stomatologiya,  dişlərin  ftorlakla 

örtülməsi, ortodontik və kosmetik qüsurlar, periodontit, parodontoz, qinqivit;  



5.1.17

 

ürək-damar  cərrahiyyəsi,  damar  çatışmazlığı,  aşağı  ətraf  damarlarının  varikoz 

genişlənməsi, venaların skleroterapiyası, angioqrafiya, koronaroqrafiya;  

5.1.18

 

xroniki  böyrək  və  qaraciyər  çatışmazlığı,  plazmaferez,  hemodializ,  hemosorbsiya, 

ozonoterapiya,  qanın  ultrabənövşəyi  şüalanması,  lazeroterapiya,  oksigenoterapiya, 

hidrokolonoterapiya; 



5.1.19

 

sonsuzluq  və  impotensiyanın  müalicəsi,  spermoqramma,  histerosalpinqoqrafiya,  qeyri-

tibbi məqsədlə aparılan abort xərcləri, kontrasepsiya, qısırlaşdırma, o cümlədən UDV-nin 

daxil  edilməsi  və  çıxarılması,  süni  mayalanma  və  ondan  sonra  hamiləliyin  aparılması, 

genetikin xidmətləri;  

5.1.20

 

Təsdiq  edilmiş  bədxassəli  şişlər,  yenitörəmələr  və  qan  xərçəngi  prostat  vəzinin 

adenoması, radioizotop müalicə və müayinə üsulları, kimyəvi və şüa terapiyası; 

5.1.21

 

şəkərli diabet, hemofiliya, enurez, Layell sindromu, hepatit C, hepatit B; 



5.1.22

 

bütün  növ  plastik  və  ya  kosmetik  cərrahiyyə  əməliyyatları,  ginekomastiya,  cinsiyyəti 

dəyişdirmə  əməliyyatları,  eləcə  də  estetik  məqsədli  müayinə  və  müalicələr,  lazer 

epilyasiyası, hər cür dəri xəstəlikləri ilə əlaqədar aparılan lazer və fototerapiya xərcləri;  



5.1.23

 

dəridə  olan  papillomalar,  teleangiektaziya  və  hemangiomalar,  nevuslar,  ocaqlı 

dazlıq(alopesiya),  psoriaz,  QİÇS  və  ya  HİV  yaratdığı  digər  patoloji  hallar,  atipik 

pnevmoniya,  genital  herpes,  “cinsi  yolla  yoluxan  xəstəliklər”  qrupuna  daxil  olan 

xəstəliklərlə əlaqədar aparılan müayinə və müalicə xərcləri; 

5.1.24

 

klimaks  dövrü  (pre  və  post  klimaks  dövrü  də  daxil  olmaqla)  və  onunla  əlaqədar 

ağırlaşmalar, eləcə də klimaks ilə əlaqədar osteoporoz xəstəliyinin müalicə xərcləri; 

5.1.25

 

piylənmə, arıqlamaq məqsədilə qəbul edilən müalicələrə çəkilən xərclər, müalicə vannası, 

pəhriz  mütəxəssisləri,  palçıq  vannaları,  gimnastika  salonları,  Sığortaçının  Azərbaycanda 

mövcud  olan  təcrübəyə  əsaslanaraq  eksperimental  və  ya  təsdiq  edilməmiş  hesab  etdiyi 

müalicə; 

5.1.26

 

sünnət(Phimosis), uşaq yeməkləri, əmziklər, uşaq bezi xərcləri; 



5.1.27

 

təcili  və  təxirəsalınmaz  yardımın  saxta  və  əsaslandırılmamış  çağırışı,  xəstənin  göstərilən 

ünvanda olmaması; 

5.1.28

 

arayış  yaxud  digər  sənəd  almaq  məqsədi  ilə  aparılan  müayinələr(DYP  üçün,  silah 

gəzdirmə,  xaricə  getmə,  təhsil  müəssisəsinə  daxil  olma,  müəyyən  edilmiş  əlillik  qrupu 

olan Sığorta olunanlar üçün əlilliyə səbəb olan xəstəliklə əlaqədar müayinələr); 



5.1.29

 

Sığortaçı  ilə  razılaşdırmadan,  Sığorta  müqaviləsində  nəzərdə  tutulmamış  tibb 

müəssisələrində  göstərilən  tibbi  xidmətlər  və  həmçinin  müqavilədə  nəzərdə  tutulmamış 

tibb  müəssisələrində  aparılan  müalicə  və  ya  müayinə  nəticəsində  əmələ  gələn 

patologiyaların müalicəsi; 

           Sığorta olunanın həkim göstərişinə riayət etməməsi nəticəsində əmələ gələn ağırlaşmalar; 



5.1.30

 

Sığorta olunanın sağlamlığını təhlükəyə atmamaq şərti ilə ambulator şəraitdə müalicə və 

müayinəsi mümkün olan xəstəliklərin stasionar şəraitdə müayinə və müalicə xərcləri; 

5.1.31

 

planlaşdırılmış vaksinasiyalar (proqrama daxil olmadığı halda); 



5.1.32

 

Azərbaycan Respublikası ərazisində müəyyən reyslə uçan təyyarədə biletli sərnişin olma 

halları istisna edilməklə, istənilən növ hava nəqliyyatı vasitəsi ilə səyahətin səbəb olacağı 

zədələnmələr və bununla əlaqədar müayinə və müalicə xərcləri; 



 

11 


5.1.33

 

Sığorta  olunan  hər  hansı  xəstəliyə  tutulmadan  həkim,  laborator/rentgen  və  s. 

müayinələrdən  keçməsi,  check-up-yəni  tam  tibbi  müayinə  xərcləri(əlavə  təminat  olaraq 

verilməmişsə); 



5.1.34

 

hamiləliklə  əlaqədar,  doğum  da  daxil  olmaqla,  bütün  növ  xərclər  təminat 

xaricindədir(sığorta proqramına daxil olmadığı halda). 

5.1.35

 

Ov,  alpinizm,  planerizm,  speleologiya  (mağaraları  öyrənməklə  əlaqədar  elm),  paraşutla 

tullanma, sualtı idman növləri, gış idman növləri, reqbi, polo, döyüş sənətləri, motosiklet, 

və at yarışları, su xizək yarışları, hər hansı idman yarışlarında və ya belə yarışlara hazırlıq 

məşqlərində, həyat və sağlamlıq ücün yüksək təhlükə yaradan hər hansı digər fəaliyyətdə 

iştirak etməsi ilə düz və ya dolayı yolla bağlı olan bədən xəsarətləri; 



5.1.36

 

müharibə(elan  edilib  edilməməyindən  asılı  olmayaraq),  hərbi  əməliyyatlar,  vətəndaş 

müharibəsi,  xalq  hərəkatları,  iğtişaşlar,  terror  aktları,  üsyan  və  qiyamlar,  tətillər  və 

bunların qarşısının alınması məqsədi ilə keçirilən inzibati və hərbi tədbirlər; 



5.1.37

 

Sığorta  olunanın  cinayət  törətməsi  və  ya  cinayətə  təşəbbüs  etməsi,  kriminal  fəaliyyətdə 

iştirakı, özünə qəsdən bədən xəsarəti yetirməsi, intihara cəhd etməsi; 

5.1.38

 

təhlükədə  olan  insan  həyatını  və  əmlakı  xilas  etmək  halları  istisna  olmaqla,  Sığorta 

olunanın öz həyatını və sağlamlığını şüurlu surətdə təhlükəyə atması; 

5.1.39

 

təbii  fəlakətlər,  o  cümlədən  zəlzələ,  sel,  vulkan  püskürməsi,  torpaq  sürüşməsi,  sunami, 

hər hansı nüvə partlayışı, radiasiya və ya radioaktiv çirklənmələr; 

5.1.40

 

Bu Qaydalarda müəyyən edilmiş hər hansı məhdudiyyət və ya məhdudiyyətlər tərəflərin 

razılığı ilə sığorta müqaviləsi üzrə sığorta təminatına daxil edilə bilər. 

 

Maddə 6. Sığorta təminatında məhdudiyyətlər 

 

6.1

 

Fərdi  və  qrup  sığortasında  sığortaya  ilk  girişdə  16-65  yaş    arasında  şəxslər  sığortalana 

bilər. Yaş hesablanmasında doğum ili ilə Sığorta müqaviləsinin başlanğıc tarixi arasındakı 

fərq (ay və gün nəzərə alınmır) nəzərə alınır. 



6.2

 

Yaşı 65-dən yuxarı olan şəxslər əlavə Sığorta haqqı ödəmək şərtilə sığortalana bilər; 



6.3

 

40 gün (uşağın xəstəxanadan çıxmış olması şərti ilə) 16 yaş arasındakı uşaqlar valideynləri 

ilə birlikdə sığortalanır. 

6.4

 

Qrup sığortasında sığorta olunanların ailə üzvləri və qəyyumluğunda olan şəxslər Sığorta 

müqaviləsinə  yalnız  risk  dəyərləndirilməsi  aparıldıqdan  sonra  daxil  edilir.  Risk 

dəyərləndirməsinin  nəticəsində  Sığortaçı  sığorta  tələbini  qəbul  edə  bilər,  istisna  və  ya 

əlavə sığorta haqqı tələb edə bilər yaxud sığorta etməkdən imtina edə bilər. 

 

Maddə 7. Sığortanın ərazisi 

 

7.1

 

Əgər  Sığorta  müqaviləsində  sığortanın  konkret  ərazisi  göstərilmişdirsə  (Bu  ərazi 

Azərbaycan Respublikası sərhədlərindən kənarda da ola bilər), Sığorta müqaviləsi yalnız 

həmin göstərilən ərazi hüdudlarında qüvvədədir. 



7.2

 

Sığorta  müqaviləsində  konkret  ərazi  göstərilmədiyi  halda,  müqavilə  Azərbaycan 

Respublikasının hüdudlarında qüvvədədir. 

 

 



 

 

12 


 

FƏSİL 3. SIĞORTA MÜQAVİLƏSİ (ŞƏHADƏTNAMƏSİ) 

 

Maddə 8. Sığorta müqaviləsinin bağlanması 

 

8.1

 

Tibbi  sığorta  onun  subyektləri  arasında  bağlanmış  müqavilələr  formasında  həyata 

keçirilir.  

8.2

 

Tibbi Sığorta müqaviləsi yazılı formada aşağıdakı kimi bağlanır: 



8.2.1

 

Sığortaçı və Sığortalının bu Qaydalar əsasında tərtib olunan sığorta müqaviləsini qarşılıqlı 

imzalaması yolu ilə(Sığortalı hüquqi şəxsdirsə möhürü ilə də təsdiq etməlidir); 

8.2.2

 

bu  Qaydalarla  Sığortalının  razı  olmasını  təsdiq  etməsi  şərti  ilə  Sığortaçı  tərəfindən  ona 

Sığorta şəhadətnaməsinin verilməsi yolu ilə; 

8.3

 

Sığorta  müqaviləsində  başqa  cür  nəzərdə  tutulmamışdırsa,  sığorta  müqaviləsi  sığorta 

haqqının ilk hissəsinin və ya tam ödənilməsindən sonra qüvvəyə minir. 

8.4

 

Sığortaçı Sığorta müqaviləsinin imzalanmasından sonra Sığortalıya Sığorta şəhadətnaməsi 

və sığorta kartı verir. Sığorta şəhadətnaməsi və sığorta kartı sığorta haqqının ilk hissəsinin 

və ya tam ödənildiyi gün, qrup halında sığorta zamanı isə sığorta haqqının ilk hissəsinin 

və ya tam ödənilməsindən sonra 3 iş günü müddətində verilir. 

 

Maddə 9. Sığorta müqaviləsi bağlanarkən Sığortalı tərəfindən təqdim edilən məlumat 



 

9.1

 

Sığorta müqaviləsi bağlanarkən Sığortalı aşağıdakı məlumatlı Sığortaçıya təqdim etməlidir; 



9.1.1

 

Ünvan və əlaqə telefon nömrəsi; 



9.1.2

 

Sığortalının adı, fiziki şəxsdirsə, soyadı, adı, atasının adı; 



9.1.3

 

Sığorta olunanın soyadı, adı, atasının adı; 



9.1.4

 

Sığorta olunanın yaşadığı ünvan və əlaqə telefon nömrəsi



9.1.5

 

Sığorta olunanın doğum ili və şəxsiyyətini təsdiq edən sənədinin göstəriciləri; 



9.1.6

 

Sığortaçı  tərəfindən  tələb  edildikdə  Sığorta  olunanın  sağlamlığı  barəsində  Sığortalıya 

məlum olan məlumat; 

9.1.7

 

Sığorta haqqının hesablanmasında əhəmiyyət kəsb edə biləcək və Sığortalıya məlum olan 

riskin dərəcəsini təyin edən fakt və hallar; 

9.1.8

 

Sığortalı  Sığortaçı  tərəfindən  təqdim  edilən  standart  ərizə  formasında  göstərilən  bütün 

suallara  cavab  verməlidir.  Bundan  əlavə  sığorta  müqaviləsi  sənədləşdirilməzdən  əvvəl 

Sığortaçı  Sığorta  olunanın  Sığortaçının  etibar  etdiyi  tibbi  müəssisələrdən  birində 

qabaqcadan  tibbi  müayinədən  keçməsini  tələb  edə  bilər.  Bu  müayinə    Sığortalının,  ya 

Sığorta olunanın özünün  və ya üçüncü tərəfin hesabına aparılır; 

 

Maddə 10. Sığorta müqaviləsinin müddəti 

 

10.1



 

Əgər  Sığorta  müqaviləsində  başqa  cür  nəzərdə  tutulmamışdırsa,  sığorta  təminatının 

müddəti  sığorta  müqaviləsinin  bağlandığı  gün  saat  iyirmi  dörddən  başlanır  və  sığorta 

müqaviləsinə  əsasən  həmin  müqavilənin  qüvvədə olduğu  sonuncu  gün  saat  iyirmi  dörddə 

başa çatır. 

 


 

13 


Maddə 11. Sığorta müqaviləsinin yenilənməsi 

 

Sığorta  müqaviləsi  başa  çatdıqdan  sonra  Sığortalının  istəyi  ilə  1(bir)  il  müddətində  yenilənir. 



Sığorta müqaviləsinin yeniləmə şərtləri aşağıdakı qaydadadır: 

11.1

 

Sığorta  müqaviləsinin  başa  çatmasından  bir  ay  əvvəl  qarşılıqlı  razılaşma  ilə  Sığortaçının 

“Risk  qəbul  şərtləri”  əsasında,  mövcud  müqavilənin  başa  çatma  tarixindən  etibarən  yeni 

müqavilə bağlana bilər. 



11.2

 

yenilənmə ən gec əvvəlki müqavilənin başa çatma tarixində bağlanmalıdır. Əks təqdirdə 

müqavilə  bağlanan  tarixə  qədər  sığorta  təminatı  verilmir  və  şərtsiz  gözləmə  müddəti 

yenidən qüvvəyə minir



11.3

 

Sığortaçı yeni müqavilənin bağlanması zamanı Sığortalıdan sağlamlıq haqqında məlumat  

formasının doldurulmasını, ilkin tibbi müayinədən keçməsini tələb edə bilər, əlavə sığorta 

haqqı və istisnalar tətbiq edə bilər; 



11.4

 

Sığortaçının  tətbiq  etdiyi  standart  istisnalar  sığorta  müqaviləsinin  yenilənməsi  zamanı 

davam edir(sığortanın ilk ilində tətbiq olunan gözləmə müddəti yeniləmə ilə ortadan qalxır); 

 

Maddə 12. Sığorta müqaviləsinin Qaydalar üzərində üstünlüyü 

 

12.1

 

Sığorta  müqaviləsi  bağlanarkən  Sığortalı  və  Sığortaçı  bu  Qaydaların  müəyyən 

müddəalarının  dəyişdirilməsi  və  ya  istisna  edilməsi,  həmçinin  ona  müəyyən  əlavələr 

edilməsi barədə razılığa gələ bilərlər. 



12.2

 

Bu  Qaydalarda  nəzərdə  tutulmuş  istisnalar  və  məhdudiyyətlər  qanunvericiliyə  zidd 

olmadığı  və  Dövlət  sığorta  nəzarəti  orqanının  etiraz  etmədiyi  hallarda  tərəflərin  razılığı  ilə 

sığorta təminatına daxil edilə bilər. 



 

Maddə 13. Mühüm şərtlər 

 

13.1



 

Sığorta  müqaviləsində  qanunvericiliyə  və  bu  Qaydalara  zidd  olmayan  Mühüm  şərtlər 

müəyyən edilə bilər. 

13.2

 

Sığortalı(Sığorta olunan) tərəfindən bu şərtlərin yerinə yetirilməməyi Sığortaçının ödəniş 

verməkdən  imtina  etməsi  və  ya  sığorta  müqaviləsini  vaxtından  əvvəl  ləğv  etməsi  üçün 

əsasdır. 

 

Maddə 14. Sığorta riskinin artması 

 

14.1



 

Sığortalı  Sığorta  müqaviləsi  bağlandıqdan  sonra  meydana  çıxan  və  Sığortaçının 

müqavilədən  imtina  etmək,  yaxud  onu  məzmunu  dəyişdirilmiş  şəkildə  bağlamaq  qərarına 

təsir göstərə bilən sığorta riskinin artması ilə bağlı bütün hallar barədə sığortaçıya məlumat 

verməlidir. 

14.2

 

Sığorta riskinin  artmasına  təsir  edən  hallar  barəsində  məlumatı  aldıqdan  sonra  Sığortaçı 

sığorta  müqaviləsinin  şərtlərinə  dəyişiklik  etmək  və  ya  artan  riskə  mütənasib  olaraq  əlavə 

sığorta haqqının ödənilməsini tələb etmək hüququna malikdir. 



 

14 


14.3

 

Əgər  Sığortalı  Sığorta  müqaviləsinə  edilən  dəyişikliklərlə  razılaşmırsa  və  yaxud  əlavə 

sığorta  haqqı  ödəməkdən  imtina  edirsə,  30  günlük  müddəti  gözləməklə  Sığorta 

müqaviləsinə Sığortaçı tərəfindən xitam verilə bilər. 

 

Maddə 15. Sığorta müqaviləsinə xitam verilməsi 

 

15.1



 

Sığortalı  müqavilənin  müddətinin  uzadılması  haqqında  əvvəlcədən  Sığortaçıya  yazılı 

məlumat verməmişdirsə, müddətin bitməsi ilə Sığorta müqaviləsi qüvvədən düşür. 

15.2

 

Sığorta müqaviləsinə aşağıdakı hallarda vaxtından əvvəl xitam verilir: 



15.2.1

 

Sığorta olunanın ölümü; 



15.2.2

 

müqavilənin etibarsız olması haqqında məhkəmənin qüvvədə olan qərarı; 



15.2.3

 

qüvvədə olan qanunvericiliklə müəyyən olunmuş qaydada Sığortaçının ləğv edilməsi; 



15.2.4

 

Sığortalı-hüquqi şəxs ləğv edildikdə, Sığorta olunanın sığorta haqqını ödəmək öhdəliyini 

öz üzərinə götürmədikdə; 

15.2.5

 

Sığortalı  sığorta  haqqını  qanunvericilikdə  və  sığorta  müqaviləsində  müəyyən  edilən 

qaydada ödəmədikdə; 

15.2.6

 

sığorta  predmeti  ilə  əlaqədar  riskin  dərəcəsinin  artması  ilə  bağlı  Sığortaçının  sığorta 

müqaviləsinin  şərtlərinə  dəyişiklik  edilməsi  və  ya  artan  riskə  mütənasib  olaraq  əlavə 

sığorta haqqının ödənilməsi tələbləri Sığortalı tərəfindən qəbul edilmədikdə, Sığortaçının 

tələbi ilə; 

15.2.7

 

Sığortaçının və ya Sığortalının tələbi ilə yaxud tərəflərin qarşılıqlı razılığı ilə. Bu barədə bir 

tərəf  digərinə  ən  azı  30  gün  əvvəl  (sığorta  müqaviləsi  beş  ildən  çox  müddətə  bağlanmış 

olduqda  60  gün,  3  aydan  az  müddətə  bağlanmış  olduqda  isə  5  iş  günü  əvvəl),  tələbini 

əsaslandırdığı yazılı bildiriş göndərməlidir. 

15.2.8

 

Sığortaçı  Sığortalı  (Sığorta  olunan)  qarşısında  öz  öhdəliklərini  yerinə  yetirdikdə,  yəni 

müqavilə müddəti ərzində baş vermiş bütün sığorta hadisələrinə görə Sığortaçının həyata 

keçirdiyi ödənişlərinin cəmi sığorta məbləğinə bərabər olduqda; 



15.2.9

 

qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda. 

 

FƏSİL 4. SIĞORTA MƏBLƏĞİ VƏ SIĞORTA HAQQI 

Maddə 16. Sığorta məbləği 

 

16.1



 

Sığorta  məbləği  Sığorta  müqaviləsinə  əsasən,  Sığortalı  tərəfindən  müstəqil  seçilmiş  tibbi 

sığorta proqramına uyğun olaraq müəyyənləşdirilir. 

16.2

 

Sığorta  müqaviləsinə  sonradan  əlavə  edilən  Sığorta  olunanların  sığorta  məbləği, 

stomatoloji yardım və dərman təchizatı limitləri illik sığorta məbləğinin, stomatoloji yardım 

və dərman təchizatı limitlərinin 16.2.1 bəndində göstərilən faizləri nisbətində hesablanır. 



 

Maddə 17. Sığorta haqqı 

  


Yüklə

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin