tarix01.01.1970
ölçüsü
#2915

17.1

 

Sığorta  haqqı  sığorta  müqaviləsinin  qüvvədə  olma  müddəti,  tibbi  sorğunun  nəticəsi, 

Sığorta olunanın cinsi və yaşı, Sığortalı tərəfindən seçilmiş tibbi xidmətlər, tibb müəssisələri 

və müqavilədə nəzərdə tutulmuş digər hallar nəzərə alınmaqla hesablanır. 



 

15 


17.2

 

Sığorta  müqaviləsinə  sonradan  əlavə  edilən  Sığorta  olunanların  sığorta  haqqının 

hesablanma qaydası: 

 

Maddə 18. Sığorta haqqının ödənilməsi 

 

18.1

 

Sığorta  haqqının  ödənilməsinin  qaydası  və  ardıcıllığı  Sığorta  müqaviləsində  nəzərdə 

tutulur.  Əgər  sığorta  haqqı  və  ya  onun  hissəsi  müqavilədə  müəyyən  olunmuş  vaxtda 

ödənilməzsə,  Sığortaçı  onun  ödənilməsi  üçün  yazılı  surətdə  15(on  beş)  günədək  müddət 

müəyyən edə bilər. 

18.2

 

Hər  bir  halda  sığorta  haqqı  və  ya  onun  razılaşdırılmış  ilk  hissəsi  sığorta  müqaviləsi 

bağlandığı gündən 1 aydan gec olmayaraq ödənilməlidir. 

18.3

 

Əgər  sığorta  haqqı  və  ya  onun  hissəsi  müqavilədə  müəyyən  olunmuş  vaxtda 

ödənilməzsə, Sığortaçının Sığorta olunanlara tibbi xidmətlərin göstərilməsini dayandırmaq 

hüququ yaranmaqla, Sığorta müqaviləsi ödənilmiş sığorta haqqına mütənasib dövr bitdiyi 

andan qüvvədən düşmüş hesab edilir.  

18.4

 

Sığorta haqqının ödənildiyi gün aşağıdakılar hesab olunur: 

a.  nağd ödəniş halında  – sığorta haqqının Sığortaçının kassasına və  ya Sığorta agentinə 

və ya brokerinə ödənildiyi gün; 

b.  qeyri-nağd  ödəniş  (köçürmə)  halında  –  pul  vəsaitinin  Sığortaçının  və  ya  Sığorta 

agentinin, yaxud brokerin bank hesabına daxil olduğu gün. 

 

Maddə 19. Sığorta haqqının qaytarılması 

 

19.1



 

Sığorta  müqaviləsinə(qrup  halında  sığorta  zamanı  həm  də  müqaviləyə  hər  hansı  bir 

sığorta  predmetinə  münasibətdə)  Sığortalının  tələbi  ilə  vaxtından  əvvəl  xitam  verildikdə, 

sığorta  qanunvericiliyində  nəzərdə  tutulmuş  hallar  istisna  olmaqla,  Sığortaçı  həmin 

müqavilə  üzrə  işlərin  aparılması  xərclərini  çıxmaqla  müqavilənin(qrup  halında  sığorta 

zamanı  həm  də  müqavilənin  hər  hansı  bir  sığorta  predmetinə  münasibətdə)  qurtarmamış 

müddəti  üçün  sığorta  haqlarını  ona  qaytarır;  əgər  bu  tələb  Sığortaçının  sığorta  müqaviləsi 

üzrə vəzifələrini yerinə yetirməməsi  ilə bağlıdırsa, Sığortaçı sığorta haqlarını (qrup halında 

sığorta  zamanı  həm  də  müqavilənin  hər  hansı  bir  sığorta  predmeti  üzrə  ödənilmiş  sığorta 

haqlarını) bütünlüklə Sığortalıya qaytarır. 



19.2

 

Sığorta  müqaviləsinə  (qrup  halında  sığorta  zamanı,  həm  də  müqaviləyə  hər  hansı  bir 

sığorta predmetinə münasibətdə) sığortaçının tələbi  ilə vaxtından  əvvəl xitam verildikdə o, 

sığorta  haqlarını(qrup  halında  sığorta  zamanı  həm  də  müqavilənin  hər  hansı  bir  sığorta 

predmeti  üzrə  ödənilmiş  sığorta  haqlarını)  bütünlüklə  Sığortalıya  qaytarır;  əgər  bu  tələb 

Sığortalının  sığorta  müqaviləsi  üzrə  vəzifələrini  yerinə  yetirməməsi  ilə  bağlıdırsa,  Sığortaçı 

həmin  müqavilə  üzrə  işlərin  aparılması  xərcləri  çıxılmaqla,  müqavilənin  qurtarmamış 

müddəti üçün sığorta haqlarını(qrup halında sığorta zamanı həm də müqavilənin hər hansı 

bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqlarını) qaytarır.  

19.3

 

Sığorta  müqaviləsinə(qrup  halında  sığorta  zamanı  həm  də  müqaviləyə  hər  hansı  bir 

sığorta predmetinə münasibətdə) vaxtından əvvəl xitam verildiyi halda, əgər xitam verilmə 

anınadək  sığortaçı  tərəfindən  Sığortalıya  ödənilmiş  sığorta  haqqına(qrup  halında  sığorta 

zamanı həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqlarına) 

bərabər və ya ondan çox miqdarda sığorta ödənişi verilmişdirsə, sığorta haqqı(qrup halında 



 

16 


sığorta  zamanı  həm  də  müqavilənin  hər  hansı  bir  sığorta  predmeti  üzrə  ödənilmiş  sığorta 

haqları) Sığortalıya qaytarılmır.  



19.4

 

Sığorta müqaviləsinə vaxtından əvvəl xitam verildiyi halda, əgər xitam verilmə anınadək 

Sığortaçı  tərəfindən  Sığortalıya  ödənilmiş  sığorta  haqqından(qrup  halında  sığorta  zamanı 

həm də  müqavilənin  hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqlarından) az 

miqdarda  sığorta  ödənişi  verilmişdirsə,  həmin  sığorta  haqqı  məbləği  ilə  sığorta  ödənişi 

məbləği arasındakı fərq miqdarında sığorta haqqının Sığortalıya qaytarılması müvafiq olaraq 

bu Maddənin 18.1-ci və 18.2-ci bəndlərində nəzərdə tutulmuş qaydada həyata keçirilir. 

19.5

 

Sığorta  müqaviləsi  Azərbaycan  Respublikasının  müvafiq  qanunvericiliyində  müəyyən 

edilmiş  qaydada  xitam  verilmiş  hesab  edildikdə,  Sığortaçı  həmin  müqavilə  üzrə  işlərin 

aparılması  xərclərini  çıxmaqla  müqavilənin  (qrup  halında  sığorta  zamanı  həm  də 

müqavilənin  hər  hansı  bir  sığorta  predmetinə  münasibətdə)  qurtarmamış  müddəti  üçün 

sığorta  haqlarını,  bu  Maddənin  18.3-cü  və  18.4-cü  maddələrinin  tələbləri  nəzərə  alınmaqla, 

Sığortalının qanuni nümayəndəsinə qaytarır.  

19.6

 

Əgər Sığorta müqaviləsində başqa hal nəzərdə tutulmamışdırsa, işlərin aparılması xərcləri 

dedikdə inzibati xərclər və sığorta ödənişi nəzərdə tutulur. 

19.7

 

Əgər  Sığorta  müqaviləsində  başqa  hal  nəzərdə  tutulmayıbsa,  inzibati  xərclərin  həcmi 

sığorta haqqının 25 faizinə bərabərdir. 

 

FƏSİL 5. TİBBİ XİDMƏTİN TƏŞKİLİ QAYDASI 



Maddə 20. Məlumat vermək vəzifəsi 

 

20.1



 

Sığorta  hadisəsi  baş  verdikdə  Sığortalı(Sığorta  olunan)  sığorta  kartında  göstərilən  əlaqə 

telefon nömrələri vasitəsilə dispetçer xidmətinə müraciət edir və sığorta müqaviləsinə əlavə 

edilən sənəddə göstərilən tibb müəssisələrindən birinə göndərilir. 



20.2

 

Hər hansı diaqnostik, profilaktik və ya müalicəvi tədbirlər ancaq həkim təyinatı ilə həyata 

keçirilir. 

20.3

 

Sığorta müqaviləsinə müvafiq olaraq Sığorta olunana göstərilən tibbi xidmətlərin haqqını 

Sığortaçı  tibb  müəssisələrinə  ödəyir  (Sığorta  müqaviləsində  şərtsiz  azadolma  məbləği 

nəzərdə tutulduğu halda azadolma məbləği çıxılmaq şərti ilə). 



20.4

 

Sığorta olunan sərbəst şəkildə tibbi xidmətlərə görə haqq ödədiyi halda: 



20.4.1

 

Sığorta olunan tərəfindən tibb müəssisəsi göstərilməklə, ödənilmiş hesabın əsli, göstərilən 

xidmətlərin  siyahısı  və  qiymətləri,  qəbz,  göndəriş,  ambulator  və  ya  stasionar  xəstənin 

tibbi kartından çıxarış əlavə olunmaqla ərizə təqdim edildikdə Sığortaçı tibbi xidmətlərə 

görə  (əgər  belə  xidmət  Sığortaçı  tərəfindən  təşkil  edilmiş  və  ya  razılaşdırılmışdırsa) 

Sığorta olunan tərəfindən ödənilmiş müvafiq tibbi xərclərin əvəzini ödəyir. 



20.4.2

 

Sığorta  olunanın  ərizəsi  tibbi  xidmətlərin  göstərildiyi  vaxtdan  bir  aydan  gec  olmayan 

müddətdə  Sığortaçıya  təqdim  edilir.  Ödəniş  Sığorta  olunan  tərəfindən  bütün  zəruri 

sənədlərin təqdim edilməsindən sonra 15 gün ərzində həyata keçirilir. Ödənişin məbləği 

sığorta  müqaviləsinə  əlavə  olunan  siyahıda  göstərilən  tibb  müəssisələrində  analoji 

xidmətlərin orta qiyməti nəzərə alınmaqla təyin edilir. 

 

 

 



 

 


 

17 


Maddə 21 - Sığorta geriödənişinin alınma qaydası 

21.1    Əgər  Sığorta  olunan  podratçı  klinikalar  siyahısına  daxil  olmayan  tibb  müəssisəsinə 

müraciət etmişdirsə (Sığortaçının razılığı ilə və ya təxirəsalınmaz hallarda), o zaman geriödəniş 

almaq üçün o, Sığortaçıya aşağıdakı sənədləri təqdim etməlidir:   

 



Geriödəniş haqqında ərizə forması 

 



Tibbi yardım üçün müraciət etməyə səbəb olan sığorta hadisəsi zamanı Sığorta 

olunanın sağlamlıq vəziyyəti, diaqnoz, yerinə yetirilmiş tibbi manipulyasiyalar haqqında 

məlumat olan sənəd, reseptlərin əsli; 

 



Tibbi müəssisənin verdiyi hesabların, dərman preparatları üçün verilmiş qəbzlərin 

əsli; 


 

Sığorta kartı; 



 

Sığorta olunanın  şəxsiyyətini təsdiqləyən sənəd; 



 

Sığortaçının tələb etdiyi digər sənədlər. 



21.2  Sığortaçının  təyin  olunmuş  dərman  maddələrini  generik  maddələrlə,  alternativ  və  ya 

əvəzedici  preparatlarla  əvəz  etmək,  həmçinin  məqsədəuyğun  qiymətlərlə  olan tibbi  xidmətləri 

tövsiyə etmək hüququ vardır. Sığorta olunanlar qiyməti daha yüksək olan dərman maddələrini 

və  ya  tibbi  xidmətləri  seçmək və  seçdikləri  yüksək  qiymətli  dərman  maddələrinin,  tibbi 

xidmətlərin referent  (tibbi  bazarda  dərman  maddələri  və  tibbi  xidmətlər  üçün  ümumi  qəbul 

edilmiş)  qiyməti  ilə  real  qiymət  arasında  olan  fərqi  ödəmək  hüququna  malikdirlər.  Sığortacı 

Sığortalıların  dərman  maddələr  və/və  ya  tibbi  xidmətlər  üçün  etdikləri  xərcləri  referent  

qiymətlərə əsaslanaraq ödəmək hüququ var.  



21.3  Hazırkı  Qaydaların  18.1.  maddədə  sadalanan  sənədlərlə  birlikdə  Sığorta  olunanın  ərizəsi 

tibbi xidmətlərin göstərildiyi vaxtdan 45 (qırx beş) təqvim günü müddətində Sığortaçıya təqdim 

edilir.  

       Əgər  müqavilədə  başqa  şərt  nəzərdə  tutulmayıbsa,  geriödəniş  Sığorta  olunan  tərəfindən 

bütün zəruri sənədlərin təqdim edilməsindən sonra 15 (on beş) iş günü ərzində həyata keçirilir.  

21.4  Sığortaçı təqdim edilmiş sənədləri yoxlamaq və müvafiq mütəxəssislərlə müzakirə etmək 

hüququnu özündə saxlayır.  

 

Maddə 22. Müqavilənin qüvvədə olduğu müddətdə tərəflərin hüquq və vəzifələri 

 

22.1



 

Sığortalının hüquqları: 



22.2

 

Sığortaçının  Sığorta  müqaviləsinin  şərtlərinə  əməl  etməsini  yoxlamaq,  o  cümlədən 

Sığortaçıdan maliyyə sabitliyi barədə, kommersiya sirri olmayan məlumatı əldə etmək; 

22.3

 

Tibbi  proqrama  uyğun  olaraq  və  Sığorta  müqaviləsi  şərtləri  ilə  razılaşdırılmış  qaydada 

tibb müəssisələrində Sığorta olunanlara tibbi xidmətlərin göstərilməsini tələb etmək; 

22.4

 

Əvvəlcədən və  ya  sonradan  əvəzini  ödəmək  şərti  ilə  sığorta  proqramında  göstərilməmiş 

tibbi xidmətlərin təşkil edilməsini Sığortaçıya sifariş etmək.  

22.2

 

Sığortalının vəzifələri: 



22.2.1

 

Sığorta haqqını Sığorta müqaviləsi ilə müəyyən edilmiş məbləğdə və müddətdə ödəmək; 



22.2.2

 

Sığorta müqaviləsinin bağlanması üçün zəruri olan, eyni zamanda sığorta müqaviləsi ilə 

bağlı digər məlumatları Sığortaçıya təqdim etmək


 

18 


22.2.3

 

Sığorta müqaviləsi bağlanarkən Sığortalı özünə məlum olan və Sığortaçının müqavilədən 

imtina etmək, yaxud onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə 

bilən bütün hallar barədə Sığortaçıya məlumat verməlidir; 



22.2.4

 

Sığorta müqaviləsinə aid olan sənədlərin qorunub saxlanmasını təmin etmək; 



22.2.5

 

Sığorta olunanları sığorta müqaviləsi və ona olunan əlavələrlə tanış etmək; 



22.2.6

 

Sığorta Müqaviləsinin qüvvədə olduğu müddətdə Sığorta olunanların siyahısında edilən 

dəyişikliklər  barədə  yazılı  şəkildə  (məktub,  e-mail,  faks)  Sığortaçıya  dərhal  məlumat 

vermək; 


22.2.7

 

Sığorta  müddəti  bitdikdə  və  ya  bu  və  ya  digər  Sığorta  olunan  sığorta  olunanların 

siyahısından  çıxarıldıqda,  müvafiq  sığorta  kartını  (və  ya  kartlarını)  sığorta  təminatının 

bitmə tarixindən etibarən 7(yeddi) təqvim günü ərzində Sığortaçıya qaytarmaq. 



22.3

 

Sığorta olunanın hüquqları: 



22.3.1

 

Tibbi  xidmət  almaq  üçün  Sığorta  müqaviləsinə  edilən  əlavədə  göstərilən  tibb 

müəssisələrindən hər hansı birini seçmək; 

22.3.2

 

Tibbi sığorta proqramının həyata keçirilməsi üçün cəlb edilmiş həkimlər arasında müalicə 

edən həkimi seçmək

22.3.3

 

Tibbi  təminatın  xüsusiyyətləri  barədə  izahatlar  və  tibbi-təşkilati  yardım  almaq  üçün 

sığorta kartında telefon nömrələri göstərilən Sığortaçıya müraciət etmək; 

22.3.4

 

Bazar və bayram günləri istisna olmaqla hər gün saat 09:00-dan saat 18:00-dək ambulator-

poliklinik xidmətlərə görə müraciət etmək; 

22.3.5

 

Tibbi  yardımın  göstərilməsi  ilə  bağlı  mübahisəli  hallar  yaranarsa  Sığortaçıya  müraciət 

etmək; 

22.3.6

 

Fiziki  şəxs  olan  Sığortalı  öldükdə,  hüquqi  şəxs  olan  Sığortalı  qanunvericilikdə  nəzərdə 

tutulmuş  qaydada  ləğv  edildikdə,  həmçinin  Sığortaçı  və  Sığortalı  bu  barədə  razılığa 

gəldikdə Sığortalının öhdəliklərini yerinə yetirmək və müqaviləyə görə Sığortalının bütün 

hüquqlarını əldə etmək; 

22.4

 

Sığorta olunanın vəzifələri: 



22.4.1

 

Sığorta olunan qabaqcadan Sığortaçı ilə əlaqə saxlayaraq tibbi xidmət almaq üçün razılıq 

almalıdır.  Təcili  və  təxirəsalınmaz  vəziyyətlərdə  Sığorta  olunanın  hospitalizasiya 

olunması  halında,  əgər  əlaqə  saxlamaq  imkanı  olmazsa,  xəstəxanaya  yerləşdirmə 

haqqında mümkün olan ən qısa müddətdə və hər halda yerləşdirilmədən 48 saatdan gec 

olmayaraq Sığortaçıya məlumat verməlidir. 



22.4.2

 

Tibbi yardımın göstərilməsi zamanı müalicə edən həkimin göstərişlərinə əməl etmək, tibb 

müəssisəsinin qaydalarına riayət etmək;  

22.4.3

 

Sığorta  sənədlərinə  qayğı  ilə  yanaşmaq  və  tibbi  xidmətlərin  alınması  məqsədi  ilə  həmin 

sənədlərin  digər  şəxslərə  verilməsinə  yol  verməmək.  Sığorta  müqaviləsi  üzrə  tibbi 

xidmətlərin alınması  məqsədi  ilə sığorta kartının digər şəxsə verilmə faktı təsdiqlənərsə, 

Sığorta müqaviləsinin qüvvəsi Sığorta olunana qarşı həmin andan dayandırılır; 

22.4.4

 

Sığorta  müqaviləsinin  şərtlərində  nəzərdə  tutulduğu  halda,  ilkin  tibbi  müayinədən 

keçmək; 

22.4.5

 

Dispetçer üçün zəruri olan bütün məlumatları bildirmək. 



22.4.6

 

Sığorta  müqaviləsi  ilə  (şərtsiz)  azadolma  məbləği  nəzərdə  tutulduğu  halda,  azadolma 

məbləğini ona xidmət göstərən tibb müəssisəsinə ödəmək; 

22.5

 

Sığortaçının vəzifələri: 



22.5.1

 

Müəyyən  edilmiş  müddətdə  Sığorta  şəhadətnaməsi  və  sığorta  kartını  Sığortalıya(Sığorta 

olunana) verməlidir; 


 

19 


22.5.2

 

Sığortaçı və tibb müəssisəsi arasında bağlanmış xidmət göstərilməsi haqqında müqaviləyə 

uyğun  olaraq  sığorta  hadisəsi  baş  verdiyi  halda  tibbi  xidmətlərə  görə  müvafiq  sənədlər 

əsasında ödənişi həyata keçirmək; 



22.5.3

 

Sığortalı ilə münasibətlərdə məxfiliyi təmin etmək; 



22.5.4

 

Sığorta  müqaviləsinin  vaxtından  əvvəl  xitam  edilməsi  halında,  bu  Qaydalarda  müəyyən 

edilmiş qaydada hesablanmış məbləği 30 (otuz) bank günü ərzində Sığortalıya qaytarmaq; 

22.5.5

 

Sığorta  müqaviləsi  çərçivəsində  tibb  müəssisələri  ilə  münasibətdə  Sığorta  olunanın 

hüquqlarını müdafiə etmək; 

22.5.6

 

Qanunvericiliyə  müvafiq  olaraq  Sığortaçı  Sığorta  müqaviləsi  ilə  bağlı  məlumatların,  o 

cümlədən həkim sirrinin öz işçiləri tərəfindən yayılmasına görə məsuliyyət daşıyır. 

22.6

 

Sığortaçının hüquqları: 



22.6.1

 

Sığortalı  tərəfindən  verilən  məlumatları  və  həmçinin  Sığortalı  və  Sığorta  olunan 

tərəfindən Sığorta müqaviləsinin şərtlərinə riayət edilməsini yoxlamaq; 

22.6.2

 

Bu Qaydalarda nəzərdə tutulmuş hallarda, o cümlədən Sığorta olunan tərəfindən sığorta 

kartı  tibbi  xidmət  almaq  üçün  üçüncü  şəxsə  verildikdə,  sığorta  ödənişini  həyata 

keçirməkdən imtina etmək, belə ödənişlərin həyata keçirildiyi hallarda Sığorta olunan və 

ya Sığortalı tərəfindən geri qaytarılmasını tələb etmək; 

22.6.3

 

Sığortalı  (Sığorta  olunan)  ona  məlum  olan  riskin  qiymətləndirilməsi  üçün  əhəmiyyətli 

hallar barəsində və sığorta hadisəsi haqqında Sığortaçıya qəsdən yanlış məlumat verməsi 

aşkar olunarsa sığorta ödənişini həyata keçirməkdən imtina etmək



22.6.4

 

Sığorta  olunana  dəymiş  travmatik  zədə  və  ya  onun  səhhətinin  başqa  cür  pozulmasına 

gətirib çıxaran hadisə və faktlar üzrə cinayət işi qaldırıldığı halda səlahiyyətli orqanların 

müvafiq qərarının qəbul olunmasına qədər tibbi xidmətlər üzrə ödənişləri təxirə salmaq; 



22.6.5

 

Bu  Qaydalarda  nəzərdə  tutulmuş  qaydada  və  şərtlərlə  Sığorta  müqaviləsinə  xitam 

vermək; 

22.6.6

 

Sığorta  haqqının  ödənilməmiş  hissəsi  Sığorta  müqaviləsində  göstərilən  müddət  ərzində 

ödənilmədikdə,  Sığorta  olunanlara  xidmətlərin  göstərilməsini  dayandırmaq  yaxud 

Sığorta müqaviləsinə xitam vermək; 



22.6.7

 

Kifayət  qədər  əsas  olmadığı  təqdirdə  müalicə  həkiminin  və  ya  tibb  müəssisənin 

dəyişdirilməsində Sığortalının (Sığorta olunanın) müraciətini qəbul etməmək; 

22.6.8

 

Sığorta  olunanın  zədə  alması  ilə  bağlı  tibbi  xidmət  üçün  müraciət  etdiyi  halda  onun 

alkoqol, narkotik və ya toksik maddələrin təsiri altında olub olmamasının yoxlanılmasını 

tələb etmək; 



22.6.9

 

Sığorta  olunanın  alkoqol,  narkotik  və  ya  toksik  maddələrin  təsiri  altında  olub 

olmamasının  yoxlanılmasına  etiraz  etdiyi  halda,  Sığortaçı  dəymiş  zədə  ilə  bağlı  tibbi 

xidmətlərin haqqının ödənilməsindən imtina edə bilər; 

 

Maddə 23. Sığortaçı tərəfindən nəzarət 

 

23.1



 

Sığorta  müqaviləsinin  şərtlərinə  uyğun  olaraq  Sığortaçının  Sığorta  olunana  göstərilən 

tibbi xidmətlərin həcminə, müddətinə və keyfiyyətinə nəzarət etmək hüququ var. 

 

 



 

 

 



 

20 


FƏSİL 6. SIĞORTA ÖDƏNİŞİ 

 

Maddə 24. Sığorta ödənişi və onun həyata keçirilməsi qaydası 

 

24.1

 

Sığortaçı  bu  Qaydalar  əsasında  bağlanmış  Sığorta  müqaviləsinə  əsasən  Sığorta  olunana 

göstərilən  tibbi  xidmətlərin  haqqını  tibb  müəssisəsinə  ödəyir  (Sığorta  müqaviləsində 

azadolma məbləği nəzərdə tutulduğu halda, azadolma məbləğinin çıxılması şərti ilə). 



24.2

 

Sığorta  müqaviləsinin  qüvvədə  olduğu  müddət  ərzində  Sığortaçının  həyata  keçirdiyi 

bütün ödənişlərin cəmi Sığorta müqaviləsində göstərilən sığorta məbləğini aşa bilməz. 

24.3

 

Sığorta  olunana  göstərilən  tibbi  xidmətlərin  əvəzinin  ödənilmə  qaydası  Sığortaçı  ilə  tibb 

müəssisəsi və ya özəl tibbi fəaliyyətlə məşğul olan şəxs arasında müvafiq müqavilə ilə təyin 

edilir. 


24.4

 

Sığortaçının  yazılı  razılığı  olmadan  Sığorta  olunan  tərəfindən  özbaşına  tibbi  yardımın 

təşkil  edilməsi  halında  Sığortaçı  göstərilmiş  tibbi  xidmətlərin  keyfiyyətinə  və  Sığorta 

olunanın çəkdiyi xərclərə görə heç bir məsuliyyət daşımır. 



24.5

 

Sığortaçının yazılı razılığı olmadan Sığorta olunana, təxirəsalınmaz hallar istisna olmaqla, 

tibbi  xidmətlərin  müqavilədə  razılaşdırılmamış  tibb  müəssisələrində  göstərilməsinə  görə 

Sığortaçı  çəkilən  xərclərin  əvəzini  ödəmək  öhdəliyi  daşımır.  Sığortaçının  yazılı  razılığı 

olduqda, belə tibb müəssislərində göstərilmiş xidmətlər üçün ödəniş Sığorta müqaviləsində 

nəzərdə tutulmuş tibb müəssisələrinin preyskurantları əsasında həyata keçiriləcəkdir. 



24.6

 

Əgər  Sığorta  olunan  tibbi  təyinatlara,  tibbi  personalın  məsləhətlərinə  və  tibb 

müəssisəsində  müəyyən  edilmiş  daxili  intizam  qaydalarına  riayət  etməzsə,  tibb  müəssisəsi 

Sığortaçını  məlumatlandıraraq  ambulator  xidmətlərin  göstərilməsini,  yaxud  stasionar 

yardımı  dayandırdıqda,  Sığortaçı  artıq  bu  vaxta  qədər  göstərilmiş  tibbi  xidmətlərə  görə 

xərclərin  və  həmçinin  bunun  nəticəsində  baş  vermiş  başqa  əlavə  xərclərin  ödənilməsindən 

imtina  edə  bilər.  Belə  halda  artıq  bu  vaxta  qədər  göstərilmiş  tibbi  xidmətlərin  əvəzinin 

ödənilməsi öhdəliyi Sığortalının üzərinə düşür. 



24.7

 

Əgər  Sığorta  olunan  həkim  təyinatına  əsasən  xəstəxanada  yerləşdirilməkdən  imtina 

edərsə, Sığortaçı bu xəstəliyin ağırlaşmalarına görə Sığorta olunanın müalicəsinə yönəldilən 

tibbi xidmətlərə təminat verməkdən imtina edə bilər. 



24.8

 

Əgər  Sığorta  olunan  xəstəxanada  yerləşdirildikdən  və  ya  ambulator  xidmət  almaq  üçün 

müraciət etdikdən sonra baş vermiş hadisənin Sığorta müqaviləsinə əsasən sığorta hadisəsi 

olmamağı  məlum  olursa,  tibb  müəssisəsində  göstərilən  xidmətlərin  ödənilməsi  Sığorta 

olunanın öhdəliyidir. 


Yüklə

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin