tarix01.01.1970
ölçüsü
#2915

24.9

 

Sığorta müqaviləsi qüvvədə olduğu müddətdə baş vermiş sığorta hadisəsinin nəticələrinə 

görə  tibbi  yardım  göstərilməsi  zərurəti  sığorta  müqaviləsi  qüvvədən  düşdükdən  sonra  da 

mövcud olduqda, tibbi xidmətlərə görə sığorta ödənişləri aşağıdakı qaydada həyata keçirilir: 



24.9.1

 

Ambulator  müalicə  zamanı  xəstəliyin  kəskin  dövründə-sığorta  müddətinin  bitməsindən 

sonra 3(üç) təqvim günündən artıq olmamaq şərti ilə, xəstəlik vərəqəsi bağlananadək; 

24.9.2

 

Xəstəxanaya təxirəsalınmaz yerləşdirilmə zamanı-sığorta müddətinin bitməsindən sonra 5 

(beş) təqvim günündən artıq olmamaq şərti ilə xəstənin xəstəxanadan çıxmasınadək; 

24.9.3

 

Xəstəxanaya  planlı  yerləşdirilmə  zamanı-Sığorta  müqaviləsinin  qüvvədən  düşməsinə 

qədər. 

24.10

 

Sığortalı  bilavasitə  onun(və  ya  Sığorta  olunanın)  təqsiri  üzündən  sığorta  kartından 

qanunsuz  istifadə  edən  şəxsə  göstərilən  xidmətlər  üçün  xərclənmiş  məbləği  Sığortaçıya 

qaytarmalıdır. 



 

21 


24.11

 

Sığorta  olunan  həkim  qəbuluna  təyin  edilən  vaxtda  gəlmədikdə,  təcili  və  təxirəsalınmaz 

tibbi 

yardım 


briqadasının 

çağırılması 

zamanı 

göstərilən 



ünvanda 

olmadıqda, 

Sığortalı(Sığorta olunan) Sığortaçının tibb müəssisəsinə ödədiyi xərcləri ona qaytarmalıdır. 

 

Maddə 25. Sığorta ödənişindən imtinanın əsasları  

 

25.1

 

Sığortaçı sığorta ödənişinin verilməsindən aşağıdakı hallarda imtina edir: 



25.1.1

 

baş vermiş hadisənin qanunvericiliyə, bu Qaydalara və Sığorta müqaviləsinə görə sığorta 

hadisəsi hesab edilməməsi; 

25.1.2

 

20.2.3  bəndi  nəzərə  alınmaqla,  sığorta  olunan  şəxs  və/və  ya  sığorta  hadisəsi  barəsində 

Sığortalının/Sığorta  olunanın  Sığortaçıya  qəsdən  yanlış  məlumat  verməsi  nəticəsində 

Sığortaçının sığorta riskini qiymətləndirmək, həmçinin sığorta hadisəsinin səbəblərini və 

ya  dəyən  zərərin  həcmini  müəyyənləşdirmək  imkanından  tam  və  ya  qismən  məhrum 

olması; 


25.1.3

 

20.4.1 bəndinin tələblərinə əməl edilməməsi nəticəsində Sığortaçının hadisənin səbəblərini 

və/və  ya  dəyən  zərərin  həcmini  müəyyənləşdirmək  imkanından  tam  və  ya  qismən 

məhrum olması ilə əlaqədar onun mənafeləri əhəmiyyətli dərəcədə pozulduqda; 



25.1.4

 

Sığortaçının  sığorta  hadisəsinin  baş  verməsi  səbəblərini  araşdırmasına  Sığortalı  və  ya 

Sığorta olunan tərəfindən maneçilik törədilməsi

25.1.5

 

sığorta hadisəsinin sığorta haqqı və ya onun hər hansı bir hissəsinin qanunvericilikdə və 

ya  müqavilədə  nəzərdə  tutulmuş  ödənilməsi  müddəti  başa  çatdıqdan  15  gün  sonra, 

Sığortaçının  Sığortalını  yazılı  surətdə  xəbərdarlıq  edərək  müddət  müəyyən  etdiyi  halda 

müəyyən  edilən  müddətin  başa  çatmasından  3  gün  sonra  baş  verməsi  halında  sığorta 

haqqı və ya onun müvafiq hissəsi ödənilmədikdə. 

 

Maddə 26. Subroqasiya hüququ 

 

26.1



 

Sığorta  ödənişinin  həyata  keçirilməsindən  sonra,  Sığorta  olunanın  səhhətinə  vurulan 

zərərə  görə  məsuliyyət  daşıyan  üçüncü  şəxsə  qarşı  subroqasiya  qaydasında  tələb  irəli 

sürmək hüququ, həmin ödəniş məbləği həddində Sığortaçıya keçir. 



26.2

 

Sığortalı  (Sığorta  olunan)  Sığortaçının  subroqasiya  hüququnun  təmin  edilməsi  üçün  öz 

imkanları çərçivəsində ona hər cür kömək göstərməli və Sığortaçını tələb irəli sürmək üçün 

zəruri olan bütün sənədlər, sübut və məlumatlarla təmin etməlidir. 



26.3

 

Sığortalının(Sığorta  olunanın)  hər  hansı  məhkəmədən  kənar  razılaşma  və  ya  məhkəmə 

qərarı  əsasında  zərərə  görə  məsuliyyət  daşıyan  şəxslərdən  aldığı  təminat  məbləğləri,  ilk 

növbədə Sığortaçının sığorta müqaviləsi üzrə həyata keçirdiyi sığorta ödənişlərinin əvəzinin 

ödənilməsinə xərclənəcək. 

26.4

 

Sığortaçı  ilə  Sığortalı  arasında  başqa  cür  razılaşdırıldığı  və  belə  razılaşmanın  Sığorta 

müqaviləsində  təsbit  olunduğu  hallar  istisna  olmaqla,  Sığortalı(Sığorta  olunan)  zərərvuran 

şəxsə  qarşı  iddiadan  və  ya  tələbi  təmin  edən  hüquqlardan,  yaxud  lazımi  sənədləri 

Sığortaçıya  verməkdən  imtina  etdikdə,  Sığortaçı  sığorta  ödənişi  verməkdən  zərərvuran 

şəxsdən  subroqasiya  qaydasında  ala  biləcəyi  məbləğ  həcmində  azad  edilir  və  ödənilmiş 

sığorta ödənişinin tam və ya müvafiq hissəsinin qaytarılması hüququnu əldə edir. 

 


 

22 


Maddə 27. Valyuta haqqında qeyd-şərt 

 

27.1



 

Sığorta məbləğlərinin, sığorta haqlarının və azadolma məbləğinin xarici valyuta ilə ifadə 

olunduğu hallarda, bütün ödənişlər Azərbaycan Respublikası Milli Bankının ödənişin həyata 

keçirildiyi  tarixə  və  ya  ödənişə  əsas  verən  sənədin  tərtib  edilməsi  tarixinə  olan  rəsmi 

məzənnəsi  əsasında  Azərbaycan  manatı  ilə  və  ya  Azərbaycan  Respublikasının  valyuta 

qanunvericiliyinə müvafiq olduğu hallarda hər hansı xarici valyuta ilə həyata keçirilə bilər. 



27.2

 

Əgər  sığorta  ödənişinin  verilməsi  üçün  əsas  olan  sənədlər  Azərbaycan  manatı  və  ya 

şəhadətnamənin valyutasından fərqli valyutada ifadə olunmuşdursa, Sığorta müqaviləsinin 

ifadə  olunduğu  valyutaya  çevirmə  Azərbaycan  Respublikası  Milli  Bankının  həmin  sənədin 

tərtib olunduğu tarixə uyğun rəsmi məzənnəsi əsasında həyata keçirilir. 

 

Maddə 28. Ödənilməmiş sığorta haqqının nəzərə alınması 

 

28.1

 

Əgər sığorta ödənişi verilənə qədər nəzərdə tutulan sığorta haqqı(və ya onun hissəsi) tam 

ödənilməmişdirsə,  Sığortaçı  sığorta  ödənişinin  həyata  keçirilməsi  zamanı  ödənilməyən 

sığorta haqqını sığorta ödənişinin məbləğindən çıxmaq hüququna malikdir. 

 

Maddə 29. Mübahisələrin həlli qaydası 

 

29.1



 

Bu  Qaydalar  əsasında  bağlanmış  Sığorta  müqaviləsindən  irəli  gələn  bütün  mübahisələr 

ilkin olaraq danışıqlar yolu ilə, pretenziya qaydasında, tərəflər arasında razılığa gəlinmədiyi 

təqdirdə  isə  qüvvədə  olan  Azərbaycan  Respublikasının  qanunvericiliyinə  müvafiq  olaraq 

məhkəmə vasitəsilə həll edilir. 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

23 


Cədvəl №1 

 

 

Əgər müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, sığorta müddəti ərzində Sığorta 



müqaviləsinə sonradan əlavə edilən Sığorta olunanlara görə ödəniləcək sığorta haqqı 

aşağıdakı cədvəl üzrə hesablanaraq Sığorta müqaviləsinin əlavəsində göstərilir. 

 

 

Sığorta müqaviləsinin bitmə tarixinə 



qədər qalan мüddət 

İllik sığorta haqqına tətbiq еdilən faiz 

dərəcəsi 

 

 

1 gündən 30 günədək 

İllik Sığorta Haqqının 20%-i 

31 gündən 45 günədək 

İllik Sığorta Haqqının 25%-i 

46 gündən 60 günədək 

İllik Sığorta Haqqının 30%-i 

61 gündən 75 günədək 

İllik Sığorta Haqqının 35%-i 

76 gündən  90 günədək 

İllik Sığorta Haqqının 40%-i 

91 gündən 105 günədək 

İllik Sığorta Haqqının 45%-i 

106 gündən 120 günədək 

İllik Sığorta Haqqının 50%-i 

121 gündən 135 günədək 

İllik Sığorta Haqqının 55%-i 

136 gündən 150 günədək 

İllik Sığorta Haqqının 60%-i 

151 gündən 165 günədək 

İllik Sığorta Haqqının 65%-i 

166 gündən 180 günədək 

İllik Sığorta Haqqının 70%-i 

181 gündən 195 günədək 

İllik Sığorta Haqqının 75%-i 

196 gündən 210 günədək 

İllik Sığorta Haqqının 80%-i 

211 gündən 225 günədək 

İllik Sığorta Haqqının 85%-i 

226 gündən 240 günədək 

İllik Sığorta Haqqının 90%-i 

241 gündən 270 günədək 

İllik Sığorta Haqqının 95%-i 

270 gündən artıq 

İllik Sığorta Haqqının 100%-i 

 

 



 

 

 



 

Yüklə

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin