3. Cəza icra hüququ fənni üzrə - məhkumların əsas hüquqları və vəzifələri
Əhalinin müxtəlif qruplarından biri kimi, tutulmuş və həbs olunmuş şəxslərin, məhkumların hüquqlarının müdafiəsinə Müvəkkilin fəaliyyətində geniş yer verilir.
Belə ki, həssas əhali kateqoriyalardan biri kimi, həmin şəxslərin hüquqlarının təmin edilməsinin vacibliyi xüsusi nəzərə alınmalıdır. Eyni zamanda, bu qrupdan olan şəxslərin cəmiyyətə reinteqrasiyasının uğurlu olması hüquqlarının təmin edilməsi səviyyəsi ilə yanaşı, qoyulmuş məhdudiyyətlərin qanunun və beynəlxalq normaların tələblərinə uyğun olmasından asılıdır.
Tutulmuş və ya həbs edilmiş şəxslərin həbs yerlərində saxlanılmasında əsas məqsəd cinayət mühakimə icraatının vəzifələrinin həyata keçirilməsini təmin etməkdən ibarətdir.
Bu baxımdan Ombudsman tutulmuş və ya həbs edilmiş şəxslərin hüquqlarının effektiv təmini, onlarla rəftar və saxlanılma şəraiti, saxlamanın qanuniliyini təsdiqləyən səndlərin öyrənilməsi sahəsində fəaliyyətini Milli Preventiv Mexanizm (MPM) qismində geniş formada həyata keçirməkdədir.
Müvəkkilin fəaliyyətində penitensiar sistemin muasir tələblərə uyğunlaşdırılması yönümündə tədbirlərin görülməsi, istintaq təcridxanalarında, cəzaçəkmə müəssisələrində, o cümlədən digər həbs yerlərində, müvəqqəti saxlama yerlərində, habelə hauptvaxtlarda insan hüquqlarının etibarlı təmin edilməsinə, saxlanılma şəraitinin yaxşılaşdırılmasına, saxlanılan və məhkum olunmuş şəxlərin islah olunmasına istiqamətlənmiş tədbirlər davam etdirilir.
Qanun pozuntularının və onlara şərait yaradan səbəblərin aradan qaldırılması, intizamın gücləndirilməsi üzrə ardıcıl işlər görülmüş, həbsdə saxlama yerlərinin və penitensiar müəssisələrin işinə nəzarət gücləndirilmişdir.
Belə ki, Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında Konstitusiya Qanununa və “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq şəkildə Ombudsmanın və onun Milli preventiv qrupunun (MPQ) üzvlərinin istənilən vaxt, maneəsiz və əvvəlcədən xəbərdarlıq etmədən həbs yerlərinə daxil olmaq, orada saxlanılan şəxslərlə, habelə müvafiq məlumatı verə biləcək istənilən digər şəxslə təkbətək və ya zəruri saydığı halda mütəxəssisin və ya tərcüməçinin iştirakı ilə görüşmək və söhbət etmək, onların həmin yerlərdə saxlanılmasının qanuniliyini təsdiq edən, eləcə də həmin şəxslərlə rəftara və onların saxlanma şəraitinə aid olan bütün sənədlərlə tanış olmaq və surətlərini almaq, akt tərtib etmək, həyata keçirdikləri tədbirlərin gedişini və nəticələrini protokollaşdırmaq, həbs yerlərinin müdiriyyəti tərəfindən təxirə salınmadan qəbul edilmək, Azərbaycan Respublikası İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) isə həbs yerlərinə müvafiq tövsiyələr vermək və həmin tövsiyələrə müəyyən edilmiş müddətdə cavablar almaq hüququ vardır.
Müvəkkilə verilmiş preventiv səlahiyyətlər çərçivəsində, həbs yerlərinə, müvəqqəti saxlama yerləri, istintaq təcridxanaları və silahlı birləşmələrin qarnizon hauptvaxtlarına Ombudsmanın Milli preventiv qrupunun üzvləri tərəfindən müntəzəm başçəkmələr, habelə tutulmuş və ya həbs edilmiş şəxslər, həmçinin müəssisələrin əməkdaşları üçün hüquqi maarifləndirmə tədbirləri həyata keçirilir.
Başçəkmələrdə məqsəd saxlanılma şəraitinin və rəftarın araşdırılması, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə, “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa və Həbs yerlərinin daxili intizam Qaydalarına müvafiq şəkildə saxlanılan şəxslərin hüquqlarının təmin olunması, o cümlədən müvafiq sənədləşmənin aparılması vəziyyətinin, mövcud ehtiyacların öyrənilməsi və yerində araşdırılmasıdır.
Müvəkkilin məhkumların hüquqlarının müdafiəsi sahəsində fəaliyyəti cəzaçəkmə müəssisələrində məhkumların saxlanma şəraitinin, tibb-sanitariya xidmətinin müasir tələblərə uyğunlaşdırılması, onlarla rəftar, məhkumların ailə üzvlərinə və yaşayış yerlərinə daha yaxın yerlərdə yerləşdirilməsi üzrə müraciətlərinin təmini, ölkənin müxtəlif regionlarında penitensiar müəssisələrin tikintisinin həyata keçirilməsi zamanı həyata keçirilən monitorinqlər və verilən tövsiyələr, o cümlədən Ombudsman Aparatı, Ədliyyə Nazirliyi və penitensiar müəssisələr arasında qarşılıqlı əməkdaşlıq bu sahədə vəziyyətin təkmilləşdirilməsinə xidmət edir.
Müvəkkilin təşəbbüsləri sırasında, infrastruktur islahatlara yanaşı, məhkumların islah edilməsində və penitensiar müəssisələrin fəaliyyətinə ictimai nəzarətin həyata keçirilməsində ictimaiyyətin iştirakı qanunçuluq, obyektivlik, şəffaflıq, qərəzsizlik, həmçinin məhkumlarda qanuna itaətin həvəsləndirilməsi və cəzanın islahedici təsirinin gücləndirilməsi prinsiplərinin də təbliği yer alır.
Əsası Azərbaycan Xalqının Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulmuş və ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən humanizm və ədalət prinsiplərinə əsaslanan dövlət siyasətinin, habelə insan və vətəndaş hüquq və azadlıqlarına hörmət və ehtiramın nəticəsidir ki, ölkəmizdə qısa müddətdə ümumilikdə 11 amnistiya aktı qəbul olunmuş, 61 əfv fərman və sərəncamları imzalanmış, minlərlə insan cəzadan azad edilərək cəmiyyətə və ailələrinə qovuşmuşlar.
Bu baxımdan Ombudsman Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında Konstitusiya Qanununun 1.7-ci maddəsinə əsasında mütəmadi olaraq əfvlə bağlı Azərbaycan Respublikası Prezidentinə müraciət edir.
Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının 4.1-ci bəndinə müvafiq olaraq, “İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya”nın və onun Fakültativ Protokolunun tələblərinin hüquq mühafizə orqanlarının, digər aidiyyəti qurumların əməkdaşları, habelə vəkillər və hüquq sahəsində ixtisaslaşan qeyri-hökumət təşkilatlarının nümayəndələri tərəfindən öyrənilməsi işi təşkil olunur.
Bu baxımdan Milli Fəaliyyət Proqramının 4.2-ci bəndi əsasında “İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya”nın Fakültativ Protokoluna uyğun olaraq milli preventiv mexanizmin funksiyalarının səmərəli yerinə yetirilməsini təmin etmək məqsədi ilə maarifləndirmə və digər zəruri tədbirlərin həyata keçirilməsi təmin edilir.
Saxlanılan şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi yerlərdə saxlanılan şəxslər, məhkumlar üçün hüquqi-maarifləndirmə tədbirlərinin təşkilinə geniş yer verilir ki, bu da onların hüquqlarının həyata keçirilməsi prosesinə mühüm töhfə verir.
Təşəbbüslər sırasında çətin tərbiyə olunan və qanunla münaqişədə olan uşaqların sosial adaptasiyası, hüquq pozuntusu törətmiş şəxslərə tətbiq olunan ictimai sanksiya və tədbirlərin sosial inkluziyası, sosial və psixoloji xidmətlərin sayının artırılması və gücləndirilməsi, eləcə də cəmiyyətdə hüquq pozuntularının qarşısının alınması istiqamətində tədbirlər, çətinliklərin aradan qaldırılması qarşıda duran məsələlərdəndir.
Həyata keçirilən bütün tədbirlər, ölkənin qoşulduğu beynəlxalq müqavilələrin, xüsusilə də, ölkəyə verilmiş tövsiyələrin icrası insan hüquqları sahəsində mühüm islahatların həyata keçirilməsinə yeni imkanlar açmış, o cümlədən BMT-nin «İşgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəza növləri əleyhinə» Konvensiyasının da milli səviyyədə implementasiyasını sürətləndimişdir.
Cəza-icra siyasəti dövlətin cəzanın məqsədlərinin, onların həyata keçirilməsinin dövlət-hüquq mexanizminin, cəzaların icrası prosesinin təşkilinin müəyyən edilməsi üzrə fəaliyyətindən ibarətdir. Onun praktiki olaraq həyata keçirilməsinin əsas vasitəsini Cəza-icra hüququ təşkil edir. Cəza-icra hüququ Cinayət hüququ və Cinayət-prosessual hüquqla yanaşı, cinayətkarlıqla mübarizə silsiləsinə daxil olan müstəqil, inkişaf etməkdə olan hüquq sahəsidir. O, öz institut və normalarında dövlətin cəzaların icrası sahəsindəki siyasətinin əsas müddəalarını təsbit edir. Cəza-icra hüququnun müstəqilliyini onun özünə məxsus hüquqi tənzimləmə predmetinə və buna müvafiq olan hüquqi tənzimləmə metoduna, habelə cəza-icra siyasətinin həyata keçirilməsinin məqsədlərini, prinsiplərini, istiqamətlərini, əsas forma və vasitələrini təsbit edən xüsusi normalar sisteminə malik olması sübut edir.
Təqdim olunan dərslik Azərbaycan hüquq elminə qiymətli töhfədir. Bu, ilk növbədə onunla izah edilir ki, həmin əsər Azərbaycan hüquq elmi tarixində Cəza-icra hüququna dair birinci dərslikdir. Bu dərsliyin buraxılması zərurəti həm tədris prosesinin mənafelərindən, həm də Azərbaycan Respublikasının cinayət-hüquq və cəza-icra siyasətində, cəmiyyətin hüquqi təfəkküründə baş verən əhəmiyyətli dəyişikliklərdən irəli gəlir.
Azərbaycan Respublikasının cəzaların icrası qanunvericiliyinin əsasında dərslikdə Cəza-icra hüququnun əsas müddəaları: onun anlayışı, predmeti və metodları, prinsipləri, hüquq sahələri sistemində yeri, Azərbaycan Respublikasının cəza-icra siyasəti, Azərbaycan Respublikasının cəzaların icrası qanunvericiliyinin məzmunu, məqsəd və vəzifələri, məhkumların hüquqi vəziyyəti, cəzaların icrasının anlayışı və əsasları, məhkumların islah edilməsi və onun əsas vasitələri, cəzanı icra edən müəssisə və orqanlar, onların fəaliyyətinə nəzarət edilməsi, cəzaların icrasının beynəlxalq aspektləri məsələləri və bir çox digər məsələlər açıqlanır.
Dərslik ali təhsil müəssisələrində təhsil alan tələbələr, aspirantlar, müəllimlər, cəza-icra sisteminin əməkdaşları və hüquq sahəsinin elmi tədqiqatçıları üçün nəzərdə tutulmuşdur.
Azərbaycan Respublikasında insan hüquqlarının inkişafına xidmət edən iqtisadi inkişaf proqramlarının və sosial layihələr üzrə tədbirlərin 2017-ci ildə də davam etdirilməsi ölkə əhalisinin sosial rifahına xidmət etməklə yanaşı, dövlət idarəçiliyi sistemində bürokratik əngəllərin aradan qaldırılmasında və müasir dövlət-vətəndaş münasibətlərinin yeni inkişaf mərhələsinə keçməsində əhəmiyyətli rol oynamışdır.
İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsini ali məqsəd kimi qəbul etmiş ölkəmizdə sosial dövlət prinsiplərinin bərqərar olması yolunda atılan mühüm addımlar, bu məqsədlə sosial yönümlü bazar iqtisadiyyatının və azad sahibkarlığın inkişaf etdirilməsi, yeni iqtisadi mexanizmlərin tətbiqi, təsərrüfat formalarının, o cümlədən sənaye və ixrac potensialının gücləndirilməsində böyük əhəmiyyət daşıyacaq texnoparkların və modern sənaye sahələrinin yaradılması, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsində və ölkənin tərəqqisində böyük rola malik olan sahibkarların, xüsusilə orta və kiçik biznes iştirakçılarının maraqlarının müdafiəsinə yönəlmiş tədbirlərin həyata keçirilməsi sosial-iqtisadi proseslərin davamlılığını təmin etmişdir.
Müasir çağırışlara və yeni tələblərə uyğun olaraq, dövlət qurumlarının fəaliyyətində və idarəetmədə dinamikliyin, çevikliyin və optimallığın təmin edilməsi məqsədi ilə həyata keçirilən struktur islahatları nəticəsində güclü, sabit və dayanıqlı idarəetmənin təmin olunmasına, dövlət qurumlarına etimadın yüksəlməsinə və dövlət-vətəndaş münasibətlərinin möhkəmlənməsinə, korrupsiyaya şərait yaradan halların aradan qaldırılmasına xidmət edən tədbirlər davam etdirilmişdir.
Neft dövləti sayılan və 2017-ci ildə artıq iki milyard ton neft istehsal etmiş ölkəmizdə qeyri-neft sektorunun inkişaf etdirilməsi yeni iş yerlərinin açılmasında və əhalinin məşğulluğunun təmin olunmasında böyük əhəmiyyət kəsb etməkdədir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qeyri-neft ixracatçılarının respublika müşavirəsindəki giriş nitqində dediyi kimi, “...dövlət siyasəti, sahibkarlığa göstərilən həm siyasi dəstək, mənəvi dəstək, maliyyə dəstəyi və sahibkarlığın inkişafı üçün aparılan ciddi islahatlar və onlara edilən güzəştlər bu gün Azərbaycanda qeyri-neft sektorunun inkişafına təkan verən əsas amillərdən biridir.”
Sosial infrastruktur layihələrinin icrası nəticəsində yeni və müasir sosial müdafiə obyektləri, yeni tələbə yataqxanaları, məktəb və uşaq bağçaları inşa olunmuş və ya əsaslı təmir edilmiş, tibb müəssisələri, o cümlədən xəstəxana və poliklinikalar, habelə məcburi köçkünlər üçün yeni yaşayış kompleksləri istifadəyə verilmiş, yeni avtomobil yolları salınmış, su təchizatı və kanalizasiya sistemləri qurulmuş, elektrik stansiyaları istifadəyə verilmiş, istirahət və olimpiya-idman kompleksləri yaradılmışdır.
Məşğulluğun təmin edilməsi və işsizliyin azaldılması üzrə aparılmış tədbirlər nəticəsində 2017-ci ildə 221 min yeni, o cümlədən 177 min daimi iş yeri açılmış, ilin yekunlarına görə ölkə üzrə işsizlik 5 faiz, yoxsulluq isə 5,4 faiz səviyyəsində olmuşdur.
Dünya ölkələrinin dərin iqtisadi böhran keçirdiyi bir vaxtda 2017-ci ildə ölkəmizdə “Azəri-Çıraq-Günəşli” neft yatağının işlədilməsinin 2050-ci ilə qədər uzadılması üzrə yeni Sazişin imzalanması, həmçinin tarixi hadisəyə çevrilən Bakı-Tbilisi-Qars dəmiryolunun açılması, müxtəlif ölkələrin iş adamlarının iştirakı ilə sahibkarlar arasında iqtisadiyyatın ayrı-ayrı sahələri üzrə səmərəli əməkdaşlığın qurulmasına xidmət edən biznes forumlarının keçirilməsi ölkələr arasında sosial-iqtisadi və mədəni əlaqələrin dərinləşməsinə xidmət edən mühüm amil olmuşdur.
Dünya miqyasında adambaşına düşən valyuta ehtiyatlarının həcminə görə ön yerlərdən birini tutan respublikamızda həyata keçirilən islahatlar da öz əhəmiyyətinə görə beynəlxalq səviyyədə müsbət dəyərləndirilməkdədir. Belə ki, Dünya Bankı və Avropa Yenidənqurma və İnkişaf Bankı Azərbaycanda gedən proseslərə yüksək qiymət vermişlər. Dünya Bankının məlumatına görə, Azərbaycan həyata keçirilən islahatların sayına görə Avropa və Mərkəzi Asiya regionu ölkələri arasında “Doing Business” hesabatında ikinci yeri tutmuş, Davos Ümumdünya İqtisadi Forumunun hesablamalarına əsasən Azərbaycan iqtisadiyyatı rəqabətqabiliyyətliliyinə görə 2017-ci ildə iki pillə irəliləyərək, dünya miqyasında 35-ci yerdə qərarlaşmış, MDB məkanında isə liderlik mövqeyini saxlamışdır.
Ölkə Prezidentinin Davos Dünya İqtisadi Forumunda on dəfədən artıq iştirak edən rəhbər şəxslər üçün təşkil olunan qəbulda və bu forumda “İpək Yolunun səmərəsi” adlı interaktiv iclasında iştirakı, habelə forumun rəsmi saytında “Azərbaycanın 2017-ci il üçün iqtisadi prioritetləri” sərlövhəli məqaləsinin verilməsi, eyni zamanda 22-ci Dünya Neft Konqresində prezidentlərin tədbirində iştirakı ölkəmizin beynəlxalq aləmdə nüfuzunun getdikcə artmasını sübut edən mühüm amillərdən olmaqla yanaşı, dünya miqyasında ölkəmizə verilən önəmin daha bir nümunəsidir.
Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə on ilə yaxındır ki, müvəffəqiyyətlə reallaşdırılan “Bakı Prosesi”nin dünya birliyi tərəfindən Azərbaycanın mədəniyyətlərarası dialoqa verdiyi töhfələrin beynəlxalq miqyasda etirafı olaraq qiymətləndirildiyi, dünyada sivilizasiyalararası dialoqun məkanı kimi tanınan, multikulturalizmin artıq alternativi olmayan həyat tərzinə çevrildiyi çoxmillətli və çoxkonfessiyalı ölkəmizdə 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan edilməsi mədəniyyətlər arasında dialoqun və əməkdaşlığın təşviqinə yönələn dövlət siyasətinin, habelə mədəni müxtəlifliyə dəstəyin bariz göstəricisi, həmçinin müasir dövrdə respublikamızda gerçəkləşdirilən siyasətin tolerantlıq prinsiplərinə sadiqliyinin nümunəsidir.
Qeyd edilənlərlə yanaşı, respublikamızın paytaxtı Bakı şəhərində ölkə Prezidentinin iştirakı ilə bir çox ölkələrin dövlət və hökumət nümayəndələrinin, nüfuzlu siyasi, ictimai və elm xadimlərinin də qatıldığı V Qlobal Bakı Forumunun, habelə IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun və “2017-İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq” mövzusunda beynəlxalq konfransın keçirilməsi, Formula 1 Avropa Qran-Pri yarışının və “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi respublikamızın nüfuz sahibi olduğunu sübut edir.
Azərbaycan Respublikası əhalisindən, habelə ölkəmizdə olan əcnəbilərdən və vətəndaşlığı olmayan şəxslərdən müxtəlif məsələlərə və hüquq pozuntularına dair çoxsaylı müraciətlər alan, ölkəmizin konstitusiyasında və tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş, dövlət və yerli özünüidarə orqanları, vəzifəli şəxsləri tərəfindən pozulan insan hüquqları və azadlıqlarının bərpa edilməsi, habelə insan hüquqlarının pozulmasının qarşısının alınması istiqamətində fəaliyyət göstərən Müvəkkil insan hüquqlarının məhkəmədənkənar müdafiəsi məqsədi ilə 2017-ci ildə də dövlət qurumları, vətəndaş cəmiyyəti institutları, kütləvi informasiya vasitələri, icmalar, həmçinin beynəlxalq təşkilatlarla işgüzar əməkdaşlıq şəraitində fəaliyyət göstərmişdir.
Mövcud hüquq-müdafiə vasitələrini tamamlayan, səlahiyyət dairəsi və vəzifələri Konstitusiya Qanunu ilə müəyyən edilən, fəaliyyətini müstəqillik, aşkarlıq, şəffaflıq, qanunçuluq, ədalət və qərəzsizlik prinsipləri əsasında quran Müvəkkil ünvanına daxil olmuş müraciətlər üzrə əhatəli iş aparmış, pozulmuş hüquqların bərpası istiqamətində tədbirlər görmüşdür.
Respublikanın müxtəlif yerlərində əhali ilə müntəzəm görüşlər, habelə cəzaçəkmə müəssisələrinə, istintaq təcridxanalarına, müvəqqəti saxlama yerlərinə, qanunsuz miqrantların saxlanılma mərkəzlərinə, hərbi hissələrə, uşaq, ahıl və əlillər evlərinə, internatlara, məcburi köçkünlərin məskunlaşdıqları qəsəbələrə, səhiyyə, təhsil və əhalinin sosial müdafiəsi müəssisələrinə baxışlar keçirilmişdir.
Müvəkkilin fəaliyyəti dövründə onun ünvanına ümumilikdə 167.150, 2017-ci ildə isə 18.400 müraciət daxil olmuşdur ki, bu da 2016-cı il ilə müqayisədə 1,8% azdır.
Müraciətlərin 76,3 %-i şikayətlərdən, 23,7 %-i isə ərizələrdən ibarət olmuşdur.
Müvəkkil və əməkdaşları tərəfindən aparatda və regional mərkəzlərdə, habelə respublikanın müxtəlif şəhər və rayonlarında, məcburi köçkünlərin məskunlaşdıqları qəsəbələrdə əhali ilə görüşlər, həmçinin yerlərdə, o cümlədən cəzaçəkmə müəssisələrinə, istintaq təcridxanalarına, müvəqqəti saxlama yerlərinə, hərbi hissələrə, uşaq, ahıl və əlillər evlərinə, internatlara, məcburi köçkünlərin məskunlaşdıqları qəsəbələrə, səhiyyə, təhsil və əhalinin sosial müdafiəsi müəssisələrinə baxışlar zamanı ümumilikdə 3.148 şəxs qəbul edilmiş, təsisatın “qaynar xət”lərinə isə 1.375 müraciət olmuşdur. Həmin şəxslərə müvafiq hüquqi məsləhətlər və izahatlar verilmişdir.
Müraciətlərin hüquqlar üzrə sıralanmasında, əsasən, mülkiyyət hüququ, hüquq və azadlıqların inzibati və məhkəmə təminatı hüququ, sosial təminat hüququ və əmək hüququ ilə bağlı məsələlər diqqəti cəlb edir.
2016-cı il ilə müqayisədə 2017-ci ildə daxil olan müraciətlərin, o cümlədən şikayətlərin strukturunda və sayında bir sıra dəyişikliklər baş vermişdir.
2017-ci ildə daxil olan müraciətlərə münasibətdə mülkiyyət hüququ ümumi müraciətlərin 13,2 %-ni, hüquq və azadlıqların inzibati və məhkəmə təminatı hüququ 6,2 %-ni, sosial təminat hüququ 5,8 %-ni, əmək hüququ isə 4,9 %-ni təşkil etmişdir.
Mülkiyyət hüququ ilə bağlı daxil olan müraciətlərdə mülkiyyətdə olan əmlakın məhkəmə qərarı olmadan sökülməsi, xüsusi mülkiyyətdə olan evin və ya torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması zamanı əvəzinə uyğun kompensasiyanın verilməməsi, xüsusi mülkiyyətdə və ya daimi istifadədə olan torpaq sahələrinin vətəndaşların razılığı olmadan tikinti məqsədləri üçün ayrılması, torpaq payına dair ilkin dövlət aktında zəruri məlumatların düzgün göstərilməməsi, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin fəaliyyət göstərdiyi vaxtda verilmiş torpaq payları və fərdi torpaq sahələri barədə yerli qurumlar tərəfindən qeydiyyata alınmış bir sıra məlumatların hazırda qüvvədə olan vahid bazaya işlənməməsi, vətəndaşa məxsus evin sənədləşdirilməsi ilə bağlı süründürməçiliyə yol verilməsi kimi hallar öz əksini tapmışdır.
Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı hüququ ilə bağlı müraciətlər, bir qayda olaraq, məhkəmə qərarlarından narazılıq hallarından, bəzən isə məhkəmələrdə süründürməçilik və məhkəmə qərarlarının surətinin vaxtında verilməməsindən ibarət olmuşdur.
Əmək hüququ ilə bağlı müraciətlərdə bir sıra özəl strukturlar tərəfindən əmək haqqının və son haqq-hesabın ödənilməməsi, qanun pozuntusuna yol verməklə işdən azad etmə, işə bərpadan imtina, əmək müqaviləsinin bağlanılmaması və ya ona xitam verilməsi zamanı qanunvericiliyin tələblərinə əməl edilməməsi, işlə təmin edilmədə köməklik göstərilməməsi kimi hallar göstərilmişdir.
Müvəkkil Konstitusiya Qanununun tələblərinə müvafiq olaraq, şikayətlərin onun səlahiyyətlərinə aid olmaması, ərizəçinin hüquqlarının pozulduğu gündən bir ildən çox müddət keçməsi, anonim olması, şikayətlə bağlı məhkəmə icraatı getməsi, təkrar təqdim edilmiş şikayətdə yeni məlumatlar, faktlar və sübutlar olmaması səbəbindən onların 55,6 %-nin baxılmasından imtina etmişdir.
Şikayətlərin 44,4 %-i baxılmaq üçün icraata qəbul edilmişdir.
İcraata qəbul edilmiş müraciətlərin 62,5 %-i təmin olunmuşdur.
Müraciətlərə Konstitusiya Qanunu ilə müəyyən edilmiş müddətlərdə baxılmış, ərizəçilərdən daxil olmuş bütün müraciətlər yazılı surətdə cavablandırılmışdır.
Müraciət edən şəxslərə həm qəbulda, həm də məktub vasitəsilə hüquqi məsləhətlər, habelə insan hüquq və azadlıqlarının müdafiəsi formaları, üsulları, o cümlədən bu və ya digər məsələlərlə əlaqədar müvafiq orqanlara müraciət edilməsi üzrə izahatlar verilmişdir.
Müvəkkilin təşəbbüsü, təklifi və təşkilatçılığı ilə ötən dövrdə insan hüquqlarının müdafiəsi və təşviqi üzrə bir sıra önəmli tədbirlər həyata keçirilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın (MFPr) icrası, təbliği və tətbiqi vəziyyətinin öyrənilməsi ilə bağlı geniş tədbirlər keçirilmişdir.
Ümummilli liderimiz Heydər Əliyev tərəfindən 1998-ci il iyunun 18-də ölkəmizdə ilk “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı”nın təsdiq edilməsi ilə əlaqədar olaraq, 2007-ci ildən eitibarən qeyd olunan “18 iyun - Azərbaycan Respublikasında İnsan hüquqları günü” ərəfəsində ənənəvi olaraq mayın 18-dən iyunun 18-dək bütün ölkə boyu “İnsan hüquqları aylığı” keçirilmişdir.
Müvəkkilin təşəbbüsü ilə UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası ilə birlikdə 2017-ci il 16-17 iyun tarixlərində “Dayanıqlı İnkişaf Məqsədlərinin təməl prinsipləri: hüquq bərabərliyi, milli prioritetlər və əməkdaşlıq” mövzusunda ənənəvi olaraq Ombudsmanların XIV Bakı Beynəlxalq Konfransı keçirilmişdir. Konfrans Ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə ikinci dəfə ölkə rəhbərliyinə qayıdışı günü olan 15 iyun gününün Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə Azərbaycan xalqının milli qurtuluş günü elan edilməsinin 20 illiyinə və ölkə Prezidentinin müvafiq sərəncamı ilə ölkəmizdə hər il iyunun 18-nin Azərbaycan Respublikasında İnsan hüquqları günü kimi qeyd olunmasının 10 illiyinə həsr olunmuşdur.
Hər il olduğu kimi, ənənəvi olaraq, 21 avqust - 21 sentyabr tarixlərində sülh mədəniyyətinin təbliğinə mühüm yer verməklə “Sülh aylığı”, 20 oktyabr - 20 noyabr tarixlərində “Uşaq hüquqları aylığı”, habelə “10 dekabr – Beynəlxalq insan hüquqları günü”nə həsr olunmuş konfrans keçirilmişdir.
Təsisatda müxtəlif vaxtlarda xarici ölkələrin və beynəlxalq qurumların rəsmi nümayəndələri, o cümlədən BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının Cənubi Qafqazdakı ofisinin İnsan hüquqları üzrə baş müşaviri, Sahə missiyaları və Texniki əməkdaşlıq Departamentinin rəhbəri, Amerika, Avropa və Mərkəzi Asiya üzrə regional şöbəsinin rəhbəri, BMT-nin gender üzrə eksperti, Avropa İttifaqının Azərbaycanda həyata keçirdiyi proqramların monitorinqini aparan nümayəndəsi və Azərbaycandakı Nümayəndəliyin rəhbəri, Avropa Şurasının (AŞ) Siyasi Məsələlər Direktorluğunun nümayəndə heyəti, AŞ-nin Parlament Assambleyasının Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi və həmin şuranın nümayəndələri, AŞ-nin Azərbaycandakı Ofisinin rəhbəri, ATƏT Parlament Assambleyasının sədri, Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, eyni zamanda Belçikanın, Pakistan İslam Respublikasının, Amerika Birləşmiş Ştatlarının və Qətər dövlətinin səfirləri, UNICEF-in ölkəmizdəki nümayəndəliyinin rəhbəri, Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinin rəhbəri, İşgəncələrin Qarşısının Alınması üzrə Avropa Komitəsinin (CPT) prezidenti, Gender məsələləri üzrə beynəlxalq ekspert qəbul edilmiş, ölkəmizdə insan və vətəndaş hüquqlarının və azadlıqlarının müdafiəsi məsələləri üzrə qarşılıqlı fikir mübadilələri aparılmış, bu sahədə beynəlxalq və mövcud milli təcrübə, habelə əməkdaşlıq perspektivləri müzakirə edilmişdir.
Müvəkkil tərəfindən 20 Yanvar faciəsinin ildönümü, Xocalı soyqırımı və Şuşanın işğalının 25-ci ildönümü, 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanatlar verilmiş, beynəlxalq qurumlara, xarici ölkələrin Azərbaycandakı səfirliklərinə və respublikamızın xaricdəki səfirliklərinə, həmçinin ayrı-ayrı ölkələrdə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarına ünvanlanmışdır.
Qeyd edilənlərlə yanaşı, Azərbaycan Respublikasının ərazisində mülki əhalinin qətlə yetirilməsi və mülki obyektlərin Ermənistan silahlı qüvvələri tərəfindən davamlı olaraq atəşə tutulması ilə bağlı halları, habelə əsir və girovların problemlərini hər zaman diqqət mərkəzində saxlayan Müvəkkil dünya ictimaiyyətinə ünvanlanmış bəyanatlar vermiş, eyni zamanda beynəlxalq təşkilatlara, o cümlədən Beynəlxalq Qızıl Xaç Komitəsinə müraciətlər etmiş, baş verənlərin beynəlxalq hüquqa zidd olduğunu, ölkəmizdə böyük narahatlıq doğurduğunu və ciddi narazılıqla qarşılandığını diqqətə çatdırmışdır.
“Aprel qələbəsi”nin ildönümünə həsr olunmuş və Füzuli rayonunun Horadiz şəhərində keçirilmiş “Zəfər yürüşü”ndə iştirak edən Müvəkkil, həmçinin Dövlət Bayrağı Günündə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində olmuş, yerli sakinlərlə görüşmüş, orada aparılan işlərlə Böyük Qayıdış Proqramının başlanğıcının qoyulduğunu və bunun dövlət bayrağının işğal altında olan torpaqlarda dalğalanacağına inamın göstəricisi olduğunu diqqətə çatdırmışdır.
Yeri gəlmişkən, Avropanın aparıcı “New Europe” (Yeni Avropa) qəzetində Müvəkkilin Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndində yaşayan mülki əhalinin Ermənistan silahlı qüvvələri tərəfindən qətlə yetirilməsi və mülki obyektlərin atəşə tutulması ilə əlaqədar verdiyi bəyanatın mətni əsasında hazırlanmış məqalə çap edilmişdir. Həmin məqalədə 2017-ci ilin iyul ayının 4-də Ermənistan silahlı qüvvələri tərəfindən Alxanlı kəndində məskunlaşan çoxsaylı mülki əhalinin yaşadığı yaşayış məntəqələrinin və mülki obyektlərin hədəflənmiş şəkildə və qəsdən atəşə tutulduğu, nəticədə kənd sakini Sahibə Allahverdiyevanın və onun iki yaşlı nəvəsi Zəhra Quliyevanın həlak olduğu, digər mülki şəxs Səlminaz Quliyevanın isə ağır yaralandığı və mülki obyektlərin dağıdıldığı öz əksini tapmışdır.
Bununla bağlı Müvəkkilin tezliklə ədalətin və sülhün bərqərar olunacağına, insanlığa qarşı törədilən bu qatı cinayətlərin beynəlxalq hüquqi qiymətini alacağına, cinayətkarların cəzasız qalmayacağına, BMT Nizamnaməsinə müvafiq olaraq cəzalandırılacağına ümidi, həmçinin Ermənistanın təcavüzünə son qoyulması, ümumbəşər beynəlxalq normalara uyğun olaraq Azərbaycanın zəbt olunmuş torpaqlarının azad olunması, erməni hərbi qüvvələrin bu ərazilərdən çıxarılması, Azərbaycanın BMT və dünya tərəfindən tanınmış dövlət sərhədlərinin bərpa olunması, yüz minlərlə məcburi köçkünlərin öz doğma yurdlarına qayıtması, insan hüquqlarından faydalanması üçün beynəlxalq təşkilatları, dünya dövlətlərini, habelə həmkarlarını birgə qətiyyətli səylər göstərməyə və tədbirlər görməyə çağırışı diqqətə çatdırılmışdır.
Yeri gəlmişkən, bu bəyanata cavab olaraq, UNİCEF-in direktor köməkçisi Kornelius Uilyams tərəfindən Müvəkkilin ünvanına daxil olmuş məktubda vurğulamışdır ki, heç bir icmada, heç bir ailə silahlı münaqişə nəticəsində uşaq itkisindən əziyyət çəkməməlidir.
Müvəkkil və təsisatın əməkdaşları müxtəlif beynəlxalq tədbirlərdə bir sıra aktual problemlərə dair məruzələrlə çıxışlar etmiş, insan hüquqlarının ayrı-ayrı sahələrinə dair geniş fikir və təcrübə mübadilələri aparmışlar.
Müvəkkil iştirakçısı olduğu hər bir yerli, habelə beynəlxalq tədbirdə, həmçinin xarici ölkələrin və beynəlxalq qurumların rəsmi şəxsləri ilə keçirilmiş görüşlərində respublikamızda insan və vətəndaş hüquqlarının və azadlıqlarının müdafiəsi imkanları və bu sahədə fəaliyyəti, bu hüquq və azadlıqların təmin edilməsi vəziyyəti və şəraiti, təsisatla dövlət hakimiyyəti orqanları, o cümlədən parlament arasında qarşılıqlı əməkdaşlıq əlaqələri və qanunvericiliyin təkmilləşdirilməsi sahəsində işgüzar münasibətləri barədə ətraflı məlumat vermiş, insanların sülh şəraitində yaşamaq hüququ və inkişaf etmək hüququ kimi kollektiv hüquqlarının təmin olunmasının vacibliyini önə çəkmiş, davam etməkdə olan hərbi münaqişələrin sülh yolu ilə həlli, nəticə etibarilə bu dəhşətlərin qurbanına çevrilmiş milyonlarla insanın hüquqlarının müdafiəsinin etibarlı təşkili üzrə tədbirlərin qarşıdakı illər üçün nəzərə alınmasını zəruri hesab etmiş, bunun dünyada əmin-amanlığın bərqərar olunması yolunda mühüm əhəmiyyət kəsb etdiyini bildirmişdir.
İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi, vətəndaşların müraciətlərinə təxirəsalınmadan baxılması, şikayətlərin çevik qaydada araşdırılması məqsədi ilə dövlət orqanları, bələdiyyələr, vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıq daha da genişləndirilməli, davamlı olaraq təkmilləşdirilməli və inkişaf etdirilməlidir.
Nəticə etibarilə, Müvəkkil tərəfindən səlahiyyətli dövlət qurumlarına ünvanlanmış, habelə illik məruzələrdə öz əksini tapmış, insan hüquqlarının səmərəli təmin edilməsinə və etibarlı müdafiəsinə, habelə əhalinin müvafiq qruplarının, xüsusilə aztəminatlı ailələrin və qayğıya daha çox ehtiyacı olan vətəndaşların bir sıra sosial-iqtisadi problemlərinin həllinə yönəlmiş təklif və tövsiyələr dövlət büdcəsinin vəziyyəti, habelə ölkənin iqtisadi durumu və maliyyə imkanları nəzərə alınaraq öz həllini tapacaq, bununla da insan hüquqlarının etibarlı müdafiəsinə, əhalinin layiqli həyat səviyyəsinin təmin olunmasına, sosial-hüquqi vəziyyətinin daha da yüksəlməsinə, həmçinin vətəndaş-dövlət münasibətlərinin möhkəmlənməsinə və sabitliyin artmasına xidmət edəcəkdir.
Dostları ilə paylaş: |