Podzollu –sarı-qleyli torpaqlar. Bu torpaqlar əvvəlki torpaqlarla eyni bioiqlim zonada yayılmışdır. Lakin bu torpaqlar səth sularının və qruntun təsirinə daha məruz qalmışlar. İlin payız-yaz mövsümündə qrunt suyunun səviyyəsi 1 m-dən aşağı, quru yay aylarında isə 2-2,5 m-dən yüksək olmur. Bu torpaqlar delüvial-delivüal çöküntülərlə örtülmüş aşağı terraslar və relyefin depressiya formaları üzərində formalaşmışdır. Litoloji baxımdan torpaqəmələgətirən suxurlar karbonatlardan və suda həll olan duzlardan yuyulub çökdürülmüş sarı aşınma suxurlarının məhsullarından ibarətdir.
Podzollu-sarı-qleyli torpaqların tərkibində üç yarımtipin olması qeyd edilir (265):podzollu-sarı-qleyli torpaqlar,podzollu-sarı-qleyləşmiş torpaqlar,podzollu-sarı-səthdən qleyləşmiş torpaqlar.Yarımtiplərin hər üçü qleyəmələgəlmə proseslərinin dərinliyinə görə bir-birindən fərqlənirlər.
Dostları ilə paylaş: |