43-cü Sual. Beynəlxalq nəqliyyat dəhlizləri və Azərbaycanın milli təhlükəsizliyi Beynəlxalq Nəqliyyyat dəhlizləri -ayri-ayri cografi ərazilərdə yerləsən dovlət arasında əhəmiyyet yük və sərnişin daşimalarını təmin edən milli və beynəlxalq səviyyədə nəqliyyat sisteminin bir hissəsidir.Buraya nəqliyyat kompexinə aid olan nəqliyyatın bütün növləri,statisonar qurgular,eləcə də texnoloji ,təşkilatı və bir sıra başqa strukturlar daxildir.Beynəlxalq nəqlliyyat dəhlizlərində geoiqtisadi cəhətdən məkan paradiqması əsas götürülür.Buna görə də tənzimlənən nəqliyyat sisteminin hüquqqi üsullarina riayet etmək önəmlidir.Həmçinin beynəlxalq nəqliyyat dəhlizi iki və daha ölkələrin sərhədindən kecməklə su və quru yolla yüklərin və sərnişinlərin daşınmasıdır. Ümumiyyətlə, beynəlxalq nəqliyyat dəhlizlərinin iqtisadi fəaliyyətinin tranzit xüsusiyyəti kimi 3 növü vardır. 1.Tranzit dəhlizi(tranzit corridor) 2.Ticarət dəhlizi(trade corridor) 3.İnkisaf əsasli(development corridor). Beynəlxalq nəqliyyat dəhlizləri məsafə olaraq ölkələr arasinda iqtisadi ticari əlaqələrin genisləndirilməsində müstəsna rol oynayir.Magistral yollarla əhatə olunan nəqliyyat dəhlizlərində yüklərin sərnişinlərin ən sərfəli yollarla mənzil başina catrilmasi beynəlxalq nəqliyyat dəhlizinin mövcudlugu ücün əsas amillərdən biridir.Cografi atlasi nəzər saldıqda ümumi olaraq əsas SİMAL-CƏNUB və SƏRQ-QƏRB beynəlxalq nəqliyyat dəhlizləri mövcuddur.Burada əsas Avropa-Qafqaz-Asiya(TRACECA) və digər nəqliyyat dəhlizləri olkələri iqtisadi cəhətdən bir birinə baglayır.Əlbəttə ki beynəlxalq nəqliyyat dəhlizlərinin mövcud olmasi iqtisadi cəhətdən ölkənin nüfusunun artmasına,ölkələr arasında əməkdasliğın layihələr çmərcivəsində artması,əldə olunan gəlirlərin büdcə artımına müsbət təsiri ə əsaı isə tranzit mövqeyi əlverisli olan ərazilərdə ücüncu olkələrə yüklərin,sərnişinlərin dəmiryolu və nəqliyyatın digər növlərindən keçməklə ölkəyə əlavə gəlirlər qazandırır.
Dünya üzrə beynəlxalq nəqliyyat dəhlizləri intensivliyinə və bölgüsünə görə aşağıdakı kimi təsnifatlandırılır. Avropa İttifaqı çərçivəsində(TRANSEUROPEAN NETWORK-Transport) PanAvropa tranzit koridorı sistemi(xüsusilə Mərkəzi və Şərqi Avropa daxil olmaqla) Şərq-Qərb (Avropa-Qafqaz-Asiya—TRACECA) NAFTA çərçivəsində (Simali Amerika,Meksika,Kanada) Simal-Cənub beynəlxalq nəqliyyat dəhlizləri Simali Amerika əsasən beynəlxalq nəqliyyat dəhlizində fəaliyyətini Kanada Amerika Birləşmis Ştatları və Meksika dövlətləri NAFTA andlaşması səkilində edir. Azərbaycan faktiki olaraq iki nəhəng nəqliyyat dəhlizinin kəsismə nöqtəsində yerləsir.Bu dəhlizlərdə istirak edən Azərbaycan iqtisadi müstəqilliyini artırmaqla yanası,Avropa və dünya bazarlarına alternativ nəqliyyat marsrutları ilə çıxmaq imkanı qazanır. Bütün bunlar göstərir ki, beynəlxalq nəqliyyat dəhlizlərinin kəsisməsində yerləsən Azərbaycan hər növ nəqliyyat dasımaları üçün əhəmiyyətli strateji mərkəzdir. Respublikamız çox qütblü nəqliyyat-kommunikasiya səbəkəsi formalasdırmaqla, özünün geosiyasi mövqelərini daha da gücləndirir. Qafqaz regionu dünyada strateji, geoiqtisadi, geosiyasi movqeyinə görə əhəmiyyətli rola malikdir. Bu region Qərblə Şərq, Cənubla Şimal arasında körpü rolunu oynayır. Lakin bununla belə regionda mövcud olan separatçı münaqişə ocaqları həm region dövlətləri, həm də regionla əlaqədə olan dünya ölkələri üçün ciddi təhlükə yaradır, davamlı sülhə, milli təhlükəsizliyə, xalqlar və dövlətlər arasında sosial-iqtisadi və mədəni inteqrasiyaya maneçilik törədir. Bütün bu problemləri həll etmək üçün bu regionda yerləşən ölkələrin öz aralarında eləcə də dünya ölkələri ilə qarşılıqlı əməkdaşlığı məqsədəuyğundur. Belə ki, böyük İpək Yolunun bərpası, Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin – TRASEKA proqramının həyata keçirilməsi, Xəzərin enerji ehtiyyatlarından birgə istifadəyə dair ―Əsrin müqaviləsi (24 sentyabr 1994) ünvanı almış neft kontraktlarının ―Bakı-Tbilisi-Ceyhan‖ əsas ixrac neft kəməri, ―BakıTbilisi-Ərzurum‖ qaz kəməri layihələrinin əsas məqsədi Qafqazın, o cümlədən Azərbaycanın milli təhlükəsizliyinin qorunması və regionda sülhün, sabitliyin möhkəmlənməsinə nail olmaq və iqtisadi inteqrasiya proseslərində daha fəal iştirak etməkdən ibarətdir. Azərbaycan Respublikasının dünya iqtisadiyyatına inteqrasiyası ölkənin iqtisadi inkişafında həlledici rol oynayır.