Qlobal İC-nin formalaşdırılması prosesində ən çox nəzərə çarpan tendensiya kimi
elektron hazırlığın yüksəlişini və e-dövlət modellərinin inkişafının sürətlənməsini
göstərmək olar. Bu tendensiyaların müntəzəm monitorinqi bir çox beynəlxalq və milli
Son illər dövlət idarəçiliyində informasiya-kommunikasiya texnologiyaları (İKT)
daha çox əhəmiyyət daşımağa başlamışdır. Qərbi Avropada 2003-cü ildə ölkələrin
e-dövlət quruculuğuna çəkilən xərcləri 3 milyard dollara, 2004-cü ildə 4 milyard dollara
İnformasiya cəmiyyəti problemləri, №2, 2010
www.jpis.az 31
bərabər olduğu halda, 2007-ci ildə bu rəqəm 6 milyarda çatmışdır. Buna görə də müvafiq
investisiyaların məqsədyönlülüyü barədə tez-tez müxtəlif fikirlər səslənir [6,7,9-12].
İC-nin, e-dövlətin inkişafının qiymətləndirilməsi üçün indikator sisteminin, eləcə
də, monitorinq metodikasının işlənməsi aktual məsələlərdən biridir. Qiymətləndirmə və
monitorinq sisteminin işlənməsi İC-nin formalaşdırılmasına və inkişafına, e-dövlət
proqramının həyata keçirilməsinə nəzarət etməyə, dinamikanı təhlil edərək effektli
qərarlar qəbul etməyə imkan verir.
E-dövlətin formalaşdırılması hakimiyyət orqanlarının fəaliyyətində şəffaflığın,
informasiya azadlığının təmin olunmasına, hakimiyyət orqanlarının fəaliyyətində
səmərəliliyin yüksəldilməsinə, demokratiyanın inkişafına və insan hüquqlarının təmin
olunmasına, vətəndaşların fiziki imkanlarından asılı olmayaraq dövlətin idarə
olunmasında yaxından iştirakına, on-layn mühitdə dövlət xidmətlərinin göstərilməsinə
xidmət edir.
Bu baxımdan, qiymətləndirmə və monitorinq sisteminin yaradılması aşağıdakı
məsələlərin həllini zəruri edir [2,3,5,13,14]:
İC-nin, e-dövlətin inkişafının qiymətləndirilməsinə dair beynəlxalq təcrübə;
İC-nin, e-dövlətin, İKT-nin inkişaf indikatorları sisteminin yaradılması;
İC-nin, e-dövlətin formalaşdırılması, inkişafının qiymətləndirilməsi və monito-
rinqi metodikalarının işlənməsi;
İndeks və indikatorların qeydiyyatının aparılması üçün informasiya resursunun
yaradılması.
Beynəlxalq təcrübə əsas götürülərək, ölkənin regionlarının e-dövlətə hazırlıq indeksi
5 göstəricinin qiyməti əsasında formalaşdırılır [12-15]:
İKT infrastrukturu (hakimiyyət orqanlarının, əhalinin və biznes sektorunun İKT-
dən istifadəsi);
İnsan resursları (təhsilin səviyyəsi, İKT-dən istifadə bacarığı, İnternet və
e-dövlət xidmətlərindən istifadə motivasiyası);
Normativ-hüquqi baza;
Hakimiyyət orqanlarına informasiyanın çatdırılması, əhaliyə və biznes sektoruna
fasiləsiz xidmətlərin göstərilməsi (rəsmi saytların qiymətləndirilməsi);
Əhalinin və biznes sektorunun e-dövlət xidmətlərindən istifadəsi.
Harvard Universitetinin beynəlxalq inkişaf mərkəzinin təklif etdiyi metodologiya
əsasında ölkənin İC-ə hazırlığı 5 sahə üzrə aparılır: insan resursu, İKT-dən istifadə
imkanı, təhsildə İKT, biznesdə İKT, e-dövlət [2,5,7,14].
Elektron
hazırlığın
qiymətləndirilməsi
metodikası
ümumilikdə
Harvard
metodologiyasına əsaslanır və bununla bağlı aşağıdakıları qeyd etmək olar [15-17]:
Monitorinq və qiymətləndirmə üçün sahələrin müəyyənləşdirilməsi (sahələr
kimi insan resursu, İKT-dən istifadə imkanı, təhsildə İKT, biznesdə İKT,
e-dövlət və s. götürülə bilər);
Hər bir sahə üzrə qiymətləndirilməsi aparılacaq parametrlərin müəy-
yənləşdirilməsi;
Hər bir parametr üçün kəmiyyət və keyfiyyət indikatorlarının seçilməsi;
Parametrlərin qiymətləndirilməsi üçün metrikanın verilməsi.
Əvvəlcə indikatorlar analiz edilir və parametrlər qiymətləndirilir. Daha sonra
parametrlərin alınmış qiymətlərinin əsasında sahələrin monitorinqi aparılır. Sonda
sahələrin inkişaf səviyyəsi ilə ölkənin elektron hazırlığının səviyyəsi müəyyən edilir.
İnformasiya cəmiyyəti problemləri, №2, 2010
32 www.jpis.az
Ümumiyyətlə, beynəlxalq təcrübədə Harvard metodologiyasından fərqli olaraq,
elektron hazırlığın qiymətləndirilməsi üçün mövcud metodikaya əlavə indikatorlar daxil
edilir. Məsələn, Elektron Avropa Proqramı çərçivəsində Avropada İC-nin inkişafının
monitorinqi üçün əlavə indikatorlardan istifadə olunur. Onu da qeyd etmək lazımdır ki,
Elektron Azərbaycan Dövlət Proqramı çərçivəsində elektron hazırlığın monitorinqi üçün
bu metodikaya beynəlxalq təcrübədə istifadə olunan indeks və indikatorlar əlavə oluna
bilər. Bu cür yanaşma ölkənin regionda tutduğu mövqeni təyin etməyə, eləcə də, ayrı-ayrı
indikatorlar səviyyəsində monitorinqin aparılmasına imkan verir və bu, müəyyən sahənin
inkişaf siyasətinin formalaşdırılması üçün güclü vasitə rolunu oynayır.
Qabaqcıl dünya təcrübəsi nəzərə alınaraq, elektron hazırlığın qiymətləndirilməsini 2
mərhələyə ayırmaq olar: elektron inkişafın ilkin şərtləri və elektron inkişaf. Birinci
mərhələdə elektron inkişafın ilkin şərtləri kimi insan resursları və İKT-nin imkanlarından
istifadə indikatorları, ikinci mərhələdə isə təhsildə, biznesdə İKT-nin tətbiqi və e-dövlətin
hazırlığının qiymətləndirilməsi indikatorları əsas götürülür.
Şəkil 1. E-hazırlığın qiymətləndirilməsi indeksi və indikatorları
Ümumiyyətlə, İC-nin inkişaf strategiyasının yerinə yetrilməsində xüsusən e-dövlətin
formalaşdırılması və inkişafının qiymətləndirilməsi indikatoru mühüm əhəmiyyət kəsb
edir. E-dövlətin tətbiq edilməsində dövlətin hazırlığının qiymətləndirilməsi üçün insan
resursu (Human Capital), telekommunikasiya infrastrukturu (Telecommunications
Infrastructure) və Şəbəkə resurslarından istifadə indeksi istifadə olunur. Hər bir indeks
üzrə uyğun indikatorlar müəyyən edilmişdir. İndeks və indikatorların struktur sxemi Şəkil
1-də göstərilmişdir [3-6,15].
Qeyd etmək lazımdır ki, elektron hazırlığın qiymətləndirilməsi ilə yanaşı, ölkədə
İC-nin inkişaf strategiyasının və e-dövlət proqramlarının həyata keçirilməsinə dair cari
vəziyyətin monitorinqinin aparılması mühüm məsələlərdən biridir. Bu məqsədlə ölkənin
Dostları ilə paylaş: