4. RƏQƏM MİKROSXEMLƏRİ, NÖVLƏRİ, PARAMETRLƏRİ VƏ TƏTBİQ SAHƏLƏRİ
4.1.Rəqəm qurğularının xüsusiyyətləri, növləri və işarələnmə qaydası
Мikrоеlеktrоnikanın inkişafi kiçik ölçülü уüksək еtibarlı və уüksək səmərəli rəqəm intеqral sхеmlər (RİS) əsasında yеni hеsablama qurğularının yaranmasına səbəb оlmuşdur. Bu quгğuların artırılması və sərfеtmə gücünün azaldılması tələbləri уеni RİS-lərin yaradılmasına səbəb оlmuşdur.
Bütün rəqəm İS-ləri sadə rəqəm elementlərindən təşkil olunmuşdur. Sadə rəqəm elementlərinin əsasında istənilən mürəkkəbliyə malik olan rəqəm qurğularını realizasiya etmək olar. Bütün bunlar məntiq cəbrinin əsaslarının və rəqəm siqnallarının yadda saxlanılması metodlarının istifadəsi hesabına mümkün olur.
Rəqəm mikrosxemləri qurğularda əsasən, açar rejimində işləyirlər, bu İS-lərin əsas aktiv elementləri olan tranzistorlar yalnız ya açıq, ya da bağlı ola bilər.
Hal-hazırda aşağıda verilmiş növ məntiq elementlər əsasında qurulmuş rəqəm İS-ləri geniş istifadə olunurlar:
- Diod-tranzistor məntiqli (DTM);
- Tranzistor-tranzistor məntiqli (TTM, TTL);
- Şottki diodlu TTM (TTMŞ);
- MOY tranzistorlar (KMOY, CMOS) əsasında məntiqli;
Mikrosxemlər iki qrupa bölünür: analoq və rəqəm mikrosxemləri. Analoq mikrosxemləri analoq siqnallarla, rəqəm mikrosxemləri isə uyğun olaraq, rəqəm siqnalları ilə işləyirlər. Ən geniş tətbiq olunan rəqəm qurğuları: triggerlər, sayğaclar, registrlər, şifratorlar, deşifratorlar, multipleksorlar və mikrokontrollerlərdir.
Rəqəm, yaxud mikroprosessor mikrosxemi, onun elementi, yaxud komponenti, rəqəmli mikroyığım, onun elementi, yaxud komponenti prinsipial sxemlərdə uyğun standarta müvafiq olaraq şərti-qrafiki işarələrlə işarələnir. Sxemlərdə bu mikrosxemlərin şərti-qrafiki işarəsi çıxışlarının xətləri birləşdirilmiş düzbucaqlı şəklində olur və üç sahədən: əsas, və soldan və sağdan yerləşdirilən iki əlavə sahədən təşkil olunur (şək.1.1.).
Əsas sahədə elementin yerinə yetirdiyi funksiyanı göstərən işarə verilir. Əsas sahənin növbəti sətirlərində standart üzrə məlumat yerləşdirilir.
Mikrosxemlər müxtəlif korpuslarda buraxılırlar. Ən geniş yayılmış modifikasiyalar şəkildə göstərilmişdir.
Korpusda çıxış uclarının sayı 8,14,16,20,24,28,32,40,48, yaxud 56 ola bilər. Bu mikrosxemin markasından və funksional təyinatından asılıdır. Çıxış ucları arasındakı məsafə (addım) 2,5mm (SSRİ, Rusiya), yaxud, 2,54mm (xaricdə) təşkil edir. Ucların eni 0,5mm-ə yaxın olur.
Dostları ilə paylaş: |