tarix01.01.1970
ölçüsü
#437
Xəbər bülleteni № 13

http://transparency.az/cnews/



Ünvan: AZ1001, Bakı, Cəfər Cabbarlı, 16, mən. 7
Tel: (+994 12) 497 81 70; 497 68 15; Fax: (+994 12) 596 20 38
E-mail: info©transparency.az

Noyabr 2015

Seçki bitdi, qaliblər bəlli oldu

02.11.2015

sechki 2
Mərkəzi Seçki Komissiyası noyabrın 1-də keçirilmiş parlament seçkisinin ilkin nəticələrini açıqlayıb (Lider namizədlər). 125 seçki dairəsində deputat mandatı uğrunda 767 namizəd mübarizə aparıb. Seçkidə 22 siyasi partiya iştirak edib. Ölkə üzrə ümumi seçici fəallığı 55,7 faiz olub, 5 milyon 198 min 658 seçicidən 2 milyon 897 min 188-i səsverməyə qatılıb.

Transparency.az xəbər verir ki, ilkin nəticələrə görə, bu şəxslər Milli Məclisin deputatı seçilib:

1 saylı Şərur-Sədərək seçki dairəsi — Talıbov Vasif Yusif oğlu

2 saylı Şərur seçki dairəsi — Həbibbəyli İsa Əkbər oğlu

3 saylı Babək–Kəngərli-Naxçıvan seçki dairəsi — Mehbalıyev Səttar Suliddin oğlu

4 saylı Naxçıvan şəhər seçki dairəsi — İbrahimov Eldar Rza oğlu

5 saylı Şahbuz-Babək seçki dairəsi — Novruzov Siyavuş Dünyamalı oğlu

6 saylı Culfa–Babək seçki dairəsi — Həmzəyeva Ülviyyə Tapdıq qızı

7 saylı Ordubad-Culfa seçki dairəsi — Həsənquliyev Qüdrət Müzəffər oğlu

8 saylı Binəqədi birinci seçki dairəsi — Quliyev Azay Əjdər oğlu

9 saylı Binəqədi ikinci seçki dairəsi — Qafarov Kəmaləddin Nəsrəddin oğlu

10 saylı Binəqədi üçüncü seçki dairəsi — Musayev Madər Əliəsgər oğlu

11 saylı Qaradağ seçki dairəsi — Hüseynov Aydın Nəsir oğlu

12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsi — Zabelin Mixail Yuriyeviç

13 saylı Xəzər-Pirallahı seçki dairəsi — Əliyev Rauf Asif oğlu

14 saylı Xəzər seçki dairəsi — Əliyeva Mehriban Arif qızı

15 saylı Yasamal birinci seçki dairəsi — Quliyev Ülvi Zahid oğlu

16 saylı Yasamal ikinci seçki dairəsi — Mustafayeva Aytən İnqilab qızı

17 saylı Yasamal üçüncü seçki dairəsi — Həsənov Elşad Eldar oğlu

18 saylı Nərimanov-Nizami seçki dairəsi — Musabəyov Rasim Nəsrəddin oğlu

19 saylı Nərimanov birinci seçki dairəsi — Məmmədov Hikmət Baba oğlu

20 saylı Nərimanov ikinci seçki dairəsi — Əliyev Adil Abış oğlu

21 saylı Nəsimi birinci seçki dairəsi — İbrahimqızı Məlahət İbrahim

22 saylı Nəsimi ikinci seçki dairəsi — Mollazadə Asim Nazim oğlu

23 saylı Nəsimi-Səbail seçki dairəsi — Səmədzadə Ziyad Əliabbas oğlu

24 saylı Nizami birinci seçki dairəsi — Abdullayev Rövnəq İbrahim oğlu

25 saylı Nizami ikinci seçki dairəsi — Vəliyeva Sədaqət Süleyman qızı

26 saylı Sabunçu birinci seçki dairəsi — Mustafa Fazil Qəzənfər oğlu

27 saylı Sabunçu ikinci seçki dairəsi — Cəbrayılova Dilarə Məmmədağa qızı

28 saylı Sabunçu üçüncü seçki dairəsi — Quliyev Eldar Allahyar oğlu

29 saylı Səbail seçki dairəsi — Hacıyev Şəmsəddin Hümmət oğlu

30 saylı Suraxanı birinci seçki dairəsi — Fətəliyeva Sevinc Həbib qızı

31 saylı Suraxanı ikinci seçki dairəsi — Quliyev Fərəc İbrahim oğlu

32 saylı Suraxanı üçüncü seçki dairəsi — Abiyev Ağacan Qulam oğlu

33 saylı Xətai birinci seçki dairəsi — Mirələmov Hüseynbala Fazil oğlu

34 saylı Xətai ikinci seçki dairəsi — Muradov Fuad Rauf oğlu

35 saylı Xətai üçüncü seçki dairəsi — Əlizadə Araz Məmməd Mübariz oğlu

36 saylı Xətai dördüncü seçki dairəsi — Seyidov Səməd İsmayıl oğlu

Gəncə şəhərinin 37 saylı Nizami birinci seçki dairəsi — Kərimzadə Pərvin Orxan qızı

38 saylı Nizami ikinci seçki dairəsi — Həmzəyev Naqif Ələşrəf oğlu

39 saylı Kəpəz birinci seçki dairəsi — Fətiyev Xanlar Nuru oğlu

40 saylı Kəpəz ikinci seçki dairəsi — Quliyev Musa İsa oğlu

41 saylı Sumqayıt birinci seçki dairəsi — Xəlilov Mirzəcan Mirzəmməd oğlu

42 saylı Sumqayıt ikinci seçki dairəsi – Mirkişili Tahir Famil oğlu

43 saylı Sumqayıt üçüncü seçki dairəsi — Babayev Muxtar Bahadır oğlu

44 saylı Sumqayıt-Xızı seçki dairəsi — Salayev Hacı Hacıbaba oğlu

45 saylı Abşeron seçki dairəsi — Əsədov Oqtay Sabir oğlu

46 saylı Şirvan seçki dairəsi — Cəbrayılov Rafael Kamil oğlu

47 saylı Mingəçevir seçki dairəsi — Mirzəzadə Aydın Böyükkişi oğlu

48 saylı Yevlax seçki dairəsi — Məmmədov İlham Kazım oğlu

49 saylı Yevlax-Mingəçevir seçki dairəsi — Hüseynli Əli Məhəmməd oğlu

50 saylı Abşeron-Qobustan seçki dairəsi — Xanlarova Zeynəb Yəhya qızı

51 saylı Qusar seçki dairəsi – Badamov Azər Camal oğlu

52 saylı Quba seçki dairəsi — Əhmədov Vahid Qazıməmməd oğlu

53 saylı Quba-Qusar seçki dairəsi — Abramov Yevda Sasunovuç

54 saylı Şabran-Siyəzən seçki dairəsi — Süleymanov Tahir Süleyman oğlu

55 saylı Xaçmaz şəhər seçki dairəsi — Səlimov Eldəniz Adil oğlu

56 saylı Xaçmaz kənd seçki dairəsi — Əliyev İlham Əli Səftər oğlu

57 saylı Kürdəmir seçki dairəsi — Məmmədov Müslüm Mürsəl oğlu

58 saylı Hacıqabul-Kürdəmir seçki dairəsi — Hüseynov Rafael Baba oğlu

59 saylı Salyan seçki dairəsi — Hüseynov Əliağa İzzət oğlu

60 saylı Salyan-Neftçala seçki dairəsi — Ağamalı Fəzail Rəhim oğlu

61 saylı Neftçala seçki dairəsi — Rəhimzadə Arif Qafar oğlu

62 saylı Saatlı seçki dairəsi – Amaşov Əflatun Əhməd oğlu

63 saylı Sabirabad birinci seçki dairəsi — Quliyev Elçin Bəybala oğlu

64 saylı Sabirabad ikinci seçki dairəsi — Xəlilov Rüstəm Gülabba oğlu

65 saylı Saatlı-Sabirabad-Kürdəmir seçki dairəsi — Əmiraslanov Əhliman Tapdıq oğlu

66 saylı Biləsuvar seçki dairəsi — Kazımlı Xanhüseyn Hüseynağa oğlu

67 saylı Cəlilabad şəhər seçki dairəsi — Həsənov Malik Əvəz oğlu

68 saylı Cəlilabad kənd seçki dairəsi — Kazımov Mirkazım Məhəmməd oğlu

69 saylı Cəlilabad-Masallı-Biləsuvar seçki dairəsi — İbrahimli Fəzail Fehruz oğlu

70 saylı Masallı şəhər seçki dairəsi — Əliyev Nəriman Əlibala oğlu

71 saylı Masallı kənd seçki dairəsi — Axundova Elmira Hüseyn qızı

72 saylı Yardımlı-Masallı seçki dairəsi — Qasımlı Musa Cəfər oğlu

73 saylı Lənkəran şəhər seçki dairəsi — Quliyev Rüfət Atakişi oğlu

74 saylı Lənkəran kənd seçki dairəsi — Rəcəbli Hadı Musa oğlu

75 saylı Lənkəran-Masallı seçki dairəsi — Paşazadə Cavanşir Hümmət oğlu

76 saylı Lənkəran-Astara seçki dairəsi — Əsgərov Ziyafət Abbas oğlu

77 saylı Astara seçki dairəsi — Mahmudov Rəşad Məmmədqulu oğlu

78 saylı Lerik seçki dairəsi — Məmmədov İqbal Nəriman oğlu

79 saylı İmişli seçki dairəsi — Qasımov Əsabil Qarakişi oğlu

80 saylı İmişli-Beyləqan seçki dairəsi — Qənizadə Çingiz Aşralı oğlu

81 saylı Beyləqan seçki dairəsi — İsmayılov Şahin Əmir oğlu

82 saylı Ağcabədi seçki dairəsi — Rzayev Tahir Musa oğlu

83 saylı Ağcabədi-Füzuli seçki dairəsi — Abbasov Aqil Məhəmməd oğlu

84 saylı Füzuli seçki dairəsi — Muradova Bahar Əvəz qızı

85 saylı Şamaxı seçki dairəsi — Süleymanov Elxan Sirac oğlu

86 saylı İsmayıllı seçki dairəsi — Aslanov Novruzəli Davud oğlu

87 saylı Ağsu-İsmayıllı seçki dairəsi — Kərimli Tahir Zayıdağa oğlu

88 saylı Göyçay seçki dairəsi — Hacıyev Sabir Kamal oğlu

89 saylı Göyçay-Ağdaş seçki dairəsi – Nəsirov Elman Xudam oğlu

90 saylı Ağdaş seçki dairəsi — Əsədullayev Çingiz Rauf oğlu

91 saylı Ucar seçki dairəsi – Hüseynov Vüsal Əfqan oğlu

92 saylı Zərdab-Ucar seçki dairəsi — Əliyeva Jalə Fazil qızı

93 saylı Bərdə şəhər seçki dairəsi — Baxşəliyeva Gövhər Baxşəli qızı

94 saylı Bərdə kənd seçki dairəsi — Oruc Zahid Məhərrəm oğlu

95 saylı Tərtər seçki dairəsi — Alıyev Sahib Eyvaz oğlu

96 saylı Goranboy-Naftalan seçki dairəsi — Aslanov Mahir Məhəmmədəli oğlu

97 saylı Goranboy-Ağdam-Tərtər seçki dairəsi — Vəliyev Ağalar İsrafil oğlu

98 saylı Şəmkir şəhər seçki dairəsi — Qafarova Sahibə Əli qızı

99 saylı Şəmkir kənd seçki dairəsi — Əliyeva Sona Sakit qızı

100 saylı Şəmkir-Daşkəsən seçki dairəsi — Bayramov Kamran Fərhad oğlu

101 saylı Göygöl-Daşkəsən seçki dairəsi — Rzayev Rövşən Şükür oğlu

102 saylı Samux-Şəmkir seçki dairəsi — Ələsgərov Valeh Feyruz oğlu

103 saylı Gədəbəy seçki dairəsi — Hüseynova Sevinc Əmirəhməd qızı

104 saylı Gədəbəy-Tovuz seçki dairəsi — Məmmədhəsənov Rafiq Musa oğlu

105 saylı Tovuz seçki dairəsi — Paşayeva Qənirə Ələsgər qızı

106 saylı Tovuz-Qazax-Ağstafa seçki dairəsi — Ağayeva Ülviyyə Cavanşir qızı

107 saylı Qazax seçki dairəsi — Nəbizadə Kamran Telman oğlu

108 saylı Ağstafa seçki dairəsi — Cəfərov Nizami Qulu oğlu

109 saylı Balakən seçki dairəsi — Məhəməliyev Nəsib Məhəmməd oğlu

110 saylı Zaqatala seçki dairəsi — Musayev Elşən Məmmədhənifə oğlu

111 saylı Zaqatala-Balakən seçki dairəsi — Əliyeva Kamilə Əliağa qızı

112 saylı Qax seçki dairəsi — Kərimli Azər Şəmşid oğlu

113 saylı Şəki şəhər seçki dairəsi — Mahmudov Yaqub Mikayıl oğlu

114 saylı Şəki kənd birinci seçki dairəsi — Məsimli Əli Əhməd oğlu

115 saylı Şəki kənd ikinci seçki dairəsi — Feyziyev Cavanşir Əyyub oğlu

116 saylı Qəbələ seçki dairəsi — Heydərov Fəttah Səməd oğlu

117 saylı Oğuz-Qəbələ seçki dairəsi — Naxçıvanlı Aqiyə Həbib qızı

118 saylı Ağdam şəhər seçki dairəsi — Əliyev Bəxtiyar Həmzə oğlu

119 saylı Ağdam kənd seçki dairəsi — Sadıqov Bəxtiyar Yusif oğlu

120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsi — Şahverdiyev Astan Nuşirəvan oğlu

121 saylı Laçın seçki dairəsi — Abbaszadə Mahir Tapdıq oğlu

122 saylı Xankəndi seçki dairəsi — Qasımova Flora Qasım qızı

123 saylı Kəlbəcər seçki dairəsi — Qurbanov Cavid Qənbər oğlu

124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd seçki dairəsi — Məmmədov Elman Camal oğlu

125 saylı Zəngilan-Qubadlı seçki dairəsi — İsmayılov İmamverdi İbiş oğlu.

Türkiyədə hakim partiya hökumət qurmaq hüququ qazandı

02.11.2015

akp 1
Türkiyədə noyabrın 1-də keçirilmiş parlament seçkisi hakim Ədalət və İnkişaf Partiyasının inamlı qələbəsi ilə başa çatıb. Transparency.az xəbər verir ki, Ədalət və İnkişaf Partiyası 550 yerlik parlamentdə 316 mandat əldə edərək təkbaşına hökumət qurmaq hüququ qazanıb.

Parlamentə düşən digər partiyalar belə sıralanıb:

Cümhuriyyət Xalq Partiyası — 134 mandat

Xalqların Demokratik Partiyası — 59 mandat

Milliyyətçi Hərəkat Partiyası — 41.

Bu il iyunun 7-si Türkiyədə yeni parlament seçilmiş, Ədalət və İnkişaf Partiyası 258 deputat yeri qazanmışdı. Cümhuriyyət Xalq Partiyası 132 deputat yeri götürmüş, Milliyyətçi Hərəkat Partiyası və Xalqların Demokratik Partiyası hərəyə 80 mandat almışdı. Hökumət qurmaq mümkün olmadığına görə Türkiyə yeni seçkiyə getməli olmuşdu.

Milli Məclisin 27 yeni deputatı var (Siyahı)

02.11.2015



mm 1
1 noyabr parlament seçkisinin ilkin nəticələrinə görə, Milli Məclisdə 27 yeni deputat var. Transparency.az siyahını təqdim edir:

6 saylı Culfa–Babək seçki dairəsi: Ülviyyə Həmzəyeva

9 saylı Binəqədi ikinci seçki dairəsi: Kəmaləddin Qafarov

11 saylı Qaradağ seçki dairəsi: Aydın Hüseynov

17 saylı Yasamal üçüncü seçki dairəsi: Elşad Həsənov

19 saylı Nərimanov birinci seçki dairəsi: Hikmət Məmmədov

27 saylı Sabunçu ikinci seçki dairəsi: Dilarə Cəbrayılova

35 saylı Xətai üçüncü seçki dairəsi: Araz Əlizadə

37 saylı Nizami (Gəncə) birinci seçki dairəsi: Pərvin Kərimzadə

38 saylı Nizami ikinci seçki dairəsi: Naqif Həmzəyev

41 saylı Sumqayıt birinci seçki dairəsi: Mirzəcan Xəlilov

42 saylı Sumqayıt ikinci seçki dairəsi: Tahir Mirkişili

55 saylı Xaçmaz şəhər seçki dairəsi: Eldəniz Səlimov

57 saylı Kürdəmir seçki dairəsi: Müslüm Məmmədov

62 saylı Saatlı seçki dairəsi: Əflatun Amaşov

63 saylı Sabirabad birinci seçki dairəsi: Elçin Quliyev

77 saylı Astara seçki dairəsi: Rəşad Mahmudov

81 saylı Beyləqan seçki dairəsi: Şahin İsmayılov

87 saylı Ağsu-İsmayıllı seçki dairəsi: Tahir Kərimli

89 saylı Göyçay-Ağdaş seçki dairəsi: Elman Nəsirov

91 saylı Ucar seçki dairəsi: Vüsal Hüseynov

99 saylı Şəmkir kənd seçki dairəsi: Sona Əliyeva

100 saylı Şəmkir-Daşkəsən seçki dairəsi: Kamran Bayramov

106 saylı Tovuz-Qazax-Ağstafa seçki dairəsi: Ülviyyə Ağayeva

107 saylı Qazax seçki dairəsi: Kamran Nəbizadə

109 saylı Balakən seçki dairəsi: Nəsib Məhəməliyev

110 saylı Zaqatala seçki dairəsi: Elşən Musayev

121 saylı Laçın seçki dairəsi: Mahir Abbaszadə.

Parlamentə hansı partiyalar düşdü?

02.11.2015



sechki yeniHakim Yeni Azərbaycan Partiyası 1 noyabr seçkisinin ilkin nəticələrinə görə, parlamentə 71 deputat keçirib. Transparency.az xəbər verir ki, Milli Məclisə düşən digər partiyalardan yalnız Vətəndaş Həmrəyliyi Partiyası 2 mandat ala bilib.

Ana Vətən Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Demokratik İslahatlar Partiyası, Böyük Quruluş Partiyası, Vətəndaş Birliyi Partiyası, Sosial Rifah Partiyası, Sosial Demokrat Partiyası, Vəhdət Partiyası, Demokratik Maarifçilik Partiyası və Milli Dirçəliş Hərəkatı Partiyası hərəyə 1 mandat qazanıblar.

Neft Fondu valyuta satışını dayandırmayıb

02.11.2015



neft fonduDövlət Neft Fondu (ARDNF) valyuta satışını dayandırması barədə iddialarla bağlı açıqlama yayıb. Fonddan Transparency.az-a verilən məlumatda bildirilir ki, ARDNF valyuta satışını Maliyyə Nazirliyinin təqdim etdiyi qrafikə uyğun həyata keçirir: “ARDNF-nin öhdəliklərindən biri də dövlət büdcəsinə illik əsasda ödənilməli olan transfertlərin vaxtlı-vaxtında və düzgün şəkildə həyata keçirilməsidir. Fondun bütün daxilolmaları xarici valyutalarda, o cümlədən ABŞ dollarında baş tutur və bu valyutanın Azərbaycan manatına mübadilə edilməsi zərurəti yaranır. Bu məqsədlə ARDNF hər il üçün Maliyyə Nazirliyindən təqdim olunan qrafikə uyğun olaraq ölkədə fəaliyyət göstərən ən nüfuzlu banklarla müvafiq valyuta əməliyyatları həyata keçirir. Bütün əməliyyatlar Mərkəzi Bankıın hər gün üçün müəyyən etdiyi rəsmi məzənnə əsasında baş tutur”.

Müxalif qüvvələr təkrar seçki istəyir

02.11.2015

sechki - 3Müsavat Partiyası 1 noyabr parlament seçkisi (Namizədlərin səs faizləri) ilə bağlı ilkin rəyini açıqlayıb. Qeyd olunur ki, seçki demokratik, azad və ədalətli seçkilər üçün qanunvericilik bazasının olmadığı, azad siyasi rəqabət şəraitinin və bərabərhüquqlu təbliğat imkanları prinsipinin təmin edilmədiyi şəraitdə keçirilib: “Siyasi məhbuslar azadlığa buraxılmayıb, fundamental hüquq və azadlıqlar təmin edilməyib. Seçkilər hakimiyyətin tam nəzarəti, cəmiyyət üzərinə total basqıları altında keçirildiyi üçün ölkədə seçki ab-havası hiss olunmayıb. Seçki kampaniyası dövründə və seçki günü çoxsaylı saxtakarlıqlara və qanun pozuntularına yol verilib, nəticələr barədə protokollar seçki qutularında olan bülletenlərin sayılması yolu ilə deyil, yuxarıdan diktə edilmiş uydurma rəqəmlərlə tərtib edilib.

Müsavat Partiyası antidemokratik şəraitdə, hakimiyyətin tam nəzarəti altında olan seçki komissiyaları tərəfindən, bərabər siyasi rəqabət və təbliğat imkanları prinsipini kobud surətdə pozmaqla, faktiki olaraq alternativsiz keçirilmiş, cəmiyyətin etimad göstərmədiyi 1 noyabr 2015-ci il seçkisinin nəticələrini tanımır, seçkinin nəticələrinin ləğvini və təkrar seçkilərin keçirilməsini tələb edir”.

Transparency.az-ın məlumatına görə, Respublikaçı Alternativ (REAL) Hərəkatı da Milli Məclisə seçki ilə bağlı bəyanat verib. Bəyanatda deyilir: “Noyabrın 1-də keçirilən seçki Azərbaycanın müstəqillik tarixində ən çox saxtakarlığa yol verilən seçkilərdən oldu. Kütləvi saxtakarlıq hər dairədə, hər məntəqədə həyata keçirildi”.

REAL seçkinin nəticələrini tanımayacağını vurğulayır: “Tələb edirik ki, siyasi məhbuslar tezliklə azad edilsin, ölkədə azad və rəqabətli siyasi mühit yaradılsın, qeydə alınmış hər bir namizədə pulsuz efir vaxtının verilməsi üçün və seçkilərə ədalətli nəzarət sistemini yaratmaq üçün qanunvericilikdə dəyişikliklər edilsin, bütün bunlardan sonra 2016-cı ildə Azərbaycanda təkrar parlament seçkisi keçirilsin”.

Sağlıq durumu: Azərbaycan 145 ölkə arasında 87-cidir

02.11.2015



sagliq“Bloomberg” agentliyi BMT-nin, Dünya Bankının və Dünya Səhiyyə Təşkilatının göstəricilərinə əsaslanaraq ölkələrin sağlıq durumu reytinqini tərtib edib. 145 ölkəni əhatə edən reytinq əhalinin orta ömür müddəti, ölümlərin səbəbi, ekoloji vəziyyət və s. faktorlar əsasında hazırlanıb.

Transparency.az bildirir ki, Azərbaycan 87-ci sırada qərar tutur. Qonşu ölkələrdən Gürcüstan 71-cü, Ermənistan 79-cu, Rusiya 97-cidir.

Ən sağlam ölkə Sinqapur sayılıb. İlk beşlikdə Italiya, Avstraliya, İsveçrə, Yaponiya da yer alır.

Reytinqin son sırasında Svazilend qərarlaşıb.

Reytinq cədvəli

Nazir kadr dəyişiklikləri aparıb

02.11.2015

fazil-memmedovVergilər naziri Fazil Məmmədov kadr dəyişiklikləri aparıb. Nazirlikdən Transparency.az-a verilən məlumata görə, Bakı Vergilər Departamentinin rəisi Habil Məmmədov nazirliyin İqtisadi Təhlil və Sahibkarlıq Subyektlərinin Dövlət Qeydiyyatı Baş İdarəsinin rəisi, vergilər nazirinin audit və operativ nəzarət sahələri üzrə müşaviri İlqar Əhmədov Bakı Vergilər Departamentinin rəisi, vergilər nazirinin müşaviri Zaur Fətizadə Bakı Vergilər Departamenti rəisinin 1-ci müavini, İqtisadi Təhlil və Sahibkarlıq Subyektlərinin Dövlət Qeydiyyatı Baş İdarəsinin rəisi İlkin Vəliyev Bakı Vergilər Departamenti rəisinin müavini, Bakı Vergilər Departamentinin rəisinin 1-ci müavini Raqif Qurbanov Bakı Vergilər Departamenti rəisinin müavini vəzifələrinə keçirilib.


Yüklə

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin