4cü sinif sınaq Azərbaycan dili (tətil tapşırıqları)
Uğurlar
😀
1.Əvəzliyin hər məna növünə aid bir cümlə yaz.(10bal)
2.Qoşma,Ədat,Bağlayıcı,Modal sözlər,Nida hər birinin işləndiyi cümlə yaz(10bal)
3.İki feili birləşmə,iki ismi birləşmə yaz.(10bal)
4.İsmin hansi hallarında k-y,q-ğ əvəzlənməsi baş verir?(10bal)
Nümunə yaz:
5.Omonim və çoxmənalı sözlərin fərqli xüsusiyyətləri hansılardır?(10bal)
6.Sifət, əsasən,hansı nitq hissələrindən düzəlir?(10bal)
Nümunə yaz:
7.Bitişdirici samitlərin işləndiyi 5söz yaz.(10bal)
8.Açıq rəng,daha gözəl,ən maraqlı,çox ağıllı,tünd xasiyyət -sifətlərin hansı dərəcədə
olduğunu yaz.(10bal)
9."Ən ağıllı şagirdlər bizim sinifdədir".Cümləsini sintaktik təhlil et,cümlə üzvlərinin
ardıcıllığını yaz.(10bal)
10.Düzəltmə qeyri-müəyyən əvəzliklər yaz.(10bal)
11.Elə sözlər yaz ki,işarə əvəzlikləri sifəti əvəz etsin.(10bal)
12. 10 dənə leksik şəkilçili söz yaz.(10bal)
13.Leksik və qrammatik omonimlərin hər birinə aid 5nümunə yaz.(10bal)
14. "25,150,56,120,300"ədədlərini Roma rəqəmləri ilə yaz.(10bal)
15.Bir sual da sən əlavə et
😀
Maraqlı və çətin olsun.Cavabı yazmağı unutma.(10bal)