5 -ci sinif. Azərbaycan tarixindən mövzular üzrə testlər Elmar Əlövsət oğlu İbadov



Yüklə 223,33 Kb.
tarix02.01.2022
ölçüsü223,33 Kb.
#41649

5 -ci sinif.Azərbaycan tarixindən mövzular üzrə testlər

.......................Elmar Əlövsət oğlu İbadov.....................


Mövzu-34.Cəlil Məmmədquluzadə - "Molla Nəsrəddin"

1.Meydanda gəzən kişi uşağın hansı sözləri deyib qışqırdığını eşitdi?

2.Uşaqdan jurnalı alan adamın diqqətini jurnalın üz qabığındakı hansı təsvir cəlb etdi ?

3.Ayaq üstə dayanan molla adamlara müraciətində nə deyirdi?

4." Molla Nəsrəddin" jurnalı neçənci ildə çapdan çıxmışdır?(gün,ay,il)

5." Molla Nəsrəddin" jurnalının redaktoru hansı böyük Azərbaycan yazıçısı olmuşdur?

6.Qəzet və jurnallara rəhbərlik edən adam necə adlanır?

7.Cəlil Məmmədquluzadə harda və neçənci ildə anadan olmuşdur?

8. Qori şəhəri harda yerləşir?

9.Cəlil Məmmədquluzadə ilk təhsilini harda almışdır?

10.Qori müəllimlər seminariyasını bitirdikdən sonra Cəlil Məmmədquluzadə bir müddət Naxçıvanın hansı kəndlərində müəllimlik etmişdir?

11. Cəlil Məmmədquluzadənin hansı povesti vardır?

12. Cəlil Məmmədquluzadənin hansı hekayələri vardır?

13. Cəlil Məmmədquluzadənin hansı dramları olmuşdur?

14. Cəlil Məmmədquluzadə özünün povest,hekayə və dramlarında Azərbaycan xalqının hansı məsələləir öz əksini tapmışdır?

15. Cəlil Məmmədquluzadə maarifpərvər ziyalıları ətrafına toplayıb hansı jurnalı nəşr etdirdi?

16.Molla Nəsrəddin jurnalı xalqı nəyə səsləyirdi?

17.Molla Nəsrəddin jurnalı hansı şəhərlərdə nəşr olunmuşdur?

18. Cəlil Məmmədquluzadə hansı adı özünə təxəllüs götürmüşdür?

19.Molla Nəsrəddin qədim dövrlərdən bəri Şərqdə nəyin rəmzi sayılırdı?

20.Mətni tamamlayın.

"Molla Nəsrəddin" jurnalı __________ məsələlərinə xüsusi fikir verir,qadınların ________ kimi çıxış edirdi.O,_________ təhsilinin qayğısına qalırdı.Onların ________ çalışırdı.

21."Molla Nəsrəddin"jurnalından olan bu karikaturada əsas fikir nədən ibarət idi?

22. Mətni tamamlayın.

_______________ Azərbaycanda, eləcə də bütün ________ dünyasında və Yaxın ________ nəşr olunan ilk satira jurnalı idi.

23.Hansı jurnalın təsiri ilə bəzi türk-müsəlman ölkələrində də köhnəliyi,geriliyi və cəhaləti tənqid edən jurnallar çıxmağa başladı?

24.Cəlil Məmmədquluzadə neçənci ildə və harada vəfat etmişdir?

25. "Molla Nəsrəddin"jurnalından olan bu karikaturada əsas fikir nədən ibarət idi?



26."Əkinçi qəzeti"ndən neçə il sonra "Molla Nəsrəddin" jurnalı nəşr olundu?

27."Molla Nəsrəddin" jurnalında hansı problemlərdən danışılırdı?

28.Eyler-Venn dioqramını tamamlayın.

H.Zərdabi (I) C.Məmmədquluzadə (II)

1."Əkinçi" qəzetini çap etdirmişdir 2." Molla Nəsrəddin" jurnalının redaktoru olmuşdur 3.Xalqın maariflənməsi üçün işlər görmüşdür 4.Zərdabda anadan olmuşdur 5.Aprelin 7-də jurnal dərc etdirmişdir

29."Molla Nəsrəddin"jurnalından olan bu karikaturada əsas fikir nədən ibarət idi?

30.H.Z.Tağıyevin Bakıya Şollar suyunu çəkdirməsindən neçə il sonra Molla Nəsrəddin jurnalı çapdan çıxıb?








Yüklə 223,33 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin