Sual 45
NGN şəbəkəsinin protokolları
NGN şəbəkəsinin strukturuna ən müasir IP texnologiyalar əsasında qurulmuş müxtəlif təyinatlı şəbəkələrin konvergensiyası ( Internet, DATA, ümumi istifadə edilən rabitə şəbəkələri və s.) formasında baxmaq olar. Uyğun olaraq NGN strukturunda internet (məsələn, IP, TCP, UDP, FTP, HTTP, SMTP, TCP/IP və digər protokollar) və ümumi istifadə edilən rabitə şəbəkələrinin protokolları (ÜKS7, EDSSI və V5 tipli protokol interfeysləri) istifadə olunur.
Digər tərəfdən NGN-də istifadə olunan bəzi protokollar əlverişli imkanları ilə ümumi istifadəli telefon şəbəkələri ilə multiservis şəbəkələri (Internet, NGN) arasında qarşılıqlı rabitənin təşkili üçün istifadə edilir. Beləliklə, NGN protokollarını şərti olaraq aşağıdakı kimi siniflərə bölmək olar (NGN texnologiyalı şəbəkə protokollarının təsnifatı):
İnternet şəbəkəsinin əsas protokolları IP, ICMP, TCP, UDP.
Nəqliyyat protokolları RTP, RTCP.
Siqnallaşma protokolları SIP, H.323, SIGTRAN, MEGACO/H.248, MGCP, RSVP, SCTP, ISUP, BICC, SCCP, INAP.
Marşrutlaşdırma protokolları RIP, IGRP, OSPF, ISIS, EGP, BGP, IDRP, TRIP.
İdarəetmə və sorğu xidməti protokolları SLP, OSP, LDAP, SNMP.
Xidmət servis protokolları FTP, SMTP, HTTP, G.xxx. , H.xxx. , T.37, T.38.IRP, NNTP.
Sual 46
Dostları ilə paylaş: |