Veriliş zamanı paketlərin gecikməsi (paket delay) və gözləmə vaxtı (latency), hər keçid vaxtı seriyalılıq gecikməsi, yayılma gecikməsi və kommutasiya gecikməsindən ibarət olur. Sadalanan gecikmə tipləri barəsində aşağıda məlumat verilir
Sual 55
Sual 56
Sual 57
Sual 58
SIGTRAN-ın arxitekturası
SIGTRAN texnologiyası RFC 2719-a uyğun olaraq özündə üç səviyyəni əks etdirir (şək. 6.4):
Internet protocolunu (IP-protokolu).
Şək.6.4. SIGTRAN-ın arxitekturası
SCTP (Stream Control Transmission Protocol) selinin idarə olunması üçün informasiya verilişi protokolunu. Bu protokol SP siqnallaşmasının son məntəqələri arasında siqnal məlumatlarının IP-şəbəkəsinə daşınmasını həyata keçirir. Siqnal rabitəsinin təşkili üçün bir son məntəqə digərinə özünün nəqliyyat adreslərinin siya-hısını təqdim edir (SCTP portuna uyğun IP-adreslərini). SCTP protokolu müxtəlif sellərdə siqnal məlumatlarını biri-birindən asılı olmayaraq qaydaya salmağa imkan verir və qəbulun təsdiq olun-ması, səhvsiz təkrarlama və s. ilə siqnal informasiyalarının daşın-masını təmin edir.
Uyğunlaşma səviyyəsini. Bu səviyyə protokollarla və yuxarı səviyyə tətbiqləri ilə interfeys təşkil edir. Bu tətbiqlər aşağıda olan daşınmaların IP- mühütündə, yaxud məlumatların ÜKS7 ailəsinin ənənəvi MTP protokolu ilə daşınmasını hiss etmir.
SCTP protokolu ÜKS7 ailəsinə aid olmayan digər növ siqnal trafiklərinin etibarlı çatdırılmasına imkan verir. Sigtran müxtəlif protokolların uyğunlaşma səviyyələrinə qoşulur, bu da SCTP üzrə siqnal məlumatlarını nəinki ÜKS7-yə, həm də Q.931 ISDN-ə yaxud V5.2-yə göndərməyə imkan verir.
SCTP-in məhz nəqliyyat protokolu kimi istifadə olunması onun-la izah olunur ki, UDP və TCP, ÜKS7 –in məlumat itgisinə və məlumatların növbəli hərəkət etməsinə olan ciddi tələblərə cavab vermir. Bu tələblər UDP-ni etibarsız olduğuna görə ciddi olaraq istifadə etməyə imkan vermir. TCP protokolu tələblərə daha yaxın-dır, lakin o da özünün zaman xarakteristikalarına görə yaramır: TCP məlumatların çatdırılma növbəsinə zəmanət vermir, çatdırılma kifayət qədər tez baş vermir. Bu onunla bağlıdır ki, öz vaxtında gəlməyən verilənlərin TCP protokolu ilə təklif olunan bloklaşma etibarsız gecikmə verir.
TCP protokolu verilən baytları izləyir və qəbul olunan baytları təsdiq edir. Bu baytyönümlü TCP protokolunun xarakterik cəhəti-dir. Bu protokol tətbiqlərin verilən məlumatların bütövlükdə izlən-məsinə narahatlıq yaradır.
TCP-portlarının fəaliyyət dairəsinin məhdud olması verilənlərin çox vacib hadisə olan çoxadresli daşınması məsələsini çətinləş-dirir. SCTP-in xeyrinə olan daha bir aspekt xidmətolunmada im-tinaya səbəb olan TCP-in zəifliyidir.
Uyğunlaşma səviyyəsi SCTP-in yuxarı səviyyə ilə qoşulmasını təmin edir. Bunların əksəriyyəti ÜKS7-yə, birinci növbədə, ISUP protokoluna, həm də iki digər növ siqnallaşmaya hesablanıb.
SCTP–in üzərində işləyən uyğunlaşma modullarının tərkibinə aşağıdakılar daxildir:
M2UA (MTP2-User Adaptation Layer) SCTP–in МТРЗ-ə uy-ğunlaşmasını təmin edir. Bu zaman standart МТРЗ protokolu məlumatların daşınmasını МТР2 əvəzinə SCTP və IP üzərindən reallaşdırmaqla IP şəbəkəsində istifadə oluna bilir. Məsələn, Soft-switch-də reallaşdırılan standart МТРЗ tətbiqi şəbəkə siqnal-laşmasının idarəetmə məlumatları ilə xarici ÜKS7 şəbəkəsilə mübadilə apara bilər. Beləliklə, ÜKS7-də olduğu kimi МТР2 öz xidmətlərini IP şəbəkəsində МТРЗ-ə, M2UA isə öz xidmətlərini МТРЗ-ə təqdim edir. M2UA, 2904 portunun qeyd olunmuş nöm-rəsinə malikdir (şək.6.5).
Şək.6.5. M2UA -nın strukturası
М2РА (МТР2 Peer-to-Peer Adaptation Layer) SCTP-in digər oblastda МТРЗ-ə uyğunlaşmasını təmin edir. M2UA-ya anloji olaraq МТРЗ, IP şəbəkəsinin qovşağında М2РА ilə informasiya mübadiləsi edir (şək.6.6).
Şək. 6.6. M2PA-ın struturası
M2UA və М2РА arasındakı fərq şəbəkə arxitekturasında onlar-ın rolları ilə təyin olunur: əgər Softswitch ÜKS7 şəbəkəsilə sadəcə olaraq ÜKS7 siqnallaşma terminalının hüquqi əsasında birləşirsə, onda M2UA-ın istifadə olunması kifayətdir. М2РА-ın istifadə etdiyi SG şlüzünün özü faktiki olaraq STP siqnallaşmasının tranzit məntəqəsidir, onda siqnallaşma məntəqəsinin şəxsi kodu var, o həm də yuxarı səviyyənin siqnallaşması funksiyasını SCCP funksiyası kimi yerinə yetirə bilər.
M3UA (МТРЗ-User Adaptation Layer) SCTP və ÜKS7-in МТРЗ xidmətlərini (məsələn, ISUP və SCCP) istifadə edən prot-okollar arasında interfeys yaradır (şək.6.7). Bu protokollar M3UA sayəsində tipik МТРЗ daşınmasını IP üzərində SCTP daşınmasının istifadə olunmasını hiss etmir. SUA (SCCP-User Adaptation Layer) – ÜKS7 ailəsinin SCCP protokolu ilə SCTP arasında interfeys yar-adır (şək.6.8).
IUA (ISDN Q.921-User Adaptation Layer) SCTP üzərindən işləyir və Q.931tövsiyəsi üzrə DSS1siqnallaşması üçün IP şəbəkə-si üzrə məlumatların şəffaf daşınmasını təmin edir (şək.6.9).
V5UA (V5-User Adaptation Layer) V5.2 protokolu üçün uyğun-laşma səviyyəsidir və üst SCTP kimi işləyir (şək. 6.10).
Şək.6.7. M3UA-ın strukturası
Şək.6.8. SUA-ın strukturası
Şək.6.9. IUA-ın strukturası
Şək.6.10. V5UA-ın strukturası
Sual 59
Uyğunlaşma səviyyəsi M3UA
M3UA-ın əsas məsələsi IР şəbəkəsində tətbiqlərə МТРЗ-ün, KS7 şəbəkəsində ISUP tətbiqlərinə xidmətlərin təqdim olunmasına analoji olaraq xidmətlərin təqdim olunmasıdır. Bu, Softswitch-ə ISUP tipli tətbiqin salınmasının vacib olduğunu göstərən yüxarıda verilən şək.6.7-dən daha təfsilatı ilə görünür. Softswitch bunu üm-umi halda bir neçə üsulla edə bilər. Məsələn, o SUP-u МТРЗ-ün,
M2UA-ın, (yaxud М2 РА), SCTР-in üzərindən, yaxud da ISUP-u M3UA-ın, SCTP-in üstündən reallaşdıra bilər. Bu iki üsulun ara-sındakı fərq МТРЗ funksiyasının real olaraq harada yerləşməsilə təyin olunur. Şəkil 6.7-də göstərilən ssenaridə adi МТРЗ protokolu SG şlüzlərində iştirak edir, M3UA isə sadəcə olaraq Softswitch-də ISUP tətbiqinə SG-də МТРЗ funksiyasına ISUP tətbiqinin МТРЗ funksiyasının lokal olmadığını hiss etmədən uzaq daxilolma təmin edir. Bu halda Softswitch ÜKS7-in malik olduğu koddan fərqli ola-raq siqnallaşma məntəqəsinin koduna malik ola bilər. Bu zaman SG STP-yə oxşar şəkildə işləyir və xarici ÜKS7 şəbəkəsilə STP kimi qəbul olunur. Xarici ÜKS7 şəbəkəsi Softswitch-ə daxilolma-nın bir və ya bir neçə SG STP məntəqəsindən baş verdiyi ÜKS7-in adi son məntəqəsi kimi baxır.
Sonrakı informasiyaları yaxşı başa düşmək üçün dərhal bir neçə anlayışlara baxaq:
AS tətbiqinin server tətbiqi adı altında müəyyən sahələrdə siq-nallaşmanı (məsələn, İSUP) emal edən məntiqi obyekt başa düşülür (məsələn, ÜKS7 DCP/OPC/CIC konkret diapazonlar üçün).
ASP (Application Server Process) tətbiqinin server prosesi özündə AS-in nümunəsini əks etdirir. AS serveri tətbiqlərin server prosesləri yığımına malikdir. Faktiki olaraq AS-ə proseslərinin bir hissəsi aktiv, digər hissəsi isə ehtiyatda qalan ASP-in siyahısı kimi baxmaq olar.
Marşrutlaşma açarı (Routing Key) özündə ÜKS7-in hər hansı bir AS üçün siqnallaşmanı təyin edən SLS, DPC, ОРС yaxud СIC diapazonu kimi parametrləri əks etdirir. Məsələn, əgər hər-hansı bir AS, müəyyən OPC/DPC/CIC diapazonu kombinasiyası üçün İSUP siqnallaşmasını emal etməlidirsə, onda bu kombinasiya həmin AS üçün marşrutlaşma açarıdır. SG hüdudunda hər bir marşrutlaşma açarı müəyyən bir AS-ə işarə verir. Baçqa sözlə desək, mar-şrutlaşma açarı və AS arasında bir qayda olaraq bir mənalı uyğun-luq mövcuddur.
Şəbəkənin (Network Appearance) təsviri- bu onun elə bir təs-viridir ki, o SCTP-in eyni bir birləşməsini istifadə edən SG və ASP arasındakı rabitə üçün lazım olan siqnal trafikini bütün trafiklər-dən ayrmağa imkan verir (məsələn, milli koda malik olan siq-nallaşma məntəqəsinin selini beynəlxalq kodlu seldən).
Hər bir ASP-yə siqnallaşma məntəqəsinin kodu ilə asossiya etmək vacibir. Lakin ASP prosesləri üçün məntəqələrin kodlarının təyinatı qəti olaraq çevikdir. Məsələn, müəyyən SG-yə birləşmiş ASP-lərin hamısı, məntəqənin, bu SG- də olan kodla eyni olan kod-unu birgə istifadə edə bilərlər. Bu halda SG və ASP proseslərinin kombinasiyası ÜKS7 şəbəkəsinə siqnallaşmanın vahid son məntə-qəsi kimi görünür. Yaxud da bir SG-yə birləşmiş ASP-lərin hamısı, bu SG-yə verilmiş siqnallaşma məntəqəsinin kodundan fərqli olan məntəqənin eyni bir koduna malik ola bilərlər. Bu halda SG, ÜKS7 şəbəkəsinə STР kimi, ümumi kodla birləşmiş ASP-lər isə bu STP-in arxasında yerləşmiş siqnallaşmanın vahid son məntəqəsi kimi görünəcəklər.
Kodların təyinatının daha bir variantı hər bir ASP-yə öz məntə-qə kodunun, yaxud ASP qrupuna SG-yə verilmiş koddan fərqli olan müxtəlif ümumi kodların verilməsi ola bilər. Bu halda SG, STP kimi, hər bir ASP (yaxud ASP proseslər qrupu) isə bir siqnallaşma məntəqəsi kimi görünür. İş ondadır ki, hər hansı ASP yaxud hər hansı ASP qrupu ÜKS7 şəbəkəsilə bir SG ilə deyil, iki SG üzərin-dən birləşə bilərlər, onda bu ASP yaxud bu ASP qrupu bu iku SG-in kodlarından fərqlənən məntəqə koduna malik olmalıdır. Belə ssenaridə SG şlüzü STP siqnallaşmasının tranzit məntəqəsi kimi işləyir. Bu primitivlər aşağıdakılardır:
müəyyən təyinat məntəqəsinə məlumatların daşınmasına sor-ğu vermək üçün yuxarı səviyyədən M3UA-ya MTP-Transfer req-uest verilir.
giriş məlumatlarını yuxarı səviyyəyə buraxmaq üçün M3UA MTP-Transfer indicationu istfadə edir.
müəyyən təyyinat məntəqəsinə siqnalların verilməsinin day-andırılması üçün M3UA yuxarı səviyyəyə MTP-Pause indication-u verir. Bu primitiv təyinat nəntəqəsi əl çatmaz olduqda istifadə olunur.
təyinat məntəqəsinə siqnallar verilişinin bərpa olunması üçün M3UA yuxarı səviyyəyə MTP-Resume indication verir.
ÜKS7 şəbəkəsində həddən artıq yüklənmə yaxud təyinat mən-təqəsində istifadəçi altsisteminin əlverişsiz olması kimi bir sıra dəyişiklik haqda məlumat vermək üçün M3UA yuxarı səviyyəyə MTP-Status indication verir.
Sual 60
Dostları ilə paylaş: |