6. Dövlətlərarası münasibətlərə transmilli korporasiyaların təsiri və hökumətlərin nəzarəti itirməsi problemi


Beynəlxalq münasibətlərə digər təsir variantı asılılıq və qarşılıqlı asılılığın yaradılmasıdır



Yüklə 17,41 Kb.
səhifə5/6
tarix10.05.2022
ölçüsü17,41 Kb.
#56968
1   2   3   4   5   6
muhazire6

Beynəlxalq münasibətlərə digər təsir variantı asılılıq və qarşılıqlı asılılığın yaradılmasıdır. İnsan hansısa ölçüdə kommunikasiyanın transmilli şəbəkəsindən, transmilli səyahətlərdən asılı haldadır. Hətta totalitar rejimlərdə belə əgər alimlər elmi planda geriləmək istəmirlərsə, onlara xarici jurnalları oxumaq və beynəlxalq konfranslarda iştirak etmək icazəsi verilir. Dövlətlərin özləri də xüsusən onlara gərəkli olanı- əmtəə, xidmətlər, informasiya, idarəçilik metodları, dini legitimliyi tədarük edən transmilli təşkilatlardan asılıdır. Hökumət məsələn, çox bahalı iqtisadi tədbirlər planlaşdırarsa, asılılıq siyasi müstəviyə keçir.

TMK-lar doğulduğu cəmiyyətlərdə söz sahibinə çevrilərək dövlətlərin daxilə yönələn maraqlarını elə formada dəyişə bilər ki, hökumətlərin yeridəcəyi iqtisadi siyasət onun özünə baha başa otursun.



Asılılıq və qarşılıqlı asılılıqların öhdəsindən gəlmə və bu məsələnin həlli böyük dövlətlərin baş ağrısına çevrilib. Kiçik və zəif dövlətlər müxtəlif dövlət siyasətlərinin dəyərini və onun həyata keçirilməsindən gələn faydaları qiymətləndirərək, digər ölkələrin mümkün cavab gedişlərini də hesaba qataraq özləri müstəqil qərar qəbul edə bilər. Güclü dövlətlər həm də onların yürütdüyü siyasətin transmilli münasibətlərə nə kimi təsiri olacağını da mütləq nəzərə almalıdır. Transmilli münasibətlərin bir sahəsində muxtariyyət digər böyük dövlətlərin cavab tədbirlərinə səbəb ola biləcəyi ehtimalı həmişə real olduğundan dövlət xadimləri ehtiyatla siyasət yürütməlidir. Beləliklə, transmilli münasibətlərin hökumət elitaları tərəfindən dərki – bir tərəfdən asılılıq və qarşılıqlı asılılıq arasında, digər tərəfdən də dövlət siyasəti arasında yerləşən ən əhəmiyyətli birləşdirici həlqədən ibarətdir. Transmilli münasibətlər prosesi gedişatında dövlətlər heç birinin nəzarət edə bilməyəcəyi qüvvələrdən asılı vəziyyətə çevrilir. Bu asılılıq, hər hansı bir dövlət digər dövlətə qarşı yeni təsir aləti fikirləşərsə, daha da güclənir. Bu zaman təqribən eyni siyasi çəkidə olan dövlətlərin biri digərinə qarşı mübarizədə üstünlük əldə edir.


Yüklə 17,41 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin