9 elbrus əLİzadə, NƏRMİNƏ seyfullayeva yelena şabanova, İRKƏn aktoprak ümumtəhsil məktəblərinin 9-cu sinfi üçün “Coğrafiya” fənni üzrə



Yüklə 17.6 Mb.
Pdf просмотр
səhifə1/20
tarix29.05.2017
ölçüsü17.6 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   20

9
ELBRUS ƏLİZADƏ, NƏRMİNƏ SEYFULLAYEVA 
YELENA ŞABANOVA
, İRKƏN AKTOPRAK
Ümumtəhsil məktəblərinin 9-cu sinfi üçün 
“Coğrafiya” fənni üzrə 
 
Dərsliklə bağlı rəy, irad və təkliflərin 
və 
derslik@edu.gov.az elektron ünvanlara göndərilməsi xahiş olunur. 
Əməkdaşlığınız üçün əvvəlcədən təşəkkür edirik!
MÜƏLLİM ÜÇÜN METODİK VƏSAİT 
Azərbaycan Respublikası Təhsil Nazirliyinin 
03.06.2016-cı il tarixli  369 №-li 
əmri ilə təsdiq olunmuşdur.
© Azərbaycan Respublikası Təhsil Nazirliyi – 2016
Müəlliflik hüquqları qorunur. Xüsusi icazə olmadan bu nəşri və 
yaxud onun hər hansı hissəsini yenidən çap etdirmək, surətini çıxarmaq, 
elektron informasiya vasitələri ilə yaymaq qanuna ziddir.
“Bakı” nəşriyyatı
bn@bakineshr.az 
9
ELBRUS ƏLİZADƏ, NƏRMİNƏ SEYFULLAYEVA 
İRKƏN AKTOPRAK, YELENA ŞABANOVA 
Ümumtəhsil məktəblərinin 9-cu sinfi üçün 
“Coğrafiya” fənni üzrə 
DƏRSLİK 
Dərsliklə bağlı rəy, irad və təkliflərin 
və 
derslik@edu.gov.az elektron ünvanlara göndərilməsi xahiş olunur. 
Əməkdaşlığınız üçün əvvəlcədən təşəkkür edirik!
Azərbaycan Respublikası Təhsil Nazirliyinin 
03.06.2016-cı il tarixli  369 №-li 
əmri ilə təsdiq olunmuşdur.
© Azərbaycan Respublikası Təhsil Nazirliyi – 2016
Müəlliflik hüquqları qorunur. Xüsusi icazə olmadan bu nəşri və 
yaxud onun hər hansı hissəsini yenidən çap etdirmək, surətini çıxarmaq, 
elektron informasiya vasitələri ilə yaymaq qanuna ziddir.
“Bakı” nəşriyyatı
bn@bakineshr.az 

HEYDƏR ƏLİYEV
AZƏRBAYCAN XALQININ ÜMUMMİLLİ LİDERİ
AZƏRBAYCAN RESPUBLİKASININ 
DÖVLƏT HİMNİ
Üzeyir Hacıbəylinin,
 Əhməd Cavadındır.
Azərbaycan! Azərbaycan!
Ey qəhrəman övladın şanlı Vətəni!
Səndən ötrü can verməyə cümlə hazırız!
Səndən ötrü qan tökməyə cümlə qadiriz!
Üçrəngli bayrağınla məsud yaşa!
Minlərlə can qurban oldu!
Sinən hərbə meydan oldu!
Hüququndan keçən əsgər
Hərə bir qəhrəman oldu!
Sən olasan gülüstan,
Sənə hər an can qurban!
Sənə min bir məhəbbət
Sinəmdə tutmuş məkan!
Namusunu hifz etməyə,
Bayrağını yüksəltməyə
Cümlə gənclər müştaqdır!
Şanlı Vətən! Şanlı Vətən!
Azərbaycan! Azərbaycan! 
Musiqisi 
sözləri

 
3
MÜNDƏRİCAT 
 
 
DƏRSLİYİN HAZIRLANMASI PRİNSİPLƏRİ ....................................................... 4 
DƏRSLİYİN MƏZMUNU VƏ STRUKTURU .......................................................... 6 
IX SİNİF ÜZRƏ MƏZMUN STANDARTLARI ....................................................... 11 
FƏNN ÜZRƏ MƏZMUN STANDARTLARININ REALLAŞMA CƏDVƏLİ ......... 13 
FƏNLƏRARASI İNTEQRASİYA CƏDVƏLİ .......................................................... 15 
İLLİK PLANLAŞDIRMA NÜMUNƏSİ .................................................................... 18 
ÜMUMİ TƏLİM FƏALİYYƏTİ BACARIQLARI,  
VƏRDİŞLƏRİ VƏ QABİLİYYƏTLƏRİ.................................................................... 19 
DƏRSİN GÜNDƏLİK PLANLAŞDIRILMASININ METODİKİ  
CƏHƏTDƏN HAZIRLANMASI TEXNOLOGİYASI ÜZRƏ TÖVSİYƏLƏR......... 21 
GÜNDƏLİK PLANLAŞDIRMA NÜMUNƏSİ.......................................................... 27 
MƏTNLƏ İŞ ÜSULLARI .......................................................................................... 30 
MÖVZULAR ÜZRƏ TƏLİM MATERİALLARI İLƏ  
İŞ TEXNOLOGİYASININ ŞƏRHİ ............................................................................ 34 
 
 
I BÖLMƏ 
YER KÜRƏSİNİN TƏBİƏTİ VƏ ONUN  
TƏSƏRRÜFAT ƏHƏMİYYƏTİ 
 
1. RELYEF VƏ ONUN TƏSƏRRÜFATA TƏSİRİ ......................................................40 
KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRMƏ NÜMUNƏSİ
.....................................60 
2. İQLİM VƏ ONUN TƏSƏRRÜFATDA ROLU.........................................................63 
KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRMƏ NÜMUNƏSİ
.....................................93
 
3. SU EHTİYATLARI VƏ ONLARIN İQTİSADİ ƏHƏMİYYƏTİ .............................96 
KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRMƏ NÜMUNƏSİ
.....................................118 
4. BİOEHTİYATLARIN MÜXTƏLİFLİYİ VƏ ONDAN İSTİFADƏ .........................120 
KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRMƏ NÜMUNƏSİ
.....................................141 
 
II BÖLMƏ 
CƏMİYYƏT VƏ İQTİSADİYYAT 
 
5. QƏDİM VƏ MÜASİR SİVİLİZASİYALAR ............................................................143 
KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRMƏ NÜMUNƏSİ
.....................................159 
6. DÜNYA ƏHALİSİNİN MÜXTƏLİFLİYİ ................................................................162 
KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRMƏ NÜMUNƏSİ
.....................................178
 
7. İQTİSADİ-SOSİAL HƏYAT VƏ ONUN İNKİŞAF YOLLARI...............................181 
KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRMƏ NÜMUNƏSİ
.....................................201 
TÖVSİYƏ OLUNAN MƏNBƏLƏR ...................................................................................203 
 

 
4
Dərsliyin hazırlanması prinsipləri  
 
IX sinif üçün Coğrafiya dərslik komplekti ümumi təhsil pilləsinin dövlət stan-
dartları və proqramları (kurikulumları) əsasında hazırlanmışdır. Dərslik komplekti 
coğrafiya fənn kurikulumunda əks olunan məzmun standartları və təlim nəticələri-
nə, təlim prosesinin təşkili qaydalarına, həmçinin qiymətləndirmə konsepsiyasına 
uyğundur.  
Dərslik hazırlanarkən onun aşağıdakı funksiyaları  və  təlim materialların təq-
dimolunma prinsipləri nəzərə alınmışdır:  
Öyrədici/inkişafetdirici funksiya –  şagirdlərin məntiqi, tənqidi, yaradıcı  təfək-
kürünün inkişafını, informasiya və kommunikasiya texnologiyaları ilə iş vərdişlə-
rinin formalaşdırılmasını nəzərdə tutur.  
Dərslik coğrafiya elminin əsaslarını  şərh etməklə yanaşı, təlim materialının 
mənimsənilməsi məqsədilə şagirdlərin müstəqil fəaliyyətini təşkil edir, öyrənməyi 
öyrədir. Dərsliklə iş zamanı özünütəlim, özünənəzarət, informasiyanın axtarılması 
və sistemləşdirilməsi, konspektləşdirilməsi, ümumiləşdirilməsi,  əsas anlayışların 
çıxarılması üçün zəruri olan bilik, bacarıq və  vərdişlər inkişaf etdirilir. Dərslik 
şagirdlərə formalaşan anlayışların, təsəvvürlərin, obrazların, öyrəndikləri qayda, 
qanun və  nəticələrin düzgünlüyünü müstəqil yoxlamağa imkan verir. Təlim 
materialları ilə iş şagirdləri bilik əldə etməyə və yaradıcı fəaliyyətə sövq edir, təd-
qiqetmə, proqnozvermə, ideyaların ümumiləşdirilməsi və təqdim edilməsi, təbiətdə 
və cəmiyyətdə baş verən hadisə və proseslərin təhlili və qiymətləndirilməsinə dair 
vərdişlərin formalaşdırılmasına imkan yaradır.  
Tərbiyəedici funksiya dərsliyin məzmununun  şagirdlərdə  mənəvi dəyərlərin 
formalaşmasına təsiri, dərsliklə  iş prosesində onlarda tolerantlıq, vətənpərvərlik 
hissi, zəhmətsevərlik, öz həyatında davamlı inkişaf konsepsiyası prinsiplərinə 
uyğun hərəkət etmək kimi şəxsi keyfiyyətlərin inkişafını nəzərdə tutur. Bütün bun-
lara dərsliyin məzmununun humanistləşdirilməsi, sosiallaşdırılması (ümumbəşəri 
dəyərlərə, inkişafın sosial istiqamətdə aparılmasına diqqət yetirilməsi) və ekoloji-
ləşdirilməsi (insanı onun yaşadığı mühitlə, həyatın bərpa olunması  şəraiti ilə  sıx 
əlaqədə nəzərdən keçirmək) yolu ilə nail olmaq olar. Bununla bərabər təklif olunan 
bir çox tapşırıqların yerinə yetirilməsi onların qrup və ya cütlər  şəklində yerinə 
yetirilməsini nəzərdə tutur, deməli, ünsiyyət qurma, birlikdə qərar qəbul etmə kimi 
vərdişlərin inkişafına imkan yaradır.  
İnformasiya prinsipi – şagirdləri vacib, müasir, dəqiq və lazımi həcmdə məlu-
matla təmin edir, onların dünyagörüşünü formalaşdırır.  
Transformasiyaedici (dəyişdirici) prinsip – dərslikdəki material şagirdlərin yaş 
xüsusiyyətləri və didaktik tələblər nəzərə alınaraq işlənmişdir və problemlilik, ya-
radıcı qavrama baxımından sadədir. Dərslikdəki mətn əsas anlayışların, nəticələrin 
izahı baxımından mümkün qədər sadəliyi və dəqiqliyi ilə seçilir.  
Sistemləşdirici prinsip – dərslikdəki material sistemli şəkildə, məntiqi və 
xronoloji ardıcıllıq nəzərə alınaraq verilmişdir.  
İnteqrasiya prinsipi – fiziki, iqtisadi və sosial coğrafiya, xəritəşünaslıq arasında 
inteqrasiyanın olması  şagirdlərə dünyada baş verən təbii, sosial-iqtisadi hadisə  və 

 
5
prosesləri, təbiət və  cəmiyyət arasında qarşılıqlı  əlaqələri daha dərindən dərk 
etməyə, insanın hərtərəfli fəaliyyəti və məskunlaşması üçün coğrafi mühit şəraitini 
qiymətləndirməyə imkan verir.  
Coğrafiya kursunun strukturunun əsas prinsiplərindən biri fəndaxili və fənləra-
rası əlaqənin nəzərə alınmasıdır. O, digər fənlərə aid olan bir sıra anlayışların məz-
muna daxil edilmədən onlara əsaslanmasına imkan verir. Dərslikdə, həmçinin ölkə-
şünaslıq prinsipi də nəzərə alınmışdır.  
Əyanilik prinsipi – materiallar üzərində iş prosesinə müxtəlif təlim vasitələrinin 
(xəritələr, slaydlar) cəlb edilməsinə imkan verir. Dərslik  şəkil, xəritə, sxem, 
diaqram, foto şəklində verilmiş zəruri illüstrasiyalarla təmin edilmişdir.  
 
Təlim prosesinin dərslikdə öz əksini tapmış metodoloji mərhələləri 
 
Materiallar izah edilərkən fəal dərsin mərhələləri nəzərə alınmışdır.  
 
 
 

 
6
 blokunda  verilən materiallar (şəkil, xəritə, sxem, sual və tapşırıqlar və s.) 
dərsdə motivasiyanın yaradılması üçün nəzərdə tutulmuşdur. Onlar şagirdlərdə 
yalnız maraq oyatmaq, onların idraki fəaliyyətini fəallaşdırmaq üçün deyil, eyni 
zamanda onların bilik və bacarıqlarının səviyyəsini müəyyən etməyə imkan verir.  
 blokunun materialları mövzunun izahını təmin edən mətndir.  
 blokunda  şəkil, sxem, cədvəl, qrafik, diaqramlardan müəllim  şagirdlərin 
tədqiqat fəaliyyətinin təşkil edilməsi məqsədilə istifadə edə bilər. 
Şagirdlərin təlim nailiyyətlərinin qiymətləndirilməsi üçün dərslikdə  hər 
paraqrafın və blokun sonunda sual və tapşırıqlardan ibarət hissə – 
 bloku 
materialları verilmişdir.  
 
bloku tapşırıqları yaradıcı tətbiqetmə məqsədilə hazırlanmış və məktəbdənkə-
nar vaxtda yerinə yetirilməsi, əlavə informasiyanın tədqiqi, təhlili, ümumiləşdiril-
məsi və təqdim edilməsi üçün nəzərdə tutulmuşdur.  
Metodiki vəsaitdə  şagirdlərin qiymətləndirilməsi və refleksiyasına dair 
tövsiyələr təqdim edilmişdir.  
 
DƏRSLİYİN MƏZMUNU VƏ STRUKTURU  
 
Dərslikdə təlim materialları aşağıdakı kimi qruplaşdırılmışdır.  
  
I bölmə. Yer kürəsinin təbiəti və onun təsərrüfat əhəmiyyəti
  
 
1. RELYEF VƏ ONUN TƏSƏRRÜFATA TƏSİRİ 
2. İQLİM VƏ ONUN TƏSƏRRÜFATDA ROLU  
3. SU EHTİYATLARI VƏ ONLARIN İQTİSADİ ƏHƏMİYYƏTİ  
4. BİOEHTİYATLARIN MÜXTƏLİFLİYİ VƏ ONDAN İSTİFADƏ  
 
II bölmə. Cəmiyyət və iqtisadiyyat 
 
5. QƏDİM VƏ MÜASİR SİVİLİZASİYALAR 
6. DÜNYA ƏHALİSİNİN MÜXTƏLİFLİYİ 
7. İQTİSADİ-SOSİAL HƏYAT VƏ ONUN İNKİŞAF YOLLARI 
 
DƏRSLİYİN FƏSİLLƏR ÜZRƏ MƏZMUNU 
 
Dərsliyin ilk iki mövzusu şagirdləri coğrafi informasiyanı  əldə etmək və onu 
təqdim etməyin müxtəlif üsulları ilə – xəritə-sxemlər, kartodiaqramlar, karto-
qramlarla tanış edir. Onlar yeni informasiya əldə edir və aşağı siniflərdə aldıqları 
biliklər əsasında məhəllin topoqrafik planını oxumaq vərdişinə yiyələnirlər.  
Birinci “RELYEF VƏ ONUN TƏSƏRRÜFATA TƏSİRİ” fəslində materiklərin 
relyefi, bütövlükdə Yerdə və ayrı-ayrı materiklərdə baş verən tektonik proses və ha-
disələr haqqında biliklər verilmişdir. Materiklərin relyefinin təsviri ilə yanaşı, şagird-
lərin diqqəti tektonik hərəkətlər nəticəsində baş verən təbii hadisələrin (sunami, qar 
uçqunu, daş uçqunu, sürüşmə və s.) iqtisadi cəhətdən qiymətləndirilməsinə yönəldilir. 

 
7
Şagirdlər Azərbaycan  ərazisinin tektonik quruluşu və geoloji inkişaf tarixində 
dəyişməsi nəticəsində baş verən relyef dəyişmələri haqqında məlumat əldə edirlər.  
İkinci fəsil – “İQLİM VƏ ONUN TƏSƏRRÜFATDA ROLU” iki blokdan 
ibarətdir. Birinci blokda şagirdlərə günəş radiasiyası, onun növləri, Yer kürəsində pay-
lanması haqqında məlumat verilir. Şagirdlərin planetin orbit xətti boyunca və öz oxu 
ətrafında hərəkətinin səbəb və  nəticələrinə dair nəzəri və praktiki bilikləri dərin-
ləşdirilir. Onlar günün uzunluğunun hesablanması, qurşaq vaxtının, günəş  şüalarının 
düşmə bucağının təyini, yer səthinə  gələn və ondan əks olunan günəş radiasiyasının 
miqdarının təyin edilməsinə dair praktik vərdişlərə yiyələnirlər. İkinci blokda şagirdlər 
hər bir materikin iqlim xüsusiyyətləri ilə tanış olurlar. İqlimin dövlətin iqtisadi 
inkişafına,  əhalinin təsərrüfat fəaliyyətinə  təsirinə xüsusi diqqət verilir və atmosfer 
hadisələrinin yaratdığı problemlər, onların həlli yollarına aid məlumatlar qeyd olunur. 
Materiallar elə təqdim olunmuşdur ki, şagirdlər yalnız nəzəri biliklər əldə etmir, həm 
də sinoptik və iqlim xəritələrini oxumaq vərdişlərinə yiyələnirlər.  
Üçüncü “SU EHTİYATLARI VƏ ONLARIN İQTİSADİ  ƏHƏMİYYƏTİ” 
fəsli  şagirdləri materiklərin, o cümlədən Azərbaycanın hidroenerji potensialı ilə 
tanış edir. Onlar çay sistemləri və göllər, onların təsərrüfatda istifadəsi haqqında 
məlumat  əldə edir, materiklərin su ehtiyatları ilə  təminatlılığını  dəyərləndirirlər. 
Burada Dünya okeanının təsərrüfat  əhəmiyyətinə xüsusi diqqət yetirilir, onun 
enerji, bioloji, mineral ehtiyatları  nəzərdən keçirilir, nəqliyyat, rekreasiya 
əhəmiyyəti, Yer kürəsində şirin su probleminin həll olunmasında okean sularından 
istifadə imkanları qiymətləndirilir.  
Dördüncü “BİOEHTİYATLARIN MÜXTƏLİFLİYİ 
VƏ ONDAN 
İSTİFADƏ” fəslində  Şimal və  Cənub materiklərinin biopotensialı  nəzərdən 
keçirilir.  Şagirdlər Azərbaycan Respublikasının nümunəsində landşaft anlayışı 
(təbii, antropogen, zonal, intrazonal) barədə  məlumat alırlar. Fəsildə verilən 
məlumatlar  şagirdlərdə ekoloji təfəkkürü formalaşdırır: insanın  ətraf mühitə 
getdikcə artan təsiri, “ekoloji böhran”, “ekoloji monitorinq” və “ekoloji siyasət” 
anlayışları  ətraf mühitin qorunmasına yönəldilən iqtisadi, siyasi, qanunvericilik, 
təhsil və təbliğat tədbirləri sistemi kimi nəzərdən keçirilir.  
Beşinci “QƏDİM VƏ MÜASİR SİVİLİZASİYALAR” fəslində planetimizin 
qədim və müasir sivilizasiyaları haqqında məlumat təqdim olunur. Bu anlayış uzun 
müddət mövcud olmuş, sabit ərazi sərhədlərinə malik olan, iqtisadi, sosial-siyasi, 
mənəvi həyatın spesifik formalarını yaradan və  fərdi tarixi inkişaf yolu keçən 
böyük sosiomədəni birlik kimi izah olunur.  
Şagirdlər türk dünyası – türk xalqlarının səciyyəvi xüsusiyyətləri, onların 
yayıldığı  ərazilərin sərhədləri, müstəqil türk dövlətləri, Rusiya Federasiyası  və 
Çinin tərkibində olan türk dövlət qurumları haqqında daha ətraflı məlumat alırlar.  
Cənubi Avropa, Cənub-Şərqi Avropa, Cənub-Qərbi Asiya (Yaxın və Orta Şərq) 
və Şimali Afrikanın nümunəsində verilən məlumatlar şagirdlərə region və ölkələrin 
inkişafını tarixi-coğrafi nöqteyi-nəzərdən təhlil etməyə imkan verir.  

 
8
Bu blokda, həmçinin dünyanın əsas iqtisadi mərkəzləri, onların coğrafiyasının 
tarixən dəyişməsi, region və ölkələrin iqtisadi inkişafına təkan verən amillər də 
nəzərdən keçirilmişdir.  
“DÜNYA  ƏHALİSİNİN MÜXTƏLİFLİYİ” fəslində  şagirdlərin  əhali 
təzələnməsinin tipləri,  əhalinin təbii hərəkətinin tipindən asılı olaraq region və 
ölkələrin demoqrafik siyasəti,  əhalinin yaş-cins strukturu haqqında biliklərini 
dərinləşdirməyə xidmət edən nəzəri materiallarla yanaşı, yaş-cins piramidalarının 
tərtib olunması və təhlili ilə bağlı praktik vərdişlərin formalaşmasına imkan verən 
materiallar da daxildir. Bundan başqa bu bölmədə şagirdlər iqtisadiyyat haqqında 
əsas biliklərə yiyələnirlər: “işsizlik”, “əmək ehtiyatları”, “iqtisadi cəhətdən fəal 
əhali” anlayışları  nəzərdən keçirilir; əhalinin işsizlik səviyyəsinin hesablanması 
üsulu izah olunur. Məlumatların ümumiləşdirmə  və  təhlil üçün nəzərdə tutulan 
müəyyən hissəsi cədvəl, sxem, qrafik və diaqramlar şəklində verilmişdir.  
“İQTİSADİ-SOSİAL HƏYAT VƏ ONUN İNKİŞAF YOLLARI” fəsli 
təsərrüfatın sahəvi və ərazi strukturuna həsr edilmişdir. Hər sahənin strukturu sxem 
şəklində verilmiş, maddi istehsal (sənaye və  kənd təsərrüfatı) və qeyri-maddi 
istehsal sahələrinin yerləşmə amilləri nəzərdən keçirilmişdir. Tələb və təklif nəzərə 
alınaraq azad bazar rəqabəti prinsipləri əsasında formalaşan bazar iqtisadiyyatının 
xüsusiyyətləri, mülkiyyət formaları (dövlət, bələdiyyə, xüsusi) izah olunmuşdur. 
Bu bölmədə turizmə xüsusi diqqət yetirilmiş, turizmin növləri (LLL və SSS), 
dünyanın  əsas turizm regionları, bu sferanın inkişafına təkan verən və mane olan 
amillər haqqında informasiya təqdim olunmuşdur. 
 
 
DƏRSLİYİN MÖVZULAR ÜZRƏ STRUKTURU 
 
1. Relyef və onun 
təsərrüfata təsiri  
3. Avropanın relyefi 
4. Asiyanın relyefi 
5. Şimali Amerikanın relyefi 
6. Cənubi Amerikanın relyefi 
7. Afrikanın relyefi 
8. Avstraliyanın relyefi 
9. Azərbaycanın relyefi 
GİRİŞ 
1. Coğrafi informasiyanın təqdimolunma 
üsulları 
2. Topoqrafik xəritələri necə oxumalı 
 
I bölmə. Yer kürəsinin təbiəti və onun təsərrüfat əhəmiyyəti 
FƏSİL
MÖVZU

 
9
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
2. İqlim və onun təsərrüfatda 
rolu  
 
10. Günəş işığı və istiliyinin Yer kürəsində 
paylanması 
11. Günəşli saatlardan istifadə 
12. Praktik dərs. Saat qurşaqları 
13. Günəş radiasiyası və iqlim 
14. Avropanın iqlimi 
15. Asiyanın iqlimi 
16. Şimali Amerikanın iqlimi 
17. Cənubi Amerikanın iqlimi 
18. Afrikanın iqlimi 
19. Avstraliyanın iqlimi 
20. Praktik dərs. Azərbaycanın iqlimi 
3. Su ehtiyatları və onların 
iqtisadi əhəmiyyəti 
 
21. Avropanın daxili suları 
22. Asiyanın daxili suları  
23. Şimali Amerikanın daxili suları 
24. Cənubi Amerikanın daxili suları 
25. Afrikanın daxili suları  
26. Avstraliyanın daxili suları  
27. Dünya okeanından istifadə  
28. Azərbaycanın su anbarları və kanalları 
4. Bioehtiyatların 
müxtəlifliyi və ondan 
istifadə 
29. Şimal materiklərinin bioehtiyatları və 
ölkələrin iqtisadi inkişafında onların rolu 
30. Cənub materiklərinin bioehtiyatlarından 
istifadənin xüsusiyyətləri 
31. Praktik dərs. Antarktida – bioloji 
ehtiyatlarla zəif təmin olunmuş materikdir 
32. Azərbaycanın landşaftı bioehtiyatların 
mənbəyidir 
33. Ekoloji siyasət  
34. Ekoloji monitorinq 
35. Təbiətə ekskursiya 

 
10
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
6. Dünya əhalisinin 
müxtəlifliyi 
7. İqtisadi-sosial həyat və 
onun inkişaf yolları 
 
49. Təsərrüfatın sahəvi quruluşu 
50. Maddi və qeyri-maddi istehsal sahələri 
51. Sənaye sahələri necə yerləşdirilir 
52. Kənd təsərrüfatı sahələrinin yerləşdirilmə 
prinsipləri 
53. Bazar iqtisadiyyatı 
54. Mülkiyyət formaları 
55. Azərbaycanın iqtisadi inkişafı 
56. “Tüstüsüz sənaye”– turizm 
 
5. Qədim və müasir 
sivilizasiyalar  
36. Sivilizasiyaların tarixi-coğrafi inkişafı 
37. Türk dünyasının sivilizasiyalararası 
əlaqələrdə rolu 
38. Azərbaycanın sivilizasiyalararası mövqeyi  
39. Debat dərs. Azərbaycan: Avropa, yoxsa 
Asiya? 
40. Tarixi-coğrafi regionların müasir 
vəziyyəti 
41. Müasir dünyanın “iqtisadi gücləri” 
42. Yer kürəsinin mənimsənilməsi 
43. Əhalinin sayının artımı və onun 
tənzimlənməsi 
44. Dünya əhalisinin yaş-cins tərkibi. Əmək 
ehtiyatları 
45. Praktik dərs. Yaş-cins piramidasının 
qurulması 
46. Asiya, Afrika və Latın Amerikasının 
əhalisi 
47. Avropa, Şimali Amerikanın və 
Avstraliyanın əhalisi 
48. Praktik dərs. Azərbaycanda demoqrafik 
vəziyyət
II bölmə. Cəmiyyət və iqtisadiyyat

 
11
 IX sinif üzrə məzmun standartları 
IX sinfin sonunda şagird:  
  Yeni coğrafi kəşf və tədqiqatları cəmiyyətin inkişafı ilə əlaqələndirir;  
  Kartoqrafik təsvirlərin cəmiyyətin həyatında əhəmiyyətini izah edir; 
  İl ərzində Günəşin düşmə bucağının dəyişməsini hesablayır; 
  Coğrafi təbəqədə baş verən hadisə və proseslərin ölkələrin iqtisadi həyatına 
təsirini izah edir;  
  Əhalinin dinamikasını ölkələrin iqtisadi inkişafı ilə əlaqələndirir; 
  Təsərrüfat sahələrinin yaratdığı ekoloji dəyişkənliyi müəyyən edir.  
 
 
Məzmun xətləri üzrə əsas və alt standartlar 
 
1. Coğrafi məkan  
Şagird: 
1.1. Coğrafi kəşflər nəticəsində cəmiyyətdə və xəritədə baş verən dəyişikliklərə aid 
bilik və bacarıqları nümayiş etdirir. 
1.1.1. Sivilizasiyaları coğrafi baxımdan təhlil edir.  
1.2. Yerin Günəş sistemində mövqeyi və  hərəkətlərinə dair bilik və bacarıqlar 
nümayiş etdirir.  
1.2.1. Yerin hərəkətinin cəmiyyətin inkişafındakı rolunu əsaslandırır.  
1.2.2. Vaxt və fəsil dəyişkənliyinə aid hesablamalar aparır.  
1.3. Kartoqrafik təsvirlər üzərində bilik və bacarıqlar nümayiş etdirir.  
1.3.1. Kartoqrafik təsvirlərin cəmiyyətin inkişafında əhəmiyyətini izah edir.  
1.3.2. Kartoqrafik elementlər əsasında topoqrafik xəritələri oxuyur.  

Каталог: noduploads -> book
book -> «aspolèqraf» naTik axundovi, humeir ehmedovi,'
book -> Методическое пособие для учителя 6 мет о диче ск ое пособие для учите
book -> YAŞar seyiDLİ, naiLƏ ƏLİyeva, xumar əHMƏDBƏYLİ Ümumtəhsil məktəblərinin 9-cu sinfi üçün
book -> YAŞar seyiDLİ, naiLƏ ƏLİyeva, xumar əHMƏDBƏYLİ Ümumtəhsil məktəblərinin 9-cu sinfi üçün
book -> Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 29. 07. 2013-cü il tarixli 754 nömrəli əmri ilə
book -> Azərbaycan Respublikası Təhsil Nazirliyinin 19. 06. 2009-cu il tarixli
book -> Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 05. 07. 2010-cu il tarixli
book -> Gülşən Orucova, Nərminə Qaragözova, Rafiq İsmayılov, Zahid Xəlilov
book -> ŞÜKÜr mustafa, İLTİfat ləTİfov ümumtəhsil məktəblərinin 9-cu sinfi üçün


Поделитесь с Вашими друзьями:
  1   2   3   4   5   6   7   8   9   ...   20


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə