ŞİRVANŞAHLARIN SƏLTƏNƏTİ VƏ NƏSƏBƏLƏRİ
HAQQINDA
Onların haqqında yalnız bu qədər məlumdur ki, müstəqil bir
səltənətə malik olmayıb çox vaxt fars, ərəb və türklərin sultanlarına
tabe olmuşlar, bəzən də müstəqil hökmranlıq sürmüşlər. Şirvan-
şahların böyük xaqan Mənuçehrdən əvvəlki silsilələri (şəcərələri) də
lazımınca məlum deyildir.
Ömər ibni-Xəttabın xilafəti zamanında, Nuşirəvani-Adil tərə-
findən təsis edilmiş şirvanşahlar sülaləsindən Şəhriyar adlı bir nəfər
Şirvanda hökmranlıq edirdi. Süraqə ibni-Əmr və Əbdürrəhman
ibni-Səlmə, Xüzeyfə ibni-Yəmən, Müğeyrə ibni-Şəbə, Əşəs ibni-
Qeys, Əbdüləzizi-Bahili, Əbu Übeydeyi-Cərrah, Səid ibni-Əmr Hərşi
və Müslimə ibni-Əbdülməlik xəlifə Şirvanda hökmranlıq edirdilər.
Bəni-Abbas xəlifələri dövründə isə, Şirvan çox vaxt Azərbaycan ha-
kimlərinin idarəsi altında idi. II əsrin sonlarında Fərruxzad Əxşican
(Əxistan) oğlu və bundan sonra Filanşah, xəlifələr adından naib
olaraq padişahlıq etmişlər. IV əsrin əvvəllərində Əli ibni-Heyşəm,
bundan sonra da Bəhrami-Cubin nəslindən Məhəmməd ibni-Yəzid
Şirvanda vali olmuşlar. Məhəmməd ibni-Yəzidin hökmü bir aylıq
məsafədə rəvan idi. Bir müddətdən sonra, Sultan Firidün hökmran-
lıq etmişdir. Ondan sonra bir şey məlum deyildir.
Hicri IV əsrin ortalarında, Xaqani-Kəbir ləqəbi ilə məşhur Mə-
nuçehr, əzəmətli və müstəqil bir hökmdar idi. Məşhur şair Xaqani
Şirvani, bununla müasir olmuşdur. Onun şövkət və iqtidarını və oğ-
lunun Bakı ətrafında vəhşi heyvanlar ovuna çıxmasını qəsidələrinin
birində gözəl surətdə təsvir edir.
O zaman dəniz ilə yanar odlar arasında olan Bakı, əhalinin
azlığından şir və sair yırtıci heyvanlar yatağı imiş. Dövlətşah
«Təzkirətüşşüəra»sında yazır: alim və mənsəb sahibi olan İbrahim
ibni-Əli Xaqani, dünyadan əl çəkmək bəhanəsilə Həccə getmək is-
təyirdi. Xaqan isə buna razı olmurdu. O, xaqandan izinsiz yola çıxdı,
xaqanın məmurları Bəyləqan şəhərində onu tutub geri qaytardılar.
102
Bundan məlum olur ki, Ərran ölkəsinin bir qismi də xaqanın ixtiya-
rında imiş. Qaziyi-Beyzavi «Nizamüttəvarix»də şirvanşahlar sülalə-
sini Bəhrami-Cubin nəslindən sayır, o da (Bəhrami-Cubin) bir neçə
arxadan sonra, Ərdəşiri-Babəkana yetişir. Qazi Əhmədi-Qəffari
«Cahanara» adlı əsərində şirvanşahları, aşağıdakı tərtib üzrə, Nuşi-
rəvan nəslindən sayır:
Mənuçehr ibni-Kəsran ibni-Kavus ibni-Şəhriyar ibni-Guştasib
ibni-Fridun ibni-Fəramərz ibni-Salar ibni-Zeyd ibni-Covn ibni-
Mərziban ibni-Hürmüz ibni-Nuşirəvan.
Bir çox tarixçilərin yazdığına görə, Mənuçehr ədalətli bir padi-
şah olub, elm və sənət əhlini əziz və möhtərəm tutardı. O həmişə
rəiyyətin asayişinə və ölkənin abadlığına səy edərdi. Ondan sonra
oğlu Fərruxzad, sonra onun oğlu Güştasib taxta oturdu; bəzi tarix-
çilərin yazdığına görə, Kürün iki qolu arasında, dərya kənarında
böyük və məhsulu bol olan Güştasibi şəhərini bu bina etmişdir.
Bundan sonra oğlu Fəramərz, sonra onun oğlu Fərruxzad, sonra
onun oğlu ədalətilə məşhur Keyqubad və sonra da oğlu Kavus Şir-
vanda hökmranlıq etmişdir.
Kavus ədalətli və rəiyyətpərvər bir padişah olub, uzun müddət
padişahlıq etmişdir. O, Əşrəf Çobanini dəf etmək üçün Canibəy
xana dəfələrlə yaxşı yardım göstərmişdir. Hicri 774-cü (=1373) ildə
vəfat etmişdir. Qəbri Quba şəhərinin xaricində indi də mövcuddur.
Onun oğlu Huşənk on ilə yaxın qanun, ədalət və bacarıqla hökm-
ranlıq edib, vəfat etdi. Sonra, düşmənlərin qələbəsi üzündən, hö-
kumət bunların əlindən çıxdı.
Şirvanda hökmran olan bir əmir çox zülm edirdi, şirvanlılar
birləşib onu öldürdülər. Bu zaman Şeyx İbrahim Dərbəndi ibni-
Sultan Məhəmməd ibni-Keyqubad şirvanşah, Şirvan şəhərlərindən
sayılan Şəkidə, yoxsul bir halda əkinçiliklə məşğul olurdu. Şirvan-
lılar gəlib onu tarlada bir ağacın altında yatmış gördülər. Əyninə
şahanə paltar və başına əmmamə qoyaraq, gətirib padşahlıq tax-
tına oturtdular. 0, yuxarıda deyildiyi kimi, Əmir Teymur Kürəkənlə
müasir olmuşdur.
103
Tarixçilərdən bəzisi deyir ki, Əmir İbrahim Təbrizi alıb, ertəsi il
daha da irəliləmək istəyirdi. Lakin aldığı yerləri də əldən verdi. Bu
hadisə, ola bilsin ki, türkmən Qara Yusifin Sultan Əhməd Elxani ilə
müharibə etdiyi və Azərbaycan işlərinin tamamilə qarma-qarışıq
olduğu bir zamanda əmələ gəlmişdir. Məlum olur ki, Əmir Qara
Yusif hicri 813-cü (=1411) ildə, Sultan Əhmədi öldürdükdən sonra,
Təbrizi Əmir İbrahimin əlindən alıb, Şirvanı da ələ keçirmişdir.
Bunu, Dərbəndin «Qiyamət dərvazası» üzərindəki kitabə də təsdiq
edir. Kitabəyə görə, bu dərvaza hicri 814-cü (=1412) ildə Qara
Yusifin oğlu Əmir İsfəndiyarın əmrilə təmir edilmişdir.
Bu məsələ, Hacı Zeynəlabidin Şirvaninin sözləri ilə də təsdiq
edilməkdədir. O, «Riyazüssəyahət»ində belə yazır:
Qara Yusif külli qoşunla Şirvana gəlib bir çox yerləri viran etdi.
Əmir İbrahimi əsir edib ondan çoxlu mal-dövlət aldı. Lakin
hökuməti yenə özünə verdi.
Hicri 820-ci (=1418) ildə Əmir İbrahim vəfat etdi və Sultan
Xəlil padişahlıq taxtına oturdu. «Sultan Xəlil» tərkibi əbcəd hesa-
bilə onun taxta oturması tarixidir. Bakı, Quba və Səlyan yollarında
olan karvansaraların bəzisi, Bakıdakı bir çox məscidlər və burclar
onun tərəfindən bina edilmişdir. Bundan əlavə o, Dərbənd şəhə-
rinin hasar və qalasını da təmir etdirmişdir. Onun adı bu abidələr
üzərindəki kitabələrdə indi də oxunmaqdadır. Bakıda tikdirmiş
olduğu ali imarətin (sarayın) xarabaları onun şan və şövkətindən
bir nişanədir.
«Riyazüssəyahət»də deyilir: İskəndər Qara Yüsif oğlu külli
qoşunla Şirvana gəldi. Sultan Xəlil qaçdı və türkmənlərdən bu öl-
kəyə saysız sədəmə toxundu. O, Şahrux mirzənin köməyilə türk-
mənlərin şərrini dəf etdi. 53 il səltənət sürdükdən sonra, Sultan
Xəlil vəfat etdi. Oğlu Fərrux Yasər ona canişin oldu. «Şirvanşah»
tərkibi (əbcəd hesabilə) onun taxta oturması tarixidir. Hicri 906-cı
(=1501) ildə Şah İsmayıl Səfəvi ilə apardığı müharibədə öldürüldü.
Sonra, oğlanları Bəhram bəy və Qazi bəy hər biri bir ilə yaxın
hökumət sürdü. Onlar ədalətli və rəiyyətpərvər idilər. Vəfatlarından
104
sonra, Şeyxşah ləqəbli İbrahim ibni-Fərrux Yasər taxta oturdu. O bir
neçə vaxtdan sonra Şah İsmayıl və Şah Təhmasib Səfəvi ilə sülh
etdi. Onların hakimiyyəti altında 22 il asudə hökmranlıq sürdükdən
sonra vəfat etdi. Oğlu II Sultan Xəlil taxta oturub, Şah Təhmasiblə
qohum oldu. O, hicri 942-ci (=1536) ildə vəfat etdi. Ondan sonra
Şahrux ibni-Sultan Fərrux ibni-Şeyxşah əmirlər və dövlət böyüklə-
rinin arzusu ilə səltənətə keçdi, lakin uşaq odduğundan iş baş
tutmadı. Hicri 945-ci (=1539) ildə, Şirvan vilayəti İran padişahının
təsərrüfünə keçdi.
I Şah Təhmasib Səfəvi buranın idarəsini öz qardaşı Əlqas
mirzəyə verdi. Əlqas mirzə üsyan etdikdən sonra Şah Təhmasib
hicri 954-cü (=1547) ildə oğlu İsmayıl mirzəni buraya hakim
göndərdi, hicri 955-ci (=1548) ildə, şirvanşahlar nəslindən Bürhan
mirzə adlı bir nəfər fürsət tapıb Şirvanı aldı. Lakin bir neçə gün
hökmranlıq sürdükdən sonra vəfat etdi.
Şirvan hökuməti, şahın bibisi oğlu və damadı Ustacallı Abdulla
xana həvalə olundu. O da 17 il hökmranlıq sürdükdən sonra vəfat
etdi. Bundan sonra, rumlu Aras xan 13 il hökmranlıq sürdü. Hicri
986-cı (=1578) ildə Lala paşa gəlib Şirvanı aldı və Osman paşanı
buraya hakim təyin edib geri qayıtdı.
Rum və İran qoşunları bir müddət bir-birilə müharibə
edirdilər. İranın vəziri - əzəmi mirzə Səlman gəlib Osman paşanı
məğlub etdi. O da bu məğlubiyyətdən sonra Dərbəndə getdi.
Şirvanda qalan Məhəmmədqulu xəlifə Zülqədər, osmanlı-tatar
müharibəsində öldürüldü. Şirvan ikinci dəfə Osman paşanın əlinə
keçdi. Mirzə Səlman yenə gəldi. Osman paşa Dərbəndə qayıtdı.
Peykər xan Qacar və onun vəfatından sonra Xəlifə Ənsar
Qaradaği Şirvana hakim təyin olundular; lakin onlar bir iş görə
bilmədilər və hər ikisi çox keçmədən vəfat etdi. Bunlardan sonra
Osman paşa, sonra Həsən paşa, Mahmud paşa və Əhməd paşa
Şirvanda hökmranlıq sürürdülər.
Hicri 1016-cı (=1607) ildə I Şah Abbas gəlib buranı aldı. Bu
zamandan etibarən Şirvanı İran bəylərbəyisi idarə etməyə başladı.
105
Qaramanlı Zülfüqar xan - 2 il, Yusif xan - 18 il, Ərəb xan - 8 il, Fərəc
xan - 3 il, Ərəb xan - 11 il, Xosrov xan - 8 il, Mənuçehr xan -7 il,
Hacı xan - 3 il, Məhəmmədi xan - 2 il, Nəcəfqulu xan - 7 il, Mehrəli
xan -13 il, Məkriqulu xan - 2 il, Səid xan - 7 il, Əliqulu xan - 6 il,
Musa xan ilə Həsənəli xan - 20 il və Hüseyn xan - 2 il Şirvanda bəy-
lərbəyi olmuşlar.
Hicri 1124-cü (=1712) ildə müskürlü Hacı Davud, Üsminin və
Surxayın köməyilə Quba hakimini tələf edib, Şamaxını aldı və
qüdrətli bir hökmran oldu. Sonra, hicri 1138-ci (=1725) ildən Nadir
şahın gəlməsinə qədər, Şamaxı 9 il Surxay xanın ixtiyarında qaldı.
Şirvan alındıqdan sonra, Məhəmmədqulu xan Səidli və Əliqulu xan
Şirvana hakim təyin olundular.
Nadir şah tac qoyduqdan sonra, qardaşı İbrahim xan üç il,
Qaplanguhdan Dağıstanın son sərhəddinə qədər idarə edirdi.
Xorasanlı Mehdi xan isə, Şirvana əmirülüməra təyin edilmişdi.
Mehdi xanın öldürülmüsindən sonra, Sərdar xan Qırxlı 5 il və
Heydər xan Əfşar 1 il Şirvanda əmirülüməra oldular.
Hicri 1157-ci (=1743) ildə, Sam mirzə və Məhəmməd xan
Surxay xan oğlu Şirvanın asayişini pozub, az bir müddət hökmran
oldular, Azərbaycan sərdarı Aşur xan və Fətəli xan Əfşar onları
ölkədən çıxardılar. Lakin Nadir dövrünün son günləri tamamilə
iğtişaş zamanı olduğundan, Şirvanın işləri də intizam tapmadı.
Nadir şah vəfat etdikdən sonra, Şirvanın hər bir vilayətində ayrı və
müstəqil xanlıqlar əmələ gəldi. Onlar Şirvan, Şəki, Bakı, Quba və
Dərbənd xanlıqlarından ibarət idi. Lakin Dərbənd xanlığı tezliklə
Quba xanlığı ilə birləşdi, yerdə qalan dörd xanlıq da müxtəlif
zamanlarda rus dövlətinin təsərrüfünə keçdi.
106
DÖRDÜNCÜ FƏSİL
SƏFƏVİLƏR DÖVLƏTİNİN ZÜHURUNDAN
NADİR ŞAHIN VƏFATINA QƏDƏR
«Aləmara»
1
, «Həbibüssiyər» və sair bir çox tarixi mənbələrə
görə, Səfəviyyə sultanları Şeyx Səfiyyəddin İshaqın nəslindən
olduqları üçün bu ləqəblə adlanmışlar. Şeyx Səfiyyəddin, ata-
babadan böyük və məşhur seyidlərdən və hörmətli şeyxlərdən biri
olmuşdur. Onun Ərdəbildəki ali türbəsi, indi də xalqın ziyarət-
gahıdır. Nəsəbi 21-ci arxada, yeddinci imam Museyi-Kazimə çatır.
Şeyx Səfiyyəddindən sonra, oğlu Şeyx Sədrəddin Musa, ondan
sonra oğlu Xacə Əli, ondan sonra Şeyxşah adı ilə məşhur oğlu
İbrahim və ondan sonra da oğlu Şeyx Cüneyd zahiri və batini
dövləti (hakimiyyəti) öz şəxslərində toplamışdılar. Hər tərəfdən
çoxlu mürid onların asitanəsinə üz qoyub irşad gözləyirdi. Şeyx
Cüneydin cah-cəlalı və müridlərinin sayı gündən-günə artırdı.
O zaman İraqi-Ərəb, İraqi-Əcəm və Azərbaycan padişahı olan
türkmən qaraqoyunlu Cahanşah, dövlətinin zəvalından qorxuya
düşüb, Şeyx Cüneyd haqqında bədgüman oldu. Ancaq, bədnamlıq
qorxusundan, ədavətini izhar edə bilmirdi. Axırda bəzən kinayə və
bəzən də açıqdan-açığa onun bir tərəfə getməsini arzu etdi. Şeyx
Cüneyd də öz tərəfdarları ilə Diyarbəkirə getdi. Diyarbəkir vilayə-
tinin yarısına hakim olmuş və Uzun Həsən ləqəbilə şöhrət tapmış
olan türkmən ağqoyunlu Həsən bəy Cahanşaha itaət etmirdi. O öz
bacısı Xədicə bəyimi Şeyx Cüneydə verdi. Bir zaman keçdikdən
sonra Şeyx Cüneyd yenə Ərdəbilə qayıtdı. Bu zaman Cahanşah onu
dəf etmək xəyalına düşdü. Şeyx Cüneyd də öz müridlərinin sayını
artırıb səltənət iddiasına başladı. Çərkəzlərə qarşı müharibə etmək
1
«Aləmara» - tam adı: «Tarixi-aləmarayi-Abbasi»dir. I Şah Abbasının münşisi
İskəndər bəyin əsəridir. O, bu kitabında səfəvi dövlətinın mükəmməl bir tarixini
yazmışdır. İskəndər bəy özü Azərbaycan tərəkəmələrindən olub, təqribən hicri 968-
ci (-1560) ildə anadan olmuşdur.
107
fikrilə 10000 nəfər toplayıb Şirvan tərəfinə hərəkət etdi. «Fütuhati-
Əmini» kitabında deyilir ki, o, Şirvanı almağa getmişdi. Necə olur-
sa-olsun, şirvanşah Sultan Xəlil Təbərsəran əhalisinin təhrikilə,
onun çərkəz tərəfinə getməsinə mane oldu və qoşun toplayıb dö-
yüşə çıxdı. Şeyx Cüneyd müharibədə öldürüldü. Səfəviyyə xanə-
danının təbərsəranlı tərəfdarlarından bir dəstə camaat, onun nəşini
Samur çayının sol tərəfində, Qıpçah kəndinin yaxınlığında olan
müharibə meydanından çıxarıb Quba və Qülhan nahiyəsini Quryan
(indiki Həzrə) kəndində basdırdılar. Öldürüldüyü yerdə indi də
nişangahı vardır.
Bu hadisə hicri 851-ci (=1447) ildə vaqe olmuşdur. Yüz il ke-
çəndən sonra, I Şah Təhmasib Səfəvi, onun qəbri üzərində ali bir
türbə tikdirmişdir. Asarı indi də mövcud olub, yerli əhalinin ziyarət-
gahıdır. Həsən bəyin bacısı oğlu Şeyx Heydər atasının canişini
oldu. Həsən bəy padişahlıq məqamına çatınca, öz qızı Həlimə bəyi-
mi Şeyx Heydərə verdi, onun şövkət və iqtidarını daha da artırdı.
Bundan sonra Şeyx Heydər, guya ona yuxuda əmr olunubdur deyə,
o zaman mütəarif olan türkmən taqiyəsi əvəzinə, başına qırmızı
şaldan on iki tərkli (dilimli)... bir taç qoydu. Müridləri də ona tabe
olaraq bu papaqla başqalarından seçildilər, o zamandan qızılbaş
adı ilə məşhur oldular.
Həsən padişah öləndən sonra, oğlu Sultan Xəlil və bundan
sonra da Sultan Yaqub padişahlıq etdi. Şeyx Heydər, dayısı oğlu
Sultan Yaqubun ona qarşı olan rəftarını yaxşı görmədi. Hicri 893-cü
(=1488) ildə çərkəzlərə qarşı cəhada başlamaq üçün Şəki yolu ilə
Dərbəndə getdi. Dərbənd əhalisi onun qoşununa hücum etdi, o da
Dərbəndin fəthini qərara aldı. Mühasirə edilmiş qala əhalisinin
vəziyyəti çətinləşdi. Şeyx Heydəri dəf etməyə iqtidarı olmayan şir-
vanşah Fərrux Yəsar, damadı Sultan Yaqubun yanına bir-birinin
ardınca elçilər göndərib kömək istəyirdi. O deyirdi ki, əgər Şeyx
Heydər Şirvanı istila etsə, türkmən dövlətinin də məhv olmaq qor-
xusu vardır. Sultan Yaqub, şirvanşahın köməyinə Bicən oğlu Süley-
man bəyin komandası altında 4000 seçmə əsgər göndərdi. O da öz
108
qoşununu toplayıb, Şeyx Heydərin ardınca getdi. Dərbənd qalası
alınmaq üzrə ikən, onların yetişmək xəbəri Şeyx Heydərə çatdı. O,
qalanın yanında onları qarşılamağa getdi və Təbərsəran hüdudun-
da iki qoşun üz-üzə gəldi. Şiddətli müharibə oldu və bu müharibə-
də hər iki tərəfdən bir çox adam tələf oldu, Şeyx Heydər özü də ox
yarasından öldü.
«Fütuhati-Əmini»də deyilir: bu xəbərlərin əsli, Şeyx Heydər
oğlu Şah İsmayılın buyruğu ilə, bu müharibədə iştirak edən Həsən
bəy lələ və Fərrux ağa kimi şəxslərdən öyrənilmişdir. Şeyx Heydərin
nəşini, müridləri Təbərsəranda dəfn etdilər. Bu hadisədən 22 il
keçdikdən sonra hicri 915-ci (=1510) ildə, Şah İsmayıl ikinci dəfə
Şirvana gəldiyi zaman onun nəşini Ərdəbilə apardı. Müəllif deyir:
onun qəbri Təbərsəranın Ətək mahalında, Rubas çayının sol kəna-
rındadır. Bu qəbr, Tənit kəndinin bir ağaclığında olub, üzərindəki
günbəz indi də yerli əhalinin ziyarətgahıdır.
Şeyx Heydərin vəfatından sonra, onun böyük oğlu Sultan Əli,
Ərdəbildə İrşad məsnədinə (təriqət başçılığına) keçib, hökmranlıq
üçün hazırlanmağa başladı. Bu xanədanın müridləri, əqidələrini
aşkara çıxarıb, beyəti təzələyirdilər. Sultan Yaqub onu, qardaşları
və anası ilə bərabər İstəxri-Fars qalasına göndərib, həbs etdirdi.
Sultan Əlinin anası Sultan Yaqubun bacısı idi. Onlar dörd il yarım
orada qaldılar. Rüstəm mirzə, yuxarıda göstərildiyi kimi, vaxtın
təqazasına görə, onları Təbrizə gətirdi. Baysunqar mirzə öldürül-
dükdən sonra, Sultan Əlini izzət və ehtiramla Ərdəbilə göndərdi.
Bir neçə vaxtdan sonra, Rüstəm mirzə sufi firqəsinin toplanmasını
və müridlərin artmasını görərək Sultan Əlidən şübhəyə düşdü. Onu
yenə qardaşları ilə bərabər Təbrizə gətirdi və üzərində gözətçilər
qoydu.
Müridlərin gizli və aşkar olaraq gediş-gəlişi davam etdiyindən,
Rüstəm mirzə onu dəf etmək fikrinə düşdü. Sultan Əli, qardaşları
və 700 nəfər müridləri ilə bərabər, Ərdəbilə doğru hərəkət etdi.
4000 əsgər ilə onu təqib etməyə məmur edilən Əbih sultan, Ərdə-
bilin şimal tərəfində ona çatdı. Dava qızışdı və Sultan Əli öldürüldü.
109
Sufilərin başçıları, altı yaşlı qardaşı İsmayıl mirzəni o biri qardaşı
İbrahim mirzə ilə bərabər, gizli olaraq, Ərdəbilə gətirdilər, 40 gün-
dən sonra da Gilana apardılar. tərkibi, əbcəd hesa-
bilə İsmayıl mirzənin anadan olması tarixidir. Bu hadisə, hicri 898-ci
(=1493) ildə üz vermişdir.
Nə qədər ki, türkmən təbəqələri arasına ikitirəlik düşməyib,
istiqlaliyyətləri ixtilala üz tutmamışdı, Gilan hakimi mirzə Əli Karkiya
onlara qarşı lazımi məhəbbət göstərirdi. İsmayıl mirzə hicri 906-cı
(=1501) ildə xüruc edərək, Rum ilə Şam sufi və müridlərindən 1500
nəfərlə Ərdəbilə gəldi. Qoşunu az olduğundan, müharibəni məslə-
hət görməyib Talışa getdi. Qış qurtarandan sonra yenə Ərdəbilə
gəlib Qarabağa hərəkət etdi. Oradan da şahanə bir cah-cəlal və
başına toplanan külli qoşunla, Şirvana yola düşdü.
Fərrux Yasər 20000 atlı və neçə min piyada qoşunla «Gülüstan
qalası» yaxınlığında Cəbəlani yaylağında onunla hərb etdi. Gülüs-
tan qalasının xarabası Şamaxı şəhərinin yuxarısında, bir dağ üzərin-
də «Qız qalası» adı ilə məşhurdur. O buradakı döyüşdə məğlub
olub, böyüklərindən bir çoxu ilə bərabər öldürüldü. Şirvanşahın
igid oğlu İbrahim Şeyxşah, gəmiyə minib Gilana getdi. Şah İsmayı-
lın səltənət təbili bu ölkədə çalındı. Qışı Şirvanın Mahmudabad
şəhərində keçirdi. Qalaları və şəhərləri bütün xəzinələri ilə bərabər
onun əlinə keçdi. Lakin bəzi qalaların əhalisi təslim olmaq istəmir-
dilər. I Şah İsmayıl, bir tərəfdən çox dərin xəndək, üç tərəfdən isə
dəniz ilə əhatə olunmuş Bakı qalasını azacıq müdafiə və müqavi-
mətdən sonra fəth etdi. Bu qalanı Nuşirəvan bina etmişdi. Şirvan
padişahları da ona çox möhkəm bir burc çəkmişdilər. Bundan son-
ra, məşhur qalalardan hesab edilən və Şirvan əmirləri ilə əhalidən
bəzisinin sığınağı olan Gülüstan qalasını mühasirəyə aldı. Bu za-
man xəbər yetişdi ki, Əmirzadə Əlvənd türkmən əsgərləri ilə Naxçı-
vana gəlib, qoşunu hər iki tərəfdən onunla vuruşa hazırlamışdır.
Şah İsmayıl buradan Azərbaycana yola düşdü. Əmirzadə Əlvənd,
Muslu Əmir Osmanı bir dəstə qoşunla göndərdi. Şah İsmayıl da öz
qoşunlarından bir dəstəni onun qarşısına göndərdi. Şiddətli
110
müharibədən sonra türkmən qoşunu məğlub oldu. Əmir Osman,
bir dəstə böyük adamlarla əsir düşüb öldürüldü. Əmirzadə Əlvən-
din özü 30000 əsgərlə onun qabağına yeridi. Hicri 907-ci (=1502)
ildə, Naxçıvanın Şərur adlı yerində, Şah İsmayıl 7000 qızılbaş qoşu-
nu ilə onu məğlub edib, böyük adamlardan və qoşun əhlindən bir
çoxunu öldürdü. Külli qənimət ələ keçdi. Əmirzadə Əlvənd Ərzən-
cana qaçdı. Şah İsmayıl Təbrizə gəlib səltənət taxtına oturdu. Hə-
mədan ətrafında Sultan Muradı da məğlub etdi.
Sultan Murad məğlub olduqdan sonra, bir müddət Bağdadda
qaldı. Buradan damadı Əlaüddövlə Zülqədərə pənah apardı. Onun
vasitəsilə öz məqsədinə çatmaq istədi. Hicri 912-ci (=1507) ildə
Zülqədərin qoşunu ilə gəlib Diyarbəkirin qala və şəhərlərindən
bəzisini aldı. Sonrakı il Şah İsmayıl çoxlu qoşunla onu dəf etməyə
getdi. Müharibə alovu iki gün şiddətlə şölələndi, üçüncü gün
Sultan Murad məğlub olub yenə Əlaüddövlənin yanına getdi.
Şah İsmayıl bir-birinin ardınca Diyarbəkir, İraqi-Ərəb, İraqi-
Əcəm, Fars, Xorasan və Mavəraünnəhrin bəzi yerlərini fəth edib,
yenə də Təbrizə qayıtdı.
Bu zaman xəbər çatdı ki, Şeyxşah Şirvanı ələ keçirib istiqlaliy-
yətdən dəm vurur və xərac verməkdən də boyun qaçırır. Bu xəbər
şahın qəzəbini alovlandırdı. Qışın şiddətli soyuq bir çağında, hicri
915-ci (=1510) ildə, Şirvana hərəkət etdi. Şeyxşah müqavimət
göstərə bilməyib Beyqurd qalasına qaçdı. Bu qala Şamaxının üç
ağac şimalında, çətin keçidli bir yerdə olub xarabaları indi də möv-
cuddur.
111
A.Bakıxanov kitabxanasına məxsus “Gülüstani-İrəm”in
əlyazmasından bir səhifə
112
Bu qalanın yanında həmin adla böyük bir kənd də vardır.
Şah İsmayıl Şirvana gəlib Lələ bəyi Şamaxıda Şirvan hakimi
təyin etdi və özü də bu vilayətin qala və şəhərlərini almaqla
məşğul oldu. Bakı və Şabran qalasının mühafizləri təslim oldular.
Dərbəndlilər qalanın möhkəmliyinə arxalanaraq bir neçə gün mü-
qavimət göstərdilərsə də, axırda təslim oldular. Şah İsmayıl, yeni
hökumətə dayaq olmaq və onu möhkəm saxlamaq üçün İraqda
yaşayan Bayat türklərindən bir dəstəni siyahi üzrə köçürüb Dər-
bənd və Şabranda yerləşdirdi. Özü də həmin qışda Qarabağa gəldi,
baharda Sultaniyyəyə getdi.
Sultan Səlim, hicri 920-ci (=1515) ildə, İran ilə müharibəyə
gəlib Çaldıran səhrasında Şah İsmayıla qalib gəldi və Təbrizi aldı. O
burada doqquz gün qaldıqdan sonra Ruma qayıtdı. Qürurunun
çoxluğundan, Əlaüddövlə bu iki padişahdan heç birini (Sultan
Səlimi və Şah İsmayılı) tanımaq istəmirdi. Buna görə Sultan Səlim
Fərhad paşanı onu cəzalandırmağa məmur etdi. Əlaüddövlə tayfa-
sından bəzisi Ruma dağıldı və bir parçası da sonralar Zülqədər oğ-
lu adı ilə məşhur olan nəvəsi ilə Azərbaycana gəldi. Şəmsəddinli
mahalı bunlardandır. Bir çoxları da Car, Tala və Dağıstanla qonşu
olan yerlərə dağıldılar. Ləzgilər « - z» hərfini « -b» hərfi ilə dəyi-
şərək, bunlara indi də Bülqədər deyirlər.
Bu tayfa Hülaku xanın Türküstandan köçürüb Şirazda
yerləşdirdiyi türkmənlərdəndir. Bunlar orada Diyarbəkirə və Mosu-
la gələrək cəlal və iqtidar sahibi olduqdan sonra, qonşu vilayətlərə
təcavüz edirdilər. Bunlardan on nəfəri, yüz otuz səkkiz il o ölkədə
hökmranlıq etmişlər. Bunların sonuncusu olan Əlaüddövlə, bir
dərəcəyə çatdı ki, bir-birilə vuruşmaqda olan Misir və Şam valilə-
rinin hər ikisi onun köməyinə möhtac oldu. Buna görə o deyərmiş:
«Mənim iki toyuğum var, bunlardan bir qızıl, digəri isə gümüş
yumurtlayır».
Hicri 929-cu (=1523) ildə, Şah İsmayıl Azərbaycanda olduğu
zaman, Şirvan hakimi Şeyxşah ona itaət edərək çoxlu hədiyyə ilə
hüzuruna gəldi. Şirvanşahlar xanədanına mənsub bir şahzadə
113
xanımı da Şah İsmayılın hərəmxanasına göndərdi. Bu kimi yaxşı
xidmətlərinə görə, Şirvan vilayətləri yenidən ona tapşırıldı.
Sonrakı il, hicri 930-cu (=1524) ilin əvvəllərində, yayın axırla-
rında Şah İsmayıl vəfat etdi. O, mehribanlıqda dünyanı işıqlandıran
və qəhrəmanlıqda düşməni yaxan, od məzaclı bir sultan idi. Qur-
muş olduğu səltənətin mühüm işlərilə məşğul olmasına baxmaya-
raq, Şah İsmayıl alimlərlə müsahib olub şeir söyləməyə də maildir.
Şah Xətai təxəllüsü ilə yazmış olduğu gözəl şeirlər indi də xalq
arasında məşhurdur. Bu aşağıdakı beyt onun şeirlərindəndir:
Bisütun dağı zar-zar ağlamağımı eşidincə, yerindən oynadı,
Fəryad edib dedi: indi artıq başqa bir Fərhad meydana gəlmişdir.
Ondan sonra, oğlu I Şah Təhmasib padişahlıq taxtına oturdu.
Çox keçmədi Şeyxşah da vəfat etdi. Oğlu II Sultan Xəlil Şirvan
əyalətində müstəqil oldu. O, Şah Təhmasiblə qohum olmaq şərəfi-
nə nail oldu.
Padişahlardan üz çevirib İranla müharibə qızışdıran Təkəli
Ülamə sultanın təhrikilə, hicri 940-cı (=1533) ildə, Sultan Süleyman
ibni-Sultan Səlim Xandigar saysız qoşunla Azərbaycana gəldi. Şah
Təhmasib üz-üzə hərb etməyi məsləhət görməyib düşmənin işini
azuqə, ələf qıtlığı və qışın şiddətilə bitirmək istədi. Sultan Süley-
man çox çətinliklə Sultaniyyəyə və oradan da Bağdada getdi. O şə-
həri aldıqdan bir il sonra, Azərbaycana qayıdıb Təbrizi tutdu. Lakin
dövlət işlərinin qarışıqlığı və əsgəri qüvvənin nizamsızlığı üzündən
Ruma qayıtmağa məcbur oldu.
Gilan tarixini yazan Əbdülfəttah Fumeni deyir: Sultan Süley-
man Xoy və Səlmasa gəldiyi zaman, Gilan hakimi və Şah Təhmasi-
bin damadı Əmir Dubac-Müzəffər sultan onun tərəfinə keçərək,
8000 nəfərlə hüzuruna getdi. Geri qayıtdığı zaman öz nemətilə
bəslənən Gühdüm hakimi Əmir Hatəm onun üzərinə basqın
edərək, onu məğlub və ordusunu talan etdi. Bu hadisədən sonra,
Gilan əhalisi də ondan üz çevirdi. O da əlacsız olaraq gəmiyə minib
Şirvana getdi. Şamaxıya çatandan sonra məlum oldu ki, Dərbənd
hakimi və şahın başqa bir damadı olan Müzəffər sultan vəfat etmiş
114
və arvadı dul qalmışdır. Şah Təhmasibin bir bacısı da Əmir Dubacın
arvadı olub, vəfat etmişdi. O, Şah Təhmasibin bu bacısını o biri
bacısının yerinə almaq istədi. O bununla möhkəm Dərbənd
qalasını ələ keçirmək və özünə sığınaq etmək ümidində idi. Yola
düşüb Dərbənddə ölən hakimin mənzilinə getdi. Bir neçə gün
orada qalandan sonra mətləbini izhar eləyib bu xüsusda israr etdi.
Şahzadə xanım gizli olaraq, Təbrizə qardaşının yanına bir adam
göndərib macəranı ona bildirdi.
Şah Təhmasib Muğan və Arasbar hakimi şamlı Bayəzid sultana
qəti hökm verdi. O da tam sürətlə gedib Müzəffər sultanı tutdu.
Başına taxta papaq qoyaraq, cürbəcür təhqir və istehza ilə Təbrizə
gətirdi. Təbrizdə əyninə içi barıtla doldurulmuş bir don geydirdilər,
dəmir bir qəfəs içərisində Rəşidiyyə minarəsinə çıxardıb gülləbaran
etdilər.
Hicri 942-ci (=1535) ildə Sultan Xəlil sonsuz olaraq vəfat etdi.
Şirvan əmirləri, onun qardaşı oğlu Şahrux ibni-Sultan Fərrux ibni-
Şeyxşahı, uşaq ikən taxta oturtdular. Bu sülalənin dövlət qanunları,
əmirlərin özbaşınalığı üzündən gücdən düşüb, hərc-mərclik əmələ
gəldi. Bu zaman bir dərviş, Sultan Məhəmməd ibni-Şeyxşah iddiası
ilə külli qoşun toplayaraq Səlyanı tutdu. Şahruxun yaxın adamları,
əmirlərin qanunsuzluğu və əsgərlərin intizamsızlığı üzündən, onu
dəf etməyə müqtədir olmayıb Beyqurd qalasına qaçdılar. Dərviş
şirvanşahlar paytaxtı Şamaxı şəhərinə gəldi. Dərvişin başına yığı-
lanlar da başı pozuq olub, yanında ağıllı və iş bilən adam olmadı-
ğından, ehtiyatsızlıq edərək, səbəbsiz, Şamaxını buraxıb Səlyana
qayıtdı. Beyqurd qalasında olan Şirvan böyükləri onun getməsin-
dən xəbər tutub, Şahrux mirzənin ordusu ilə onu təqib etdilər.
Səlyan ətrafında onu tapıb hərbə başladılar.
Dərviş məğlub olub şirvanlıların əlinə keçdi. Şeyx Padar onu
öldürdü. Lakin Şirvan əmirləri, həddindən artıq nizamsızlığa, xalqın
malına və namusuna təcavüz etməyə başladılar. Şahrux uşaq oldu-
ğu üçün, onlara mane ola bilmədi. Qorçibaşı Padar, qoşun və rəiy-
yətin bir qismi əmirlərin zülmündən Şah Təhmasibin hüzuruna
115
şikayət etdilər. O, hicri 945-ci (=1538) ildə, öz qardaşı Əlqas mirzə-
ni, Məntəşa sultan, bir dəstə Qacar əmirləri, Qarabağ talışlarından
mürəkkəb 20000 nəfərlik bir qüvvə ilə Qorçibaşı Padarla birlikdə
Şirvanı almaqa göndərdi. Onlar Şirvana gəldilər. Şirvanlılar onlara
boyun əyməyib, qalaları təcrübəli adamlarla möhkəmləndirib, mü-
dafiəyə başladılar. Qızılbaş əsgərləri əvvəlcə Sürxab və daha sonra
Qəbələ qalasını aldılar. Şahzadə, Şirvan qalalarının ən möhkəmi
olan Gülüstan qalasını almaq üçün bir dəstə qoşun təyin etdi. Özü
də Şahrux mirzənin olduğu Beyqurd qalasına üz qoydu. Şahrux
mirzənin vəkili Hüseyin bəy, igid və cəsur qoşunu ilə qarşıya çıxdı.
Beyqurd dərəsində müharibə odu alovlandı. Hüseyn bəy məğlub
olub qalaya qayıtdı və qalanı müdafiə etməyə başladı. Dördaylıq
mühasirədən sonra, Şəki hakimi Dərviş Məhəmməd xan, şirvanlıla-
rın köməyinə gəldi. Şəbxun vurmaq məqsədilə o, qızılbaş ordusuna
yaxınlaşdı. Nağara vurulub şeypur çalındı, qorçu və sairdən ibarət
bir dəstə döyüşə çıxıb qalib gəldi. Dərviş Məhəmməd xan, qoşu-
nundan bir çoxunu ölümə verdi və heç bir iş görə bilməyib geri
qayıtdı. Şirvanlılar köməksiz qaldıqları üçün müqavimət göstərə
bilmədilər və qalanı müdafiədən aciz olub xəbər göndərdilər ki,
əgər şah özü gələrsə, biz qalanı ona təslim edərik. Əmirlər işin
keyfiyyətini şaha ərz etdilər. Şah Təhmasib Mərənddən köçüb, qa-
lanın ayağına gəldi. Ertəsi gün vəkil Hüseyn bəy, Şirvanın böyükləri
və əyan ilə bərabər, Şahrux mirzəni şahın hüzuruna gətirdilər. Qala
və xəzinələrin açarlarını təslim etdilər. Gülüstan qalabəyisi də
hüzura gəlib qalanı təslim etdi. Vəkil Hüseyn bəy, Şirvanın bir çox
əyanları ilə bərabər öldürüldü.
Bir il sonra Şahrux mirzə də vəfat etdi. Şirvan hökuməti şahza-
də Əlqas mirzəyə tapşırıldı. Əlqas mirzə Şirvanda 9 il müstəqil
hökmranlıq sürdü. Axırda əzəməti, mənsəbi və qoşununun çoxlu-
ğuna güvənərək öz vəlineməti və böyük qardaşı olan padişaha asi
oldu...
Bu hadisənin təfsilatı belədir: Əlqəs mirzə, azğınlıq havasilə
qardaşının rəyinə müxalif işlər görüb gündən-günə üsyan və
116
müxalifətini artırırdı. Axırda, Şah Təhmasib onun fitnəsini dəf
etmək üçün Şirvana hərəkət etdi. Əlqas mirzə qəflət yuxusundan
bir az oyanıb, öz keçmiş hərəkətlərindən peşman oldu. Bağışlan-
maq üçün anasını və oğlu Əhməd mirzəni şahın hüzuruna göndər-
di. Üzr istəyib qəliz andlarla həmişəlik ixlas və itaətə söz verdi. Şah
özü Gürcüstana yola düşüb, onu çərkəzlərə qarşı cəhada göndərdi.
Lakin, Əlqas mirzə xütbəni öz adına oxudub və sikkəni öz adına
vurdurmuş olduğundan, Şah Təhmasib Gürcüstandan qayıtdıqdan
sonra, İbrahim xan Zülqədəri, Göycə sultan Qacarı və Şahverdi xan
Ziyad oğlunu bir dəstə qoşunla basqın üsulilə Şirvanı almağa
göndərdi. Bu zaman Əlqas mirzə hələ Çərkəzistanda idi. Onun
ordu başçısı və inanılmış adamı olan Mihtər Dövlətyar onun ailəsini
və köçünü götürüb Gülüstan qalasına çəkildi. Şahın əmirləri Şirvan
vilayətini alıb, Gülüstan qalasını mühasirə etdilər. Əlqas mirzə bu
xəbəri eşidincə, qayıdıb Dərbəndə gəldi. Əmirlərin üzərinə iki dəfə
qoşun göndərdisə də, məğlub edildi. Şah Təhmasib əmirlərin kö-
məyinə yeni qüvvə göndərdi, özü də onların ardınca yola düşdü.
Əmirlər Əlqas mirzənin üzərinə yürüş etdilər. O, şah ordusu və
əmirlərinin gəlməsi xəbərini eşidib, qorxuya düşərək Xınalıq tərəfi-
nə qaçdı. Onun adamları dəstə-dəstə dağılmağa başladılar. Əmir-
lər Samur çayı kənarında ona yetişdilər. Lakin o bir çox çətinliklər
çəkərək, 40-50 nəfərlə Dağıstana, Ğrim Şamxalın yanına getdi. Bu-
radan Kəfəyə (Feodosiyaya), oradan da, İstanbula yola düşdü. Dər-
bənd və Gülüstan qalaları bir müddət onun məmurlarının əlində
idi. Bu qalalar alındıqdan sonra, Mihtər Dövlətyar bir neçə nəfərlə
öldürüldü. Şah Təhmasib Şirvan vilayətini öz oğlu İsmayıl mirzəyə
verib, Göycə sultan Qacarı da onun xidmətində qoyaraq geri
qayıtdı.
Bu zaman, Şirvan sultanları nəslindən Bürhan mirzə adlı bir
nəfər Qaytaq camaatının arasında olurdu. Onun tərəfindən verilmiş
hökm və fərmanlar üzərində olan möhürün mətni belədir: Bürhənli
ibni-Keyqubad ibni-Əbabəkr ibni-Əmir İshaq ibni-Şeyx İbrahim. Bu
adam hicri 954-cü (=1547) ildə Şirvana gəlib Qülhanda sakin oldu.
117
Qoşun əhlindən bəzisi onun başına toplanıb, meşə və cəngəlliklər
arasında müharibəyə hazırlandılar. İsmayıl mirzə və Göycə sultan
çoxlu qoşunla onu dəf etməyə getdilər. Çarxçılar ilə Bürhan mirzə-
nin adamları arasında şiddətli müharibə oldu. Şahzadənin ordusu
yetişincə, Şirvan qoşunu basıldı və onlardan bir çoxu öldürüldü.
Bürhan mirzə Dağıstana qaçdı.
Əlqas mirzə Ruma gedib Sultan Süleymanı İran səfərinə tərğib
etdi. O, üçüncü dəfə hicri 955-ci (=1548) ildə saysız qoşun, top-
xana və bir çox təchizatla İran üzərinə hərəkət etdi. Şah Təhmasib
tam bir hazırlıqla qarşıya çıxdı. İsmayıl mirzə və Göycə sultan da,
onun əmrinə görə, Şirvan qoşunu ilə bərabər bu müharibədə iştirak
edirdilər. Xülasə, bir çox müharibələrdən sonra, Sultan Süleyman
Ruma qayıtdı. Əlqas mirzə də İraqa və Farsa gedib iğtişaş qaldır-
mağa başladı. Buradan da Bağdada gəldi. Axırda tutulub, qardaşı-
nın hökmü ilə Qəhqəhə qalasında dustaq oldu. Ömrünün axırların-
da Məşhədi-müqəddəsə gedib orada vəfat etdi. Gözəl təbi vardı...
İsmayıl mirzə və Göycə sultan Şirvandan uzaqlaşınca Bürhan
mirzə vilayəti boş görüb Şamaxıya gəldi və hökumət bayrağını
qaldırdıqdan bir neçə gün sonra vəfat etdi.
Hicri 956-cı (=1549) ildə Şirvan hökuməti Şah İsmayılın bacısı
oğlu və damadı Abdulla xan Ustacallı ibni-Xan Məhəmmədə tapşı-
rıldı. Şirvanlılar Bürhan mirzəyə bir neçə gün itaət etdiklərindən,
Abdulla xandan qorxuya düşdülər və ittifaq edib Bürhan mirzənin
qohumlarından Mihrab adlı bir nəfəri özlərinə hökmran seçdilər.
Abdulla xan onları dəf etməyə getdi. Şirvanlılar məğlub edildi və
bir çoxları öldürüldü. Mihrab mirzə də qaçdı və başına nə gəldiyi
məlum olmadı.
Şirvanlılar ikinci dəfə yenə iğtişaşa başladılar: Mihrab mirzənin
qohumlarından Qurbanəli adlı bir nəfəri hökmdar seçib, Xəzər
dənizi adalarından birinə sığındılar. Abdulla xan nəsihət yolu ilə nə
qədər məktub yazdısa da, bir fayda vermədi. Axırda onların üzərinə
yeridi. Qızılbaş qoşunu suyun ortasında (adada) müharibə atəşini
alovlandırdı, adanı alıb Qurbanəli mirzəni, o tayfadan bir çoxları ilə
118
bərabər qətlə yetirdi. Çoxlu mal ələ keçirdilər. Bu hadisədən sonra
bir neçə il asayişlə keçdi.
Şah Təhmasibin bu ölkədəki fütuhatından biri də Şəkinin
alınması idi. Bu hadisənin təfsilatı belədir: Şirvanşahlar xanədanına
mənsub və ata-babadan Şəki hakimi olan Hüseyn bəy, gürcülərin
təcavüzündən Şah İsmayıla pənah aparıb, həmişə ondan iltifat və
köməklik görürdü. Şah İsmayıl vəfat edən ili, Kaxet hakimi Ləvənd
xan Şəkinin üzərinə gəldi. Hüseyn bəy müharibədə öldürüldü.
Şəkinin böyükləri, onun oğlu Dərviş Məhəmməd xanı hakim seçdi-
lər. O, atasının ziddinə olaraq İran dövləti ilə çəkişməyə başladı.
Yuxarıda söyləndiyi kimi, Şahrux mirzənin müharibəsində qızılbaş
qoşununa şəbxun etdi. Buna görə, Şah Təhmasib özü hicri 958-ci
(=1551) ildə Şəki ölkəsini almaq məqsədilə hərəkət etdi. Kaxet
valisi gürcü Ləvənd xan itaət izhar edib, əmrə tabe olmaq məqsə-
dilə Ərəş qəsəbəsində hüzurə gəldi və şahın nəvazişlərinə nail
oldu. Şah tərəfindən Dərviş Məhəmməd xanın adına lütf və mər-
həmət müjdəsi verən bir fərman sadir oldu. Lakin, o, yerinin
möhkəmliyinə arxalanaraq, inad göstərməyə başladı. Şəki böyüklə-
rindən bəzisi Kiş qalasına, Dərviş Məhəmməd xan özü isə, çox
möhkəm və uca olan Gələsən-Görəsən qalasına çəkildi. Bir dəstə
də Əlbürz dağının ətəyində möhkəm bir yeri özlərinə sığınaq edib
vuruşa hazır oldular. Qorçibaşı Sevindik bəy, Bədir xan və Şahqulu
Sultan Ustacallı, bir dəstə qoşunla Kiş qalasını almağa, Kaxet valisi
Ləvənd xan və Şirvan hakimi Abdulla xan Gələsən-Görəsən qalası
üzərinə, Möhürdar Şahqulu xəlifə də başqa bir dəstə ilə dağ ətə-
yindəki sığınağı almağa təyin edildilər. Əmirlər mühasirə və qalanı
almaq işlərilə məşğul olub, topların zərbilə hasar və qalanın burc-
larını dağıtdılar. Bu halı görən Kiş qalabəyisi, qılınc və kəfən ilə
şahın dərgahına gəldi, qalanın açarlarını təslim edərək, təltif edildi.
Hökm və fərmana görə, qalanı dağıdıb hasar və burclarını yer ilə
yeksan etdilər. Bundan sonra, şahın ordusu dağ ətəyindəki sığınaq
tərəfinə hərəkət etdi. Buranın sakinləri də şahın əzəmətindən
qorxuya düşüb əfv və aman istədilər. Dərviş Məhəmməd xan öz
119
əməlindən peşman olub, bir gecə Gələsən-Görəsən qalasından
çıxıb qaçdı. İşin tərsliyindən onun yolu Ləvənd xan və Abdulla xan
ordusunun yanından düşdü. Bu qoşundan bir dəstə Dərviş Mə-
həmməd xanı təqib edərək ona yetişdi. O, yanında olan 400
nəfərlə müdafiəyə başladı. Adamlarının hamısı öldürüldü. Dərviş
Məhəmməd xan özü, Çərəndab sultan Şamlının mülazimi Kosa
Pirqulu ilə əlbəyaxa oldu. Kosa qalib gələrək, onun rəyasət havası
ilə dolu olan başını öz padişahının ayağı altına, torpaq üzərinə atdı.
Şəki ölkəsi tamamilə, şahın qüvvət və qüdrət sahibi olan dövlət
başçılarının hakimiyyəti altına keçdi.
Hicri 961-ci (=1554) ildə Sultan Süleyman dördüncü dəfə
olaraq Azərbaycana qoşun çəkdi. Şirvan hakimləri nəslindən, onun
dərgahına pənah gətirmiş olan Qasım mirzəni, Krımın Kəfə (Feodo-
siya) yolundan qoşunla Şirvana göndərdi. Qasım mirzə Dərbəndi
keçəndən sonra, şirvanlılar yenə Abdulla xandan üz çevirib onun
başına toplandılar. Abdulla xan qızılbaş qoşunu ilə onları dəf
etməyə getdi. Çətin keçidli Təngə adlı bir yerdə iki qoşun qarşılaş-
dı. Abdulla xan məğlub olaraq Şamaxıya qayıtdı. Qasım mirzə Bey-
qurd qalasına gəlib, müharibə tədarükü görməyə başladı. 10000
nəfər rumlu və şirvanlı ilə Abdulla xanın üzərinə yeridi. Qızılbaş
ağsaqqalları, öz azlıqlarından və düşmənin çoxluğundan qorxuya
düşüb, xüsusunda tərəddüddə idilər. Lakin Abdulla xan başında
olan iki min nəfərlə, müharibəyə qərar verib, Gülüstan qalası yaxın-
lığında düşmənlə üz-üzə gəldi. Müharibə atəşi bütün gün alov-
landı. Axşam çağı Şirvan qoşunu basıldı. Onların çoxu öldürüldü,
yerdə qalanları isə, Təbərsəran tərəfinə qaçdılar. Məlum olmadı ki,
Qasım mirzənin başına nə gəldi. Abdulla xan o ölkədə əzəmət və
iqtidar bayrağını daha da ucaltdı. O, müxalifətdə olanlara daha
cəza vermirdi, rəiyyətlərə mehribanlıq və iltifat göstərirdi. Kimsənin
qüdrəti yoxdu ki, ona qarşı müxalifət göstərsin. Dövlət işlərini
intizama salmaqdan əlavə, ticarət işlərini də genişləndirmək üçün
artıq dərəcədə çalışırdı. Şamaxıda ingilis ticarətxanası onun
himayəsi altında təsis edilmişdi. Hicri 969-cu (=1561) ildə, ingilis
120
Cenkinson bu ölkədən Avropaya qayıtdığı zaman, Abdulla xan
onunla bərabər, bəzi işlərdən ötrü, rus padişahı İvan Vasilyeviç
(Qroznının) hüzuruna elçi göndərmişdi. 17 il davam edən hökm-
ranlıqdan sonra, hicri 973-cü (=1566) ildə, vəfat etdi. Sonra Şirvan
əyaləti rumlu Aras xana tapşırıldı və bir neçə müddət onun əlində
qaldı.
Şah Təhmasib 54 il səltənət sürdükdən sonra hicri 984-cü
(=1576) ildə vəfat etdi. O, ədalətli və çox iqtidarlı bir padişah idi.
Şah Təhmasib cavanlığında bəzi əyləncə və qanunsuz işlərlə məş-
ğul olmuşsa da, lakin rəiyyət və ordu işlərini nizama salmaq xüsu-
sunda heç bir şey əsirgəməmişdir. Gözəl bir təbi-şerə və səliqəyə
malik idi. Əbcəd hesabilə «
- qəti surətdə tövbə et-
dim» tərkibi onun tövbəsi tarixidir...
Şah Təhmasibdən sonra, oğlu II Şah İsmayıl taxta oturdu. Bir
ilə yaxın hökumət işlərilə məşğul oldu. Ata-babasının qanunlarına
zidd olaraq, dövlət və millət işlərini yeni əsaslar üzrə qurmaq
istəyirdi...
II Şah İsmayıl... çox qan tökən və qohum-qardaş gözləməyən
bir şəxs idi. Buna görə, həyat və hökmranlığından bir xeyir görmə-
yib, zəhərlənərək vəfat etmişdir...
Onlardan sonra böyük qardaşı Sultan Məhəmməd Xudabəndə
taxta oturdu. Aras xan, keçmişdə olduğu kimi, Şirvan vilayətində öz
vəzifəsində qaldı. Təkəli Bardoğdu xəlifəyə, Şamlı və sair tayfaların
əmirlərindən bir neçəsinə Şirvanda torpaq verildi. Vali Ləvənd
xanın oğlu İsa xan, Şah İsmayılın oğlu Sam mirzənin qızını alıb,
Şəkiyə hakim təyin olundu. Sultan Məhəmməd Xudabəndə dünya
işlərindən bixəbər və xudapərəst idi. İradəsinin üstünlüyü və he-
sabsız ənamlar verməsi üzündən xəzinə boşalmışdı. Qadınlar da
hökumət işlərinə müdaxilə edirdilər. Əmirlər və oymaqlar arasında
ikitirəlik düşmüşdü. Bunların nəticəsində dövlətin bünövrəsinə və
onun istiqlaliyyətinə rəxnə düşdü. Dostlar məəttəl qalıb, düşmənlər
isə cəsarətlə mübarizəyə girişdilər. O cümlədən Şirvan əhalisi iğti-
121
şaş fikrinə düşdü. Onlar, Çərkəzistan və Dağıstan ölkələrində pəri-
şan bir halda dolanan və yuxarıda adı çəkilən Əbubəkr mirzə ibni-
Bürhan mirzəni Şirvana dəvət etdilər. Şirvan qoşunundan qalan iki-
üç min ləzgi və qarabörk onu başına toplaşıb iğtişaşa başladılar.
Əbubəkr mirzə Osmanlı sultanının hüzuruna bir adam göndərib,
onun himayəsi altına keçdiyini bildirdi və Şirvan ölkəsini almaq
üçün ondan kömək istədi... Sultan Murad xan da Şirvan, Bakı və
Azərbaycan vilayətlərini fəth etməyi qərara aldı. Bu fikirlə Lala paşa
adı ilə şöhrət tapmış öz lələsi Mustafa paşanı hicri 986-cı (=1578)
ildə 100000-dən artıq qoşunla bu vilayətləri almağa göndərdi.
Mustafa paşa Axısqa hüdudunda, onu dəf etməyə gələn İrə-
van və Qarabağ bəylərbəylərini məğlub etdi. Gürcüstana gəlib Tif-
lis qalasını aldı və Şirvana doğru hərəkət etdi. İsa xan Şəkidə qala
bilməyib özünü bir guşəyə çəkdi. Lala paşa arxayınlıqla Şirvana
gəldi. Dağıstan əmirləri və ləzgi tayfaları ona kömək edirdilər; Şir-
van əhalisi də onun itaətində idi. Ağıllı və işbilən Şirvan bəylərbəyi-
si Aras xan, qalanı müdafiə etməyə özündə iqtidar görməyib, köç-
külfəti və tərəfdarları ilə bərabər köçüb Kür çayının kənarında yer-
ləşdi.
Lala paşa Osman paşanı Şirvana bəylərbəyi təyin edib, Qaytas
paşanı da Ərəşdə hakim qoydu. Hər vilayətə bir hakim təyin edib
Şamaxı, Ərəş və Bakı qalalarını möhkəmləndirdi. Rum ordusuna
kömək etmək üçün Əbubəkr mirzəni Şirvanda qoydu. Şirvan
vilayətinin ona verilməsi haqqında Xandigardan xahiş edəcəyini
ona vədə verdi. Özü isə, müharibə edə-edə Gürcüstan yolu ilə Rum
ölkəsinə qayıtdı.
İran tərəfindən də, dövlət başçılarının məsləhətilə, Sultan Mə-
həmmədin böyük oğlu və vəliəhdi Həmzə mirzənin Azərbaycana
və Şirvana hərəkət etməsi lazım görüldü. Şahzadənin ordusu
Qarabağa yetişdikdə, Kürün Muğan tərəfində yerləşmiş olan Aras
xan və Şirvan əmirləri səy etdilər ki, şahzadə gəlincəyə qədər Şa-
maxının üzərinə yürüyüb rumlularla vuruşsunlar; bəlkə başqalarının
122
köməyi olmadan Şirvanı ələ keçirsinlər. Bu məqsədlə başlarındakı
cəmiyyətlə Şamaxı üzərinə yürüdülər.
Lala paşa Şirvan səfərinə təyin olunduğu zaman Xandigar tə-
rəfindən Cici ibni-Çingiz xan nəslindən olan Krım valisi Məhəmməd
Gəray xana təklif edilmişdi ki, tatar qoşunu ilə Dərbənd yolundan
Şirvana hərəkət etsin. Buna görə, qardaşı Adil Gəray sultan 20000
tatar qoşunu ilə bu ölkəyə hərəkət etmişdi. Osman paşa onun
gələcəyi günü bildiyindən, şəhərdən çıxıb, düşmənə qarşı döyüşə
hazırlandı. Aras xan və əmirlər də, səflərini düzəldib, müharibəyə
girişdilər. Bu zaman tatar qoşununun padişahları görünüb, dağları
və çölləri tutdular, qızılbaş qoşunu bu halı görüb qorxuya düşdü,
vuruşa-vuruşa qayıtmaq istədi. Lakin rum, tatar, ləzgi və Şirvanın
qarabörk tayfası onları araya aldılar. Aras xan bir çox əmirlər və
əsgərlərlə bərabər öldürüldü. Qılınc ağacından qurtaranlar yarım-
can aradan çıxdılar və Kür çayından keçincəyə qədər atlarının cilo-
vunu çəkmədilər.
Bu hadisədən sonra, Osman paşa Şamaxıya gəldi. Adil Gəray
sultan və Əbubəkr mirzə, Aras xanın ordusunu qarət etmək qəsdi-
lə, Kür çayı kənarına hərəkət etdilər. Həmzə mirzə bu xəbəri aldıq-
da Talış əmirlərinə və o ətrafdakı əhaliyə əmr verdi ki, ordusu gə-
lincəyə qədər, Kür çayı kənarlarını və Aras xan ordusunu qorusun-
lar. Məmurlar, tatar və ləzgi qoşunu yetişdikdə, qızılbaş yaralılarını
keçirmək üçün mühafizə etdikləri körpünü dağıtdılar. Lakin buna
baxmayaraq, onların bir hissəsi özlərini suya vurub keçdilər, şiddət-
li müharibə başladı. Bu əsnada məlum oldu ki, onların başqa bir
hissəsi də, şirvanlıların bələdçiliyi ilə çayı ayrı bir yerdən keçib
qızılbaş əsgərlərinin arxasını tutmuşdur. Buna görə İran qoşunu
məğlub oldu, canını qurtarmaq üçün hərə bir tərəfə üz qoydu.
Tatar və ləzgi əsgərləri, keçməkdə olan ordunun başı üstünü
aldılar. Ordu dağıldı, qadınlar və uşaqlar bir neçə ildən bəri topla-
nılan külli mal və təchizatla bərabər onların əlinə keçdi. Onlar hə-
min gün çayı keçib Şirvan tərəfinə qayıtdılar.
123
Lakin bu əsnada İran vəziri mirzə Səlman, qızılbaş əmirləri və
əsgərləri ilə Qarabağın Qaraköpək (ona Təxti-Tavus da deyirlər)
adlı yerindən sürətlə hərəkət edərək, Qoyun-Ulamidən keçib,
Şamaxı qalasını mühasirəyə almışdı. O, tatar və ləzgi qoşununun
qayıtmasından xəbərdar olduqda, qalanın yanında bir dəstə əsgər
qoyub özü onların qarşısına çıxdı.
Adil Gəray sultan, əhvalatdan xəbərdar olmaqla bərabər,
qızılbaş döyüşlərində göstərdiyi şücaətə görə onları saymayıb,
Osman paşaya kömək etmək üçün Şamaxıya gedirdi. Ağsu çayı
kənarında, Molla Həsən yurdunda iki dəstə üz-üzə gəldi. Adil
Gəray sultan yanında olan 12000 tatar, 4 və ya 5 min ləzgi və qara-
börk ilə cəsarətlə döyüşə hazırlandı. Qızılbaş qoşununun çarxçısı
Əmir Həmzə xan Ustacallı, bir dəstə ilə irəlilədi, vuruşma qızışdı.
Şamaxı qalasını mühafizəyə təyin edilən dəstə də tatarlar ilə vuruş-
manı o işdən yaxşı bilib, əmirlərdən icazəsiz müharibə meydanında
hazır oldular. Tatar qoşunları, qızılbaşların ardı-arası kəsilməyən
hücumlarına baxmayaraq, səbr göstərib səhərdən axşama qədər
cəsarət və mərdanəliklə vuruşurdular. Axırda, Adil Gəray sultan öz
qoşununda zəiflik nişanələri gördü. Onları cəsarətləndirmək üçün
özü döyüş meydanına girdi. Vuruş zamanında Baba xəlifə onu nizə
zərbəsilə yerə sərdi. Adil Gəray sultan, ad və sanını bildirərək,
ölümdən xilas olub əsir düşdü.
Bu hadisədən sonra, tatar tayfası qaçmağa başladı. Bir çoxları
qırıldı, sağ qalanlar da dağlara və meşələrə dağıldılar. Aras xan
ordusunun malları, əsirləri və toxunulmamış yüklü dəvə qatarları
yenə qaliblərin əlinə keçdi.
Osman paşa köməkdən məyus olunca, Şamaxı qalasını bura-
xıb Dərbənd tərəfinə getməkdən başqa bir çarə tapmadı. Onu tə-
qib etmək üçün göndərilən bir dəstə, Şabrana qədər gedib,onun
topxana və əsləhəsindən bir qədərini qənimət alaraq qayıtdılar.
Osman paşa Dağıstan xalqının köməkliyilə Dərbəndə gəlib dayan-
dı. Mirzə Səlman və əmirlər, Şirvanı mühafizə etmək üçün bir dəstə
əsgər təyin edib, geri qayıtdılar.
124
Adil Gəray sultanı əvvələr çox ehtiramla padişahlıq imarətində
saxlayırdılar. Axırda, əmirlər və dövlət başçıları, qalalardan birinə
getməyi ona təklif etdilər. O isə buna razı olmayıb müqavimət
göstərmək istədi və əlbəyaxa vuruşmada öldürüldü.
İran dövlətinin Adil Gəray sultan ilə gözəl rəftar etməsi xəbəri
Krıma yetişdikdən sonra anası, Krım xanı tərəfindən göndərilən
məktub və bir çox hədiyyələrlə İrana hərəkət etdi. Şamxal mülkü-
nün Kafir Qumuq kəndində, oğlunun ölüm xəbəri ona çatdı. O ye-
rin əhalisi mala tamah edərək, Adil Gəray sultanın anasına çox
əziyyət verdilər, nəyi vardısa hamısını qarət etdilər. Bu hadisədən
sonra o qadın, onları Kafir Qumuq deyə adlandırdı. Bu ad indi də
qalır. Özü də orada vəfat etmişdir. Qəbri kəndin kənarında bir təpə
üzərində Tatarsin adı ilə mövcuddur.
Şirvan əyaləti şah tərəfindən Zülqədər Məhəmmədqulu xəlifə-
yə tapşırıldı. Bundan əlavə hər bir nahiyəyə xüsusi bir əmir təyin
edildi. Osman paşa və Dağıstan hakimləri tərəfindən himayə edilən
Şəki və Şabran əhalisi, Əbubəkr mirzənin başına toplanaraq qızıl-
baş əmirlərini Şirvanda rahat və asudə qoymurdular. Lala paşa da
Ərzrumda gələcək il üçün səfər tədarükü ilə məşğul idi. Buna görə,
şahın ordusu paytaxt olan Qəzvindən Təbrizə köçdü. Bu zaman,
Məhəmmədqulu xəlifədən bir məktub yetişdi. Bu mək-tubda
deyilirdi: Adil Gəray sultanın qardaşları Qazi Gəray sultan və Səfi
Gəray sultan tatar qoşunu ilə Dərbəndə varid olmuşdular. Bunlar
ya Xandigarın fərmanı üzrə, ya da qardaşlarının intiqamını almaq
üçün gəlirlər. Buna görə qərara alındı ki, mirzə Səlman qoşun
əmirləri və əyanları ilə Şirvana hərəkət etsin. Bunlar hələ Qarabağa
çatmamışdılar ki, Qazi Gəray sultan külli qoşunla Şirvana yola düş-
dü. Məhəmmədqulu xəlifə onları qarşıladı, Samur çayı kənarında,
iki qoşun üz-üzə gəlib aralarında şiddətli müharibə oldu. Mə-
həmmədqulu xəlifə, qoşun əhlindən bir çoxu ilə bərabər öldürüldü.
Sağ qalanlar qaçıb Şirvandan getdilər. Bunların malları və əhli-
əyalları, bir dəqiqə qətl-qarətdən əl çəkməyən tatarların əlinə keç-
di. Qənimətin çoxluğundan yükləri ağırlaşan bir dəstə tatar qoşu-
125
nu, qızılbaş qoşununun gəlməsini eşidərək geri qayıtdı. Qazi Gəray
və Səfi Gəray, Osman paşa kömək etmək üçün, bir dəs-tə qoşunla
Dağıstanda qaldılar. Bu hadisələrin qurbanı olan Şirvan əhalisinin
bir hissəsi Osman paşanın yanına qayıtdı, bəzisi də Şəkinin Xaçmaz
adlı yerində Əbubəkr mirzənin başına toplandı. mirzə Səlman,
əmirlər və qoşunla Şirvana gəldisə də heç bir iş görə bilmədi. Xaç-
maza, Əbubəkr mirzənin üstünə göndərdiyi dəstə də məqsədə
çatmadan geri qayıtdı. Xülasə, vilayət xaraba qalmışdı.
O il Qarabağ, Azərbaycan və Gilanda taxıl qıtlığı tam mənasilə
hökm sürməkdə idi. Başlıca maneələrdən biri də əmirlər arasında
nifaq və intizamsızlıq idi. Bu səbəblərə görə mirzə Səlman Şirvanı
boş buraxıb Təbrizə qayıtdı. Səfər tədarükü üçün ətrafa fərmanlar
göndərdi. Şahın ordusu üçün İşkənbər və Kələnbər - yaylaq, Qara-
bağ isə - qışlaq təyin olundu. Səlman xanı Şirvan əyalətinə hakim,
ustacallı əmirlərindən bir neçəsini də oranın nahiyələrinə əmir
göndərdilər. Bunlar da Arasbar yolu ilə Kür çayı kənarına gəldilər.
Havanın istiliyindən dənizin iki ağaclığında qədim bir şəhər xaraba-
sı olan Həməşərədə dayandılar. Firdovsinin «Şahnamə»sində bu
yer Əbərşəhrə adlanır. Burada qoşun toplamaq və səfər tədarükü
görməklə məşğul oldular. Bu zaman, Qazi Gəray sultan və Səfi
Gəray sultan çoxlu qoşunla Şirvana axın etdilər. Onlar qızılbaşların
vəziyyətindən xəbər tutub, şirvanlıların bələdçiliyi ilə, Kür çayından
keçdilər. Yağış və palçığın çoxluğundan, qızılbaş qoşununun bir-bi-
rindən xəbəri yox idi. Belə bir zamanda onların üstünə töküldülər.
Onları göz açmağa qoymayıb, bir çoxlarını qırdılar, ordunun da
var-yoxunu talan edərək, həmin gün yenə Şirvana qayıtdılar. Qızıl-
baş qoşunu çox pozğun bir halda özünü toplayıb, Qızılağac hüdu-
dunda yerləşdi.
Osman paşa Şamaxıya gəlib rumluların bir dəstəsini Bakı
qalasına göndərdi və bu möhkəm qalanı daha da möhkəmləndirdi.
Mirzə Səlmanın İran qoşunu və əmirlərilə gəlməsi xəbəri Rum
(osmanlı) və tatar camaatına çatdıqda müqavimət qəsdilə qayşıya
çıxdılar. Molla Həsən yurdunda çarxçıların müharibəsi vaqe oldu.
126
Onlar, qoşununun çoxluğunu və yaxşı təchiz olunduğunu nəzərə
alaraq, özlərində müqavimət qüvvəsi görmədilər. Osman paşa
Dərbəndə, tatar sultanları da Dağıstana qayıtdılar.
Bu zaman bəylərbəyi Səlman xan Şirvanın əmirlərilə bərabər
Kürdən keçdilər. Tatarlardan gördükləri sınıqlığın əvəzini çıxmaq
üçün Bakı qalasını almağa səy və qeyrət etdilər. Əmir xan da, Şab-
rana aparmış olduğu qoşunla, Bakı qalasının üstünə gəldi. On sək-
kiz gün davam edən mühasirə heç bir nəticə vermədi. Azuqə və
ələfin yoxluğuna görə burada dayanmaq çox çətin oldu. Əvvəllər-
də, arpa unu Təbriz batmanı ilə, altı misqal sikkəli gümüş pula satı-
lırdı. Axırlarda isə, əsla tapılmırdı. Qızılbaş qoşunu, Şirvanı boşalt-
mağa məcbur olub, Qarabağa gəldi. Hökumət başçıları və əmirlər
belə məsləhət gördülər ki, Şirvanın mühafizəsi Qacar tayfasından,
otuz iki oymağı və sairdən ibarət olan Qarabağ camaatına verilsin.
Bunların idarəsi də Qarabağ bəylərbəyisi İmamqulu xan Ziyad oğlu
Qacara tapşırılsın. O qəbul etməsə də, yenə onun boynuna qoydu-
lar. Onun məsləhəti ilə Peykər sultan Ziyad oğlu Qacarı, xan rütbə-
silə Şirvan bəylərbəyisi təyin etdilər. Qacar əmirlərindən bir neçəsi-
ni də bu vilayətin nahiyələrinə təyin edib onunla bərabər Şamaxıya
göndərdilər.
Qazi Gəray sultan tatarlardan və osmanlılardan ibarət külli
qoşunla ikinci dəfə Şirvana üz qoydu. Bu hadisədən əvvəl, İmam-
qulu xandan çoxlu kömək almış olan Peykər xan Qacar, Çəkərli,
Qaramanlı və sair əmirlərilə qarşıya çıxdı, Şamaxı ilə Şabran arasın-
da müharibə başlandı. Qazi Gəray sultan qızılbaş müharibəsində
göstərdiyi hünərə görə, bunları o qədər saymırdı. Buna görə
cəsarətlə meydana girdi. Vuruşma zamanı bir dəstə qacar arasına
düşüb əsir oldu. Qoşunu Səfi Gəray sultanla bərabər qaçdı.
Qazi Gəray sultanı şahın ordusuna apardılar; sonra da Qəzvin
ilə Gilan arasında olan məşhur qalalardan Əlmövt qalasına göndər-
dilər. Bir müddət burada qaldı, azad edildikdən sonra Ruma getdi.
Hicri 997-ci (=1589) ildə, Xandigarın yardımı ilə Krım və Dəşt
127
səltənəti ona çatdı. Deyirlər ki, igid, arif, şeir həvəskarı və musiqi-
şünas bir əmir idi.
Hicri 991-ci (=1583) ildə qızılbaşlardan bir dəstə, Şabran ətra-
fında İbrahim paşa tərəfindən tikdirilmiş olan qalanın üzərinə
getməyə məmur oldu. İbrahim paşa məğlub olaraq qaçdı və qala
da alınıb dağıdıldı. Ayrı bir dəstə də Qəbələ və Şəki üzərinə yürü-
yüb qətl və qarət işində heç şeydən çəkinmədi. Bu zaman Peykər
xan xəstələnib vəfat etdi. Osmanlılar yenə yürüşə başladılar, şirvan-
lılar da üsyan etdilər. Şahlıq dərbarından qaradağlı Xəlifə Ənsar,
Peykər xanın yerinə təyin edildi. O gəlib şiranlıları cəzalandırdı.
Üsyanda daha artıq fəaliyyət göstərən Quba əhalisinin yurdlarını
və mallarını yandırıb qarət etdi. Özü də çox keçmədən vəfat etdi.
Osman paşa, yeni Rum qoşunu ilə Dərbəndə çatmış olan Cəfər
paşa, Heydər paşa, Şəmsi bəy və Piyalə bəylə birlikdə qazılbaşların
üzərinə yeridi. Samur çayı sahilində, Palasa adlı yerdə üz-üzə gəl-
dilər. Qızılbaşlar məğlub oldu, onlardan bir çoxu İmamqulu xan və
sair əmirlərlə bərabər öldürüldülər. Sağ qalanlar da İrana qayıtdılar.
Bu hadisələrdən sonra, həm də gələcək il şah ordusunun İraqa
qayıtması ilə əlaqədar olaraq, Şirvanın vəziyyəti elə qarışdı ki,
qızılbaş əmirləriindən heç biri burda dura bilmədi. Osman paşa
Dərbənddən Şamaxıya gəlib qalanı möhkəmləndirdi, əyalət də
müstəqil oldu. Hicri 993-cü (=1585) ildə, Cəfər paşa Dərbənddən
gedib, əhalisi baş qaldırmış olan Kürə qalasını aldı və qarət etdi.
Hicri 996-cı (=1588) ildə Sultan Məhəmməd Qarabağ Gəncə-
sindən İraqa hərəkət etdi. Birinci mənzildə, Əbuşəhmə adlı yerdə,
böyük oğlu və vəliəhdi Həmzə, gecə öz dəlləyi Xudaverdi tərə-
findən öldürüldü. Bu hadisədən sonra, sərəsgər Fərhad paşa, ona
müqavimət göstərə bilməyən Kartli valisi Simon xanın icazəsilə
Qarabağa gəldi. Gəncə qalasını bina edərək Təbrizi və Azərbayca-
nın bir çox şəhərlərini ələ keçirdi. Ancaq Ərdəbilin ətrafı qızılbaş-
ların əlində qaldı. Beləliklə, türklər 20 il müharibəsiz bütün vilayət-
lərin üzərində hökmran oldular. (Həmzə mirzə öldürüldükdən son-
ra) Sultan Məhəmməd Xudabəndə həmin il iş başından çəkilib,
128
səltənəti oğlu Şah Abbasa tərk etdi. O da bir neçə il dövlət işlərini
islah etmək, qoşunu nizama salmaq və rəiyyətin vəziyyətini yoluna
qoymaqla məşğul oldu. Beləliklə, itaətsizliyi və çəkişməni əmirlərin
və oymaqların arasından qaldırdı.
Bu zaman Şirvan və Dağıstanın işləri çox abad bir halda idi.
Lahıcan hakimi mirzə Əli Karkiyanın qardaşı oğlu Xan Əhməd xan
bütün Gilanı ələ keçirmişdi. O, hicri 975-ci (=1568) ildə, Qəhqəhə
və İstəxr qalalarında 12 ildən bəri məhbus idi. Sultan Məhəmməd
Xudabəndə zamanında yenə keçmiş hakimlik mənsəbinə təyin
edilmişdi. Xan Əhməd xan (Şah Abbasa qarşı) üsyan etdi. Lakin
qızılbaş qoşunu gəldikdə, Gilan valisi Məhəmmədəmin xan Cəmşid
xan oğlu ilə bir yerdə, hicri 1000-ci (=1592) ildə, gəmiyə minib
Şirvana qaçmağa məcbur oldu. Vəzirini yardım almaq üçün Rum
sultanı Xandigarın dərgahına göndərdi. Xandigar tərəfindən, bun-
ların Qostəntiniyyəyə fərmanı sadir oldu. Şirvan valisi mehmandar-
lığa təyin olundu. Məhəmmədəmin xan Gəncədə vəfat etdi. Xan
Əhməd xan onun (vəfatı haqqında) yazdığı mərsiyədə deyir:
Ruzigarın gərdişindən və fələklərin zülmündən
Ürəyimiz məhzun, ruhumuz qəmgindir.
Ey gözüm, yaş əvəzinə qan axıt ki, biz
Nadir bir xəzinəni Gəncədə torpağa basdırdıq.
Özü də Ruma gedib, axırda Nəcəfi-Əşrəfdə vəfat etdi. Sonrakı
il İran dövləti ilə çəkişməkdə olan Astara hakimi Əmir Həmzə xan
Talış, mühasirə şiddətindən cana gəlib aman istədi. Şirvana getmək
üçün ona izn verildi. Burada bir müddət Rum dövlətinin ənam və
nəvazişinə nail oldu. Lakin bir az keçəndən sonra, xain mülazim-
lərindən iki nəfər onu ovlaqda öldürdü. Ailəsi də vətənə qayıtdı.
Bir neçə vaxtdan sonra Əbubəkr mirzə ibni-Bürhan mirzə, öz
oğlu Bürhanəli mirzəni şahın dərbarına göndərib İran dövlətinin
himayəsi altına girmək istədi. O, osmanlılardan üz çevirmiş və
iğtişaş vəsaitini hazırlamaqla Şirvan vilayətini almaq fikrində idi.
129
Hicri 1010-cu (=1602) ildə, şəkili Şahmur xan ilə birlikdə Kürə,
Təbərsəran və sair dağlıq yerlərdən qoşun toplayıb, Axtı və Mis-
kincəni dağıtdı. Lakin, Ağbil ətrafında, Palasa adlı yerdə, o zaman
Şirvan valisi olan Əhməd paşa ilə vuruşub məğlub oldu. Rumlular
(türklər) Quba xalqından bir çoxunu öldürdülər. Quba və Müskür
mahallarını qarət edərək, Qusar kəndində qala tikdirib mühafiz
qoydular. Şahmur xan Şəkidə qala bilməyib İrana getdi. Lakin
məlum olmadı ki, Əbubəkr mirzənin axırı nə oldu.
Dağıstan işləri elə qarışıq bir halda idi ki, Çoban Şamxal Qay-
taq, Kürə, Avar və Çərkəz hüdudundan Terek çayına və Xəzər dəni-
zinə qədər hökmran idi. O, hicri 982-ci (=1574) ildə Buynaqda və-
fat etdi. Onun oğlanlarından: Eldar Buynaq və Tarxuda; Məhəm-
məd Qazanışda; Andiya Kafir Qumuqda və Gəray Hilidə hakim
oldular. Lakin, bundan sonra, bu dörd xanədana mənsub olan
şamxallar yaşlarına və kamallarına görə, bütün ölkəyə hökmran
olurdular. Hicri 1187-ci (=1773) ildən isə, şamxallıq Buynaq əmiri
xanədanına keçmişdir.
Xülasə, Sultan Əhməd Üsminin qızından olan bu dörd nəfər,
Uzun Çərkəsin qızından olan öz qardaşları Sultan Budu çankə
1
he-
sab edərək, ona ölkədən hissə vermədilər. O da qədim Əhran şə-
hərinin yeri olan Çilyurda gəldi. Burada sakin olan üç nəfər əndəbili
qatil ilə Çərkəzistana getdi. Çoxlu qoşunla geri qayıtdı, qardaşları
naçar qalıb barışdılar. Sulaq və Terek çaylarının arasındakı yerləri,
Mıçıqıçın və Salatavın aşağı qismi ilə Günbətin sərhəddi olan Qərxi
dağına qədər bütün ərazini ona hissə verdilər. O, Qumuq tayfasını
öz başına toplayıb Çilyurdda yerləşdi.
Sultan Əhməd Üsmi ibni-Həsənəli Üsmi cəsarətli, ağıllı və
iqtidarlı bir əmir idi. Hicri 996-cı (=1588) ildə, Qaytağın altı əmirli-
yini öz oğlu Xan Məhəmməd Üsmiyə tərk edərək vəfat etdi. Ondan
dörd böyük iş yadigar qaldı:
Dostları ilə paylaş: |