1
Çankə - rəiyyət qızından olan əmirzadəyə deyilir.
130
1) Əhalinin məşvərət üçün toplandığı boş bir yerdə Məcalis
kəndini bina etdi.
2) Dağıstanda indi də işlənməkdə olan bəy və çankə kəlmələri
arasındakı təfavütü müəyyənləşdirli: bu qanuna görə, əmir qızın-
dan olmayan əmirzadə, əmirliyə yaramaz.
3) Mülki işlərə dair bir qanun yazdı ki, indi də Həpşi mahalı
qazisinin yanında mövcuddur, xalq çox vaxt o qanuna müraciət edir.
4) Ürcəmil və Başlı əhalisinə mənsub olan boş yerləri, tərəkə-
mə mahalı təyin etdi. Əhali əkinçiliklə məşğul olub əldə etdikləri
məhsuldan Üsmiyə cüzi bir vergi verirdilər. Bir zaman Üsminin oğlu
vergi toplamaq üçün oraya getmişdi, Ürcəmil əhalisi onu təhqir
etmişdi. O da, guya atasından icazəsiz gedib, öz bacısı oğlu Şam-
xaldan qoşun alıb gətirdi. O mahalın böyüklərindən bəzisini öldür-
dü. Bir az zamandan sonra Üsmi özü, başlarında üsyan havası olan
sair böyükləri də bir bəhanə ilə toplayıb öldürdü. O zaman Şirvan
tərəkəmə tayfalarından bir qismi iğtişaş şərrindən özlərinə asudə
bir yer axtarırdılar. Sultan Əhməd Üsmi, bunların bir qismini gətirib
tərəkəmə mahalı kəndlərinin binasını qoydu və onları öz sülaləsi
üçün rəiyyət və təbəə qərar verdi.
Dağıstan işlərinin belə qarma-qarışıq bir zamanında, hicri
1002-ci (=1594) ildə, rus padişahı Fyodor İvanoviç Dağıstana 3000
qoşun göndərib Sulaq çayı kənarında Qoysu adlı bir şəhər saldırdı.
O, Tarxu yaxınlığında da ikinci bir şəhər bina etmək istəyirdi.
Çoban Şamxalın oğlanları Çərkəs, Qumuq və Dağıstan tayfalarını
toplayıb, ona mane oldular. Boris Fyodoroviç Qodunov Rusiya tax-
tına oturunca, Dağıstanda öz hakimiyyətini möhkəmləndirmək
üçün üç qala bina etdirdi: birincisi - həmin əvvəlki yerdə, Tarxunun
yaxınlığında, ikincisi - İndiri kəndində və üçüncüsü də indi məlum
olmayan başqa bir yerdə. Bu qalaların üçündə də mühafizlər
qoydu və onların üzərində Buturlini sərkərdə təyin etdi.
Bir müddətdən sonra, hicri 1012-ci (=1604) ildə, Sultan Bud
Çərkəzistandan 13000 əsgər gətirib qardaşı Gəray xan Şamxal və
Krım tatarlarının yardımı ilə hər üç qala üzərinə hücum etdi. Qala
131
mühafizləri çoxlu vuruşmadan sonra, düşmənin vermiş olduğu
sözə görə, öz vətənlərinə qayıtmaqdan başqa çarə görmədilər.
Lakin, verilən əhdin xilafına olaraq, onları əsir etmək istədikdə,
ruslar müdafiəyə başlayaraq tamamilə qırılıb məhv oldular. Qoysu-
nun mühafizləri də şəhəri yandırıb öz vətənlərinə yola düşdülər.
Sultan Bud öz tayfası ilə gəlib İndiri kəndində sakin oldu.
Bütün Qumuq əmirləri, onun oğlanları Aytəmur və Qazanalb nəs-
lindəndirlər. Başqa xalqlara qarışmış olan Qumuq tayfası da bunla-
rın nəslindəndir. İndi 5000-ə yaxın ailədən ibarət olub İndiri, Yax-
say, Küstək, Qazi-Yurd və sair kəndlərdə yaşayırlar. Qum-Turxalı ilə
Teymur-Quyu arasında, Qoysunun sağ tərəfində sakin olan qədim
Tumanlar tayfasının da çayları və əkin yerləri var idi. Bunlar öz xü-
susi əmirlərinin nəsli kəsildikdən sonra, gedib Qazanalb Sultan Bud
oğlu övladına tabe oldular. İndi onlar İndiri kəndinin bir məhəlləsi-
ni təşkil edirlər.
İndiri əmirləri, öz nəsillərini Avar xanlarına nisbət verən Gün-
bət və Arqunay mahalı əmirlərindən iki nəfəri öldürdülər. Bir çox
vuruşmadan sonra barışıq oldu. İndiri əmirləri Çəçən Tala, Gərmən-
çuq, Şalı, Ataqa və sairdən ibarət olan Mıçıqıçın aşağı hissəsini,
ölənlərin qan bahası olaraq, varisləri Terlav adlı şəxsə verdilər. Terlav
Nəşşaqdan bir qədər əhali gətirib, bu yerləri abad etməyə başladı.
Mıçıqıç adlanan bu ölkə, öz adını Mıçıqıç çayından almışdır.
Mıçıqıç, Mıçıq içi deməkdir. Özü də üç yerə ayrılır: dağlıq, meşəlik
və çöllük... Meşəlik və çöllükdən ibarət olan Ağac Mıçıqıç və Tüz
Mıçıqıç, əsrimizə qədər Terlav övladından olan öz əmirlərinə xərc
verirdilər. Terlav oğlu əmirlərinin öz qədim mülkləri olan Günbət
və Arqunayda da dağları və başqa yerləri vardı. Bundan başqa bir
kəndə də sahib idilər, oradan hər il vergi alırdılar. Həmçinin neft
mədənləri olan Avuq və Bayan kəndləri, təqribən 2000 evdən və 12
kənddən ibarət Salatav mahalı, indiri əmirlərinə xərac verib xidmət
edirdilər.
Hicri 1014-cü (=1606) ildə Şah Abbas Azərbaycanı fəth etdikdən
sonra Təbrizdə qışladı. Köç və ailəsi ilə bərabər, hüzurunda olan
132
Gürcüstan valisi Aleksandr xanın oğlu Qonstantin mirzəni, xan
rütbəsi ilə Şirvan əmirül-üməralığına təyin etdi. Bəzi adamlara da
əmirlik mənsəbi verdi, onlar üçün bu vilayətdə nahiyələr ayırdı.
Aleksandr xana tac, cıqqa, cəvahirlə bəzənmiş kəmər və sair xələt-
lər verib, oğlu Qonstantin xanı əmirlər və qoşunla bərabər Gürcüs-
tana göndərdi. Əmr etdi ki, oradan Gürcüstan qoşunu ilə Şirvanı
almağa getsin. Şirvan ölkəsinin hakimi ilə bir yerdə olan əmirlər
bunlardan ibarət idi:
1) Şahmur xan, bu adam Şəkinin qədim valiləri nəslindən olub,
bir müddət şahın hüzurunda idi. O, Şəki əyalətinə təyin edildi; 2) Şəm-
si xan Qazaqlar; 3) Şamlı oymağından Əli xan Müvafiq; 4) Qon-
stantin xan ilə qohumluğu olan türkmən Muslu Məhəmməd xanın
oğlu Bəktaş sultan; 5) Tizrov sultan Müqəddəm; 6) Çakərli Əxi
sultan; 7) Şəmsəddinli Əli xan; 8) Ərəşli Əli sultan.
Aleksandr xan öz oğlu, əmirlər və şahın məiyyətində olan bir
dəstə tüfəngçi ilə Gürcüstana gəldi. O, Şirvan səfəri tədarükündə
səhlənkarlıq edirdi; çünki böyük oğlu və vəliəhdi Gürgin mirzə, bu
işdə ona mane olurdu. Axırda ata ilə oğlanları arasında iş çətinə
düşdü və müharibə ilə nəticələndi. Müsəlman olan Qonstantin xan,
əmirlərin və qızılbaş qoşununun köməyilə öz atası və qardaşını bir
yerdə öldürdü və Gürcüstanın müstəqil hökmranı oldu. Sonra,
səfər tədarükü görüb, hicri 1015-ci (=1606) ilin əvvəllərində, 2000
qızılbaş və bir qədər də gürcü qoşunu ilə Şirvana hərəkət etdi.
Şirvan vilayətinə qədəm qoyunca, əyan və əhalinin çoxu təslim
oldu. Şəki hakimi Şahmur xan, bəzi əmirlərlə pişdar idi. Qəbələ
hüdudunda, o yerin hakimi Məhəmmədəmin paşa ilə müharibəyə
girişib onu məğlub etdi. Məhəmmədəmin paşa bir dəstə rumlu ilə
öldürüldü, sağ qalanlar isə, Qəbələ qalasına çəkildilər.
Mühasirəçilər qalanı almaq tədarükündə idilər. Şirvan bəylər-
bəyisi Cağal oğlu Mahmud paşa, ətrafdakı Rum əsgərlərini Şamaxı
şəhərinə topladı, topxana və hərbi ləvazimat ilə qarşıya çıxdı.
Qonstantin xan da Qəbələ qalasında bir dəstə mühafiz qoyub, özü
qalan qoşunla düşmənin qarşısına yeridi. Ağsu çayı kənarında mü-
133
haribə atəşi alovlandı. Rumlular müharibənin əvvəlində çarxçılara,
sağ cinah və sol cinah dəstələrinə güc gətirib, özlərini mərkəzə
yetirdilər. Qızılbaş qoşunu az qalmışdı ki, məğlub olsun. Lakin
Qonstantin xan bir qol ordu ilə çapıb hücuma keçdi. Qaçmaqda
olan sağ və sol cinah qoşunları öz əmirləri ilə geri döndülər. Rum-
lular məğlub olub qaçmağa başladılar. Onlardan bir çoxu öldürül-
dü, bir çoxu da əsir düşdü.
Qonstantin xan Mahmud paşanın ardınca gedib, ona yetişdi
və fərasətlə onu tanıdı. Az qalmışdı ki, Mahmud paşanı öldürsün,
gözlənmədən Qonstantin xana dəyən bir ox yarası buna mane
oldu. Min nəfər rumlu öldürüldü, Mahmud paşa da sağ qalan qoşun
ilə Şamaxı şəhərinə gəlib qalanın müdafiəsi ilə məşğul oldu. Qəbələ
qalasının mühasirəsi üçün qalan dəstə də rumlular qaçdığı zaman,
orada dayanmayıb müharibə meydanına gəldi. Qəbələ qalasının
mühafizləri məğlubiyyət xəbərini eşidincə, şəhəri qoyub qaçdılar.
Qubad ibni-Firuzun bina etdirdiyi bu qalanın xarabaları indi də
durur. Dərvazası, hasarı və çox dərin və qəribə xəndəyin asarından
onun nə dərəcədə möhtəşəm olduğunu anlamaq olar. O biri qala-
ların qalabəyləri də Şamaxıya toplandılar. Bakı və Dərbənd qala-
sından başqa rumluların əlində heç bir yer qalmadı. Qonstantin
xan, şahın hüzurunda olan təyinata müvafiq olaraq, ölkəni əmirlərə
verdi. Ölənlərin başlarını bir neçə nəfər əsir və 12 bayraqla Təbrizə,
Şah Abbasın hüzuruna göndərdi. Bu xidmətin qarşısında ona tac,
kəmər, xəncər, cəvahirlə bəzənmiş qılınc və sair ənam verildi.
Bir neçə gün sonra yarası bir az sağaldı, gəlib Şamaxını
mühasirə etməyə başladı. Qalanı almaq üçün istədiyi topxana və
qorxana şah ordusundan göndərildi. Mühasirənin müddəti çox
uzandı. Qonstantin xan çox məğrur olduğundan, əmirlərə o qədər
də əhəmiyyət vermirdi. Camaat da (xüsusən gürcülər) iki səbəbə
görə, ondan narazı idilər: birinci səbəb din ayrılığı idi, ikinci səbəb
isə, atası Aleksandr xanın xilafına olaraq, onlarla bir padişah kimi
rəftar etməsi idi. O gündə bir dəfə də olsun onları ümumi işlərdən
ötrü öz yanına buraxmırdı. Halbuki atası bunlarla başqa cür rəftar
134
edərdi, əyandan olan hər bir kəs istədiyi zaman onun yanına
gedərdi. Bu səbəblərə görə əhd etdilər ki, Qonstantin xandan üz
çevirib, yanlarında olan Aleksandr xanın nəvəsini Gürcüstana
aparıb taxta oturtsunlar.
Tərəfdarlarından bir nəfər onu işdən xəbərdar etdisə də, o çox
məğrur olduğundan, buna əhəmiyyət vermədi. Atasının və özünün
vəziri olan Ziyaüddin Kaşi də Qonstantin xanı gürcüləri cəzalan-
dırmağa qoymadı. Gözəl və faydalı nəsihətlərlə gürcülərin halını
yaxşılaşdırmaq istədi. Onlar zahirdə ixlas və səmimiyyət göstərib
dedilər ki, biz ancaq səfər və müharibənin uzanmasından təngə
gəlmişik. Artıq Şirvanda qalmağa taqətimiz yoxdur. Vəzir söz verdi
ki, bir ay kimi izn alıb onların qayıtmaq tədarükünü görsün. Beləlik-
lə də o, xanın ürəyini təşvişdən qurtardı.
Bir gecə keşikdə olan gürcü zadəganlarından (aznaurlarından)
bir neçəsi qarışıqlıq salıb xanın çadırını əhatə etdilər. Şahın Qarapiri
adlı mülazimi onu bu işdən xəbərdar etdi. O da çadırın arxasını
yarıb Əli xan Müvafiqin mənzilinə qaçdı. Gürcülər xan zənn edərək
onun xadimlərindən bir neçəsini öldürdülər. Aleksandr xanın
nəvəsini ələ keçirib, toplaşdıqları yerə qayıtdılar.
Əli xanın mənzilində kərənay çalındı, qızılbaş qoşunları hər bir
tərəfdən toplandılar. Gürcülər qoşunun toplanmasından anladılar ki,
Qonstantin xan sağdır. Valizadəni götürüb, hamısı bir yerdə Gürcüsta-
na yola düşdülər. Xan, ertəsi gün səhər tezdən bir dəstə ilə gedib on-
lara çatdı. Gürcülər vuruşa hazırlaşıb açıq və uca bir səslə: «Sən mü-
səlmansan, bizə xristian hakim lazımdır» dedilər. Xan vuruşmanı məs-
ləhət görməyib geri qayıtdı. Qorxusundan qalanın yanına gəlməyib
ordudan əl çəkdi. Heç bir yerdə durmadan Ərdəbilə gəldi. Oradakı
bütün ordu ləvazimatı və ticarət malları rumlulara qənimət qaldı.
Qonstantin xan macəranı Maku qalası yanında şahın hüzurun-
da ərz etdi və kömək istədi. Şah tərəfindən qəbul edilib yardım
vədəsi aldı. Lakin, o, (şahdan) icazəsiz tacirlərdən zorla və xoşla
xeyli pul toplayıb yanındakı əmirlər ilə Gürcüstana hərəkət etdi.
Ləzgi, Şirvan və Otuz iki elinin yığıntı adamlarından ibarət bir çox
135
qoşun onunla bərabər idi. Şahmur xan da Şəki tərəfdən gəlib ona
qoşuldu. Gürcülər, şahın Qonstantin xandan narazı olduğunu
bildikdə, daha da cürətlənib, onu Qanıq çayı kənarında qarşıladılar.
Qonstantin xan məğlub edilib öldürüldü...
Onun qoşunu min fəlakətə uğrayıb, bir hissəsi Azərbaycana,
bir hissəsi də Şahmur xanla Şəkiyə getdi. Şah Abbas Gəncə, Tiflis
və Tumanis qalalarını aldıqdan sonra, Qarabağ - Bərgüşat yolu ilə
hicri 1015-ci (=1606) ildə, qışın əvvəllərində, Şirvanı almağa getdi.
Hüzurunun xas adamlarından ağıllı və huşyar Məhəmməd bəyi də
nəsihətamiz bir məktubla Şamaxıya, bəylərbəyi Əhməd paşanın və
Rum böyüklərinin yanına göndərdi, özü isə Arasbara gəldi.
Şəmsəddin paşa Şirvan şeyxzadələrindən və osmanlı dövləti-
nin inanılmış adamlarından biri idi. Rumlular onun məşvərətilə incə
bir hiylə işlədərək, şahın hərəkətinə mane olmaq istədilər.
Məhəmməd bəyə cavab verdilər: Şirvan bizə aid olmasa da, bizim
üçün qış zamanı getmək mümkün deyildir. Əgər 3-4 ay möhlət
verilsə, biz özümüz vilayəti boşaldarıq. Lakin Şamaxı şahpərəst-
lərindən bir neçəsi gizli olaraq Məhəmməd bəyə məlumat verdilər
ki, rumlular Şamaxını boşaldıb, Dağıstanın yardımı ilə möhkəm
Dərbənd qalasında dayanmaq fikrindədirlər. Lakin İstanbula getmiş
olan Şəmsəddin paşa bu yaxınlarda qayıdıb gəlmişdir. Rumlular və
Şirvan əhalisi adına fərmanlar gətirib nəşr edir. Bu fərmanlarda
deyilir ki, Kəfəyə (Feodosiya) neçə min yeniçəri gəlmişdir. Krım
valisi Qazi Gəray xan da, tatar qoşunu ilə Şirvana hərəkət etməyə
məmurdur. Baharın əvvəllərində, hər iki tərəfdən saysız-hesabsız
Rum qoşunu yetişəcəkdir. Bundan əlavə kəşf və kəramət göstərib
deyir: Rumdakı övliyalar ona demişlər ki, qızılbaş qoşunundan Şa-
maxıya heç bir zərər və xəsarət toxunmayacaqdır. Avam xalq da
buna inanıb, hələlik burada qalmaq fikrindədir. Xülasə, şahın ordu-
su Arasbarın Xan arxından keçüb Cavad keçidinə gəldi. Rumlular
körpünü dağıtdıqlarından Kürdən kərəcilər və sal ilə keçib Qarasu-
da endilər. Oradan da Şamaxıya üz qoydular. Ordunun hərbi ləva-
zimatını Kürdən keçirmək üçün təqribən 10 gün sərf etdilər. Soyuq
136
və buz səbəbinə bir çox minik və yük heyvanı batıb tələf oldu, yer-
də qalanları da çox çətinlik çəkdi.
Şah, hicri 1015-ci (=1066) ildə, ramazan ayının 10-da Yasamal
keçidindən qalanın yaxınlığına gəlib, vəziyyəti nəzərdən keçirdi.
Şəhərin qərb tərəfində, qaladan fərsəxin dörddə biri qədər aralı, iki
dağ arasında münasib bir yerdə çadır qurdurdu. Bu yerə indi də
Şah yurdu və buradakı çeşməyə Şah bulağı deyirlər. 4000 nəfərə
yaxın rumlu qalanın dərvazasını bağlayıb, müdafiə işlərilə məşğul
oldular. Şamaxı qalası bir dərənin içindədir, şəhərin və qalanın
uzunluğu isə, o dərənin eninə düşmüşdür. Şəhərin rəiyyət evləri
yerləşmiş olan əsas hissəsi cənub tərəfdə, dağın ətəyində vaqedir.
Keçmiş sultan və hakimlərin evləri isə, şimal tərəfdəki dağa bitişik
olub, daha yüksəkdədir. Rumlular bu hissələrin hər birində bir qala
düzəldib, bir-birilə birləşdirmiş və şimaldakı qalanı yüksək burclar-
la möhkəmləndirmişdilər. Şah ətrafı nəzərdən keçirəndən sonra,
qazılacaq səngərlərin yerini təyin etdi. Şimal tərəfdə xəndək qaz-
maq çox çətin olduğundan, bunu Allahverdi xanın ixtiyarına verdi.
Qərb tərəfdə də beş xəndək qazılmasını əmr edərək, tərtib üzrə
hər birini bir sərkərdənin öhdəsinə tapşırdı. Xəndəyin ibtidası
uzaqdan başlanıb hər bir neçə addımda burcvari bir şəkildə qazılır,
lazımi mühafizlər təyın edilirdi. Üç aya yaxın davam edən yağışın
çoxluğundan palçıq bir dərəcəyə yetişmişdi ki, gediş-gəliş çətinləş-
mişdi. Ot-ələf tapılmadığından, ordunun minik heyvanlarını aşağı-
dakı otlaqlara göndərdilər. Bu səbəbə rum atlıları bəzən qaladan
çıxıb basqın edirdilər. Buna görə, bəzi varlılar öz atlarını gətirib,
Rum süvarilərini qaladan çıxmağa qoymadılar.
Mühasirədə olanlar, xəndək və səngərlər üzərinə bir neçə dəfə
hücum etdilərsə də, bir iş görə bilmədilər. Gəncə qalasını almaq
üçün qayrılan topların gətirilməsi xüsusunda şah tərəfindən əmr
verildi. Ölkə işlərini nizam və intizama salmaq, rəiyyətin halını
yaxşılaşdırmaqdan ötrü Qaramanlı Zülfüqar xan Şirvanın əmirülü-
məralığına təyin edildi. Bu zaman Bakı və Dərbənd qalalarının fəth
edilməsi mümkün oldu. Bu hadisənin təfsilatı belədir:
137
Rumlular var qüvvələrini Şamaxı qalasını saxlamaq üçün sərf
etdiklərindən, Bakı və Dərbənd işlərilə bir o qədər məşğul olma-
mışdılar. Bakı və Dərbənddə olan mühafizə dəstələrinin sayı 200-
300 nəfərdən artıq deyildi. Bunların çoxu da yerli əhalidən olub,
ancaq maaş üçün xidmət edirdi. Bir az keçəndən sonra Bakı əhalisi
şahpərəstlik izhar etdi. Bakı qalabəyisi onların bəzisini cəzalandır-
mağa başladı. Onlar iğtişaş qaldırıb, rumluların üzərinə töküldülər.
Bir hissəsini qətl edib, bir hissəsini də əsir etdilər. Ölənlərin başlarını
və əsirləri şahın hüzuruna göndərdilər. Bu xidmətlərinə qarşı os-
manlılardan alınan qənimətlər, çoxlu ənam və cayizə onlara mərhə-
mət edildi. Bu möhkəm qalaya, qalabəyi və mühafizlər təyin edildi.
Rumluların xidmətində olan bir çox Dərbənd əhalisi də bakılı-
lar kimi hərəkət etməyə başladı. Xacə Məhəmməd Dərbəndinin
oğlu Şah Təhmasib dövründə layiqli xidmətlər göstərmişdi. Xüsusi-
lə bu padişahın lütf və mərhəmətinə nail olmuşdu. O, adam gön-
dərib, Qaytaq üsmisi Xan Məhəmmədin oğlu Rüstəm xanı 200-300
nəfərlik bir dəstə ilə şəhərə gətirdi və şahpərəstlik izhar etməyə
başladı. Qalabəyi Gəzər Həsən özünü itirib, 60-70 nəfər rumlu ilə
Narınqalaya çəkildi. Xacə Məhəmmədin oğlu, Dərbənddəki yoldaş-
ları və Üsmi xanın mülazimləri ilə şahın hüzuruna gəlib lütf və mər-
həmətinə nail oldu. Şah onların əmlak vergilərini bağışladı. Dər-
bənd əhalisini divan vergilərindən azad edib, Üsmi adına lütf və
mərhəmət ifadə edən bir fərman yazdı. Öz bacarığı ilə məşhur olan
xas qulamı Mənuçehr bəyi, cığatay, xorasanlı, iraqlı və sairdən mü-
rəkkəb bir dəstə tüfəngçilə qalaya qalabəyi və yollara mühafiz təyin
etdi. Şahnəzər bəy Təkəli Cığatay Şahqulu sultan Bayat, Mir Nemə-
tullah sultan və sairdən ibarət bəzi əmirlər və əsgərlər də onların
köməyinə getdilər. Üsmi Rüstəm xan ilə birlikdə burcların və hasar-
ların altından lağımlar atdılar. Bununla da qala əhlinin işini çətin-
ləşdirdilər. Gəzər Həsən, əmirlərin yanına adam göndərib, aman is-
tədi, yoldaşları ilə birlikdə şahın qulluğuna girməyi xahiş etdi. Onun
bu xahişi qəbul olundu, özü də hüzurun xidmətçiləri sırasına keçdi.
138
Şahın fikri Dərbəndi möhkəmləndirmək idi. Silahdarbaşı Gö-
züböyüklü Qənbər bəyi, burcları təmir etmək və səddi möhkəm-
ləndirmək işlərinə rəhbər təyin etdi. Şah əmr etdi ki, mümkün qə-
dər dənizin içərisində bir burc tikdirib, onun divarını qalanın hasa-
rına bitişdirsinlər. Ta ki, su azaldığı zamanlarda gediş-gəliş müm-
kün olmasın.
Qəribə asardan biri də budur ki, burcun binasını qoyduqda,
dəniz içərisində dəmir millər ilə bir-birinə bağlı daş və kərpiclə
tikilmiş qədim bir burcun təməli meydana çıxdı. Yeni burcun
binasını bu təməlin üzərində qoydular. Xalq arasında məşhurdur ki,
Quranda adı çəkilən Zülqərneyn səddi həmin Babüləbvab səddidir.
Bu sədd, Yəcuc xasiyyətli Dəşti-Qıpçaq əhlini dəf etmək üçün dəniz
kənarından Əlbürz dağına qədər çəkilmişdir.
Bu əsnada, qabaqcadan Qazi Gəray xanın yanına səfarətə
göndərilmiş Talıb bəylə, Hacı Bayram adlı bir nəfər gəlib dostluq
məktubu gətirdi, sədaqət və səmimiyyət izhar etli. Bu hadisə, Şamaxı
qalasında yaşayanların iğtişaş salmasına daha çox səbəb oldu. Gür-
cüstan valisi Təhmurəs xanın anası da 1000 nəfərlə gəldi. Həmçinin
Dağıstan əmirləri, Çərkəz əmirzadələri, Qaytaq üsmisi Rüstəm
xanın qardaşları, zaxurlu Əli bəy və Təbərsəran valisi Məsum xan
da şahın dərbarına üz qoydular... Məsum xan səbəbsiz qorxuya
düşdü və icazəsiz ordudan ayrılaraq, Təbərsəran yolunu tutub
getdi. Şah onun ardınca xələt və məktub göndərib könlünü aldı.
Təsadüfi olaraq, qurban bayramı günü, divanxananın yanında
özü çubuqdan və sütunları qamışdan qayırılmış bir eyvanda
qonaqlıq büsatı düzəlmişdi. Sədrəzəmlər, böyük alimlər, əmirlər və
dövlət başçıları burada oturub padişahın gəlməsini gözləyirdilər.
Birdən eyvan uçuldu; Dağıstan əmirzadələri birtərəfdə oturduqla-
rından tez bayıra çıxdılar. Sədrəzəmlərdən, üləma və dövlət
başçılarından bir çoxu yaralanıb həlak oldu.
Xülasə, Gəncədən böyük topları gətirməyə məmur olan Əmir-
gunə xanın qardaşı Hüseynqulu xan Qacar, topları səlamət gətirib
orduya yetirdi. Bunlardan birini Allahverdi xanın, o birini də,
139
Qarçaqay bəyin səngərinə qoydular. Otuz batmanlıq (ağır) topların
və xəndəkdən keçib, hasar altına çatmış lağımların sədəməsindən
qala və qaladakıların halı gündən-günə zəifləməkdə idi. Mühasirə
edənlər yürüş və hücum hazırlığı görüb, hökm və fərmana mün-
təzir idilər. Lakin şah istəmirdi ki, şəhər zorla alınsın, günahkarlarla
bərabər günahsızların qanı tökülsün və malları qarət olunsun.
Axırda, Qarçaqay bəyin səngərindəki qulamlardan bir neçəsi firsət
tapıb top zərbilə zədələnmiş bir burcun üstünə çıxdılar. Qoşun da
bu hadisəni yürüş fərmanı zənn edib yoldan hücuma başladı.
Qarçaqay bəy bu halda maneçilik göstərməyin faydasız olduğunu
anladı, bir çox qoşunun həlak olmasından qorxaraq, istər-istəməz
yürüş və hücum əmri verdi. Zülfüqar xan səngərinin qarşısında da
köhnə burclardan birinin bir tərəfi top gülləsilə uçulub tökülmüş-
dü. Qala əhlindən iki nəfər gəlib dedilər: burc boşdur, əgər istəsə-
niz gəlin. Qoşun əhli firsəti fövt etməyib, 150 nəfərə qədəri yuxarı
dırmaşdı. Zülfüqar xan işi belə göruncə, burcun üzərinə çıxıb na-
qara və nəfir çaldıraraq hücuma əmr verdi. Bütün qoşun ətrafında
şəhərə üz qoydu. Az bir zamanda şəhər və aşağıdakı qala alındı.
Qala əhlindən 3000 nəfərə qədər qətlə yetişdi. Şahın qoşunundan
ancaq 3-4 nəfər adam tələf oldu.
Rumlular yuxarıdakı qalaya çəkilib özlərini müdafiə etməyə
başladılar. Şəhərə girmiş qoşun evdən evə yol açıb, lağımları iki
qala arasında fasilə olan yuxarı qalanın divarlarına və burclarına
çatdırdılar və onu uçurdular. O biri tərəfdən də qorçular öz səngər-
lərini xəndəyə və buradan da üstüörtülü yolla özlərini yüksək burca
çatdırıb hücumla onu aldılar. Bu hadisədən sonra, rumlular evlərin
divarlarından və qapılarından müdafiəyə başladılar. Axırda, iş-işdən
keçdiyindən, Əhməd paşa öz xas adamlarından bir dəstə ilə keç-
mişdə şirvanşahların məskəni olan bir köşkün damı üzərinə çıxıb
müdafiə edirdi. Axırda, Allahverdi xan vasitəsilə, gecəni möhlət is-
tədi ki, səhəri qalanı təslim etsin. Onun bu diləyi şah tərəfindən qə-
bul olundu. Lakin qalanın ətrafına gözətçilər təyin edildi ki, gecə
heç kəs çıxıb gedə bilməsin.
140
Səhər, qalanın mühasirəsindən 6 ay keçəndən sonra, şahanə
məclis quruldu. Şah dini ayin üzrə Allaha həmd və səna edib,
dövlət taxtında qərar tutdu və şənlik naqaraları çalındı. Qarçaqay
bəy qulamlar və tüfəngçilərlə qalanı və dərvazaları almağa, Hüseyn
bəy, carçıbaşı Zülqədər isə Əhməd paşanı, Şəmsəddin paşanı,
onun qardaşını və oğlunu, Kiçik Həsəni və bir neçə başqa adamları
tutub hüzura gətirməyə məmur edildi. Əhməd paşa ağıllı və söz
anlar bir şəxs olduğundan aman tapdı. Kəşf-kəramət iddiasında
olub, qalanın qızılbaşlar tərəfindən alına bilməyəcəyinə hökm ve-
rən Şəmsəddin paşanın, şahın əmrilə əvvəl uzun saqqalını yoldular,
sonra qardaşı oğlu və bir neçə nəfər başqa adamlarla işgəncə ilə
öldürdülər. Rum qoşunlarının mallarını zəbt etdikdən sonra onlara
istədikləri yerə getməyə icazə verdilər. Şəhərin varlı və əyanların-
dan müsadirə yolu ilə bir çox mal alıb Şirvan əhalisindən lazım gö-
rülən şəxslərə ənam verildi. Fitnəsindən qorxu gözlənilən şəxslər
də hakimlər tərəfindən tədricən dəf olundu. Şirvanlılar, qızılbaşlara
həmfikir olduqlarını göstərmək üçün, çox vaxt onlara dost və aşna
olan rumluları öldürdülər.
Bu zaman Şirvan əyalətinə hakim təyin edilən Zülfüqar xandan
çox çirkin bir hərəkət baş verdi. Bu hərəkətinə görə o, şah və qo-
şun tərəfindən məzəmmət olundu. Bunun təfsilatı belədir: onun
bacısı və qardaşının iki qızı Əhməd xan və Gilani hadisəsində Şir-
vanda rumluların əlinə keçmişdi. Rumluların əyanlarından bəzisi,
insaniyyətpərvərlik göstərərək və onların namusunu mühafizə et-
mək məqsədilə onları alıb, övlad sahibi olmuşdudar. İnsafsız Zül-
füqar xan, sileyi-rəhm gözləməyib, qadın və kişi 32 nəfərdən ibarət
olan hamısını bir gecədə öldürtdü. Özü də aşağıda qeyd ediləcəyi
kimi ömründən və dövlətindən bir fayda görmədi.
Dərbənd və Şabran hökuməti Ustacallı Çıraq sultana həvalə
olundu. Şahnəzər bəy Təkəli də ona müavin təyin edildi. Zülfüqar
xan Şamaxıya gəlib, işləri yoluna qoymağa və şəhəri abad etməyə
başladı. Şah da havaların istiliyi üzündən Şamaxı yaylaqlarına ge-
dib, eyş-işrətlə məşğul oldu. Dağıstan və Çərkəzistan hakimləri və
141
əmirlərindən hüzurda olanları və ya elçilər vasitəsilə ixlas göstərən-
lərini padişaha layiq ənamlarla mükafatlandırdı. Rüsmi xan Üsmi
üçün də layiqli xələtlər göndərdi. Qorxuya düşən Məsum xanı arxa-
yın etmək üçün, Şirvan vəziri Məhəmməd Saleh bəylə ona xələt və
hədiyyələr göndərdi. O da minnətdarlıq nişanəsi olaraq hərəmxa-
nasına məxsus qızlardan birini şahın hərəmxanasına göndərdi.
Özünü də dərgahın müxlislərindən hesab etdi. Şah Abbas, Şirvan
və Dağıstan işlərini yoluna qoyduqdan sonra, Ərdəbilə yola düşdü.
Əli bəy Cavanşir də Cavad keçidindəki körpünü düzəltməyə mə-
mur edildi.
Şirvanın qarışıqlıq dövründə, Şabranın Təbərsərana bitişik
olan bir nahiyəsi təbərsəranlıların əlinə keçmişdi. Rumlular təbər-
səranlıların yardımına möhtac olduqlarından, bu yeri onlardan istə-
mədilər. Təbərsəranlılar indi də onu Şabran hakiminin ixtiyarına
vermirdilər. Onların qorxusundan hakimin qulluqçularının buraya
gedib gəlməsi çətin idi. Buna görə, şah tərəfindən Şirvan bəy-
lərbəyisi Zülfüqar xana əmr olundu ki, o nahiyədə möhkəm bir qa-
la tikdirib, mühafizlər təyin etsin və onların azuqədən təmin olun-
masına nail olsun. Ta ki, gediş-gəliş yolu dağ əhalisinin şərindən
asudə olsun. Zülfüqar xan da qoşunla bu nahiyəyə gəlib, əhvalatı
Təbərsəran valisi Məsum xana bildirdi. O buna razı olmadı və qala
üçün yer təyin edildiyi zaman, neçə min atlı və piyada ilə müharibə
qəsdilə qarşıya çıxdı. Zülfüqar xan bir daha elçi göndərib, ona
nəsihət etdi, onu əzmindən döndərmək istədi, birinci hücumda
təbərsəranlılar məğlub edildilər, onlardan 1000 nəfərə qədər
qırıldı. Zülfüqar xan az zaman içərisində ona tapşırılan mühüm
məsələni bitirib qayıtdı. İşin keyfiyyətini şahın dərbarına bildirdi. Bu
hadisə şah həzrətlərinin xoşuna getmədi, çünki o, Məsum xanın
xatirini istəyirdi və həm də hərəmxanasında olan qadınlardan biri
Məsum xanın əqrəbasından idi. Buna görə, Zülfüqar xana buyurdu
ki, etibarlı bir adam göndərib, Məsum xanın könlünü alsın, Vali
Zülfüqar xan da öz etdiyindən peşman olub üzr istədi.
142
Zülfüqar xanın istilası, məğrurluğu və qala tikdirməsi üzündən,
Dağıstan hakimləri və Təbərsəran... başçıları, özlərinin məhv olma-
sından qorxaraq xəyalən pərişan bir halda idilər.
İran padişahı hicri 1018-ci (=1609) ildə, Qarabağda qışladığı
zaman, yaxın adamlarından Qarçaqay bəyi hüzurunda olan bir
dəstə qulam və qoşunla göndərdi ki, Zülfüqar xan və Şirvan əmir-
lərilə Şabrana getsin, könül alan məktublarla Dağıstan hakimlərini
arxayın etsin, tabe olanlara hörmət göstərsin, onların övlad və əq-
rabalarından bəzisini xidmət etmək üçün şahın dərbarına gön-
dərsin, üsyan edənləri isə cəzalandırsın. O, Şabrana gəldikdən son-
ra, «Şahdan gizli məktub var» bəhanəsilə Zülfüqar xanın çadırında
onunla tək qaldı. Bu vaxt şahın qulamlarından bir neçəsi çadıra daxil
olub Zülfüqar xanı öldürdülər. Şah tərəfindən verilən fərmana gö-
rə, Şirvan əyaləti keçmişdə Astarabad hakimi olan Yusif xan Mirşi-
kara verildi. Qaramanlı oymağından olan bir dəstə, qorçular sırası-
na keçdi, qalan qoşun da, hökmə görə Yusif xanın ixtiyarına verildi.
Zülfüqar xandan qorxan Dağıstan hakimləri vahiməsiz Qarçaqay
bəyin yanına qayıtdılar. Sədaqət göstərdilər, öz adamlarını ləyaqət-
li peşkəşlərə ona qoşaraq padişahın dərgahına göndərdilər. Hicri
1024-cü (=1615) ildə Rum əsgərlərinin gəlməsi xəbəri yayıldığı
zaman, sərhəd işlərində iğtişaş baş verdi, Gürcüstana qarışıqlıq
düşdü. Şirvanda osmanlılara meyl və məhəbbət göstərməklə müt-
təhim və haqlarında sürgün hökmü verilən şəxslər fürsət tapdılar.
Xüsusən Dəli Məlik ləqəbilə məşhur olan Qabıstan tərəkəmələrinin
başçısı məlik Piri, Şirvan dələduzlarından bir dəstəni öz başına
yığdı. Dağıstan tərəflərini özlərinə sığınaq edərək, ölkənin kənar
bucaqlarında qarətkərliyə başladılar. Bu cəhətdən Şirvan vilayətin-
də də çaxnaşma əmələ gəlib, fitnə və qarışıqlıq meydana çıxdı. Dəli
Məlik baş qaldırmış olan Kaxet valisi Təhmurəs xanın yanına bir
nəfər göndərib, ona tərəfdar olduğunu bildirdi. Başındakı dəstə ilə,
şirvanlı İmadəddin bəyin nəvəsi, Ərəş hakimi və möhürdarı olan
Şahqulu bəy Zülqədərin qız nəvəsi Məhəmmədhüseyn sultanın
üzərinə yürüdü. Məhəmmədhüseyn sultan öz köçünü və ailəsini
143
qarşılamaq üçün Kür kənarına getmişdi, bu zaman onun üzərinə
töküldülər. Sultan yanındakı azacıq adamla, bacardığı qədər özünü
müdafiə etdi, axırda hamısı öldürüldü və bütün var-yoxları yağı-
ların əlinə keçdi. Sultanın adamları qala qapısını bağlayıb, istədilər
ki, vaxtı uzatmaqla ya aman tapsınlar, ya da amangah. Dəli Məlik
öz adamları ilə Ərəş qalası qarşısında yerləşdi. Lakin Gürcüstan və
Şirvan iğtişaşını yatırmağa təyin edilən qızılbaş qoşununun gəlmə-
sini eşidərək, Dəli Məlikin tabeləri dağılışıb getdilər. O, Gürcüstan
və Dağıstanda avara-vətən və bədbəxt olub adı batdı.
Hicri 1025-ci (=1616) ildə, Şah Abbas özü Gürcüstanı cəzalan-
dırmağa getdi. Yusif xan Şirvan qoşunu ilə Zəyəm tərəfindən hərə-
kət etdi, çayın kənarında yerləşdi. Bu zaman Zəyəmin xristianları
toplaşıb şirvanlılara hücum etdilər. Böyük bir müharibədən sonra
Zəyəm əhalisi məğlub oldu və bir çoxları öldürüldü. Sağ qalanları
da qaçmağa başladılar. Şirvanlılar Zəyəm şəhərində abadlıqdan bir
əsər və əlamət qoymadılar. Qaytaq üsmisi Rüstəm xan, sədaqət
izhar etmək üçün şahın hüzuruna gəlmişdi. O, Alket çayı kənarında
ehtiramla qəbul edilərək, Dərbənd əyalətinin hakimlik fərmanı ilə
geri qayıtdı. Dağıstan və Təbərsəranın sair hakimləri də öz adamla-
rını layiqli peşkəşlərlə bərabər göndərmişdilər, bunlar da qiymətli
xələtlərlə təltif edildilər.
Bu tərəflərin mühüm işləri, istənildiyi kimi yoluna qoyuldu.
Şah Gəncə şəhərini köhnə yerindən köçürüb, bir ağac yuxarıda
olan indiki yerində bina etdirdi. Buradakı meydan, məscid və kar-
vansara elm və əməldə həqiqətən kamil bir vücud olan Böyük şeyx
Bəhaəddin Məhəmməd Amilinin planı üzrə tikilmişdir. Bunlar Şah
Abbasdan qalan tarixi abidələrdən bir yadigardır. Şirvan vilayəti bu
hadisələrdən sonra Səfəvilər dövlətinin qarışıqlıq zamanına qədər,
İran əmirləri və bəylərbəyilərinin hökumət mərkəzi olmuşdur.
Şah Abbas məmləkəti abad etmək və rəiyyətin asayişinə
baxmaq işlərində bütün dünyada məşhurdur. Qoymuş olduğu bir
çox mülki və əsgəri qanunlar, İran şahları üçün rəhbər olmuşdur.
Sultanların ləyaqətini onların xüsusi məziyyətlərinə görə təyin edən
144
Avropa tarixçiləri belə, bu elmi sevən padişaha «Böyük» ləqəbi ver-
mişdilər. O, xalq arasında indi də adil sifətilə tanınmaqdadır. İcti-
mai binalar və xeyriyyə müəssisələri tikdirməkdə islam dövründə,
İranda bu padişahın misli və tayı olmamışdır. Bütün İranda, o cüm-
lədən Şirvan ölkəsində olan məscidlər, mədrəsələr, uzaq çöllərdəki
kəhrizlər və çoxlu karvansaralar bu iddianın doğruluğuna aydın bir
sübutdur. Bir çox fazil şəxslər, onun tərbiyəsi sayəsində, elm və
fəndə öz dövrünün başçılarından olmuş və bütün dünyada böyük
şöhrət qazanmışlar. İşinin çoxluğuna və bir çox müşkül işləri həll
etməklə məşğul olmasına baxmayaraq, o, kamil adamlarla müsahib
olmağa mail olub, gözəl təbi-şerə də malik idi...
Şah Abbas hicri 1038-ci (=1629) ildə, 54 yaşında, Mazandara-
nın Əşrəf adlı şəhərində vəfat etdi. O, bu şəhəri özü bina
etdirmişdi, gürcülərdən bir qismini köçürüb, burada yerləşdirmişdi.
Sam mirzə ibni-Səfi mirzə ibni-Şah Abbas - atasının vəfatından
sonra onun adı ilə adlanıb vəliəhdliyə təyin olunduğu üçün - 18
yaşında Şah Səfi adı ilə taxta oturdu. O, osmanlı qoşunu ilə qalibiy-
yətli müharibələr etdi. Sultan Murad xanın aldığı İrəvan şəhərini bir
neçə aydan sonra, hicri 1048-ci (=1639) ildə fəth etdi. Rum Xandi-
garının (Sultan Muradın) İran əleyhinə təşviq etdiyi Üsmi Rüstəm
xana qarşı, Qumuq əmiri Surxay mirzə ibni-Eldar xan ibni-Surxay
şamxalı qüvvətləndirib şamxallığa təyin etdi. Bundan bir il qabaq
rus padişahı Mixail Fyodoroviç də onun şamxallığını təsdiq etmişdi.
Qəbrinin kitabəsinə görə, Surxay mirzə hicri 1049-cu (=1640)
ildə, Buynaqda vəfat etmişdir. Məlum olur ki, ondan sonra şamxal-
ların və vəliəhdlərinin keçmiş hökumət mərkəzi olan Qumuq şəhə-
rində onlardan kimsə hökmranlıq etmişlər.
Qaziqumuqlar bir müddət naib vasitəsilə şamxalın müəyyən
olan vergisini vermişlər. Axırda onlar da, dönüklüyə başlamışlar.
Şah Səfinin hüzuruna girov olaraq göndərilən Surxay mirzənin qar-
daşı Əlqas mirzə, Səfiqulu xan ləqəbilə əmirlik mənsəbinə yetişdi.
O, bir müddət İrəvan və Şirvanda hökmranlıq etdi.
145
Şah Səfi hicri 1052-ci (=1642) ildə vəfat etdi. Oğlu II Şah
Abbas 10 yaşında səltənət taxtına oturdu. O, Gürcüstana səfər açıb,
itaət etməyənləri külli surətdə qətl və qarət etdi. Cəlallı və sərvətli
bir padişah olub səltənət işlərini qurmağı da yaxşı bacarırdı. Onun
təbi-şeri də var idi...
O da 24 il padişahlıq etdikdən sonra vəfat etdi. Oğlu Şah Səfi
İran taxtına sahib olub, bir neçə vaxtdan sonra Şah Süleyman adını
aldı. Əmmə xan və Eldar xan övladının, Gəray xan və Surxay şamxal
oğlanlarının adına yazılan fərmanların tarix və məzmunlarından
məlum olur ki, Şah Süleyman və onun atası, Dağıstan əmirlərinə
maaşdan əlavə, Şirvan vilayətindəki kəndlərdən bir neçəsini də
veriblərmiş. Onlar da, əvvəlkindən daha çox gediş-gəlişdə olub
xidmət göstərməyə başlamışdılar.
O zamanlarda üsmi sülaləsi iki şöbəyə ayrıldı: bunlardan biri
Məcalisdə, o biri də Engi-kənddə otururdu. Bu iki şöbənin hər
birindən növbə ilə üsmiliyə keçən şəxs Başlıda otururdu. Bu zaman
aralarına çəkişmə düşdü. Engi-kənd şöbəsi böyük olan Məcalis
şöbəsinə qalib gəldi, Hüseyn xan adlı kiçik yaşlı bir oğlandan başqa
hamısını öldürdülər. Bu şöbənin yaxın adamlarından Aydə bəy adlı
bir nəfər onu götürüb şamxalın yanına qaçdı. Gənclik dövrünə
çatıb, hünərli və igid bir cavan olandan sonra, Hüseyn xan İrana
getdi. Bir müddət Səlyan Rudbarında, qazi Axund Molla Məhəm-
mədin evində qonaq qaldı, qızı Xədicə bəyimi aldı. İsfahana gəldik-
dən sonra, şahın dərbarına yol tapmayıb, eyş-işrətə qızışdı. Müla-
zimlərinin bütün libas və silahlarını satdırdı. Bu əsnadə, Qacar
əmirləri xanədanından Zöhrə xanım adlı bir qız, onun şücaətinə və
gözəlliyinə məftun oldu. Qız eşqbazlığa başlayıb ona hər cür
köməklik edirdi. Hüseyn xanın haqqında yazılmış və bu ölkədə çox
şöhrət tapan bu şeri o qıza nisbət verirlər:
146
Qəzəl
Çəkib rüsxarə yapunci, edər can qəsdin ol yaği,
Könül dərbəndini çapdı, qoyanda başə qeytaği,
Dağıstan dağını gör-gör, sığınmaz dağı köysümə,
Qara geymiş Qumuq xalqı, tutubdur Dəşti-Qıpçağı.
Bitən hər gül olub xoşbu, taalallah bu mənzildə,
Gülüstani-İrəm bulmuş, məgər bu Qübbə torpağı.
Ləbi-ləli-şəkərbarın, təkəllümdən, təbəssümdən,
Sanasan bağ ara titrər, səbadan lalə yarpağı.
Gözün yaşini mən billəm, yıxar könlüm evin axır,
Olur əlbəttə viran, olsa hər mənzil su oynağı.
Xülasə (Hüseyn xan) o qızı aldı. Layiqli xidmətlərinə görə, pa-
dişahın hüzurunda tanındı. Çox şücaət və hünər sahibi olmaqla ad
çıxardığından Quba və Səlyan ölkələri ona verildi. Oğlu Əhməd xan
bu qızdan olmuşdur. Buna görə, Ağa Məhəmməd şah Şeyx Əli xanı
özünə qohum hesab edirdi. Bu yaxşılıq səbəbinə Fətəli şahın anası
Xədicə bikə arasında mehribancasına yazışmalar davam edirdi.
Rudbar və Səlyan qazisinin qızından da Qəbilə xanım adlı bir qız
dünyaya gəlmişdir ki, bu nahiyənin əmirləri onun nəslindəndir.
Hüseyn xan Qubadakı Xudad qalasını təmir edib, özünə hökumət
mərkəzi qərar verdi. Burada, İran üslubunda düzəltdiyi bağ indi də
vardır. Xanədanı, İranda qəbul etdiyi şiə məzhəbində qalmışdır.
Hicri 1100-cü (=1689) ildə Başlıya gəlib, öz irsi hökumətini
üsmi Əli sultandan geri aldı. Əli sultan, ətraf və qonşu tayfalardan
30000 qoşun toplayıb, təkrar Qaytaq əmirliyini ələ keçirdi. Hüseyn
Xan də Qubaya qayıdıb vəfat etdi.
Bütün tarixçilərin yazdığına görə, Şah Süleyman ədalətli və
ciddi, ölkədarlıq fənlərində mahir, elmi sevən, şəriətpərvər... və
qonşu sultanlar ilə dostluq mərasimini gözləyən bir padşah idi.
Ömrünün axırlarında, şiddətli ayaq ağrısından yeddi il yataqda
yatıb, hicri 1105-ci (=1694) ildə vəfat etdi.
147
Oğlu Sultan Hüseyn taxta oturdu. Dindar və insaflı bir şəxs idi,
həmişə üləma ilə görüşərdi. O, gecələr nafilə namazı qılardı,
gündüzlər isə, əlaltıları qafilə soyardılar. Get-gedə ölkə xarabalığa
üz tutdu. Hər bir tərəfdən səltənət binasına rəxnə düşdü. Bu
tədbirsiz padişahın hökmranlıq dövrünün axırlarında, fəsad əhlinin
dilədiyi kimi dövlət işləri nizamdan düşmüşdü. Şirvan və Dağıstan
vilayətləri də iğtişaş və qarışıqlıq məhəlli oldu. Üsmi Əli sultan
vəfat edib, Əmir Həmzə onun yerinə keçdi. Hicri 1107-ci (=1696)
ildə onun əmirliyi şah tərəfindən də təsdiq olundu.
O, on ildən artıq üsmi oldu. Axırda, Əhməd xan oğlu, Qaytaq
əhalisindən bir çoxunun köməyi ilə gedib Başlını ələ keçirdi. Əmir
Həmzə yuxarı mahallara qaçıb, bir neçə ildən sonra, Əhməd xan
ibni-Ulu bəy üsmi ibni-Rüstəm xan müdafiəyə qalxıb, bir neçə dö-
yüşdən sonra Başlıda, Əhməd xan ibni-Hüseyn xan da Məcalisdə
hökmran oldu. Axırda, Əhməd xan ibni-Ulu bəyin təhrikilə, Əhməd
xan ibni-Hüseyn xan üsmini Məcalisdə, indi də mövcud olan evində,
mülazimlərindən biri öldürdü. Əhməd xan ibni-Ulu bəy üsmi oldu.
Bu zamanlarda Sultan Hüseyn, irsən 12 il müstəqil baş vəzir
mənsəbində olan Fətəli xan ibni-Səfiqulu xan ibni-Eldar xan şam-
xalın gözlərini çıxartdırdı, onu mülki işlərdən uzaqlaşdırdı. Onun
(Fətəli xanın) acığına, o zamana qədər şamxalın ixtiyarında olan
Dağıstandakı işlərin nizamını pozdu. Fərman mucibincə, hicri 1123-cü
(=1710) ildən etibarən, Qaytaq ölkəsinin işlərini Əhməd xana
tapşırdı. Ona 100 tümən əvəzində ildə 200 tümən maaş təyin etdi.
Əhməd xan gündən-günə öz cəlal və dəbdəbəsini artırıb, çoxlu
qoşunla Təbərsəran üzərinə yeridi. Məhəmməd Məsum öz tərəf-
darları ilə bərabər onunla barışdı. Rüstəm və Əli bəy isə, öz dəstə-
ləri ilə birlikdə vuruşmağa başladılar. Bəzi kəndlər yandırılıb qarət
edildikdən sonra, üsmi məktublaşma və müxtəlif vasitələrlə şirvan-
lıları iğtişaş törətməyə və qızılbaşlar əleyhinə qalxmağa təhrik
edirdi. Bu zaman, Car və Tala camaatı Şəki ölkəsi hüdudunda sakin
olan Zaxur əhalisilə bərabər üsyana başladı. Onları cəzalandırmaq
üçün getmiş olan Şirvan bəylərbəyisi Həsənəli xan, Şəki mahalında
148
öldürüldü. Üsyançılar onun ordusunun mal və sursatını ələ keçirdi-
lər. Sonra gəlib Şamaxı şəhərini qarət edərək öz yerlərinə qayıtdı-
lar. Bundan sonra, mötəbər bir alim və mədrəsə sahibi olan Hacı
Davud, Müskür camaatı tərəfindən vəkil edilərək üsminin yanına
getdi, iğtişaş qaldırmaq haqqında onunla danışıq apardı. Üsmi,
Mürtəzaəli Əmir Həmzə oğlu üsminin komandası altında bir dəstə
əsgər göndərdi. O tərəflərin sünniləri də toplaşıb Şabran şəhəri
üzərinə yürüdülər. Şiddətli müharibədən sonra buranı aldılar və
dağıdıb od vurdular.
Üsmi xanədanına aid və bu hadisələri təsvir edən bir nüsxədə
(salnamədə) yazıldığına görə, onlar beşikdəki uşaqları belə öldü-
rürmüşlər. Şabran çayının sağ kənarında olan bu məşhur şəhərin
xarabaları, indi də buranın böyüklüyünü və abadlığını göstərmək-
dədir.
Bu fəth və müvəffəriyyət xəbəri üsmi Əhməd xana çatdıqda o,
Əli Curuq adlı bir nəfəri ayrı bir qoşunla Quba üsyançılarının
köməyinə göndərdi. Bunlar Əhməd xanın qaynatası alpanlı Hacı
Qaibin və müskürlü Hacı Davudun bacısı oğlu Nəzirin təhriki ilə öz
əmirləri Sultan Əhməd xan ibni-Əhməd xan ibni-Hüseyn xana qarşı
üsyan etmişdilər. Az bir mühasirədən sonra, Xudad qalası alındı.
Sultan Əhməd xan da qaçdığı zaman tərəfdarları ilə bərabər ələ
keçib öldürüldü. Onun südəmər körpə oğlu Hüseynəli xanı, tərəf-
darlarından bəzisi, gizlicə Axı kəndinə aparıb saxladılar. Hüseynəli
xan, rus padişahı Pyotr gələn vaxt, onun əmrilə gəlib öz irsi
mülkünə sahib oldu. Hüseynəli xan, göstərdiyi ixlas və xidmətlərinə
görə, Nadir şahın əsrində də, iltifatə nail olmuşdu. Nadir şah
Səlyanı da qabaqkı qərar üzrə ona bağışlamışdı. Xülasə, Xudad fəth
edildikdən sonra, Əhməd xan üsmi öz qoşunu, mal-dövlətlə öz
tərəfinə çəkdiyi aqquşalılar və sair yerlilərlə bərabər, Qaziqumuğun
başçısı Surxay ibni-Gəray ibni-Əli bəylə ittifaq edərək, Müskürə
gəldi. Ondan da Hacı Davud və Quba əhalisi ilə birləşərək, otuz
minə yaxın qoşunla gedib Şamaxı şəhərini mühasirəyə aldı. Lakin o
öz məqsədinə çatmayaraq geri qayıtdı, Şamaxı əhalisi, şəhərin
149
ətrafını hasarla möhkəmləndirib, müskürlüləri qarət etməyə baş-
ladılar. Əhməd xan üsmi, Xasfulad ibni-Əmir Həmzə üsmini bir
dəstə ilə Müskürün mühafizəsinə təyin etdi. Özü isə, qış qurtaran-
dan sonra, Dərbəndin Kafiri adlı səhrasında, Şamaxını almaq üçün
Surxay xan və başqaları ilə ittifaq etdi.
Gəray xan şamxal buna mane olaraq xəbər göndərdi ki, mən
İran dövlətinin qulluqçusuyam, əgər siz Şamaxının üzərinə yürüsə-
niz, mən də sizin mülkünüzün üstünə gələcəyəm. Buna görə, Əh-
məd xan öz mülkünü qorumaq üçün getmədi. Surxay və Hacı Da-
vud isə, öz adamları və üsminin qoşunundan bir dəstə ilə gedib,
Şamaxını 15 günlük mühasirədən sonra, sünnilərin köməyilə, hicri
1124-cü (=1712) ildə aldılar. Şiələri qətl-qarət etməkdə heç bir şey
əsirgəmədilər. Bu hadisə zamanı, Şirvanın yeni bəylərbəyisi Hüseyn
xan və 400000 tümən dəyərində malları olan 300 nəfərdən artıq
rus taciri öldürüldü, malları da talan edildi.
Bir azdan sonra, Surxay və Hacı Davud əhvalatı Osmanlı
dərbarına yazıb bildirərək, o dövlətin himayəsi altına keçdilər. Sadir
olan fərman mucibincə Hacı Davud bəy Şirvan hakimi təyin olun-
du. Sarı Mustafa paşa da bir dəstə qoşunla onun köməyinə göndə-
rildi. Beləliklə, Surxay xanın bu işlərə müdaxilə etmək yolu bağlan-
dı. Bu səbəbə onların arasında ziddiyyət və ayrılıq düşdü. Şəki öl-
kəsinin bir çox mahallarına sahib olan Surxay, Gəncəni almağa yü-
rüş etdisə də məqsədə çatmadan geri döndü. Ondan sonra,
Osmanlı dövlətinin fərmanı mucibincə, Zaxurlu Əli Sultan paşa
ləqəbilə Şəki məmləkətinin və ona əlavə edilən Zaxur sancağının
bəylərbəyisi təyin edildi.
Get-gedə İrəvan, Gəncə, Gürcüstan və Şirvanın bir çox yerləri
Rum dövlətinin ixtiyarına keçdi. Əhməd xan üsmi, Hacı Davudun
şərrini dəf etmək və osmanlılarla müharibə etmək bəhanəsilə
Şirvana gəldi. Şah Təhmasib tərəfindən yazılan fərmanın məzmu-
nundan anlaşıldığına görə, o özünü İran dövlətinə tərəfdar göstər-
miş, həqiqətdə isə, qarət fikrində idi. Bu zaman rus padişahı
Pyotrun gəlməsindən xəbər tutub öz mülkünə qayıtdı.
150
Qolikov
1
, Pyotrun fəaliyyətindən bəhs edən tarix əsərində
yazır ki, İran dövlətində səltənət işlərinin qarışıqlığını, Şirvanda rus
tacirlərinin qarət edilib öldürülməsini nəzərə alaraq, rus padişahı
Pyotr hicri 1134-cü (=1722) ildə, həziran (iyun) ayının 15-də Hacı
Tərxana gəldi, İran vilayətlərinə bu məzmunda bir müraciətnamə
yazdı:
«Ləzgilərin əmiri Davud bəy və Qaziqumuq əmiri Surxay öz
padişahlarına yağı olub, hicri 1125-ci (=1713) ildə, Şamaxı şəhərini
yürüşlə almış, rus tacirlərini qətl və qarət etmişlər. Bu xüsusda, Hacı
Tərxan bəylərbəyisi onların yanına adam göndərmişdi, biz də şahın
hüzuruna elçi göndərdik, lakin, bu vaxta qədər bir təsiri olmadı.
İran padişahı bu fitnəkarların öhdəsindən gələ bilmir. Buna görə,
biz özümüz onlara tənbih etmək və intiqam almaq fikrilə o tərəfə
gəlirik. Hər kəs öz yerində rahat oturub asayişi pozmazsa, bizim
qoşunumuzdan ona heç bir zərər və ziyan toxunmaz; əksinə, fəsad
əhlinə kömək edənlər və ya qaçanlar padişahın qəhr və qəzəbinə
düçar olacaqlar».
Bu zaman Əmir Mahmud Əfqan, Sultan Hüseyni İsfahanda
mühasirə etmişdi. Oğlu Təhmasib mirzə, vəliəhd və naibüssəltənə
sifətilə Qəzvinə gəlmişdi. O, qoşun tədarük edərək, atasını mühasi-
rədən xilas etmək istəyirdi. Lakin süstlüyü və bacarıqsızlığı üzün-
dən heç bir iş görə bilmirdi. Pyotr öz konsuluna, yəni Gilanda sakin
olan vəkili Avramova bir fərman yazdı ki, şah və ya dövlət başçıla-
rından kim ilə mümkün olsa, danışıq aparsın. İran hökumətini hi-
mayə etmək vədəsilə, sərhəd boyundakı vilayətlərin rus dövlətinə
verilməsi xüsusunda bir şərtnamə bağlasın. Bundan sonra, 9000
draqun, 20000 kazak, 30000 tatar və 20000 kalmıqdan ibarət olan
79000 atlını qurudan yola saldı. Özü də təmuz (iyul) ayının 18-də,
içində 22000 nizami piyada yola düşdü. İmperatora Çapartəpə adlı
yerdə, Adil Gəray xan Şamxalın itaətini və lazımi yardım göstərəcə-
1
Qolikov (İvan İvanoviç) - rus tarixçisidir, 1735-ci ildə anadan olmuş və 1801-ci ildə
vəfat etmişdir. Əsərlərindən ən məşhuru «Böyuk Pyotrun fəaliyyəti» adlı kitabdır.
151
yini bildirən ərizəsi yetişdi. Buna görə, həmin ayın 24-də Çeçen
adasından poruçik Lopuxini 30 nəfər çaparla Şamxalın yanına
göndərdi ki, müraciətnamələri Şirvan və Dağıstan ölkələrinə yaysın.
Sonra özü sahilə çıxıb, qoşun çıxarılacaq yeri təyin etdi. Əsgərlər
də, həmin ayın 28-də Aqraxan çayının ağzından sahilə çıxdılar.
Sulaqdan üç mil uzaqda, ordugah təyin edilib, ətrafı səngərlərlə
möhkəmləndirildi.
Padişah özü baş əmirlərlə gecələr gəmidə olurdu, çünki quru
yol ilə gələn süvarilərin və atların çatmasını bir neçə gün burada
gözləmək lazım idi. Bu süvari dəstəsinin gecikməsinə yolun çətin-
liyi, su və ələfin azlığı və İndiri kəndinin əhalisilə aparılan müharibə
səbəb olmuşdu. Bu kəndi almaq üçün, briqadir Veteraninin ko-
mandası altında 4 draqun polku göndərildi, onlara tapşırıldı ki,
müqavimət göstərildikdə kəndi alıb dağıtsınlar, şamxala tabe ol-
maqla, yoldan keçənləri qarət edən o igid tayfanı, başqalarına ibrət
olmaq üçün, cəzalandırsınlar.
Kəndin yaxınlığında, dar bir yerdə, yerli əhalidən 5000 nəfər
həmin ayın 23-də onların üzərinə töküldü. Draqunlardan 70 nəfəri-
ni öldürüb bir qədərini də yaraladılar. Axırda, polkovnik Naumov
qoşunu bu dar yerdən çıxartdı, bir az döyüşdən sonra, kəndi alıb
dağıtdı və ona od vurdu. Əhalidən 300 nəfəri öldürüldü, sağ
qalanları da qaçdılar.
Süvari qoşun və atlar əsas orduya gəlib çatandan sonra, Pyotr
200 nəfər əsgəri və 100 nəfər kazağı, xəstələrlə bərabər, Aqraxan
səngərində, qayıqları da onun sahilində qoydu. Dərbənd üçün
təyin edilmiş gəmiləri Soymonovun komandası altında yola salıb
köçdü. Avqust ayının 7-də çox çətinliklə Sulaqdan keçdi. Orada,
Yaxsay əmiri Sultan Mahmud, şamxalın elçisi ilə birlikdə gəlib, 850
baş qaramal və 9 baş cins at peşkəş gətirdilər, öz ixlas və itaətlərini
bildirdilər. Beləliklə, o şanlı padişahdan çox iltifat götürüb, öz
hüquqlarının təsdiqinə də nail oldular.
Pyotr hər yerdə ordunun pişdarları ilə qabaqda gedirdi. Şam-
xalın əmrilə yollar üzərində quyular qazılmasına baxmayaraq, yenə
152
bir para mənzillərdə su azlığından çətinlik çəkilirdi. Avqustun 12-
də, şamxal Adil Gəray xan, Tarxunun bir ağaclığından istiqbala
gəldi; şəhər xaricində ordunun çadırları qurulmuşdu. Padişah
qoşunların hamısının toplanmasını gözləyərək, üç gün orada
qalacaq idi. Ertəsi gün, şamxal padişahı qonaq çağırdı. Şəhəri və
ətrafı nəzərdən keçirdikdən sonra, süfrə başında cürbəcür söhbət-
lər danışıldı. Şamxal bu səfərdə iştirak etmək üçün qoşun vermək
arzusunda olduğunu bildirdi, o isə qəbul etmədi. Şah orduya
qayıtdıqdan sonra, Dərbənd naibi, qorçular yüzbaşçısı İmamqulu
bəyin vəkilləri hüzura gəldilər. İxlas göstərib padişahın onları
himayə edəcəyinə qarşı razılıq etdilər.
Polkovnik Naumov, başqa bir əfsər və 12 kazakla, padişah
ordusunun gəlməsi üçün lazım olan işləri yoluna qoymaqdan ötrü
Dərbəndə getdi. Naibin göstərişi ilə, iki şimal darvazasında, həmin
gün gəmi ilə gəlmiş olan ruslardan qarovulçu qoydular. Dərbənd
qalabəyisi Sultan, bu hadisədən əvvəl İran padişahının dərbarına
getmişdi. Məmləkətin naibi həmişə yerli əhalidən olub qalanın
mühafizəsi də onun öhdəsində olardı.
Rus padişahı avqustun 16-da Tarxudan hərəkət edib, 18-də
Ötəmiş mülkünə gəldi. Bir əfsəri üç nəfər kazakla Qaytaq üsmisinə
tabe olan o yerin hakimi Sultan Mahmudun yanına göndərib tabe
olmağı ona təklif etdi. Sultan Mahmud isə elçiləri öldürdü; özün-
dən, üsmi və sairlərindən topladığı 16 min qoşunla rus ordusunun
üzərinə hücum etdi, nəticədə məğlub oldu. Rus süvariləri, onları
Ötəmiş şəhərinin üç milliyinə qədər təqib edərək, bir çoxlarını öl-
dürdülər və beş yüz evdən ibarət olan bu şəhəri 6 başqa kəndlə
bərabər qarət edib yandırdılar. 15 min qoyun və qaramal bunların
əlinə keçdi. Əsir düşən bir neçə nəfər də padişahın əmrilə öldürüldü.
Rus qoşunu avqustun 21-də Dərbəndə girdiyi gün, istinin
şiddətindən, suyun azlığından və tozanaqlı bərk küləkdən çox
əziyyət çəkdi. Dərbənd şəhərinin xaricində, naib İmamqulu bəy bir
dəstə üləma və sair əsnaf ilə, gümüş açarı bir məcməinin içərisinə
qoyub, istiqbal mərasimi ilə təqdim edərək, razılıq və təşəkkür
153
izhar etdi. Pyotr nizami yürüş və əsgəri musiqi ilə qalaya daxil oldu,
203 top ələ keçdi. Piyada qoşun şəhərə yaxın olan dəniz sahilində,
draqun, kazak və sairdən ibarət olan süvari qoşun da Mollakəndi
çayı kənarında yerləşdi. Bəndər münasib olduğuna görə , gəmilər
də bu çayın ağzında dayandı. Dərbənd şəhərini hər iki tərəfdən
müdafiə etmək üçün bir neçə gün ərzində təcili olaraq, biri Mol-
lakəndi çayı, digəri isə Orta Buqam çayı kənarında iki qala tikdirildi.
Naib İmamqulu bəy, general-mayor rütbəsi və xanlıq ləqəbilə
Dərbənd hökumətinə və yerli qoşun sərkərdəliyinə təyin edildi.
Paruçik Lunin, bir dəstə qoşunla dəniz yolu ilə Bakıya göndə-
rildi ki, yeni müraciətnaməni çatdırmaqla oranın hakimlərini və
əhalisini itaətə cəlb etsin. Bir neçə gün ərzində, Yalama ilə Bəlbələ
çayları arasında olan bütün Dərbənd və Müskür ətrafı rus əsgər-
lərinin əlinə keçdi. Müskürün bütün kəndləri əhalının iğtişaşı üzün-
dən xaraba qalmışdı. Ancaq Dədəli kəndində Hacı Davudun daş
hasarlı evi qalmışdı, qarovulçular burada sakin oldular.
Lakin Bakıdan qayıdıb ərz etdi ki, Bakı əhalisi onu şəhərə bu-
raxmadı. Pyotr qəzəblənib istədi ki, onları zorla tabe etsin, qayıt-
masına səbəb olan maneələrə görə, o, bu işi gələn ilə qoydu.
Dərbənd xaricdən, dağdan dənizə doğru çəkilmiş iki hasarla
əhatə edilmişdir. Daxildən isə, dörd hissəyə bölünüşdür. Bu hissə-
lər bir-birindən divarlarla ayrılır. Birincisi hamıdan yüksək və daha
kiçik olan Narınqaladır. Ruslar əvvəlcə buranı aldılar və əhalisini
təmamilə çıxarıb kənara göndərdilər. Padişah özü burada sakin
oldu. Ortadakı iki hissədə naib, tacirlər və xalq əsnafının evləri, kar-
vansaralar və sair yerləşmişdi. Padişah burada olduğu zaman, boş
qalan və Dubaru adı ilə məşhur dördüncü hissədə iki qazarma, yə-
ni saldatxana və bir də sursat anbarı tikildi. Gəmilərdən sursat çıxa-
ran zaman şiddətli bir tufan qalxdı, gəmilər elə zədələndilər ki, on-
lara dolan suyu kəsmək mümkün olmadı. Axırda lövbərləri kəsdilər,
tufan gəmiləri sahilə atdı. Gəmilərdə olan ərzaq isə xarab oldu.
Həmçinin Hacı Tərxandan 30 gəmi ilə gətirilən sursat da Aqraxan
bəndərində bu hala düşdü. Azuqə hər cəhətdən çox az qalmışdı.
154
Bu ətrafda da iğtişaş olduğundan, taxıl ələ gətirmək mümkün
deyildi. Buna görə, qoşunun Rusiyaya qayıtması lazım görüldü.
Rus padişahına bir nəticə əldə etmədən geri qayıtmaq çox
ağır gəlirdi. O, xüsusilə Bakını alıb, Kür çayı ağzında ticarət üçün
böyük bir şəhər bina etmək və bu çay ilə yuxarı gedərək, Gürcüs-
tan məsələsini də yoluna qoymaq istəyirdi. Bunlardan başqa o,
Astarabad vasitəsilə Hindistan ilə ticarət əlaqəsi yaratmaq fikrində
idi. Xülasə, qoşunun bir hissəsini Dərbənd qalasının mühafizinə tə-
yin edib, eylulun (sentyabrın) əvvəllərində geri qayıtmağı qərara al-
dı. Heç bir hadisə üz vermədən Aqraxan səngərinə çatdı. Aqraxan
çayının Sulaqdan ayrıldığı yerdə, Səlib qalası adlı bir şəhər bina
etdi. Bu yerin suyu, otu və meşəsi olduğundan dağıstanlıların təca-
vüzünün qarşısını almaq və Dərbənd yolunu qorumaq üçün böyük
əhəmiyyəti vardı. Gəmilərin hərəkətini təmin etmək üçün Sulaq ça-
yında iri sütunlar və ağaclardan böyük bir bənd bağladı ki, Aqraxan
çayının suyu artsın. Bu ağacların bəzisi indi də suyun içərisində
görünməkdədir.
Don kazaklarının atamanı Krasnoşşekov, 1000 nəfər kazak və
yeni gəlmiş 40000 qalmıq ilə Həmri mülkünə gedib, bir çox qətl və
qarət edərək 350 nəfər əsir və 11000 qaramal gətirdi. İmperator
Gürcüstan valisinə və ermənilərin böyük xəlifəsinə də elçi və mək-
tublar göndərdi. Nəvaziş izhar edib, özünün yenə oralara gələcəyi
haqqında xatircəmlik verdi. Səlib qalasında mühafizlər təyin etdik-
dən sonra, bütün süvari qoşunu quru yol ilə yola saldı. Özü də
Aqraxan bəndlərini çox möhkəmləndirib, sentyabrın 26-da gəmi ilə
təcili surətdə Hacı Tərxana getdi. Onun ardınca piyada qoşunu da
general-admiral qraf Apraksini gəmilərlə yola saldı. Qoşun yolda
tufana düşərək, çox çətinliklər çəkdi.
Pyotr təşrini-əvvəlin (oktyabrın) 4-də Hacı Tərxana gəlib çat-
mışdı. Gilan hakiminin himayə xahiş edən ərizəsi yetişdi. 5 gün
içərisində gəmilər hazırlandı və səfər tədarükü görüldü. Həmin
ayın 10-da polkovnik Şipov və Soymonov iki batalyon saldatla Gi-
lana getdilər. Pirəbazar bəndərinə çatdıqdan sonra, Yazıkov ordu-
155
nu aparmaq üçün arabadan ötrü Rəştə göndərildi. O zaman, Təh-
masib mirzə tərəfindən rus padişahı dərbarına vəziri-əzəmin
mülazimi İsmayıl bəy elçi təyin edilmişdi. O, Talış dağlarından ke-
çərkən, dənizdə rus gəmilərini görüncə, Gilana qayıdıb Rəştə getdi.
Buranın əhalisi, Gilan vəzirinin evində məsləhətləşdikdən sonra
cavab verdilər ki, İran padişahının icazəsi olmadan, rus qoşunlavrını
öz ölkələrinə buraxa bilməzlər. Buna görə də, gəmidə qalmağı on-
lara təklif etdilər.
Ruslar Pirəbazarı aldılar. Gilan vəziri polkovnik Şipov ilə görüş-
dü. Onların rus padişahı əmrilə, himayə üçün gəldiklərinə xatircəm
olunca, polkovniki bir dəstə qoşunla Rəştə aparıb şəhərin kənarın-
da bir karvansarada yerləşdirdi. Lakin sülh etmək meyli olmadığın-
dan, elçini (İsmayıl bəyi) cürbəcür bəhanələrlə Rusiyaya getməyə
qoymurdu.
Hicri 1135-ci (=1722) ildə, təşrini-axırın (noyabrın) 23-də, Mir
Mahmud İsfahanı aldıqdan sonra, Şah Təhmasib Qəzvində taxta
oturdu. Vəzir, elçini göndərməmək xüsusda onun hüzuruna bir
ərizə yazdı və cavabına müntəzir oldu. Ruslar bu əhvalatdan xəbər
tutaraq cürbəcür vasitələrlə elçini gəmiyə aparıb saxladılar. Şah
tərəfindən qasid gəldiyi zaman konsul Avramov gizlicə onun istiq-
balına çıxdı. Hiylə və təmahsiləndirmək vasitəsilə fərmanın məz-
mununu bildi. Fərmanda elçinin göndərilməsi əmr olunurdu. Belə-
liklə, qasid o qədər yubatdı ki, ta Soymonov elçini kanun-saninin
(yanvarın) əvvəllərində, «saat xoşdur» bəhanəsilə gecə yarısı, iki
gəmi ilə yola saldı. Gilan vəziri, fərmanı aldıqdan sonra, elçinin
göndərilməsindən xəbərdar olub qəmgin oldu. O, hakimlərin və
yerli əhalinin məsləhəti ilə, müharibə tədarükü görmək və qoşun
toplamaqda idi. Polkovnik Şipov da tədriclə Pirəbazardan mü-
haribə ləvazimatı və sursat gətirib öz işini görürdü.
Mart ayında, Saymonov öz məmuriyyəti mucibincə şəhər üçün
yer intixab etməkdən ötrü, gəmilərdə bir dəstə qoşunla Kür çayı
ağzına getmişdi. Bu zaman, gilanlılar rus qoşununa geri qayıtmağı
təklif etdilər. Polkovnik onlara belə cavab verdi: Əvvələn, getmək
156
üçün gəmilərimiz yoxdur, ikincisi də, bu təklifi bizə İran padişahı
etməlidir. Axırda iş müharibə ilə nəticələndi. Gilanlılar əllərində
olan 4 top ilə, bütün günü karvansaranı topa tutdular. Polkovnik
gündüz sakit durdu, gecə 1000 nəfər saldat göndərdi. İki tərəfdən
şəhərin üstünə elə töküldülər ki, gilanlılar özlərini toplaya bilmə-
dilər, bir çoxları öldürüldü, qalanları da qaçdılar. General-mayor
Levaşovun komandası altında yeni qoşun gəldi, şəhəri aldılar və
onun qərb tərəfində, Qəzvin yolu üzərində bir qala bina etdilər.
Şərq tərəfdən də karvansaranı qala kimi bərkitdikləri üçün şəhər
arada qaldı.
Həmin il təmuz (iyul) ayının 6-da, general-mayor Matyuşkin 9
gəmi ilə Bakı bəndərində lövbər atdı. Bu gəmilərdə 4 polk qoşun
var idi; polk o zaman, 1000 nəfərə yaxın əsgərdən ibarət idi. Sonra,
İsmayıl bəyin Şah Təhmasib adından Bakı əhalisinə yazmış olduğu
məktubu göndərdi. Məktubda qalanın təslimi təklif edilirdi. Sultan
və Bakının əyanları elçiləri şəhərə buraxmadılar...
Ayın 21-də general sahilə qoşun göndərdi. Şəhərdən də bir
çox süvari bayıra çıxıb, müharibəyə girişdilər və məğlub olaraq geri
döndülər. Ruslar səngər düzəltməyə məşğul oldular, yeddi gəmi
də yaxınlaşıb, qalanın toplarını susdurdular. Qumbaraların atəşin-
dən şəhərə böyük yanğın düşdü, qalanın hasarı bir yerdən dağıldı.
Ayın 26-na təyin edilmiş yürüş, şiddətli tufan nəticəsində mümkün
olmadı və gəmilər pərakəndə düşdü. General yenə təslim haqqın-
dakı danışığı təzələdi. Şəhər alındı, 72 top, barıt, güllə və sair bir
çox ləvazimat ələ keçdi. 700 nəfərdən ibarət olan qala mühafizləri,
öz sərkərdələri Dərgahqulu bəylə Rusiya dövlətinin xidmətinə daxil
oldular. Ölkənin hökuməti Dərgahqulu bəyə həvalə edildi. Şəhərin
qalabəyisi - sultanı, Dərgahqulu bəyin təhrikilə, Davud bəyin dos-
tudur deyə həbsə alınaraq Rusiyaya göndərildi. Dərgahqulu bəy,
axırda xəyanətdə müttəhim edilərək, işdən kənar edildi, rus ko-
mendantları hökumət işlərini öz əllərinə aldılar.
Yazılı mənbələr və şifahi xəbərlərdən anlaşıldığı üzrə, Dərgah-
qulu bəy ibni-Heybət bəy ibni-Məhəmmədhüseyn bəyin keçmiş
157
babaları... gilanlı Xan Əhməd hadisəsi zamanında, hicri 1000-ci
(=1592) ildə, Şirvana gəlib Bakıda mülk sahibi və yüzbaşı rəisi
olmuşdular. Onların imarət və qalalarının xarabaları Ramana kən-
dində indi də mövcuddur. Xalq arasında belə bir rəvayət məş-
hurdur ki, Əmir Hacan, Bülbülə və Ramana kəndləri xan kəndidir.
Dərgahqulu bəy keçmiş zamanda Bakı sultanını öldürüb xan
ləqəbilə hakimiyyətə keçmişdi. Cürbəcür tədbir, vəsilə və əhalinin
ittifaqı ilə şahın dərbarı tərəfindən də təsdiq olunmuşdu. Buna gö-
rə, yeni sultan ancaq qalanın komendantlığı vəzifəsilə kifayətlənirdi.
Davud bəy və Surxay bəy Bakını almaq istəyirdilər. Lakin, Dər-
gahqulu xan ləzgi qoşununu, şəhərin yarım ağaclığında, o zaman-
dan bəri Qanlıtıpı adlanan bir təpə yaxınlığında pis bir surətdə
məğlub etdi. Dərgahqulu xanın qardaşı Hüseyncan bəy də bu
davada öldürüldü. Bundan sonra Şabran və Qabıstan mahallarında
çapqınçılığa başlayıb, gündən-günə şöhrət tapdı. Ruslar gəldiyi
zaman, şəhəri təslim edib, əvvəlki vəzifəsinə təyin edildi, Dərgah
xanın hökumət mərkəzi Məşqətə kəndi olub, bağı, imarəti və ov-
danları indi də buradadır. Onun qüvvəti və şücaəti xalq arasında
məşhurdur. Dərgah xanın, Abdulla bəy Hacı Səlim bəy oğlunu Bakı
mahalına hakim təyin etməsi haqqındakı fərmanının tarixindən və
sair maddələrdən anlaşıldığına görə, onun hökmranlığı hicri 1143-cü
(=1731) ildə də davam edirmiş. Lakin onun hansı ildə rus dövlətin-
dən üz çevirib, bir dəstə tərəfdarları ilə bir müddət Bakı və Şirvan
ətrafını çalıb-çapdığı və sonra gedib İran qoşununun əmirləri
sırasına keçməsi məlum deyildir. Hicri 1151-ci (=1738) ildə Nadir
şahın qardaşı İbrahim xan Carda öldürüldüyü zaman, o da yara-
lanıb Zəncanda vəfat etmişdir.
Həmin il eylül (sentyabr) ayının 12-də, bir çox danışıqlardan
sonra, hökumət mərkəzi olan Peterburqda, İsmayıl bəy Şah
Təhmasib adından rus dövləti başçıları ilə bir müahidə bağladı.
Astarabaddan Dərbəndə qədər uzanan bütün sərhəd boyu rus
dövlətinin ixtiyarına keçdi. Rus padişahı da, Şah Təhmasibə kömək
etməyi öhdəsinə aldı.
158
Osmanlı dövləti Şirvan və Azərbaycan ölkələrinə yiyələnmək
fikrində idi. Müharibə elan etməklə, rus padişahını sərhəd boyun-
dakı vilayətlərə sahib olmaqdan saxlamaq istəyirdi. Vəziri-əzəm
İbrahim paşa isə, Rusiya dövləti ilə dostluq arzusunda olub, müha-
ribəyə razı olmurdu. Buna görə, elçi göndərib Rusiya dövlətindən
xahiş etdi ki, İran ölkəsini tutmaqdan çəkinib, Hacı Davud bəyi də
Şirvan hakimi tanısın. İmperator, dostcasına mülayim cavablarla
elçiləri geri qaytardı. Lakin, Gilanın alınması xəbəri Osmanlı dövləti-
nə çatınca, vəziri-əzəm vasitəsilə təkrar elçi gəlib, bu hadisənin sə-
bəbini soruşdu. O yenə cavabında dedi: mən Rum dövləti ilə əhd-
naməni pozmaq fikrində deyiləm, qoşunu da İran ölkələrini ələ ke-
çirmək üçün deyil, bəlkə quldurlardan intiqam almaq və məzlum
şahı himayə etmək üçün göndərmişəm. Lakin, gizlicə olaraq, Mlaros
vilayətləri bəylərbəyisinə fərman yazdı ki, Rum və Krım sərhədlərin-
də 70-80 min qoşun hazırlasın.
Rumlular (türklər) da o tərəfdən Ermənistanı, Gürcüstanı və
Şirvanın bir çox yerlərini tutdular. Axırda bu qərara gəldilər ki, hər
iki dövlət sahibsiz İrandan aldıqları torpağı öz əllərində saxlasınlar.
Bu zaman, Osmanlı dərbarında olan rus dövləti səfiri Bonakın
vasitəçiliyi və Rum dövləti vəziri-əzəmi İbrahim paşanın bacarığı
sayəsində, Qostəntiniyyədə (İstanbulda) hicri 1137-ci (=1725) ildə,
həziran (iyun) ayının 27-də, iki dövlət (Rusiya ilə Osmanlı dövlətlə-
ri) arasında sülh müqaviləsi bağlandı. Bu müqaviləyə əsasən Asta-
rabad, Mazandaran, Gilan, Bakı, Səlyan və Dərbənd vilayətləri rus
dövlətinə verildi, Şirvanın qalan hissəsi, Ermənistan və Gürcüstan
də Osmanlı dövlətinə çatdı. Şamaxı ilə Bakı arasında sərhəd təyin
edildi.
Bonakın qardaşı oğlu, bu sülh xəbərini imperatorun dərbarına
gətirdiyindən, padişahın lütf və ənamına nail oldu. Rumyansev də
üç dövlət arasındakı hüdudu təyin etməyə məmur oldu. Ona tapşı-
rıldı ki, İran və Türkiyəyə gedib, gizli olaraq, Gürcüstan yolunu
öyrənsin. Kür çayının vəziyyətini təyin etsin. Ermənistan və Gürcüs-
tanın əsgəri qüvvəsini və məzkür yol üzərində azuqə və ot-ələf
159
əldə etmək imkanlarını aydınlaşdırsın. Gürcüstanın Kuban tərəfin-
dən nə vəziyyətdə olduğunu və məsafəsini müəyyən etsin, erməni-
ləri Gilanda, müsəlmanların məskənlərində və yurdlarında vətən
salmağa təşviq etsin.
Bu əsnada Səlib qalası tamam oldu, Sulaq çayının suyu Aqraxan
çayına axdı. İmperator general-mayor Kuropatova fərman yazdı ki,
Terek şəhərini köçürüb, oraya aparan və Aqraxan səngərini dağıtsın.
Şamxal Səlib qalasının tikilməsindən qorxuya düşdü. Həm də
müahidə bağlayıb, ona vədlər verən osmanlıların təhrikilə 30 min
qoşun götürüb gəldi və Səlib qalasını mühasirə etdi. Lakin o, məğ-
lub olaraq geri qayıtdı. Kuropatov onun bütün məmləkətini və hö-
kumət mərkəzini viran etdi. Bu hadisədən sonra, imperator şam-
xallıq mənsəbini ləğv edərək, onun məmləkətinin ixtiyarını Şirvan-
da hökmran olan generala həvalə etdi. Rus ordusuna gələn Şamxal
Adil Gəray xanın özünü də əsir edib Rusiyaya göndərdilər. Ömrü
orada tamam olub öldü.
Hicri 1138-ci (=1725) ildə, təşrini-saninin (noyabrın) 9-da, Ru-
siyaya getmiş olan bu yerlərin sərdarı general-leytenant Matyuşkin
qayıdıb Bakıya gəldi və burada, podpolkovnik Zimbulatovun
hadisəsi ilə tanış oldu. Zimbulatov, öz batalyonu ilə gedib Kür çayı
sahilində, o yerin hakiməsi, Səlyan sultanı Həsən bəyin hərəmi -
Qəbuli xanımın sarayı qarşısında ordugah qurdu. Müəyyən bir
şəhər salmaq üçün tədarükdə idi. Qəbuli xanım, dostluq və ixlas
göstərib, bir gün onu bütün zabitləri ilə bir yerdə qonaq çağırdı.
Xörək yeyildiyi zaman, otağa müsəllah adamlar girib, onların
hamısını öldürdülər. Əsgərlər bu halı görüncə, orda qalmış olan bir
xəstə zabitlə, öz gəmilərinə minib, Bakıya qayıtdılar. Təəccüblü
burasıdır ki, Pyotr qabaqcadan bu xüsusda general Matyuşkinə
yazıb bildirmişdi ki, «Səlyan hakiməsi xanım oğruların böyüyüdür.
Ondan ehtiyatlı olmaq lazımdır ki, bir bədbəxtlik üz verməsin».
General Matyuşkin 300 nəfərlə Kür dəhnəsinə gedib, şəhərin
yerini gözdən keçirtdi və Gilana getdi. General-mayor Levaşovun
orada 6 batalyon saldatı, 500 nəfər draqunu, bir neçə dəstə ermə-
160
ni, gürcü və Don kazakı da vardı. Kəsgər vəziri 20000 qoşunla qar-
şıda müharibəyə hazır durmuşdu. General Matyuşkin bir nəfər Ər-
dəbilə, Şah Təhmasibin hüzuruna göndərib, İsmayıl bəylə bağlanan
əhdnaməyə əsasən tələb etdi ki, vəzirləri müharibə etməyə qoy-
masın. Lakin cavab alınmadı, çünki şahın dövlət başçıları bu sülhü
qəbul etməyib İsmayıl bəyi xain hesab edirdilər. İsmayıl bəy də rus
himayəsi sayəsində Gilanda qalmışdı. İranlılar karvansaranın üzəri-
nə hücum etdilər. Bir batalyon saldat və üç dəstə draqun onları
məğlub edib təqib etdilər və bir çoxlarını öldürdülər. Bundan sonra
da Astara vəziri və başqaları bunların köməyinə gəldilər. İranlılar iki
ay, neçə gündən-bir müharibə etdilər. Lakin bu müharibələrin ha-
mısında məğlub oldular. Axırda, elə qorxdular ki, əsla müharibəyə
gəlmədilər...
Bu zamanlar ruslar Bakıdan gedib Səlyanı da ələ keçirdilər və
orada kiçik bir qala tikdilər. Həsən bəy qaçıb Dağıstan və Şirvan
quldurlarına qoşuldu. Bu zaman, iqtidar və şövkətcə hacı Davud-
dan yüksək və onun Şirvanda hökmranlıq sürməsindən narazı olan
qaziqumuqlu Surxay bəy, bir çox vəsilələrlə Osmanlı hökumətin-
dən Şirvana hakim olmaq fərmanını öz adına aldı. Xalq ləqəbilə
hökmranlıq bayrağını yüksəltdi. Sarı Mustafa paşa Gəncəyə təyin
olundu. Hacı Davud bəyı Rum ölkəsinə çağırdılar, orada da vəfat
etdi.
Hicri 1138-ci (=1725) ildə, təşrini-sani ayının 28-də, Böyük
Pyotr 53 yaşında vəfat etdi. O, əzm sahibi və ağıllı, üsuli-idarə və
fütuhat fənlərində mahir bir padişah idi. Dəfələrlə Avropaya
səyahət edərək, kamalat hesab edib öz şəxsi istedadını artırırdı. O,
mülki qanunları və əsgəri intizamı yeni üsul üzrə qurdu. Sülh və
müharibə işlərinə fikir verməklə, Rusiyanın qüdrət və şövkətini ar-
tırdı. Məşhur Şved kralı (12-ci Kralı) məğlub edərək... Peterburq
şəhərini bina etdi. Böyük işlər banisi olduğundan, «Böyük Pyotr»
adı ilə məşhur oldu. Vəfatından iki il əvvəl, indiki rus padişahlarına
məxsus olan imperator ləqəbini aldı.
161
Ustryalov
1
öz tarix kitabında yazır: Pyotrun arvadı I Yekaterina
ondan sonra Rusiya səltənət taxtına oturdu. O hər xüsusda, o cüm-
lədən İranın dörd vilayətinə aid işlərdə öz ərinin tədbir və qanunla-
rına əməl edirdi. Mülki işləri nizama salmaq üçün, rusların böyük
adamlarından ibarət 6 nəfərlik bir məclis düzəltmişdi. Rum və İran
padişahları ilə yeni müahidələr bağladı. Adı çəkilən vilayətlərin bəzi
nahiyələri də Rusiyanın ixtiyarına keçdi. Onun vəfatından sonra,
hicri 1140-cı (=1727) ildə, may ayının 6-da, Böyük Pyotrun nəvəsi,
Alekseyin oğlu II Pyotr 12 yaşında taxta oturdu. İşləri də həmin
məclis idarə etməkdə idi, O da, hicri 1143-cü (=1730) ildə, yanvar
ayının 18-də vəfat edərək, yerində Böyük Pyotrun dul qardaşı qızı
Anna İvanovna səltənətə oturdu.
İran hüdudunda rus hakimiyyətini möhkəmləndirməkdən ötrü,
boş yerə məhv olan çoxlu qoşun və puldan başqa, daha bir çox
tədarük tələb olunurdu. Çünki bu zaman İranda, adı əməlinə
mütabiq olan Nadir adlı bacarıqlı və fateh bir əmir meydana çıx-
mışdı. O, Azərbaycan və Mazandaran ətrafında, taxtsız və bəxtsiz,
sərgərdan və avara dolanmaqda olan Şah Təhmasibin xidmətinə
girdikdən sonra, İran işləri başqa bir rövnəq tapdı. Qoşunun in-
tizamı və ölkənin asayişi gündən-günə artıb yüksəldi. Osmanlıların
Bağdad yaxınlığındakı külli əsgəri qüvvəsinə elə bir şikəstlik verdi
ki, hətta İstanbulun özündə belə qarışıqlıq və inqilab əmələ gəldi:
Sultan Əhməd xan taxt və tacindan əl çəkdi, Sultan Mahmud xan
taxta oturdu.
Bu zaman, İran hüdudundakı əhali həyəcana gəlib, ümumi
surətdə hücum edərək, Rusiya ilə müharibəyə başladılar.
Ancaq general-mayor Levaşovun bacarığı nəticəsində, Rusiya
bu qorxulu hadisədən nicat tapdı. Həmin general öz dövlətindən
çoxlu yardım istədi. Lakin imperatriça böyük əmirlərindən Baron
1
Ustryalov (Nikolay Gerasimoviç) - rus tarixçisidir, 1805-ci ildə anadam olmuş və
1870-ci ildə vəfat etmişdir. Əsərlərindən ən əhəmiyyətlisi «I Pyotrun səltənət tarixi»
adlı kitabıdır.
162
Şafirovu sülh arzusu ilə İrana göndərdi. Rəştdə hicri 1145-ci
(=1732) ildə, İran vəkilləri ilə olan danışıqdan sonra, bu şəraitdə
sülh bağladı: rus qoşunu təxirsiz Gilan və Mazandaran vilayətlərini
İran dövlətlərinə qaytarsın, şiddətli bir surətdə davam edən Rum
və İran müharibəsi qurtardıqdan sonra Şirvan və Dağıstandan da əl
çəksin.
Bu barışıqda rus dövləti yalnız İran dövləti ilə dostluğu
təzələməklə və osmanlıların İrandan çıxarılması ilə kifayətləndi.
Dostları ilə paylaş: |