B) 1, 3
C) 3, 4
D) 1, 2
E) 2, 3
72) “Səncə, o da bizimlə gedəcəkmi?” cümləsində işlənmiş köməkçi nitq hissələrini ardıcıllıqla göstərin.
A) bağlayıcı, qoşma, modal söz, ədat
B) modal söz, bağlayıcı, qoşma, ədat
C) ədat, bağlayıcı, qoşma
D) ədat, qoşma, ədat
E) modal söz, bağlayıcı, ədat
73)
A) 3, 4
B) 2, 3, 5
C) 2, 3
D) 2, 5
E) 1, 4, 5
74) Hansılara antonim qarşılıq tapmaq olar? 1. cinayət 3. təvazökar 5. daimi 2. zərif 4. təmkin 6. fikir
A) 2, 4, 6
B) 1, 2, 3
C) 1, 3, 5
D) 2, 3, 5
E) 3, 4, 6
75) Hansı cümlənin xəbəri frazeoloji birləşmə ilə ifadə olunub?
A) Ondan kömək umanlara daim əl tutar, yardım göstərərdi.
B) İkiüzlü insanlara uyub yuvanı dağıtma!
C) İstənilən vəziyyətdən asanlıqla çıxmaq onun adəti idi.
D) Mənim üçün hər açılan səhər yeni bir başlanğıcdır.
E) Bu işlərin sonunun yaxşı olacağına inanıram.
76) Əsl Azərbaycan sözlərinə aid olmayan xüsusiyyətləri seçin: I. Sonu “o”, “ö”, “e” saitləri ilə bitən sözlər II. Söz kökünün əsasən sabit olması III. Sözün “r” hərfi ilə başlaması IV. Sözdə ahəng qanununun gözlənilməsi
A) I, III
B) I, IV
C) II, IV
D) III, IV
E) II, III
77) Məntiqi ardıcıllığı tamamlayın: lüğəvi, ailəvi, dünyəvi, səmavi,….
A) mülki
B) elmi
C) dairəvi
D) mənəvi
E) kütləvi
78) İsim və sifət kimi işlənən söz hansıdır?
A) sarıq
B) işlək
C) qalıq
D) sönük
E) oynaq
79) Vurğusu II hecaya düşən sözlər hansıdır? 1. Avropa 3. qaçarkən 5. məsləkdaş 2. qiraət 4. sapsarı 6. konvensiya
A) 1, 3, 6
B) 2, 3, 5
C) 1, 3, 4
D) 2, 4, 6
E) 3, 4, 5
80) Səhv yazılmış sözü müəyyənləşdirin
A) laübalı
B) rayihəli
C) radifikasiya
D) əhli-qələm
E) fövqəlbəşər
81) Biri quruluşuna görə fərqlidir:
A) kütləvi (iğtişaş)
B) mirvari (dənəsi)
C) mədəni (insan)
D) coğrafi (məkan)
E) mənəvi (qid
82) Zaman əlaqəli tabesiz mürəkkəb cümlənin tərkib hissələri, əsasən, hansı bağlayıcılarla bağlanır? Xəta bildir
A) amma, ancaq, lakin, fəqət
B) və, nə, nə də, həm, həm də
C) o cümlədən, hətta, fəqət
D) ya, ya da, gah, gah da
E) lakin, yoxsa, çünki, yəni
83) Budaq cümlənin hansı növü baş cümlənin ümumi məzmunu ilə bağlı olur?
A) yer budaq cümləsi
B) kəmiyyət budaq cümləsi
C) şərt budaq cümləsi
D) məqsəd budaq cümləsi
E) zaman budaq cümləsi
84) Qoşmalar ismin hansı halında işlənən sözlərə qoşula bilmir?
A) adlıq, yiyəlik, yönlük, çıxışlıq
B) təsirlik, yerlik
C) təsirlik, yerlik, çıxışlıq
D) adlıq, yiyəlik, yönlük
E) yönlük, yerlik, çıxışlıq
85) Hansı cümlədə “O” əvəzliyindən sonra vergül qoyulmamalıdır?
A) O, qaçır dar döngələrdə (B.Vahabzadə)
B) O, torpaq istədi səndən bir qarış (B.Vahabzadə)
C) O, bu sirri yenə də gizli saxladı
D) O, özünə sirdaş axtarırdı.
E) O, daxilən sonsuz təlaş və həyəcan içində idi
86) Verilənlər içərisində hansı üslubun xüsusiyyətləri yoxdur? 1. Olduqca müxtəlif mövqe və maraqları əks etdirir. 2. Dialoji nitq bu üslubun səciyyəvi xüsusiyyətidir. 3. Modallıq bildirən söz və ifadələr çox işlənir. 4. Obrazlılıq və emosionallıq bu üslubun əsas xüsusiyyətidir
A) məişət
B) rəsmi-işgüzar
C) elmi
D) bədii
E) publisistik
87) Qeyri-müəyyən şəxsli cümləni göstərin
A) Onun bu vəziyyətini düşündükcə ürəyim sıxılırdı
B) Uman yerdən küsərlər.
C) Bu sözlərlə elə bil yarasına duz basdılar
D) Bacıları tez-tez evimizə gələrdi.
E) Halallıq almadan getmək istəmirdi.
88) Cümlələrdən birində ara söz güman, şübhə bildirmir
A) Deyilənə görə, bu hadisə zamanı siz də orada olmusunuz
B) Deyəsən, yağış yağacaq.
C) Olmaya, məni tanımadın.
D) Bəlkə, mən də sizinlə getdim
E) Görəsən, sağ-salamat gedib çata bildilər?
89) Həmcins üzvlü cümləni göstərin
A) Hündürboy kişi səsli-küylü küçələrdən keçərək soldakı binaya yaxınlaşdı.
B) Nə bir ağac vardı, nə də bir kölgəlik.
C) Bulağın suyu göz yaşı kimi dumduru idi.
D) Al-əlvan çiçəkilərin xoş ətri ətrafa yayılmışdı.
E) Gah sulara baş vurub lap dərinliklərə enir, gah da süzüb suyun üzünə çıxır.
90) Frazeoloji birləşmə işlənmiş cümləni tapın.
A) Onun topu düz yola düşmüşdü.
B) Mübahisəli məsələ tezliklə həll olundu
C) İndi yanıb-yaxılıram, Sərt dilləndim sənə niyə?
D) Zülmət əbədi hər gecənin gündüzü vardır
E) Əgər istəyirsən yediyin cana sinsin, gərək mayana haram qatmayasan.
91) Məchul fel işlənmiş cümlələri göstərin: 1. Günəş üfüqdən boylandı, hər tərəf al nura boyandı. 2. Əkin sahələri iki gün əvvəl suvarıldı. 3. Yağış suyu həyətin ortasında gölləndi. 4. Əhməd Cavad “xalq düşməni” adı ilə damğalandı və sürgün edildi. 5. Bu qarışıq zamanda çoxları varlandı
A) 2, 4
B) 1, 3, 4
C) 2, 5
D) 4, 5
E) 1, 3, 5
92) “Buna yüz faiz əmin idi ki,,…” baş cümləsinə hansı budaq cümlə qoşula bilər?
A) tamamlıq
B) səbəb
C) təyin
D) mübtəda
E) məqsəd
93) Uyğunsuzluğu seçin:
A) elmi üslub – dəqiqlik, ardıcıllıq, konkretlik.
B) bədii üslub – obrazlılıq, emosionallıq.
C) publisistik üslub – fikrin hamı tərəfindən anlaşılması, aydın və təsirli şəkildə ifadə olunması
D) rəsmi-işgüzar üslub – dilin maksimum mükəmməlliyi, fikrin tam aydınlığı, birmənalılığı.
E) məişət üslubu – məntiqlilik, mücərrəd fikirlərdən istifadə
94) Hansı sıradakı mürəkkəb ad səhv yazılmışdır?
A) Şəki Su İdarəsi
B) Mars planeti
C) Dünya Azərbaycanlılarının Həmrəylik Günü
D) Azərbaycan Respublikasının Milli Qəhrəmanı
E) Azərbaycan Respublikasının Baş naziri
95) Cümlələrdən birində yaşa(maq) sözü ilə eyniköklü olan söz işlənməmişdir.
A) Qulamgilin yaşayışı pis keçmirdi
B) O gah anasının dağınıq saçlarına, gah da yaşlı gözlərinə baxırdı
C) Kiçik qardaşımla əmim oğlu, təxminən, yaşıd idilər.
D) Əminə xanım çox yaşlandığından artıq pilləkənləri tək qalxa bilmirdi.
E) Xalq onu daim qəlbində yaşadacaqdır
96) Bu sənəd hər hansı bir şəxsin kimliyini təsdiq etmək məqsədi ilə bu və ya digər təşkilat tərəfindən verilir və burada bir və ya bir neçə şəxs haqqında da məlumat vermək mümkündür. Bu fikir hansı işgüzar sənəd haqqındadır?
A) ərizə
B) izahat
C) akt
D) protokol
E) arayış
97) Hansı bənddə “ilə” (-la²) bağlayıcı vəzifəsində işlənmişdir?
A) Bu işi Raufla Kərimə tapşırmaq lazımdır.
B) Nadir böyük həvəslə danışırdı
C) Bu dəqiqə telefonla onunla danışırdım.
D) Rayona maşınla getdik.
E) Müayinədən sonra həkim xəstə ilə görüşə icazə verdi.
98) Xitabla bağlı fikirlərdən biri səhvdir.
A) Həm sözlərlə, həm də söz birləşmələri ilə ifadə olunur
B) Quruluşca sadə və ya mürəkkəb olur.
C) İsmin adlıq halında olur və buna görə mübtədaya oxşayır
D) Feli sifətlə ifadə oluna bilmir.
E) Cümlədə müraciət olunanı bildirən sözlərə deyilir.
99) O, bir az fikirləşib sizi haradasa görmüşəm, Qori Müəllimlər Seminariyasında oxumamısınız deyə soruşdu – cümləsinin sxemi necə olmalıdır?
A) M: “V?”
B) M: ”V?” – m.
C) “V?” – m.
D) M: “V? -m,- v”
E) “V? - m, - v”
100) Tabesiz mürəkkəb cümlə hansı bənddədir?
A) Amma ilk dəfə belə vəziyyətə düşdüyü üçün həyəcanlanır, baxışlarını ətrafdakı adamlardan gizlətməyə çalışırdı
B) Qarşısında oturan oğlana maraq və mərhəmət ifadə edən nəzərlərlə baxırdı, baxışlarında həm də ümidsiz bir kədər, bir nisgil duyulurdu.
C) Başını aşağı dikib sola döndü və cəld addımlarla zalın çıxışına tərəf yönəldi.
D) Təyyarədən enən sərnişinlərlə birlikdə gömrük zonasına gələn Səid pasport yoxlanışından keçmək üçün növbəyə durdu.
E) Qız ona ani bir baxışla baxıb üzünü döndərdi və sürətini artırıb ondan uzaqlaşmağa çalışdı.
101) Hansı cümlədə həm sadə , həm də feli sifət tərkibi ilə ifadə olunmuş mürəkkəb təyin var?
A) Vağzalda dayanmış avtobusda yerlərin dolmağına az qalmışdı.
B) Azərbaycan xalqının tarixini, mədəniyyətini özündə əks etdirən bu nümunələr zaman keçdikcə daha da dolğunlaşır
C) Bir qədər hərlənib yorulandan sonra qalmağa başqa yeri olmadığına görə yenə qardaşıgilə getdi
D) Dərslik ali məktəblərə qəbul olunmağa hazırlaşan abituriyentlər üçün nəzərdə tutulmuşdur
E) Direktor çıxıb həyətdə gözləyən Əlini içəri dəvət etdi.
102) Söz sırasının pozulduğu sıranı göstərin: Xəta bildir
A) Bir salama dəyməyən eşqə ölüm yaraşır!
B) Nağıllar dünyasına aparaydım səni mən.
C) Elə bil dağılmış xatirələrim Səsinin sapında səfə düzüldü.
D) Getmək istəyirsən, bəhanəsiz get!
E) Mən səni öz ömrümə saat əqrəbi sandım.
103)
A) tablo
B) düşündürücü
C) seç
D) gözəl
E) çəkildi
104) Həm hal, həm də mənsubiyyət şəkilçiləri artırdıqda ikinci saiti düşən sözləri seçib göstərin. 1. səbir 3. nəsil 5. burun 2. alın 4. xeyir 6. beyin
A) 2, 3, 5
B) 3, 4, 6
C) 1, 3, 4
D) 1, 4, 6
E) 2, 5, 6
105) “..Ucaltdığın kiçiləndə görəsən, Əriyərsən gözün görə-görə sən…” Altından xətt çəkilmiş fellər haqqında verilmiş fikirlərdən biri səhvdir
A) Birincisi isimləşən feli sifətdir
B) Hər ikisi quruluşca düzəltmədir
C) Hər ikisi təsriflənməyən feldir
D) Hər ikisinin tərkibində qrammatik şəkilçi var
E) Hər ikisi təsdiqdədir
106)
A) D
Dostları ilə paylaş: |