A k ġ f k a m a L



Yüklə 10,02 Mb.
Pdf görüntüsü
səhifə151/197
tarix02.01.2022
ölçüsü10,02 Mb.
#2249
1   ...   147   148   149   150   151   152   153   154   ...   197
Ġnamsız yaĢayan insanlar,                                            
adətən, arzularından məhrum olurlar. 
 
qalan beş  nəfərə  Bozdu  kəndinə  gedib  ərzaq  axtarmağı  məsləhət  gördü. 
Onlar tövlədən çıxmaqları ilə geri qayıtmaları bir oldu. Bildirdilər ki, 30-
40 erməni bizə tərəf gəlir. Komandir (Yaşar) tez bizə tapşırıqlar verərək 
müdafiə  mövqeyi  tutmağımızı  əmr  etdi.  Salamat  olan  əsgərlər 
gizləndiyimiz  qazmanın  sağ  tərəfində  mövqe  tutdular.  Biz  yaralılar  isə 
əllərimizdə  avtomatı  və  qumbaraları  hazır  saxladıq  ki,  çöldəkilər 
düşmənlə  bacarmasalar,  düşmən  içəri  girsə,  onda  biz  qumbaralarla 
özümüzü  və  düşməni  məhv  edək.  Komandir  özü  isə  bir  neçə  yüngül 
yaralı  əsgərlərlə  qazmanın  girəcəyində  mövqe  tutdu.  Düşmən  bizim 
burada  olmağımızı  bilmədən,  yol  boyu  həlak  olmuş  şəhidlərimizin 
silahlarını  götürərək  irəliləyib  10-12  metrliyimizə  qədər  gəldilər.  Onlar 
bizi  gördülər  və  hər  tərəfdən  güllələri  od  kimi  üstümüzə  yağdırmağa 
başladılar.  Iki  saatadək  davam  edən  bu  qeyri  bərabər  döyüşdə 
bizimkilərin  sərrast  atəşləri  və  əzmkarlıqları  nəticəsində  düşmən  24 
meyid  qoyaraq  pərakəndə  şəkildə  geri  çəkilərək  qaçdı.  Ermənilərin    sağ 
qalanları  uzaqdan  bizə  tərəf  atəş  açırdılar.  Bizim  qəhrəman 
döyüşçülərdən  4  nəfəri  şəhid  olmuşdu.  Yaralılarımızdan  iki  nəfəri  yenə 
də  yaralanmışdılar.  Nə  edəcəyimizi  bilmirdik.  Komandir  qazmaya 
çökmüş  ağır  sükutu  pozaraq  bizim  başqa  yerə  çəkilməyimizin  vacib 
olduğunu  bildirdi.  O,  düşmənin  mütləq  əlavə  qüvvə  ilə  bura  gələcəyini 
əlavə  etdi.  Həmin  gecə  sağ-salamat  qalan  tək  döyüşçü  yoldaşımız  bizi 
bir-bir  kəndin  kənarındakı  mağaraya  daşıyaraq  orada  gözləməyimizi 
təşkil  etdi.  Səhər  açılanda  hər  tərəfin  qarla  örtüldüyünü  gördük  və 
sevindik. Çünki, izimizi qar örtmüşdü. Həmin gün ermənilər bir dəstə ilə 
hücuma  keçsələr  də  bizi  qazmada  tapmadılar.  Bir  neçə  gündən  sonra-
fevralın  17-də  bizim  vertalyotlar  başımızın  üstündə  görünməyə  başladı. 
Lakin,  ermənilər  vertalyotları  atəşə  tutduğundan  onlar  uzaqlaşıb  gözdən 
itdilər.  Tamamilə  ümidimiz  üzülmüşdü,  nə  edəcəyimizi  bilmirdik. 
Yaşamaq  isə  gözəl  idi...  fevralın  18-də  Murovdan  iki  qırıcı  vertalyot 
göründü.  Onlar  düşmən  mövqelərini  bombaladı  və  erməniləri  dağdan 
aşağı  qovdu.  Belə  olduqda  bizi  təkbaşına  mağaraya  daşıyan  əsgər 


 
248 
mağaradan  çıxaraq  gödəkcəsini  çıxarıb  başının  üstündə  yelləməyə 
başladı.  Vertalyotdakı  döyüşçülər  onu  gördülər  və  vertalyotu  yaxınlığa 
endirməyə başladılar. Sağ qalanlarımız  beləliklə xilas olduq”.
 
Murovdağ silsiləsinin Yeddiqardaş, Koroğlu və digər zirvələrini aşarkən 
briqadanın çoxlu sayda əsgər və zabiti həlak oldu, 500 nəfərdən çox əsgər 
don vurmadan əl və ayağı kəsilərək şikəst oldu. 3-cü taborun komandiri 
baş  leytenant  Fehruz  Alışov,  baş  leytenant  Xalid  Hümbətov,  Şahin 
Süleymanov, Mirzəli Mehdiyev, pulemyotçu Elxan-cəmi 11 nəfər isə qar 
uçqunu altında qalaraq həlak oldular.  
Əziziyəm, Murovda, 
Əridi qar-qırov da. 
Neçə igid gəlmədi, 
Buza döndü Murovda. 
Olmaz sənə tay Murov, 
Umdum səndən pay Murov. 
Özün boyda ərləri, 
Necə uddun, ay Murov? 
Bu  əməliyyatların  uğursuz  sonluğunu  hərbi  hissənin  qərərgah  rəisi 
polkovnik-leytenant  E.Həsənov  belə  şərh  edir:  “Kəlbəcərə  hücum  planı 
hələ  1993-cü  ilin  yayında  hazırlanmışdı.  Bu  plana  əsasən  Kəlbəcər 
bölgəsi  qısa  bir  vaxtda  azad  edilməli  idi.  Hərbi  hissə  yaxşı  təchiz 
edilmişdir.  1993-cü  ilin  noyabrında  hərbi  müşavirədə  Kəlbəcərə  hücum 
etmək  qərara  alındı.  Əməliyyatların  məhz  qışda  başlamasına  mən  etiraz 
etdim.  Bununla  da  məni  tutduğum  vəzifədən  uzaqlaşdırdılar.  Dekabrda 
başlanan  əməliyyat  çətin  olsa  da  uğurla  keçdi.  3-cü  taboru  Daşkəsənin 
Zivlən  kəndindən  Kəlbəcərin  Bozlu  və  Təkəqaya  kəndləri  istiqamətində 
düşmən arxasına göndərdik. Digər taborlar isə Ömər aşırımından enərək 
düşməni  ağır  itkilərə  məruz  qoydular.  Artıq  Kəlbəcər  bölgəsinin  böyük 
bir  ərazisi  azad  edilmişdir.  Əsgər  və  zabitlərimiz  yüksək  vətənpərvərlik 
hissləri  ilə  döyüşə  atılmış,  Murovdağın  qarlı  zirvələrini  və  aşırımlarını 
qəhrəmanlıqla  fəth  etmiş,  düşmən  üzərinə  əfsanəvi  bir  yürüş  etmişdilər. 
3-cü tabor-Kəlbəcər batalyonu-Daşkəsəndən Murovdağ silsiləsini aşaraq, 
60-70  kilimetrlik  bir  məsafəni  yürüş  etmiş  və  2  yanvar  1994-cü  ildə 
Kəlbəcərin  Bozlu,  Babaşlar  və  Təkəqaya  kəndlərini  düşməndən  azad 
etmişdir.  Həmin  tabor  mühasirədə  qaldığı  üçün  Murovdağı  yenidən 
geriyə  aşmış  və  bir  həftədən  sonra  digər  taborlarla  Murovdağın  Ömər 
aşırımından  enərək  Yanşaq,  Qasımbinə,  Zallar,  Bağırsaq,  Susuzluq 
kəndlərini və həmçinin, yenidən Bozlu, Babaşlar və Təkəqaya kəndlərini 
ermənilərdən  azad  etmişdir.  Kəlbəcər  batalyonu  bir  ay  ərzində  üç  dəfə 
düşmən arxasına göndərilmiş (birinci dəfə 30 dekabr 1993-cü il tarixdə 


 
249 
Yaydan çıxan oxu geri qaytarmaq mümkün  
     olmadığı kimi səhvi də düzəltmək olmaz. 

Yüklə 10,02 Mb.

Dostları ilə paylaş:
1   ...   147   148   149   150   151   152   153   154   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin