Daşkəsəndən Murovdağını aşaraq Bozlu Kəndinə, ikinci dəfə 18 yanvar
1994-cü il tarixdə 1-ci taborla Susuzluq dağına, üçüncü dəfə isə 24
yanvar 1994-cü il tarixdə Qanlıkənd yaxınlığına-At daşı adlanan
yüksəkliyə) və bu əməliyyatların ikisi uğurla nəticələnmişdir. Sonralar
döyüş əməliyyatları geniş ərazidə aparılaraq daha bir neçə kənd: Qamışlı,
Qanlıkənd, Seyidlər, Cəmilli, Lev, İlyaslar, Dəmirçidam kəndləri azad
edilmişdir. 5-ci taborun Qızılqaya, Şişqaya və Qaragöl yüksəkliklərinin
düşməndən alınmasında, 1-ci və 3-cü taborların Yanşaq, Zallar,
Qasımbinə, Susuzluq, Çəpli, və s. kəndlərin, 2-ci və 4-cü taborların,
Qamışlı, Qanlıkənd kəndlərinin və Çiçəklidağ yüksəkliyinin azad
edilməsində müstəsna xidmətləri olmuşdu. Bir aydan çox şiddətli
döyüşlər getdi. Əsgərlərimiz qış aylarında çox çətinliklərə baxmayaraq,
fədakarcasına döyüşürdülər. Erməni hərbi birləşmələri Kəlbəcəri tərk
edib qaçırdılar. 24 yanvar 1994-cü ildə Kəlbəcər batalyonu Çəpli
kəndində düşmənin hərbi karvanını məhv etdi və Ermənistanla Dağlıq
Qarabağı birləşdirən maşın yolunu ələ keçirdi. Onların 5 zabiti əsir
götürüldü. Bu döyüşlər zamanı düşməndən 4 tank (3-ü məhv edilmişdir),
9 yük və minik avtomobili, 4 PDM, 1 şilka, 1 komanda qərərgah maşını,
3 minaatan və çoxlu silah-sursat ələ keçirilmişdi. Erməni hərbi
birləşmələrinin Qarabağ bölgəsi ilə Ermənistanı birləşdirən yol bizim
hərbçilərin nəzarətinə keçmişdi. Yanvarın 29-da əlavə qüvvə alan düşmən
Ağdərə istiqamətindən əks-hücuma keçdi və Qaragöl adlanan yüksəkliyi
tutdular. Bununla da Murovdağ aşırımından keçən yeganə yol onların
nəzarətinə keçdi. Bizə isə əlavə qüvvələr verilmədiyindən, qüvvələr
nisbəti ermənilərin xeyrinə dəyişdi. Əməliyyat meydanı genişləndiyindən
mütləq əlavə qoşun hissələrinin köməyi lazım idi. Bizim əsgər və zabitlər
bir aydan çox müddətdə qarlı dağlarda fasiləsiz olaraq, aramsız döyüşlər
aparmışdı. Beləliklə, mühasirədə qalan qüvvələrimiz qeyri-bərabər
döyüşlər apararaq geriyə-Murovdağa-çəkilməyə məcbur oldu...”
250
Hər kəs əməlinə görə, hər Ģeydən əvvəl, öz vicdanı qarĢısında cavab verməlidir. M ü ə l l i f