6
apardığı Qarabağ müharibəsində şanlı səhifələr çoxdur. Bu şanlı səhifələr
Azərbaycan tarixi salnaməsinə Laçında, Ağdamda, Qubadlıda, Fizulidə,
Cəbrayılda, Zəngilanda, Goranboyda, Şuşada, Ağdərədə, Kəlbəcərdə,
Murovdağda rəşadətli oğulların qanları ilə yazılmışdı. Təkcə onu qeyd
etmək kifayətdir ki, 1992-ci ilin yayında Dağlıq Qarabağ adlanan
ərazinin yarısı-Ağdərə bölgəsi, Əsgəranın
və Xocavəndin bir çox
Cəsurlara tale də kömək edir__T. P u b l i
kəndləri düşməndən azad edilmiş, ermənilər Xankəndi ətrafına qədər
sıxışdırmışdı. Müharibə meydanlarında ermənilərə divan tutan da, onları
həm canlı qüvvə, həm də döyüş texnikası itkilərinə məruz qoyan da,
Azərbaycanın qalan ərazilərinin-80 faiz ərazisinin- işğal olunmasının
qarşısını alan da, məhz həmin Azərbaycan ordusu idi. Bu
barədə yüzlərlə-
minlərlə döyüş faktları və hadisələr var. Bu müharibədə bir çox qəhrəman
oğullarımız həlak olsa da, həmin döyüşlərin canlı şahidləri-müharibə
veteranları da çoxdur və hələ yaşayırlar.
Bəzən 1991-1994-cü illərdəki Azərbaycan ordusu nizamsız, zəif
təchiz olunmuş, peşəkar hərbçilərin çatışmadığı bir ordu kimi xatırlanır.
Təbii ki, 71 ildən sonra yenicə müstəqillik əldə etmiş Azərbaycanın yeni
yaradılan ordusunda da çatışmamazlıqlar var idi. Peşəkar zabitlər
çatışmır, ordu silah və sursatla tam təchiz edilmir, bəzən əsgərlər
hazırlıqsız döyüşə cəlb edilirdi. Lakin bütün bunların əvəzində əlinə silah
alıb düşmən üzərinə gedən hər bir kəsdə yüksək döyüş əhval-ruhiyyəsi
var idi. Beləliklə, Azərbaycanın igid oğulları bu çətinliklərə sinə gərərək
ordu yaradır və eyni zamanda erməni və rus işğalçılarına qarşı müharibə
aparırdı. Nizami ordu tam hazır olmasa da, döyüşən igidlər var idi. Az bir
vaxtda heçdən ordu yaratmaq, bu ordunu döyüş texnikası ilə, silah-
sursatla, geyimlə və ərzaqla təchiz etmək,
həm onlara hərbi təlim keçmək,
həm də eyni zamanda erməni və ruslarla müharibə aparmaq-bu, əlbəttə,
çox çətin idi. Bütün bu çətinlik və çatışmamazlıqlara baxmayaraq
Azərbaycanın vətənpərvər oğulları, babalardan bizə miras qalmış iqidlik,
qeyrət, namus və şərəfi yaddaşlarında yaşadaraq, 71 ildən sonra milli
ordu yaratmağa nail ola bildilər.
Azərbaycan ordusunun ilk bölmələrindən biri kimi 1991-ci ilin
oktyabrında Kəlbəcərdə yaradılan Kəlbəcər Ərazi Müdafiə Batalyonu -
“Kəlbəcər Batalyonu”- erməni işğalçılarına qarşı amansız döyüşlər
aparmış, Kəlbəcəri 1993-cü ilin aprelinədək mərdliklə müdafiə etmiş,
bununla bərabər Laçın, Ağdərə, Fizuli, Ağdam, Tərtər, Goranboy,
Murovdağ bölgələrinin düşməndən azad edilməsi əməliyyatlarında da
fəal iştirak etmişdur. Bu batalyon Qarabağ müharibəsinin sonunadək ön
cəbhədə olmuşdur. 1991-ci il oktyabr ayından yaradılmasına başlanılan
7
Kəlbəcər Ərazi Müdafiə Batalyonu, sonralar 809-cu Əlahiddə Batalyon,
1992-ci ilin may-iyun aylarında 701-ci hərbi hissə (“Əfsanəvi Alay”
) ilə
birləşərək əvvəlcə onun tərkibində 712-ci batalyon, sonralar isə 3-cü
tabor adlandırılmışdır.
Ayrı-ayrı adlar və nömrələr daşımasına baxmayaraq, bu tabor-“
Kəlbəcər Batalyonu” - adı ilə məşhurlaşmış
və həmişə ön cəbhədə
Dostları ilə paylaş: