123
Ana torpağı qorumaq Ģərəfdir. Lakin bu Ģərəf hər kəsə nəsib olmur.
M ü ə l l i f
Göyçə sərhəddində
1992-ci ilin dekabrında 3-cü taborun (Kəlbəcər Batalyonu) şəxsi
heyətini 900 nəfərdən azaldaraq 500 nəfərə endirilmişdi. Buna səbəb isə
könüllü döyüşçülərin məcburi olaraq tərxis edilmələri olmuşdur. Bununla
yanaşı Ayrım və Alçalı məntəqələrindəki bölüyün bir hissəsi Laçın
bölgəsinə göndərilmişdi. Bölüklər növbə ilə Laçın bölgəsində gedən
döyüşlərdə iştirak edir, döyüşlər aparır, digər bölük və tağımlar isə əsasən
düşmənin Göyçə istiqamətindən hücumlarının qarşısını alır, müdafiə
döyüşləri aparırdı. Laçında döyüş aparan bölük vaxtaşırı başqa bölüklə
əvəz olunurdu.
Bu vaxtlar Müdafiə Nazirinin əmri olmadan və heç bir əsas
olmadan Batalyonun şəxsi heyətini də ixtisar etməyə başladılar. Belə ki,
könüllü döyüşçülərin-yuxarı yaşlı əsgərlərin əksəriyyəti qeyri-qanuni
olaraq ordudan tərxis olundular. Halbuki döyüşlərin əsas aparıcıları elə
onlar idi. Bu hadisə bir dəfə də may-iyun aylarında polkovnik Z.Rzayev
tərəfindən həyata keçirilmişdi. Könüllülər silahlarının əllərindən
alınmasını təhqir kimi qarşılayır, hətta bəziləri getmək istəmir, düşmənlə
döyüşmək üçün gəldiklərini, müharibənin isə qurtarmadığını deyirdilər.
Elə əsgərlərimiz var idi ki, onlar silahlarını ağlaya-ağlaya təhvil
verirdilər. Əlbəttə bu yolverilməz idi. Biz-aşağı vəzifəli zabitlər-buna
etiraz etsək də bizimlə heç kəs hesablaşmırdı. Müharibə gedərkən
batalyonun şəxsi heyətini ixtisar etmək ağılsızlıq idi.
Əlbəttə, müharibə qurtarmadan ordunun əsas qüvvələri olan
könüllülərin tərxis edilməsi Qarabağ müharibəsində məğlub olmağımızın
səbəblərindən biri idi.
1992-ci il dekabrın axırında batalyon komandiri polkovnik-leytenant
E.Həsənov məni Zəylik, Ağduzdaq və Yellicə kəndlərində yerləşdirilmiş
və Göyçə ilə sərhəddə mövqe tutmuş 1-ci bölüyə komandir təyin etdi.
Mən 2-ci bölüyün silah-sursatını Taxta sərhəd məntəqəsində baş
leytenant Ramiz Əhmədova təhvil verib Zəyliyə getdim. Bölüyün bir
tağımı Ağduzdaqda,
biri Zəylikdə, biri isə Yellicədə mövqe tutmuşdu.
Ġnsan ruhdan düĢəndə, onun atı da çapa bilmir.
124
ġ ə r q m ə s ə l i
Bölüyü təhvil götürərkən əvvəlcə silah-sursatı və əşyaları yoxladım,
sonra isə bütün keşik çəkdiyimiz ön mövqeləri gəzdim. Əvvəlcə hər bir
tağımın keşikçi məntəqələrini, onların əlverişli və ya əlverişsiz
olduqlarını nəzərdən keçirdim. Onların silah-sursatı, texnikası, rabitə
qurğuları ilə, başlıcası isə əsgərləri ilə tanış oldum.
Bəzi yerlərdə keşiklərin sayını artırdım, bəzi yerlərdə onların
yerini dəyişərək daha əhəmiyyətli yerlərdə yerləşdirdim. Zəylikdə dörd,
Yellicədə isə üç daimi keşik (post) təşkil etdim. Qış olmasına
baxmayaraq ermənilər hər vaxt hücum edə bilərdi. Baş leytenant Nizami
Bayramov Yellicədə 2-ci tağıma, Nizami Məhərrəmov Zəylikdə 3-cü
tağıma, leytenant İsa Hüseynov isə Ağduzdaqda 1-ci tağıma komandirlik
edirdi. Müavinim leytenant Tahir Həşimovu Yellicəyə göndərdim, özüm
isə bölüyün baş çavuşu İlqar Məhərrəmovla Zəylikdə qalmağı lazım
bildim. Bu barədə komandirə məlumat verdim. Zəylik kəndinin Göyçə
aşırımında mövqelərimizi gücləndirmək lazım idi. Həm də buraya
düşmənin hücum edəcəyi barədə məlumatımız var idi. Bu barədə
komandirə məlumat verdim. 1993-cü il mart ayının sonuna qədər Göyçə
aşırımındakı mövqelərdə müdafiədə durduq. Mən tez-tez Yellicə və
Ağduzdağa gedir əsgərlərlə görüşür, ön mövqeləri yoxlayır, onların da
ərzaq, geyim və yanacaqla təchizatına diqqət yetirirdim. Bütün qışı
yazadək dağdakı mövqeləri möhkəmlətməklə, birbirindən uzaqda
yerləşən tağımların təchizatı ilə məşğul oldum. 1993-cü ilin martınadək
dağlarda elə bir əhəmiyyətli döyüş baş vermədi. Kəlbəcər batalyonunun
Göyçə ilə sərhəddə yerləşdirilmiş bölük və tağımların bir neçəsinin şəxsi
heyəti aşağıdakı siyahıda verilmişdir:
Dostları ilə paylaş: