Biz onda millətlər içərisində sayılarıq ki, hər bir ata öz
oğlunu düĢmən qarĢısına çıxara bilsin! M ü ə l l i f
Artıq yollarda az-az adamlar görünürdü. Onlar Murovdağın zirvəsinə
doğru tələsirdilər...
Aprel ayının üçündə axşam biz Murov dağının “Güzgü”
aşırımına çatdıq. Üzümü döndərib bir daha Kəlbəcərə baxdım. Kəndlər
alov içində idi. Yiyəsiz qalmış mal-qara və qoyun sürüləüinin isə sayı-
hesabı yox idi. Evlər də ki, dolu qalmışdı. Sonralar məlum olacaq ki,
gecikib qaça bilməyən, qocalar, qadınlar, uşaqlar-cəmi 1000 nəfərdən çox
Kəlbəcər əhalisi düşmən əlinə keçmiş, çoxlu sayda qız-gəlinlərimiz isə
düşmən əlinə keçməkdənsə, ölümü üstün tutaraq özlərini qayalardan
atmış, özlərini Tərtər çayına ataraq sularda həlak olmuşlar. Ermənilər
Kəlbəcər əhalisinə qarşı soyqırımı törətmişdi. Onlar əsir aldıqları əhaliyə
cürbəcür işgəncələr vermiş, yeriyə bilməyən qocaları yerində cə
güllələmiş, qız-gəlinlərin başına yüz oyun açmışlar.
Kəlbəcərin işğalı zamanı 1000 nəfərədək hərbçi də həlak
olmuşdur. Laçın bölgəsində qalmış taborların hissələri geriyə çəkilərkən
Çaykənd və Tunel yaxınlığında mühasirəyə alınmışlar. Qeyri bərabər
döyüşlərdə onlar son damla qanları qalanadək vuruşaraq şəhid olmuşlar.
Bərdə batalyonu da Laçından geriyə çəkilərkən Çaykənddə ermənilərin
pusqusuna düşmüş və xeyli itki vermişdi. Həmin batalyonun komandiri
Tahir də həmin döyüşdə həlak olmuşdu.
Bizim taborun Zəylikdə və Taxtadakı tağımları isə mühasirədə
qalaraq, bir neçə yerdə döyüşə-döyüşə Murov dağı istiqamətində
hərəkətə başlamış, 1993-cü ilin aprel ayının 7-8-də Murovdağı aşa
bilmişlər. Meydançay ətrafında baş vermiş döyüşdə baş leytenant Ramiz
Əhmədov, gizir İlqar Məhərrəmov, əsgərlərdən Abdullayev Etibar,
Şəmilov Rafiq, Məmmədov Əli, Quliyev Əkbər, Dünyamalıyev Əfqan,
Nəcəfov Fazil, Bəxtiyarov Qahir, Bayramov Qaryağdı, Həsənov Abil,
Hacıyev Mürvət-cəmi 17 nəfər həlak olmuşlar. Onlar döyüş yoldaşlarının
mühasirədən çıxmaları üçün ermənilərlə qeyri-bərabər döyüşə girmiş,
döyüş yoldaşlarını mühasirədən çıxarmağa nail olmuş, özləri isə
qəhrəmancasına həlak olmuşlar. Onların içərisində aralı əsgər Nəcəfov
Şahin və Zar kəndinin İcra nümayəndəsi Kamalov Bahadur da var idi.
Tağım komandirləri leytenant Z.Tağıyev, leytenant İ.Hüseynov,
N.Məhərrəmov və onlarla birlikdə 60 nəfərədək əsgər, həmçinin 30
nəfərədək mülki əhali sağ-salamat mühasirədən çıxa bilmişlər.
Tağım komandiri Nizami Məhərrəmovun dediklərindən: “Son
günlər düşmən Zəylik kəndinin yüksəkliklərindəki mövqelərimizə
aramsız hücum edir, mövqelərimizi toplarla atəşə tuturdular. Biz
183
düşmənin bu hücumlarını dəf etməklə yanaşı qonşu mövqelərə də kömək
göstərirdik. Aprel ayının 1-də Yellicə kəndinə düşmənin hücumu ilə
əlaqədar bölük komandiri leytenant A.Kamalov ora getdi. Ərzaq və
sursatımız tükənmək üzrə idi. Qərərgahla və rayon mərkəzi ilə əlaqəmiz
kəsilmişdi. Aprelin ikisində qardaşım Məzahir Kəlbəcərdən xəbər gətirdi
ki, Yellicə, Dikyurd, Ayrım, Söyüdlü sərhəd məntəqələri düşmənin əlinə
keçmiş, düşmən Kəlbəcər şəhərinə hücuma keçib. Bölük komandiri
A.Kamalov qardaşım Məzahirə bir avtomat silah vermiş və tapşırıqla
bizim yanımıza göndərmişdi ki, biz Zəyliyi tərk edib Kəlbəcərə çəkilək,
götürə bilmədiyimiz silah-sursatı isə məhv edək. Başqa çarəmiz yox idi.
Biz Zəyliyi tərk etdikdən sonra Zar, Zəylik və digər kəndləri tərk
etməmiş 30-40 nəfər mülki şəxsi də özümüzlə götürdük. Onların
içərisində qocalar, qadınlar, uşaqlar daha çox idi. Biz onlara kömək
edirdik. Şam kəndinə çatanda artıq Kəlbəcər şəhərinin və Keştək
kəndinin düşmən əlinə keçdiyini yəqin etdik. Biz demək olar ki, mühasirə
vəziyyətinə düşmüşdük. Yolumuzu dəyişib Qoçdaş dağı istiqamətində
irəliləməyi qərara aldıq. Orada Zar kəndindən olan Məmməd adlı bir kişi
“Vətəni tərk etmək kişilikdən deyil”-deyərək geri qayıtdı. Biz onu heç cür
saxlaya bilmədik. Məmməd kişi vətənində ölməyi, vətəni sağ-salamat
tərk etməkdən üstün bildi. Sonra biz Milli kəndinə enib bir neçə saat
dincəldikdən sonra Çaykəndə enib körpünü keçdik və Murov
istiqamətində irəlilədik. Çaykənddə olan 5-6 nəfər erməni əsgəri bizi
görüb qaçıb gizləndilər. Güneypəyə kəndində bir az dincimizi aldıqdan
sonra yenidən hərəkətə başladıq. O biri gün Qamışlı kənd körpüsünü
keçib Qasımbinə kəndinə qalxdıq. Burada arxadan gələn yük maşını ilə
dolu əsgərlərlə rastlaşdıq. Əvvəlcə onları özümüzünkülər hesab etdik.
Maşın lap yanımazda saxladı. Hətta əsgərlərdən biri maşına yaxınlaşaraq
bizi də aparmağı dedi. Lakin, mən və leytenant Z.Tağıyev maşındakı
əsgərlərin maşının arxasından düşərək özlərinə mövqe seçdiklərini
görüncə, onların düşmən olduqlarını yəqin etdik və əsgərlərə atəş açmaq
komandası verdik. Az qala əlbəayaxa döyüş başladı. Düşmən əsgərlərinin
çoxunu məhv elədik. Bir neçə erməni əsgəri qaçıb canını qurtardı. Şahin
adlı əsgərimiz isə qılçasından yaralandı. Bundan sonra biz Yanşaq
kəndinin düşmən əlində olduğunu yəqin edib yolumuzu dəyişdik. Yanşaq
kəndini keçdikdən sonra yenidən Murov yoluna-Meydançay dərəsinə
endik. Gecə bir qədər dincəldikdən sonra Murovdağa doğru qalxmağa
başladıq. Səhər yenicə açılmışdı. Murovdağ ətəklərində düşmənlə
qarşılaşdıq. Onlar bizim dildə danışaraq bizi aldatmaq istədilər. Əsgər
Etibar Abdullayev bir əsgərlə onlara yaxınlaşaraq kim olduqlarını
dəqiqləşdirmək istədi. Bu vaxt onları atəşə tutdular. Biz də düşmənə atəş
|