tikə qoparıb yemək müşkül məsələyə çevrilmişdi. Belə şaxtada suxarı və
süd konservləri dadımıza çatırdı. Donmamaq üçün gecələr səhərədək
gəzinir, ora-bura qaçır ayaqlarımızı isidirdik. Hər gecə əsgərləri bir-bir
yoxlayır, donmamaları üçün yatmağı onlara qadağan edirdim. Buna
baxmayaraq bəzi əsgərlər yuxusuzluğa tab gətirmir, elə qarı üstündə
yatırdılar. Mən onların donmaması üçün hər bir saatdan bir onları oyadır,
özümlə bərabər gəzdirirdim ki, ayaqlarına istilik gəlsin.
Mən baş leytenant Nizami Bayramovla qarın içərisini oyub
özümüzə iki nəfərlik bir daldalanacaq düzəltmişdik və üstümüzə plaş-
çadır çəkirdik ki, donmayaq. Bu daldalanacaq, bizi yalnız, qılınc kimi
kəsən küləkdən qoruyurdu. Lakin bunun da xeyiri olmurdu. Bir az
dincimizi almaq istədikdə ayaqlarımız yenidən donmağa başlayır və biz
yenidən qalxaraq gəzinir, hərəkət etməyə başlayırdıq ki, donmayaq. Belə
bir vəziyyətdə çox qalmaq olmazdı. Ona görə də biz zabitlər yuxarı
komandanlığı tələsdirirdik ki, icazə verin hücuma keçək.
Ikinci gecə idi ki, dağın zirvəsində idik. Ermənilər mövqelərimizi
topla vurmağa başladılar. Birinci mərmi bizdən 30 metr aralıdakı
qayalığa dəydi. Hamımız qarın üstünə uzandıq. Heç kim yaralanmamışdı,
itki yox idi. Artıq itki verməmək üçün əsgərlərə dağın görünməyən
tərəfinə çəkilməyi əmr etdim. Ikinci mərmi atılanda mən əsgərlərə
“uzanın” komandası verdim və özüm də düzəltdiyimiz daldalanacağa
uzanmaq istədim. Sən demə leytenant Zahid Hüseynov məndən qabaq
gəlib daldalanacaqda yatıbmış. Mənə isə gizlənməyə yer qalmamışdı.
Sonralar bunu xatırlayıb gülürdük.
Biz
zabitlər-briqadanın
kəşfiyyat rəisi mayor Rəhman
İsgəndərov, 1-ci taborun komandiri kapitan Qurban Qurbanov, 3-cü
taborun komandiri kapitan Fehruz Alışov, mən və digər bölük və
tağımların komandirləri qərara gəldik ki, düşmən üzərinə hücum etmək
lazımdır. Bunun üçün yuxarı komandanlıqdan əmr verilməsini xahiş
etdik.
214
DüĢmən çox olsa, qorxma, düĢmənin birliyindən qorx.
____________________________________________M ü ə l l i f
Briqadanın kəşfiyyatçıları (Sahib Aslanov, göyçaylı Rafael,
laçınlı Rövşən Bəxtiyarov, Rza və başqaları) üç gün idi ki, Yanşaq
kəndində idilər. Onlar gecə gizli olaraq kəndə enmiş, ermənilərin
qərərgahı yerləşən məktəb binasının yaxınlığında tövlədə gizlənərək bizi
məlimatlandırırdılar. Yanvarın 20-də səhərəyaxın onlar ratsiya ilə
düşmənin kənddən qaçdığını bizə bildirdilər. Artıq qar və şaxta ilə
mübarizənin çətinləşdiyini görüb bir daha vəziyyəti götür-qoy etdik.
Nəhayət əmr aldıq: birinci tabor Yanşaq kəndini, 3-cü tabor-biz isə
Susuzluq kəndini hücumla azad etməliydi. Səhər açıldı. Biz əsgərlərə
son tapşırıqlar verdik və dağ yamacları ilə uzun zəncirvarı sıralarla yavaş-
yavaş aşağı enməyə başladıq. Dağın qarla örtülü donmuş yamacı o qədər
sərt eniş idi ki, sürüşüb 1000-1200 metr aşağı yuvarlanmaq təhlükəsi
yaranırdı. Biz düşmən mövqelərinə avtomat və pulemyotlarla atəş aça-aça
ehtiyatla enirdik. Ermənilər uzaqdan bizə top atırdı. Lakin onlar böyük
bir qoşunla gəldiyimizi görüb vahimə içərisində kəndlərdən və tutduqları
mövqelərindən qaçıb çıxırdılar. Düşmənin uzaqdan atılan topları isə bizi
qorxutmurdu. Bizim əsgərlərin dağların yamacı ilə, say çoxluğu ilə,
qələbəyə inam hissi ilə düşmən üzərinə hücum etməyini ermənilər
uzaqdan görüb vahimə içərisində qaçırdılar. Bu həm də düşmən üzərində
mənəvi üstünlük idi.
Günortaya yaxın bölüklə Susuzluq kəndi ilə Yanşaq kəndinin
arasındakı yüksəkliyə endik və əsgərlərə təpəlikdə mövqe tutmağı əmr
etdim. Digər bölüklər sağ cinahda Bozdu kəndi ilə Susuzluq kəndinin
arasındakı aşırımlarda və yüksəkliklərdə yerləşdirildi. Sol cinahda-
Yanşaq kəndində isə 1-ci tabor mövqe tutmuşdu. Tank və döyüş
maşınları olmadan tutduğumuz mövqeləri əldə saxlamaq çətin idi.
Düşmən əks-hücuma keçə bilərdi. Buna görə əvvəlcə yollar Meydan çayı
boyunca minadan təmizlənməli, sonra texnika gətirilməli idi. Bunun üçün
artıq minaaxtaranlar işə başlamış və Meydan çayı boyunca çoxlu düşmən
minasını zərərsizləşdirmişdilər.
Ermənilər Kəlbəcər bölgəsindəki bütün kəndləri qarət etdikdən
sonra yandırılmışdılar. Susuzluq kəndində bir neçə yanmamış tövlə
Yanşaq kəndində isə təkcə məktəb binası və onun yaxınlığında bir ev
salamat qalmışdı. Hər tərəfdə əzilmiş, qırılmış, dağıdılmış ev əşyaları
gözə dəyirdi. Alma ağaclarının altında yarpaqlar arasında alma tapıb
yeyirdik. Ərzağımız tükənmişdi. Yollar minalardan təmizləndikdən sonra
bizə sursat və ərzaq gətiriləcəkdi.
215
Dost -dar gündə tanınar! X a l q m ə s ə l i
Artıq ikinci gün idi ki, dağlardan enmişdik. Komandir F.Alışovun
əmri ilə mən mövqeləri 1-ci tabora təhvil verim və bölüklə Susuzluq
kəndinə getdim. Susuzluq kəndində komandirə məlumat verdim və biz
növbəti əməliyyat planını müzakirə etdik...
Gecə zabit yoldaşlarla və bir neçə əsgərlə salamat qalmış bir
tövləni qərərgah etdik və soba yandırıb dincəldik. İkinci gecə baş
leytenant Qurban Sarıyev səhra mətbəxini gətirərək bizə isti xörək
hazırlatdı. Gecə briqadanın əməliyyat bölmə rəisi, mayor Qorxmaz
Qarayev və komandir müavini mayor Nəriman Zeynalov da yanımıza
gəldi. Biz əvvəlcə ön mövqeləri gözdən keçirdik. Sabahkı döyüş
əməliyyatı barədə bir daha götür-qoy etdik. Bizim taborun döyüşlərinə
biləvasitə rəhbərlik edən mayor Qorxmaz Qarayev yanımızda qaldı.
Sobanın yanında odunların üstündə kürək-kürəyə söykənib yatdıq. Iki
həftədən sonra ilk dəfə idi ki, rahat yatırdım...
Tərtər uğrunda döyüĢlər-1994-cü il
|