▲ ƏFSANƏVĠ ALAYIN DÖYÜġ SALNAMƏSĠNDƏN 16 aprel 1994-cü il- briqada (komandir: polkovnik
Y.Aydəmirov) Fizuli bölgəsinə gətirilərək, 2-ci taborla
(komandir: kiçik leytenant Bayramov Əli, müavinlər: kapitan
Məmmədov Eldar, baş leytenant Zeynalov Gülağa) düşmən
mövqeləri üzərinə hücuma keçdi. Döyüş zamanı irəliləyə
bilməyən tabor 7 şəhid verdi və 11 nəfər yaralandı.
18 aprel 1994-cü il - 2-ci tabor yenidən hücuma keçdi və 6 nəfər
şəhid və 14 nəfər yaralı verərək yenə irəliləyə bilmədi.
20 aprel 1994-cü il- 2-ci tabor çavuş Əliyev Elmir Mürsəl
oğlunun komandirliyi ilə 10 nəfərlik dəstəni düşmən arxasına
keçirdi. Taborun 2-ci bölüyü (komandir baş leytenant
Ramazanov Fazil) tankların köməyi ilə hücuma keçdi. Düşmən
cəbhəsi yarıldı və düşmən 14 kilometr geriyə qovuldu. Düşmənin
iki tankı və 30 nəfər canlı qüvvəsi məhv edildi və bir topu ələ
keçirildi, 4 əsgəri əsir götürüldü. Bizimkilərdən isə 5 nəfər şəhid
oldu, 5 nəfər isə yaralandı.