BÜDCƏ GƏLĐRLƏRĐ
– ölkənin büdcə
fondunun formalaşdırılması prosesində dövlətin
müəssisələr (birliklər), təşkilatlar və vətəndaşlarla
əmələ gələn iqtisadi münasibətlərini əks etdirir.
Bu iqtisadi münasibətlərin təzahürünə müəssisə,
təşkilat və əhalinin dövlət büdcəsinə müxtəlif növ
ödəmələri xidmət edir, onların maddi ifadəsi isə
büdcə fonduna səfərbər edilən pul vəsaitləridir.
Büdcəyə ödəmələr məcburidir və geri qaytarılmır.
Büdcə gəlirləri cari və əsaslı gəlirlərə bölünür.
Cari gəlirlər də öz növbəsində vergi və qeyri-
vergi
hissələrinə
ayrılır.
Dövlətin
öz
funksiyalarının yerinə yetirilməsi ilə əlaqədar
olaraq, büdcəyə yardım və ya digər məqsədlər
üçün xarici dövlətlər və ya beynəlxalq təşkilatlar
tərəfindən əvəzsiz verilən qrantlar (qrantlardan
başqa, elmi-tədqiqat işlərinə ayırmalar) da
gəlirlərə daxil edilir.
BÜDCƏ KƏSĐRĐ -
büdcə xərclərinin gəlirlərlə
təmin olunmayan məbləğidir
BÜDCƏ
SFERASINDA
ÇALIŞAN
ĐŞÇĐLƏRĐN ƏMƏYĐNĐN ÖDƏNĐLMƏSĐ
ÜÇÜN VAHĐD TARĐF CƏDVƏLĐ
–
müvafiq sayda tarif dərəcələrindən və onlara
uyğun tarif maaşından ibarət olan əmsal
şkalasıdır. Dövlət büdcəsindən maliyyələşən
müəssisə, idarə və təşkilatlarda iş yerlərinin və
işçilərin aylıq tarif (vəzifə) maaşları Vahid Tarif
cədvəli ilə müəyyənləşdirilir.
BÜDCƏ TƏSNĐFATI
- əsasında büdcə tərtib
olunan və icra edilən əsas metodoloji sənəddir.
Büdcə
təsnifatının
strukturu
gəlirlərin
təsnifləşdirilməsindən,
xərclərin
funksional,
müəssisədaxili və iqtisadi təsnifləşdirilməsindən,
büdcənin
maliyyələşmə
mənbələrinin
təsnifatından və dövlət borcu təsnifatından
ibarətdir.
BÜDCƏDƏNKƏNAR FONDLAR
– mərkəzi
və yerli hakimiyyət tərəfindən idarə olunur;
təşkilati olaraq büdcədən ayrılıqdadır; müəyyən
müstəqilliyə malikdir. Vergi və qeyri-vergi
ödənişləri vasitəsi ilə yaradılır. Əsas təyinatı –
xüsusi məqsədli ayırmalar və digər mənbələr
hesabına
ayrı-ayrı
məqsədli
tədbirləri
maliyyələşdirməkdən
ibarətdir.
Büdcə
ehtiyatlarından
məqsədli
tədbirlərin
maliyyələşdirilməsi mənbələrinin ayrılması
aşağıdakılara
imkan
verir:
onların
təmin
edilməsinə yönəldilmiş vəsaitlərin tərkibinin
(aşkar edilmiş əlavə gəlirlər və qənaət edilmiş
ehtiyatlar, fiziki və hüquqi şəxslərin könüllü
üzvlük haqları və ianələri, istiqrazlardan və pul-
şey lotereyalarının keçirilməsindən və digər
mənbələrdən
gələn
gəlirlər
hesabına)
genişləndirilməsinə imkan verir; daxil olan
ehtiyatların tam həcmdə məqsədli istifadəsinə
zəmanət verir.
Büdcədənkənar fondların sərbəstlik statusu ən
vacib
sosial
proqramların
vaxtında
maliyyələşməsinə
zəmanət
verməyə
imkan
yaradır.
Maliyyə
çətinlikləri
yarandıqda,
büdcədənkənar fondlar dövlət idarəetməsinin
müxtəlif səviyyəli büdcələrinin müraciət etdiyi
maliyyə ehtiyatları rolunu oynayır.
Funksional
təyinatına
uyğun
olaraq,
büdcədənkənar fondlar iqtisadi, sosial və təbiəti
mühafizə;
idarəetmə
səviyyələri
üzrə
isə
ümumdövlət, respublika və region (rayon, şəhər)
fondlarına bölünürlər.
BÜDCƏNĐN GƏLĐR VƏ XƏRC MADDƏ-
LƏRĐ
– büdcənin müxtəlif gəlir və xərc növlərini
və müvafiq məbləğləri səciyyələndirən ayrı-ayrı
sətirlərdir. Büdcənin məcmu gəlirləri gəlir
maddələri üzrə məbləğlərin cəmindən, məcmu
xərcləri isə xərc maddələri üzrə məbləğlərin
cəmindən yaranır.
BÜDCƏNĐN XƏRCLƏRĐ
– dövlətin pul
vəsaitlərinin bölüşdürülməsi və onların sahə,
məqsəd və ərazi təyinatı üzrə istifadəsi ilə
əlaqədar baş verən iqtisadi münasibətlərdir.
Qaytarılmayan dövlət ödənişləri kimi müəyyən
olunur, yəni maliyyə tələbatını yaratmır və
ödəmir. Büdcə xərcləri cari və kapital məqsədləri
üçün, əvəzi ödənilən və ödənilməyən ola bilər.
BÜDCƏNĐN PROFĐSĐTĐ
– gəlirlərin xərcləri
üstələməsidir. Gəlirlərdən xərcləri və büdcə
borclarını çıxmaqla müəyyən olunur.
81
-C-
Cari ..................................................................................................................................................... 82
Cari aktivlər........................................................................................................................................ 82
Cari dəyişən........................................................................................................................................ 82
Cari dövrün auditi .............................................................................................................................. 82
Cari dövrün əvvəlki illə müqayisəsi üzrə faiz dəyişikliyi .................................................................. 82
Cari əməliyyatlar üzrə xarici iqtisadi saldo ........................................................................................ 82
Cari hesab. .......................................................................................................................................... 82
Cari xərclər ......................................................................................................................................... 82
Cari qiymət ......................................................................................................................................... 82
Cari məlumatların (əməliyyat) bazası ................................................................................................ 82
Cari transferlər ................................................................................................................................... 82
Cavabdeh tərəf ................................................................................................................................... 82
Cəmiyyətin inkişaf faktoru ................................................................................................................. 82
Cinayət ............................................................................................................................................... 83
Cinayət törətmişlərdən aşkar edilmiş şəxslərin sayı .......................................................................... 83
Cinayətkarlıq ...................................................................................................................................... 83
Cinayətkarlıq əmsalı .......................................................................................................................... 83
Cinayətkarlıq fəallığının səviyyəsi ..................................................................................................... 83
Cinayətkarlıq indeksi ......................................................................................................................... 83
Cinayətkarlıq statistikası .................................................................................................................... 83
Cinayətlərin üstünün açılması ............................................................................................................ 83
Cini ..................................................................................................................................................... 83
Cini əmsalı ......................................................................................................................................... 83
Cinslərin say nisbəti ........................................................................................................................... 83
Cip ...................................................................................................................................................... 84
Cobber ................................................................................................................................................ 84
Coğrafi bazar üzrə dövriyyə ............................................................................................................... 84
Coğrafi mövqe.................................................................................................................................... 85
Coğrafi yerləşmə və ya ərazi vəziyyəti .............................................................................................. 85
“Ccomext” məlumatlar bazası ........................................................................................................... 85
“Ccomtrade–komtreyd” məlumatlar bazası ....................................................................................... 85
Coul .................................................................................................................................................... 85
82
CARĐ
– təşkilatın mənfəət əldə etmək məqsədi
ilə mal və xidmət istehsalı, həmçinin investisiya
və maliyyədən başqa, sair fəaliyyətidir.
CARĐ AKTĐVLƏR
– daimi əsasda istifadə
üçün nəzərdə tutulmamış (məsələn, debitorların
hesabları,
mal
ehtiyatları,
qısamüddətli
investisiyalar, bankın və kassanın nağd pulu), bəzi
hallarda əmtəə-material ehtiyatlarında olan və
satış üçün nəzərdə tutulmuş əsas fondlar, torpaq
sahələri kimi aktivlərdir.
CARĐ DƏYĐŞƏN
– ekzogen və endogen
dəyişənlər
kateqoriyasına
daxil
olan,
laq
dəyişənindən fərqli olaraq, eyni vaxt anına və ya
dövrünə aid olan kəmiyyətdir.
CARĐ DÖVRÜN AUDĐTĐ
– əvvəlki dövrün
maliyyə hesabatlarının başqa auditor tərəfindən
yoxlanılması (bu halda cari dövrün auditoru həm
də auditor-xələf adlandırılır) və ya auditin ilkin
audit tapşırığı olması hallarında cari dövrün
maliyyə hesabatlarının auditoru.
CARĐ DÖVRÜN ƏVVƏLKĐ ĐLLƏ MÜ-
QAYĐSƏSĐ ÜZRƏ FAĐZ DƏYĐŞĐKLĐYĐ
–
qısa dövrdə xarici ticarətdəki dəyişikliklərin təhlili
üçün istifadə olunan faiz dəyişiklikləridir. Belə ki,
ticarət
əməliyyatlarının
dəyişilməsi
əsasən
mövsümi xarakter daşıyır. Buna görə də, cari ayı
əvvəlki ayla müqayisə etmək çətindir. Ən yaxşısı
əvvəlki ilin həmin ayı ilə müqayisə etməkdir.
CARĐ ƏMƏLĐYYATLAR ÜZRƏ XARĐCĐ
ĐQTĐSADĐ SALDO
– ilkin gəlirlərin və cari
transferlərin xarici iqtisadi hesabıdır. Bir tərəfində
“qalan dünya”ya (ölkənin ödənişini) ehtiyatların
daxil olması kimi və digər tərəfində “qalan
dünya”nın (ölkəyə daxil olmanı) istifadəsi üçün
ödənişi göstərir:
a) muzdlu işçilərin əməyinin ödənilməsi;
b)
mülkiyyətdən
gəlirlər
(birbaşa
xarici
investisiyanın reinvestisiyalanmış gəliri də daxil
edilməklə);
c) istehsala subsidiyalar və idxal çıxılmaqla
vergilər;
ç) gəlirlərə, sərvətə və s. cari vergilər;
d) sosial sığortalara və sosial müavinətlərə
ayırmalar;
e) sair cari transferlər.
a–c maddələri gəlirlərin ilkin bölüşdürülməsi
hesabında,
ç–e
maddələri
isə
rezident
bölmələrinin
gəlirlərinin
ikinci
dəfə
bölüşdürülməsi hesabında, həm də ölkənin bütün
iqtisadiyyatı üçün hesabda əks olunur. Əmtəə və
xidmətlər üzrə xarici iqtisadi saldo yuxarıda
sadalanan a–e maddələri üzrə əməliyyatlar,
birlikdə
balanslaşdırıcı
maddə
olan
“cari
əməliyyatlar üzrə xarici iqtisadi saldo”nu verir.
Əgər bu saldo müsbətdirsə, onda bu, “qalan
dünya”nın gəlirlərinin (xərclər üzərində) ölkələrlə
cari əməliyyatlardan çox olmasını (ölkə üçün
kəsir), mənfi saldo olduqda isə cari əməliyyatlar
üzrə
“qalan
dünya”nın
kəsirini
(ölkənin
gəlirlərinin xərclərdən çox olmasını) göstərir.
CARĐ HESAB –
bankların və əmanət
kassalarının əmanət əməliyyatları növlərindən
biridir. Cari hesab əmanət müddətsiz qoyulur.
Ehtiyac olduqda əmanətçi hesabdakı əmanətindən
götürə, eləcə də əlavə pul qoymaqla onu artıra
bilər. Cari hesabda əsasən müəssisələrin sərbəst
pul kapitalı və kassa ehtiyatı, əhalinin isə
əmanətləri saxlanılır.
CARĐ XƏRCLƏR
- istismar (əməliyyat)
xərclərindən,
üstəgəl
maliyyə
xərcləri
və
vergilərdən, həmçinin gözlənilməz hallar üçün
nəzərdə tutulmuş xərclərin bir hissəsindən
ibarətdir.
CARĐ QĐYMƏT
– qeydiyyat anında baza
müəssisəsində qeydiyyata alınmış, müəyyən
konkret dövrdəki qiymətdir.
CARĐ
MƏLUMATLARIN
(ƏMƏLĐY-
YAT) BAZASI
- cari məlumatların işlənməsi
əsasında, yəni cari dövrün məlumatlarının
işlənməsi
və
reqlament
cədvəllərinin
hazırlanmasına (buraxılmasına) dair ilkin
məlumatlar bazasıdır.
CARĐ TRANSFERLƏR
- kapital transferləri
hesab olunmayan bütün transferlərdən ibarətdir.
Onlar sərəncamda olan gəlirin səviyyəsinə və mal
və xidmətlərin istehlakına təsir göstərir.
CAVABDEH TƏRƏF
– o şəxsdir (və ya
şəxslərdir) ki, birbaşa hesabat vermə tapşırığında
müzakirə
mövzusuna
cavabdehdir
və
ya
müddəalara
əsaslanan
tapşırıqda
müzakirə
mövzusu üzrə məlumatlara (müddəalara) və ola
bilsin, müzakirə mövzusuna cavabdehdir.
CƏMĐYYƏTĐN ĐNKĐŞAF FAKTORU
–
epidemioloji keçidin, səhiyyə sisteminin inkişaf
səviyyəsinin müəyyən mərhələsində verilmiş
ölkənin olduğu yer ölümün sayının təhlili zamanı
müəyyənləşdirilir. Epidemioloji keçidin birinci
mərhələsində yaş üzrə yüksək ölüm faizi (kişi və
qadın cinslərindən olan körpələr və uşaqlar) və
qadın uğursuzluğu ilə yüksək ölüm faizi (yüksək
83
ana ölümü) müşahidə olunur. Đnsan cəmiyyətinin
tarixi inkişafı yüksək ölüm faizinin gender
qütblərini dəyişdirmişdir. Epidemioloji keçidin
ilkin mərhələlərində olan nisbətən yüksək qadın
ölümü müasir inkişaf etmiş cəmiyyətlərdə
nisbətən yüksək kişi ölümü ilə əvəz edilmişdir.
Gigiyena şəraitinin yaxşılaşması və tibbin kütləvi
inkişafı bütün əhalinin ölüm göstəricisinin
dinamikasında müsbət rol oynamışdır və bu
dəyişikliklərdən daha çox qadınlar qazanmışdır.
Belə ki, keçmişdə həddən çox yüksək səviyyədə
olan ana ölümü azalmışdır.
CĐNAYƏT
– Cinayət Məcəlləsində cəza və ya
cəzanı
əvəz
edən
məsuliyyət
tədbirləri
müəyyənləşdirilmiş ictimai-təhlükəli hərəkətdir
(fəaliyyət və ya qeyri-fəaliyyətsizlikdir).
CĐNAYƏT TÖRƏTMĐŞLƏRDƏN AŞKAR
EDĐLMĐŞ ŞƏXSLƏRĐN SAYI
- haqlarında
ya prokurorluq tərəfindən mühakimə qərarı təsdiq
edilmiş,
ya
da
materiallarla
protokolun
məhkəməyə göndərilməsi və yaxud onlara ictimai
cəza tədbiri tətbiq edilməsi üçün materialların
verilməsi haqqında icazə verilmiş, rəsmi uçota
götürülmüş şəxslərdir.
CĐNAYƏTKARLIQ
– müəyyən dövr ərzində,
konkret
bir
ərazidə
törədilmiş
cinayətləri
birləşdirən və kəmiyyət (dinamika, vəziyyət) və
keyfiyyət (quruluş, xüsusiyyət) göstəriciləri ilə
xarakterizə olunan sosial-hüquqi təzahürdür.
Cinayətkarlıq
səviyyəsinə,
strukturuna,
cinayətkarlar
kontingentinin
xüsusiyyətlərinə,
dinamikasına görə xarakterizə olunur.
CĐNAYƏTKARLIQ ƏMSALI (ĐNDEKSĐ)
– hər 100 min nəfər (və ya 10 min nəfər) əhaliyə
(mövcud əhalinin orta illik sayından istifadə
edilir) düşən cinayətlərin (cinayət törətmiş
şəxslər) sayıdır.
CĐNAYƏTKARLIQ FƏALLIĞININ SƏ-
VĐYYƏSĐ
- əhalinin müəyyən sosial-demoqrafik
qruplarının cinayət törətmiş şəxslərin ümumi
sayında xüsusi çəkisinin nisbətidir və bu qrupun
bütün əhalinin tərkibində xüsusi çəkisidir.
CĐNAYƏTKARLIQ
ĐNDEKSĐ
–
“Cinayətkarlıq əmsalı”na bax.
CĐNAYƏTKARLIQ
STATĐSTĐKASI
–
tədqiqat predmeti cinayətkarlığın (onun səviyyəsi,
strukturu
və
dinamikası;
hüquq-mühafizə
orqanlarının hüquqpozmalarla mübarizə üzrə
fəaliyyəti; cinayətə şərait yaradan və müşayiət
edən
fon
hadisələri)
vəziyyətinin
qiymətləndirilməsi olan statistika sahəsidir.
CĐNAYƏTLƏRĐN ÜSTÜNÜN AÇILMASI
- hesabat dövründə işlərin, materialların və
protokolların icrasının yoxlanması ya başa
çatdırılmış, ya da həll edilmiş cinayətlərin mütləq
sayı göstəricisidir. Açılma faizi –cinayətlərin
üstünün açılması göstəricisinin, hesabat dövründə
icraatda olan cinayətlərin, cinayət işlərinin,
materialların və icraat protokollarının ümumi
sayına olan nisbətidir və faizlə ölçülür.
CĐNĐ
(Gini Korrado (1884-1965)) – Đtaliya
statistiki, demoqrafı və sosioloqudur. Bolonya
Universitetini bitirmişdir (1905). 1926-32-ci
illərdə Đtaliya Mərkəzi Statistika Đnstitutunun
rəhbəri, “Metron” beynəlxalq statistika jurnalının
və “Genus” demoqrafik jurnalının əsasını qoymuş
və
onların
redaktoru
olmuşdur.
Cininin
demoqrafiyaya aid işləri müharibələrin Đtaliya
əhalisinin ölümünə, diferensial doğumun sosial
hadisə
olan
miqrasiyaların
amilləri
və
nəticələrinə, əhalinin optimal sıxlığına və təkrar
istehsalın müxtəlif aspektlərinə təsirinə həsr
olunub. Sosial siniflər arasında əhalinin təkrar
istehsalında fərqləri təhlil etməklə, Cini sosial
metabolizm
konsepsiyasını
irəli
sürmüş,
cəmiyyətin təkrar istehsal səviyyəsi aşağı olan ali
təbəqələrin sayı təkrar istehsal səviyyəsi daha
yüksək olan aşağı təbəqələrlə doldurulmadıqda,
nəslin kəsilmək təhlükəsi ilə qarşılaşacağı
qənaətinə gəlmişdir. Onun, əhalinin silsiləvi artım
nəzəriyyəsinə müvafiq olaraq, əhali iqtisadiyyatın
inkişafı ilə bağlı üç faza keçir: tez artma, stasionar
vəziyyətədək zəif artma, sonra isə siyasi, yaxud
iqtisadi vasitələrlə xarici amillər daxil edilməsə,
nəsli kəsilmə qorxusu olan azalma fazası. Cininin
fikrincə, belə yanaşma iqtisadiyyatın normal
inkişafını patologiyadan ayırmağa imkan verir.
Cini komponentlər metodu ilə bir neçə variantda
işlənilmiş
Đtaliya
əhalisinin
ilk
perspektiv
hesablamalarının müəlliflərindən biridir.
CĐNĐ ƏMSALI
- əhalinin pul gəlirlərinin faktiki
bölgüsünün gəlirlərin ölkə sakinləri arasında
tamamilə bərabər bölgüsündən kənarlaşması
dərəcəsi şəklində onların diferensiallaşmasını
səciyyələndirən makroiqtisadi göstəricidir.
CĐNSLƏRĐN SAY NĐSBƏTĐ
(cinslərin
proporsiyası) – əhalidə, yaxud onun bu və ya
digər qruplarında kişi və qadın cinsli şəxslərin say
nisbətidir. 100, yaxud 1000 qadına düşən kişilərin
sayı ilə, bəzən hər iki cinsdən olan şəxslər
arasında kişi cinsindən olan şəxslərin payı, yaxud
faizi, xüsusi çəkisi ilə ölçülür.
84
Đnsanın həyat dövrlərindən asılı olaraq, cinslərin
say nisbəti birinci, ikinci və üçüncüyə bölünür.
Birinci say nisbəti mayalanma zamanı kişi və
qadın ziqotalarının (hüceyrə) sayının nisbətidir,
insan biologiyasının tədqiqi obyektini təşkil edir,
təqribən 100 qadın rüşeyminə 130 kişi rüşeymi
düşür. Đkinci və üçüncü cinslərin say nisbəti
demoqrafiyanın tədqiqat obyektidir. Đkinci say
nisbəti – sağ doğulmuş uşaqlar arasında oğlan və
qızların say nisbətidir. Bir qayda olaraq, kişi
döllərinin bətndaxili yüksək ölümü ilə bağlı o,
birinci cinslərin say nisbətindən azdır. Đkinci
cinslərin say nisbəti 105-106-ya yaxındır, yaxud
51.2% oğlana bərabərdir. Bu nisbət ayrı-ayrı
ölkələrin əhalisi üçün cüzi fərqlənir və vaxta görə
heç dəyişmir. Üçüncü say nisbəti reproduktiv
yaşda, yaxud bu yaşın ayrı-ayrı qruplarında kişi
və qadın cinsindən olan şəxslərin nisbətidir. Kişi
və qadınların ölüm yaşlarından asılı olaraq, çox
tərəddüd edir. Demoqrafiyada həmçinin stasionar
və normal say nisbəti fərqləndirilir. Stasionar
cinslərin say nisbəti – stasionar əhalinin yaş
qruplarında kişi və qadın cinsli şəxslərin
nisbətidir; hər bir yaş üçün kişi və qadınların
bütün əvvəlki yaşlarda ölümündən asılıdır.
Normal say nisbəti – stasionar və ikinci cinslərin
say nisbətinin hasilidir (100, yaxud 1000-ə
bölünür); təkcə kişi və qadının ölümündən deyil,
həm də doğulmuş uşaqların arasında oğlan və
qızların sayının nisbətindən asılıdır.
Təcrübədə təsdiq olunmuşdur ki, yeni doğulanlar
arasında oğlanların üstünlüyü qanunauyğundur,
ildən-ilə və ölkələr arasında bu nisbətin tərəddüd
etməsi əsasən təsadüfi səbəblərlə şərtləndirilir.
Müəyyən edilmişdir ki, ikinci say nisbəti
müharibələr vaxtı və ondan sonrakı ilk illərdə
artır. Bunun da bir çox səbəbləri mövcuddur.
Müxtəlif ölkələrin və regionların əhalisi üçün,
həmçinin ayrı-ayrı yaş qrupları üçün üçüncü say
nisbəti ikincidən fərqli olaraq, daha çox
(dərəcədə) fərqlənir və əsasən kişi və qadınların
ölüm səviyyələrindəki fərqlərlə, həmçinin cins
üzrə seçilmiş miqrasiya ilə bağlıdır.
Bütün dünya üçün bütövlükdə cinslərin say
nisbəti BMT qiymətləndirilməsinə görə 100-ə
yaxındır; 0-14 yaş qrupunda – 103.6; 15-64 yaşda
– 98.9; 65 yaş və daha çox – 74.8 təşkil edir.
Kiçik yaş qruplarında oğlanlar üstünlük təşkil
edir, sonrakı qruplarda isə ardıcıl azalır. Kişi və
qadınların sayı arasında bərabərliyə çatma
(cinslərin say nisbəti = 100) yaşı nəslin kəsilməsi
ardıcıllığının yaş xüsusiyyətlərindən asılıdır.
Cinslərin
ikinci
və
üçüncü
say
nisbəti
demoqrafiyanın
marağı
dairəsindədir.
Yəni
əhalinin tərkibindən nikahların sayı və onların
tezliyi, bununla da doğumların sayı, yəni son
nəticədə əhalinin təkrar istehsalı asılıdır. Üçüncü
say nisbəti verilmiş vaxtda nikah səviyyəsini və
əhalinin təkrar istehsalını müəyyən edir, ikinci
cinslərin say nisbətindən gələcəkdə nikahların
sayı asılıdır. Cinslərin say nisbətindən praktiki
olaraq bütün demoqrafik, həmçinin əhalinin bir
çox sosial-iqtisadi xarakteristikaları – məşğulluq
üzrə əhalinin tərkibi, miqrasiyanın tezliyi və s.
asılıdır.
Dostları ilə paylaş: |