IV Mövzu
Misirin Xet dövləti ilə diplomatik əlaqələri
Yeni Şahlıq dövründə Xet dövləti xeyli yüksəlmiş və qüdrətli bir dövlətə çevrilmişdir. Kiçik Asiyada öz
mövqelərini möhkəmlətdikdən sonra Xet şahlığı cənuba doğru irəliləyir və Simali Suriyada böyük nəticələr əldə
edirdi. Hetlərin müəyyən zaman zəifləməsindən istifadə edən Mitanni Fəratdan qərbdə, əsasən də Şimali
Suriyada müvəffəqiyyət qazanmışdır. Xet şahı I Suppiluliumas Mitanninin qüdrətinə son qoydu. Xet qoşunları
yuxarı Fəratdan keçərək kiçik hürri şahlıqlarmı məğlub edir və Mitanninin paytaxtı Başşkanini darmadağın
edirdi. Suppiluliumasm Şimali Suriyaya müvəffəqiyyətli yürüşləri nəticəsində Mitanni Fəratdan qərbdəki
torpaqlarını itirdi. Bu dövrdən Şimali Suriyada Hetlərin uzunmüddətli ağalığı başlayır.
Supiiluliumasın dövründə Xet dövləti ilə Misir arasında münasibətlər yaxşı idi. Buna əsasən
Supiiluliumasın firon Exnatona taxt-taca çıxması münasibətilə yazdığı təbrik məktubunu göstərmək olar. Lakin
xetlərin Suriyada apardığı siyasət onların Misir ilə toqquşmasına gətirib çıxardı. Xet dövləti öz hakimiyyətini
cənuba doğru genişləndirməkdə davam etdirdi. Gənc firon Tutanxamon isə Misirin düşmənləri ilə yalnız əcnəbi
tələbələrin şikayəti dözülməz olduqda müharibə aparırdı. Gənc Firon məişət əşyalarının üzərində suriyalı və
efiopiyalı əsirlərin, onlar üzərində qələbənin təsvirlərini çəkdirməyi sevirdi. Lakin onun qələbələrinin nə
dərəcədə olduğunu demək çətindir.
Tutanxamonun keçmiş ənənələrinin bərpa edilməsinə həsr edilmiş təntənəli yazısında deyilir: «Ordu
Suriya Fələstinə Misirin sərhədlərini genişləndirmək üçün göndərilirdisə də heç bir müvəffəqiyyət əldə
edilmirdi». Əslində söhbət sərhədlərin genişləndirilməsindən və ya əvvəlki sərhədlərin qorunmasından yox, Het
dövləti tərəfindən hələ tutulmamış Suriya - Fələstin torpaqlarının qorunmasından gedirdi.
Tutanxamon təxminən on səkkiz yaşında ikən vəfat etdi. Tutanxamonun dul qalmış arvadı
Anxesenpaamunun bu zaman 17-16 yaşı vardı. Öz təbəələrindən heç biri ilə evlənmək istəməyən
Anxesenpaamun Het şahı Suppiluliuması, oğlunun ona ər olmaq üçün verməsi haqqında müraciət edir.
Anxesenpaamunun Suppiluliumasa iki məktubu Het tarixi xronikasında, onun oğlu II Mursilis
tərəfindən söylənən «Suppiluliumasm əməlləri»ndə göstərilir. «Suppiluliumasm əməlləri» boğazgöydə, kil
lövhələr üzərindəki mixi yazılı mətinlərdə tapılmışdır. Burada Anxesenpaamunun məktubları haqqında yazılır:
«Mənim atam aşağıda, Karkəmiş ölkəsində olan zaman Lupakkas və Tarhuntasalması irəliyə, Amka ölkəsinə
göndərdi. Onlar Amka ölkəsinə hücum etmək üçün getmişdilər və onlar əsirləri, öküzləri və qoyunları mənim
yanıma gətirmişdilər. Misirlilər Amkaya hücumu eşidəndə çox qorxdular. Elə bu vaxt onların ağası Nibhururias
(Tutanxamon) vəfat etdi və buna görə də Misirin məlikəsi Dahamunaus (Anxesenpaamun) mənim atama qasidlə
məktub göndərdi.
Məktubda o, yazırdı: «Mənim ərim vəfat edib, oğlum isə yoxdur. Deyillər ki, sənin çoxlu oğulların var.
Əgər sən onlardan birini mənə versən o mənim ərim olar. Mən heç vaxt öz nökərimi seçib özümə ər etməyəcəm.
Mən belə biabırçılıqdan qorxuram». Mənim atam bunu eşidəndə böyük əyanları məşvərətə çağırdı və ona belə
dedi: «Bütün həyatım boyu mənim başıma heç vaxt belə hadisə gəlməmişdir». Bundan sonra mənim atam saray
işlərini idarə edən Hattusasitisi belə bir əmirlə Misirə göndərdi: «Get, bu xəbərin həqiqi olub-olmadığı haqqında
mənə xəbər gətir». Yazda Hattusatisis Misir qasidi səfir Hani ilə birlikdə Misirdən qayıtdı.
Misir məlikəsi atamın sorğusuna cavab olaraq belə yazırdı: «Nə üçün sən deyirsən ki, bu işdə onlar
məni aldadırlar. Əgər mənim oğlum olsaydı, mən özümün və öz ölkəmin düşdüyü biabırçılıq haqqında yad
ölkəyə yazardımı? Sən Mənə inanmadın və hətta bunu belə dedin. Mənim ərim vəfat etmişdir, oğlum isə
yoxdur. Mən heç vaxt öz xidmətçimə ərə getmərəm. Mən başqa heç bir ölkəyə yazmamışam. Mən yalnız sənə
yazmışam. Deyilənlərə görə, sənin çoxlu oğlanların var onlardan birini mənə ver. O, mənim üçün ər, Misirdə isə
şah olacaq». Beləliklə, mənim atam açıq ürəkli olduğu üçün o, qadına güzəştə getdi və oğlunun işi haqqında
düşünməyə başladı. Hata sonra Suppihıliumas Misir səfiri Haniyə dedi: «Mən sizə qarşı dost münasibəti
bəsləyirdim. Lakin gözlənilmədən siz mənə pislik etdiniz. Siz misirlilər mənim hürri şahımdan azad etdiyim
Kinza (Kade) adamlarına hücum etdiniz. Mən bunu eşitdikdə qəzəbləndim və öz şəxsi dəstələrimi və kənd
arabalarımı irəli göndərdim. Onlar sizin ərazinizə Amkaya hücum etdilər. Mən sizin ölkə Amkaya hücum
etdiyim vaxt görünür, siz qorxuya düşürdünüz və mənim oğlum haqqında xahişlə mənə müraciət etdiniz. O,
beləliklə, girov olacaqdı və siz onu şah etməyəcəksiniz».
Cavabında o mənim atama dedi: «Ey mənim atam, bu bizim ölkə üçün biabırçılıqdır. Əgər şahın oğlu
olsaydı, məgər bir özgə ölkəyə gəlib özümüz üçün ağa xahiş edərdiniz? Nəzərə al ki, biz heç bir başqa ölkəyə
getməmişik. Biz yalnız sənin ölkənə gəlmişik. İndi isə, bizim ağamız, öz oğlunu bizə ver». Daha sonra mənim
atam keçmişdə Tufan allahı Teşubun Hatti övladlarını Misirə aparıb çıxarması və onları misirli etməsi, Misir və
Hatti ölkəsi arasında müqavilə bağlanması və sonralar onların həmişə bir-biri ilə dost olması haqqında
müqavilənin mətni olan lövhəni gətirməyi xahiş etdi. Həmin mətni bərkdən onun qarşısında oxuduqdan sonra
mənim atam belə dedi: «Ən qədim vaxtlardan hatti ölkəsi və Misir dost olmuşlar və indi də bu bizim mənafeyə
uyğundur».
Mətnin sonundakı sözlərdən məlum olur ki, Suppiluliumas oğlunu Misirə göndərməyə razılıq verir.
20
Lakin, Suppiluliumasın oğlu Sanlansas Misir sarayında bir qrup əyan tərəfindən qəsd yolu ilə öldürülür.
Bununla da Anxesenpaamunun Xet şahzadəsini özünə ər və firon etmə cəhdi boşa çıxır.
Məlum olduğu kimi, Xet dövlətinin Suriyaya işğalçılıq yürüşləri firon Exnatonun dövrünə təsadüf edir.
Exnatonun islahatlara başı qarışması və xarici siyasətdəki səhvləri Misirin Suriya - Fələstin torpaqlarının Xet
dövləti tərəfindən tutulmasına gətirib çıxartmışdı və Misirlə Xet arasında toqquşma baş vermişdi.
Şahzadə Sanpansas öldürüldükdən sonra Suriyada hərbi əməliyyatlar yenidən başlandı. Suppiluliumasın
oğlu Arpuvandasın başçılığı ilə Xet dəstələri yenidən Amka ölkəsinə soxuldular. Bir müddət sonra Xet
ordusunda Misir əsirlərindən yayılmış taun epidemiyası baş vergi, və Xet ordusu hücumu dayandırmağa məcbur
oldu. Tezliklə Suppiluliumas özü də taun xəstəliyindən öldü. Bu hadisələrdən üç il sonra Misir taxt-tacına
Xoremxeb sahib oldu.
Xoremxebin şahlığı dövründə Misirin beynəlxalq mövqeləri xeyli möhkəmləndi. Onun müharibələri
haqqında məlumat o qədər də çox deyil. O, Efiopiya və Suriyaya yürüşlər etmişdir. Suriyaya girərkən firon Xet
şahlığı ilə toqquşmaya bilməzdi. Fironun məğlub etdiyi şəhərlərin və ölkələrin siyahısında Fələstin və Suriya
şəhərləri, Şimali Finikiyada Uqarit və nəhayət, Xet şahlığı və Cənubi Anadoluda Artsava ölkəsinin adı vardır.
Lakin firon şimalda öz uğurlarmı möhkəmlədə bilmədi.
Suriyada Misir hökmranlığını bərpa etmək XIX sülalənin üzərinə düşdü. Bu sülalənin ilk fironu
Xoremxebin varisi I Ramses sonra isə I Seti oldu. I Seti şahlığının əvvəllərində Suriya - Fələstinə yürüşə
başlayır. I Setinin yürüşünün bilavasitə məqsədi Fələstinin sakitləşdirilməsi idi. Misirin şimal torpaqları olan
Fələstində hərcmərclik hökm sürürdü və bunun başlıca səbəbkarı köçəri tayfalar idilər. Onlar firona qarşı
qiyama səbəb olur, bir-biri ilə müharibə aparır və ölkədə nizamsızlıq yaradırdılar. Fələstin məsələsində Setinin
siyasəti III və IV Amenxoteplərdən fərqli olaraq uzaqgörənliklə həyata keçirilirdi.
Arxada sakitləşdirilməmiş Fələstin ola-ola Xet şahlığı ilə mübarizə aparmaq qorxulu idi və buna görə
də firon Fələstini susdurdu. Buna baxmayaraq, Fələstinin sakitləşdirilməsi hələ XVIII sülalənin «dünyəvi»
dövlətinin bərpa edilməsi demək deyildir. Növbədə Suriyada ağalıq edən Xet şahlığı və ondan asılı vəziyyətdə
olan Amuru dururdu.
I Setinin Xet dövləti ilə müharibəsi həm də ondan asılı vəziyyətdə olan Suriya şahlıqları ilə müharibə
idi. Fironun qələbə yazılarında onun Xet torpağından qiyamçı ölkələri məhv edib suriyalıları qıraraq
qayıtmasından danışırlar. Firon Xet şahlığının hakimiyyətində olan və Suriya şəhərlərindən ən başlıcası
Amurrun darmadağın edəndən sonra Kadeş şəhərini tutdu.
Het dövləti və onun müttəfiqləri ilə müharibə Misir üçün uğurlu oldu. Fiv şəhəri şahın Amon silahına
hədiyyə kimi gətirdiyi Anadolu və Suriya əsirləri və müxtəlif növ qiymətli əşyalarla doludur. Fironun məğlub
etdiyi xalqlar və tutduğu şəhərlər arasında Fələstin və Cənubi Finikiya şəhərləri, orta Suriyada Kadeş, Kata,
Ullaza, Nahrima, Tunib var idi. Xet mixi yazılı mənbələrindən məlum olur ki, Suriyadakı Amuru şahlığı Misirin
tərkibinə daxil edilmişdir, yəqin ki, müəyyən vaxt Misir dövlətinin tərkibinə Oroit çayı üzərindəki Kadeş şəhəri
də daxil edilmişdi. Onun oğlu və varisi II Ramses bütün qələbələrinə baxmayaraq özündən əvvəlki şahlığının
sərhədlərinin şimal hissəsini saxlaya bilmədi.
Misirlə Xet şahlığının müharibəsi II Ramsesin hakimiyyətinin 5-ci ili (e.ə. 1300-cü il) başlandı. Bu ilin
hərbi əməliyyatlarmı firon özünün «ikinci qalibiyyətli yürüşü» hesab edirdi.
Misir yazılarının birində deyilir ki, şimal xalqları əlahəzrətin «sərhədlərinə hücum etmək üçün»
gəlmişdilər. Hər halda onu Xet dövlətinin fitnələri məcbur etsələr də hücum edən tərəf firon özü olmuşdur.
Bütün hadisələr Kadeş yaxınlığında baş vermişdi. Yadımıza salaq ki, I Setilin vaxtında Kadeş Misir dövlətinin
tərkibinə daxil edilmişdir, Ramsesin hakimiyyətinin 5-ci ili onun Misirə düşmən ittifaqın tərkibində olması bu
ərəfədə onun Misirdən qoparıldığını göstərir.
Xet şahı Muvattalis Misir ordusu ilə açıq döyüşdən çəkinirdi. Onun ordusu o dövrə görə çox saylı (28
min döyüşçü və 6 mindən çox at) olsa da, nizamsız idi və əsasən muzdlulardan ibarət idi. Ordunun əsasını Xet
dövlətinin döyüşçüləri təşkil edirdilər. Lakin onlardan başqa orduda öz qala bütün Anadolu və Suriya şahlarının
nümayəndələri var idi: Artsava, Luka, Kussuvadna, Aravana, Fəpətboyu, Suriya, Kapkemiş, Amino, Uqarit,
Nuxaşik, Kadeş köçəri tayfalar və s. Bu müttəfiqlərin hər biri öz hökmdarlarının başçılığı ilə hərəkət edirdi və
bu orduya rəhbərlik etmək Muvattalist üçün çox çətin idi.
Belə nizamsız ordu ilə mütəşəkkil Misir ordusuna qalib gəlmək çox çətin idi. Sonrakı 16 illik mübarizə
göstərdi ki, Xet ordusu açıq döyüşdən çəkinir daha çox Suriya qalalarında otururdu. Hətta Kadeş yaxınlığındakı
döyüşün də gedişi göstərirdi ki, Xet şahlığı hərbi gücdən çox hiylə ilə qalib gəlməyə ümid bəsləyirdi.
Mənbələrdən məlum olur ki, Ramses Kadeş şəhərini tuta bilmir. Rəqiblər bir-birinə güc gələ bilmədilər
və gözlənildiyi kimi, Xet şahı Muvatalis firona sülh təklif etdi. Bu haqda Kadeş yaxınlığındakı döyüş
haqqında yazılmış povestdə məlumat vardır. Burada Xet nümayəndələrinin məktubla Ramsesin yanına gəlməsi,
misirlilərin hərbi müşavirəsi və fironun düşmənin xahişinə «xeyirxahlıqla mərhəmət» göstərməsi haqqında
yazılır.
Ramsesin şahlığının 8-ci ili Misir ordusu yenidən Suriya - Fələstinə yürüş edir. Misir ordusunun
zərbələri altında Fələstin qalaları və tayfaları məğlub olurdular. Ramsesin qələbə abidələrində cənubda Aşkelon,
21
Ölü dənizdən şərqdə Moav, Finikiyada Akka, Livanın cənub sərhədi yaxınlığında yaxınlığında İenam və onlarla
naməlum torpaqlar göstərilir.
Müharibə Xet dövlətinin ərazisində keçdi və firon Amuru ölkəsindəki Dapur qalasına yaxınlaşdı. Firon
qalanın alınmasında şəxsən iştirak etdi və Xet qoşunu məğlub edildi. Mixi yazılı mənbələrdəki məlumata görə,
nəticədə yenə də Şimali Suriya və hətta Amuru şahlığı Xet şahlığının əlində qaldı.
II Ramsesin hakimiyyətinin 2I-ci ili sülh bağlanmasının mümkünlüyünü misirlilər düşmən qüvvələrinin
tamamilə gücdən düşməsi ilə izah edirdilər. Misirin güzəştə getməsi haqqında isə belə bir fərziyyə irəli sürmək
olar. Yeni Şahlıq fıronları Suriya-Fələstin təbəələrindən xərac alırdılar. Xəracın ağırlığı həmişə qiyamçı əhval-
ruhiyyəyə səbəb olurdu. Suriya -Fələstin torpaqlarına uzaqdan - uzağa sahiblik etmək orada güclü rəqib
olmadığı halda mümkün idi. Misirin belə bir rəqibi güclənmiş Het dövləti oldu.
II Ramses dövründə Misirin Xet şahlığı ilə münasibətləri III Tutmos dövrünün Misirin Mitanni ilə
münasibətlərini xatırladırdı. Fərq bunda idi ki, Xet şahlığı Mitannidən xeyli güclü idi. Mitanni şahını öz
ölkəsində məğlub etmək olardı və Suriyadan əl çəkməyə məcbur etmək olardı. Xet dövlətini məğlub etməyə isə
Misirin gücü çatmadı və 16 illik üzücü mübarizədən sonra Ramses başa düşdü ki, Fələstin və Suriyanın bir
hissəsinə yalnız şimaldakı işğallardan imtina etdikdən sonra yiyələnmək olar.
Mənbələrin məlumatına görə, Misirlə Xet çarlığı arasında sülh müqaviləsi II Ramzesin çarlığının 17-ci
ilində - e.ə. 1280-cı ildə imzalanmışdır. Müxtəlif ədəbiyyatlarda fərqli tarixə də rast gəlmək mümkündür.
Sülh müqaviləsi II Ramses ilə Muvatallisin varisi III Hattusilis tərəfindən bağlandı. Bu müqavilə sülh,
qardaşlıq, xarici təcavüzün və daxili siyasi konfiliktlərin dəf edilməsində əməkdaşlıq haqqında məlum olan ən
qədim müqavilələrdən biridir.
II Ramsesin şahlığınm 2I-ci ilin qışın əvvəlində Xattusilisin səfiri, misirli tərcüməçinin müşayiəti ilə
fironun paytaxtı Per - Ramses şəhərinə gəldi və Misir şahına öz hökmdarı adından üzərində müqavilənin mixi
yazılı mətni olan gümüş lövhəciyi təqdim etdi. Bu lövhəcikdən müqavilə Misir dilənə tərcümə edildi və
sonradan Misir heroqrifləri ilə daş üzərinə həkk edildi. Müqavilənin qısa mətni belədir: «Qoy gələcəkdə,
əbədiyyətə qədər tanrı Misirin böyük hökmdarı və Xet ölkəsinin böyük hökmdarı arasında bu müqaviləyə
uyğun olaraq düşmənçilik yaranmasına imkan verməsin. Qoy Het ölkəsinin böyük hökmdarının övladları
Misirin böyük hökmdarı Ramses Meriamunun övladları ilə qardaş olsunlar və sülh şəraitində yaşasınlar. Qoy
Misirin böyük hökmdarı Ramses hər hansı bir yeri tutmaq məqsədi ilə heç vaxt Xet ölkəsinə hücum etməsin».
Müqavilənin mətnində daha sonra deyilirdi:
- Əgər hər hansı bir düşmən Misirin böyük hökmdarı Ramsesin torpaqlarına hücum edərsə və o, Xet
ölkəsinin böyük hökmdarına «Mənimlə düşmənə qarşı qalibiyyətli qoşununla birgə çıxış et deyə müraciət
edərsə, Xet ölkəsinin böyük hökmdarı gələcək və onun düşmənlərini darmadağın edəcək. Və əgər Xet ölkəsinin
böyük hökmdarı şəxsən özü gəlmək istəməsə, o, ləngimədən öz piyada və cəng arabalarından ibarət qoşunu
göndərəcək və onlar onun düşmənbrini darmadağın edəcək.
- Əgər Misirin böyük hökmdarı Ramses Meriamun öz xidmətçilərinə qəzəblənərsə və ya onlar Ramsesə
qarşı hər hansı bir çıxış edərlərsə və o, onları darmadağın enmək istəyərsə Xet ölkəsinin hökmdarı onunla
birlikdə olacaq və Ramsesin qəzəblənməsinə səbəb olanların hamısını məhv edəcək.
- Əgər hər hansı bir düşmən Xetin böyük hökmdarının torpaqlarına hücum edərsə və o, Misir ölkəsinin
böyük hökmdarına müraciət edərsə, Misir ölkəsinin böyük hökmdarı gələcək və onun düşmənlərini darmadağın
edəcək.
- Əgər böyük Xet hökmdarının qulluqçuları ona qarşı qalxarlarsa, onda, Ramses Meriamun da
müqaviləyə uyğun olaraq onunla birlikdə olacaq. Və əgər Xet ölkəsinin hökmdarı «Mən öldükdən sonra qoy,
Ramses Meriamun böyük Xet hökmdarının varisinə köməyə gəlsin, » - deyərsə onda, o gəlsin.
- Əgər hansı bir əyan Misir torpağından Xet ölkəsinin hökmdarının yanına qaçarsa və yaxud Ramses
Meriamuna tabe olan Asiyadakı hər hansı bir şəhər ondan ayrılarsa və o, Xet hökmdarına müraciət edərsə qoy,
böyük Xet hökmdarı onları qəbul etməsin və əmr etsin ki, onları ağaları Ramses Meriamuna qaytarsınlar. Və
əgər hər hansı bir əyan Xet ölkəsindən qaçaraq böyük Misir hökmdarı Ramsesin yanına gələrsə yaxud hər hansı
bir şəhərli, hər hansı bir kəndli... Ramsesin yanına gələrsə, qoy, Ramses onları qəbul etməsin və əmr etsin ki,
onları Xet hökmdarına qaytarsınlar.
- Əgər Misir torpaqlarından I, 2 və ya 3 adam qaçarlarsa, və Xet hökmdarın yanma gələrlərsə, qoy, Xet
hökmdarı onları tutsun və böyük Misir hökmdarına qaytarmağı əmr etsin. Ramses Meriamuna qaytarılacaq
adama gəldikdə isə qoy, ona qarşı bu cinayətlə bağlı heç bir iş qaldırılmasın. Qoy, onun evini, arvad və
uşaqlarını məhv etməsinlər, qoy, onun özünü öldürməsinlər. Qoy onun gözlərinə, qulaqlarına, ayaqlarına xətər
yetirməsinlər. Qoy ona qarşı hər hansı cinayətə görə də iş qaldırmasınlar. Eyni qaydada Xet ölkəsindən adamlar,
fərdi yoxdur, I, 2 və ya 3 nəfər olsun, qaçıb böyük Misir hökmdarının yanına gələrlərsə, qoy böyük Misir
hökmdarı Ramses onları tutsun və böyük Xet hökmdarına qaytarmağı əmr etsin və qoy böyük Xet hökmdarı da
onların cinayətləri ilə bağlı heç bir iş qaldırmasın, evlərini, arvad və uşaqlarını məhv etməsin, özünü
öldürməsin, qulaqlarına, ağzına, ayaqlarına heç bir xətər gətirməsin, ona qarşı başqa bir cinayət işi
qaldırmasın».
22
Müqaviləni nəzərdən keçirdikdə görürük ki, heç bir bənddə Misirlə Xet şahlığının sərhədindən
danışılmır. Amma bütün məlumatlara görə aydın olur ki, II Ramses Misirin Asiya torpaqlarını genişləndirə
bilmədi. Suriya və Finikiyanın çox hissəsi xetlərin, yalnız Cənubi Finikiya, Cənubi Suriya və Fələstin Misirin
nüfuz dairəsində qaldı.
Dostları ilə paylaş: |